Ana səhifə

YARADILIŞ DƏLİLLƏRİ: Ruh Vermə Dəlili


YazdırSend to friend

   Həyatın verilməsi kimi, ruhlandırma həqiqəti də Allahın varlığını isbat etməkdədir. Çünki ruhun varlığı, Allahdan başqa heç bir səbəb ilə izah edilə bilməz. Ruhun varlığı qəbul edildikdən sonra Allahı inkar etmək mümkün deyildir. Çünki "Bu ruh necə meydana gəldi?"  sualına verilə biləcək heç bir maddi cavab yoxdur. Ruhun varlığı, Allahın yaratmasından başqa heç bir şey ilə izah edilə bilinmədiyinə görədir ki, ateistlər ruhun varlığını inkar etməyə cəhd göstərmişlər. Çünki ruhun varlığı qəbul edilərsə, onu yaradan Allah da qəbul edilmək məcburiyyətindədir. Bizlər bu məqamda ruhun varlığına aid dəlilləri bəyan etməyi uyğun görürük. Çünki "Bu ruhu kim yaratdı?" sualını verə bilmək üçün ilk əvvəl ruhun varlığını isbat etməyimiz lazımdır. O halda ilk öncə ruhun varlığını isbat edək və daha sonra da sualımızı verək.

   1- Qanun, qardaşlıq və ailə kimi qavramlar ancaq ruhun varlığını qəbul edəcəyimiz təqdirdə mövcuddur. İstəsəniz bir az daha açıqlayaq: Bilindiyi kimi insan bədənindəki bütün hüceyrələr altı ayda bir dəyişilməkdə, sanki yeni bir insan olmaqdadır. İndi bir qatilin məhkəmədə hakimin qarşısına çıxdığını düşünək. Hakim ona cəza olaraq iyirmi il həbs vermiş olsun. Bu qatil hakimə dönərək belə desə: "Siz mənə cəza verə bilməzsiniz. Çünki cinayəti işləyən mən deyiləm. Hüceyrələrimizin dəyişməsi ilə mən yeni birisi oldum. Bu andakı cismim günahsızdır." Bu sözlərə qarşı hakim nə deyəbilər ki? Heç bir şey! Çünki o da əvvəlki hakim deyil. Bir də qardaşlıq və ailə məfhumunu düşünün. Məni dünyaya gətirən anamın vücudu dəfələrlə maddi dəyişikliyə məruz qaldı. Məni dünyaya gətirdiyi andakı vücudundan geriyə heç bir şey qalmadı, tamamilə dəyişdi. Mənim anam maddi cəhətiylə, məni dünyaya gətirdikdən altı ay sonra öldü. Əgər ruhun varlığı qəbul edilməzsə bu çıxılmaz haldan necə çıxılar?

   2- İnsan bir boşluqda dünyaya gəlsə və göz, qulaq, əl kimi üzvləri olmasa; uzunluq, yaxınlıq, böyüklük, kiçiklik kimi məfhumları anlaya bilməsə də, öz varlığından əsla şübhə etməz. Çünki göz, qulaq və əl kimi əzalar insanın ətraf aləmi tanıya bilməsi üçün lazımlıdır. İnsan, o əzalar olmadan ətraf dünyanı tanıya bilməz; amma öz varlığından da şübhə etməz. Məhz bu halda özünü bilən varlıq ruhdur.

  3- İnsan bir işi etdiyində "Mən etdim."  deyir. Bu "Mən etdim." sözüylə, hərəkətlərini üzvlərinə isnad etməz. Yəni "Mən etdim." deyərkən, "Əlim yazdı, ayağım qaçdı, qulağım eşitdi ..." kimi mənaları qəsd etməz. O halda insanın "Mən etdim." sözüylə qəsd etdiyi "mən" nədir? İnsan "mən" deməklə danışan nəfsini, yəni ruhunu qəsd edir. "Mənim qələmim."  dediyində, o "mən" ruhdur.

    4- Maddənin təbiətində iradə və seçim qabiliyyəti yoxdur. Halbuki insanda nəhayətsiz iradəli hərəkətlər vardır. Əgər insan sadəcə maddi bir varlıq olsaydı, insanda iradənin olmaması gərəkirdi. Çünki maddədə iradə yoxdur. O halda bu iradəli hərəkətlərin sahibi maddə ola bilməyəcəyinə görə ruh olmalıdır. Demək insandakı iradə, ruhun varlığına aşkar bir dəlildir.

    5- Maddənin təbiətində iradə olmadığı kimi; eşitmək, görmək, dadmaq, hiss etmək kimi digər sifətlər da yoxdur. Əgər insan, ruhu olmayan maddi bir varlıq olsaydı, o halda adı çəkilən sifətlərin insanda olmaması gərəkirdi. Madam vardır; o halda insan sadəcə maddədən ibarət bir varlıq deyildir. Onun bir ruhu vardır və bu sifətlər də ruhun sifətləridir.

   6- Beyin açılaraq, barmağı oynatmaqla vəzifəli sinirə xəbərdarlıq edilsə, barmaq hərəkət edər. Lakin əsla bir düyməni bağlaya bilməz. Çünki düyməni bağlamaq kompleks bir hərəkətdir və heç bir siniri təhrik etməklə bu hərəkət reallaşmaz. O halda sualımız budur: Barmağa, düyməni bağlatdıran beyin deyilsə, nədir? Əlbəttə ruhdur!

    7- Maddənin hərəkət edə bilməsi üçün ona maddi bir təmas lazımdır. Maddi bir təmas olmadan maddənin hərəkəti mümkün deyildir. Halbuki televiziya seyr edən bir insan; gülər, ağlayar, qorxar, həyəcanlanar və s... Görəsən gülən və ya ağlayan maddə ola bilərmi? Əlbəttə xeyr, çünki maddi bir təmas baş vermədi. Elə isə bu hərəkətlər kimə aiddir? Əlbəttə ruha!

   8- Bir insanı ölmədən öncə çəkdik 70 kq gəldi. Öldükdən sonra çəkdik yenə 70 kq. Görəsən bu insandan nə çıxdı ki; gülən, qaçan və danışan bir halda ikən birdən cansız bir hala gəldi? Əlbəttə ruh. Çünki maddi bir itkinin olmadığını çəkməklə təyin etdi.

   9- Hər kəsin beyni eyni şəkildə işləyir; amma buna baxmayaraq fikir fərqlilikləri vardır. Görəsən bu fikir fərqliliklərinin səbəbi nədir? Əlbəttə ki fərqli ruhlarının olmasıdır. Əgər fikir sadəcə beynin bir funksiyası olsaydı, hər kəsin eyni düşünməsi lazım idi. Çünki maddənin xüsusiyyətləri sabitdir və dəyişməz. Demək fikirlərin fərqliliyi, ruhun varlığına bir dəlildir.

   10- Maddi elmin belə qəbul etdiyi telepatiya, ruhun varlığından başqa heç bir şey ilə izah edilə bilməz. Bir-birlərindən kilometrlərlə uzaq olan iki insanın vasitəsiz xəbərləşməsi, maddə ilə necə izah edilə bilər? Deməli telepatiya da ruhun varlığına bir dəlildir

  11- Telekineziya deyilən; maddəyə təmas etmədən, düşüncə ilə maddəni hərəkət etdirmək ancaq ruhun varlığı ilə izah edilə bilər. Diqqət və konsentrasiya nəticəsində qaşıqları əyən, önlərindəki əşyaları hərəkətə gətirənləri görmüsüz və ya oxumusuzdur. Görəsən bu hadisəni maddə ilə izah etmək mümkündürmü? Əlbəttə deyildir! O halda telekineziya da ruhun varlığına bir dəlildir.

   12- Yuxular da ruhun varlığına bir dəlildir. Bir çox zaman yuxumuzda gördüklərimizin o gün vəya daha sonra  həyata keçdiyini görürük. Bu, ruhun qeyb aləmlərinə yaxınlaşması nəticəsində əldə etdiyi bir məlumatdır. Əgər ruhu inkar etsək bu hadisəni nə ilə izah edə bilərik? Deməli yuxular və xüsusilə sadiq yuxular ruhun varlığını isbat etməkdədir.

   13- İndi xəyalınızı istifadə edərək bədəninizdəki bütün ətləri bir yerdə toplayın. İndi də sümükləri və müvafiq olaraq  tükləri, gözləri, dırnaqları və digər maddi üzvləri də eyni yerdə toplayaq. İndi soruşuruq: Duyğularınız haradadır? Şəfqət, məhəbbət, eşq, ehtiras, kin kimi yüzlərlə his hardadır? Əgər bunlar maddi bədənə məxsus olsaydı, onları da xəyalən bir tərəfə ayırmamız və vücudlarını görməyimiz lazım idi. Deməli bu duyğular cismin deyil, ruhun malıdır. O halda insanda olan hər bir duyğu ruhun varlığına bir dəlildir.

   14- İnsanlarda lütf, comərdlik, cəsarət, elm kimi sifətlər fərqli fərqlidir. Birində dəniz olduğu halda, digərində damladır. Əgər bunlar maddənin xüsusiyyətləri olsaydı bütün insanlarda eyni dərəcədə olmalı idi. Çünki maddənin xüsusiyyətləri sabitdir və dəyişməz. O halda bunlar maddənin sifəti olmaz; ancaq ruhun sifətləridir. Deməli  insanlarda fərqli dərəcələrdə olan bütün sifətlər ruhun varlığını isbat etməkdədir.

  15- Sevinc və kədər iki qaynaqdan gəlir. Biri cismani kədərlər və ləzzətlərdir. Digəri isə ruhanî əzablar və ləzzətlərdir. Məsələn, dostuna qovuşan bir kimsə ləzzət duyar. Bu maddi deyil, ruhanî bir ləzzətdir. Yenə deyilmişdir ki: "Qılınc yarası sağalar; amma dil yarası sağalmaz." Görəsən dilin yaraladığı şey, ruhdan başqa bir şey ola bilərmi? Demək insanın aldığı bütün ruhanî ləzzətlər və ələmlər, ruhun varlığını isbat etməkdədir.

    Ruhun varlığını, bu on beş dəlil ilə isbat etdikdən sonra, indi soruşuruq:

   Kimdir ruhu yaradan və onu həyat sahiblərinə üfürən? Allah`dan başqa kim vardır, bu hikmətli yaradılışa fail ola bilsin?

 

Müəllif: 


12-03-2017 08:47:42