Ana səhifə

Yeddinci Söz: Kainatın gizli tilsimi


YazdırSend to friend

    Bu kainatın gizli tilsimini açan آمَنْتُبِاللّهِوَبِالْيَوْمِاْلآخِرِ  bəşər ruhu üçün səadət qapısını fəth edən nə qədər qiymətli iki müşkil tilsim olduğunu və səbirlə Xaliqinə təvəkkül, pənah və şükürlə Rəzzaqından istəmək nə qədər mənfəətli və xeyirli iki əlac olduğunu; Quranı dinləmək, hökmünə tabe olmaq, namazı qılmaq, kəbairi tərk etmək; əbədiyyət yolçuluğunda nə qədər mühüm, dəyərli rövnəqdar bir bilet, bir axirət hazırlığı, bir qəbrində nur olduğunu anlamaq istəsən, bu ibrətli hekayəciyə bax, dinlə:

    Bir zaman bir əsgər hərb və imtahan meydanında, mənfəət və zərər dövranında çox müdhiş bir vəziyyətə düşər. Belə ki, sağ və sol tərəfindən dəhşətli dərin iki yara ilə yaralı və arxasında isə böyük bir aslan, ona hücum etmək üçün gözləyirmiş kimi dayanmışdır. Və gözü önündə isə bir darağacı tikilmişdir, bütün sevdiklərini asıb məhv edir. Bu aqibət onu da gözləyir. Həm bu vəziyyəti ilə yanaşı uzun bir yolçuluğu da var, başqa bir yerə göndərilir. O biçarə bu dəhşət içində, məyusanə düşünürkən sağ tərəfində Xızır kimi xeyirxah, nurani bir şəxs peyda olur. Ona deyir: "Məyus olma. Sənə iki tilsim öyrədəcəyəm. Gözəl istifadə etsən, o aslan sənə itaətkar bir at olar. Həm o darağacı isə sənə kef və tamaşa üçün xoş bir surətə dönər. Həm sənə iki əlac verəcəyəm. Gözəl istifadə etsən, o iki ağrılı yaraların iki gözəl qoxulu Gülü-Məhəmmədi (ə.s.m.) adlanan zərif çiçəyə çevrilər. Həm sənə bir bilet verəcəyəm. Onunla, sanki uçaraq bir illik yolu bir gündə qət edərsən. Əgər inanmırsansa, bir az təcrübə et. Ta ki doğru olduğunu anlayasan". Həqiqətən, bir az təcrübə etdi. Doğru olduğunu təsdiq etdi. Bəli, mən, yəni bu biçarə Səid də bunu təsdiq edirəm. Çünki bir az təcrübə etdim, çox doğru gördüm.

    Bundan sonra birdən gördü ki, sol cəhətində şeytan kimi hiyləgər, əyyaş, riyakar bir adam çox zinətlər, süslü surətlər, fantaziyalar, sərxoşlarla birlikdə olduğu halda gəldi. Qarşısında durdu. Ona dedi:

– Ey yoldaş! Gəl, gəl birlikdə eyş- işrət edib kef çəkək. Bu gözəl qız surətlərinə baxaq. Bu xoş musiqiləri dinləyək. Bu dadlı yeməkləri yeyək.

Sual: Nədir, ağızında gizli oxuyursan?

Cavab: Bir tilsim.

Burax, bu anlaşılmaz işi. Hazır kefimizi pozmayaq.

Sual: Bəs, bu əllərindəki nədir?

Cavab: Bir əlac. At bunu. Sağlamsan. Nə dərdin var? Alqış zamanıdır.

Sual: bu beş nişanlı kağız nədir?

Cavab: Bir bilet. Bir təyinat sənədi. Cır at bunları. Bu gözəl bahar mövsümündə yolçuluq bizim nəyimizə lazım?! – deyər. Hər hiylə ilə onu razı salmağa çalışar. Hətta o biçarə ona bir az meyil edər. Bəli, insan aldanır. Mən də elə bir hiyləgərə aldandım.

     Birdən sağ cəhətindən göy gürültüsü kimi bir səs gəlir. Deyir: "Qətiyyən aldanma. Və o hiyləgərə de ki: "Əgər səndə arxamdakı aslanı öldürüb, önümdəki darağacını qaldırıb, sağ və solumdakı yaraları dəf edib, qarşımdakı yolçuluğu dayandırcaq bir çarə varsa, və tapsan; haydı, et, göstər, görək. Sonra de: "Gəl kef edək." Yoxsa sus, ey sərsəm! Qoy Xızır kimi bu səmavi şəxs dediyini desin".

     Bəli, ey gəncliyində gülmüş, indi güldüyünə ağlayan nəfsim! Bil!.. O biçarə əsgər isə sənsən və insandır, o aslan isə əcəldir. O darağacı – ölüm, zaval və ayrılıqdır ki, gecə və gündüzün dönməsində hər dost əlvida edər, qeyb olar. Və o iki yara isə biri bəşərin hədsiz acizliyi, digəri də insanın ələmli, nəhayətsiz fəqirliyidir. O yolçuluq isə ruhlar aləmindən, ana bətnindən, gənclikdən, qocalıqdan, dünyadan, qəbirdən, bərzaxdan, həşirdən, Siratdan keçən uzun bir imtahandır. Və o iki tilsim isə Cənab-ı Haqqa və axirətə imandır.

     Bəli, bu qüdsi tilsim ilə ölüm mömin insanı dünya zindanından cənnət bağçasına, Rahmanın hüzuruna aparan bir at və buraq surətini alar. Onun üçündür ki, ölümün həqiqətini görən kamil insanlar ölümü sevmişlər. Ölüm gəlmədən ölmək istəmişlər. Həm zaval, fəraq, ölüm, vəfat və darağacı olan zamanın keçməsi o iman tilsimi ilə, Sani-i Zülcəlalın təzə-təzə, rəngbərəng, növbənöv nəqşinin möcüzələrini, qüdrətinin xariqələrini, rəhmətinin təcəllilərini, ləzzətlə seyr və tamaşa etməyə vasitə surətini alar. Bəli, Günəşin nurundakı rəngləri göstərən aynaların dəyişib təzələnməsi və kino pərdələrinin dəyişməsi daha xoş, daha gözəl mənzərələr təşkil edər. Və o iki dərman isə biri səbirlə təvəkküldür. Xaliqinin qüdrətinə istinad, hikmətinə etimaddır. Eləmi?

     Bəli, كُنْفَيَكُونُ əmrinə malik bir Dünyanın Sultanına acizlik vasitəsilə istinad edən bir adamın nə qorxusu ola bilər? Çünki ən müdhiş bir müsibət qarşısında اِنَّا لِلّهِ وَاِنَّآ اِلَيْهِ رَاجِعُونَ deyib qəlb rahatlığı ilə Rabbi-Rahminə etimad edər. Bəli, Allahı bilən, tanıyan adam acizlikdən, Allah qorxusundan ləzzət alar. Bəli, qorxuda ləzzət vardır. Əgər bir yaşında bir uşağın ağlı olsa və ondan sual edilsə: "Ən ləziz və ən şirin vəziyyətin hansıdır?" Yəqin ki, deyəcək: "Acizliyimi, zəifliyimi anlayıb, anamın dadlı silləsindən qorxaraq yenə onun şəfqətli sinəsinə sığındığım vəziyyətdir". Halbuki bütün anaların şəfqətləri ancaq rəhmətin kiçik bir təcəllisidir. Onun üçündür ki, kamil insanlar acizlikdə və Allah qorxusunda elə bir ləzzət tapmışlar ki, öz güc və qüvvətlərindən şiddətlə çəkinib, acizliklə Allaha sığınmışlar. Acizliyi və qorxunu özlərinə şəfaətçi etmişlər.

    Digər əlac isə şükür, qənaətlə tələb və dua, Rəzzaq-ı Rahimin rəhmətinə etimaddır. Eləmi?

    Bəli, bütün yer üzünü bir nemət süfrəsi kimi yaradan və bahar mövsümünü bir çiçək dəstəsi edib o süfrənin yanına qoyan və üstünə sərən bir Cəvvad-ı Kərimin müsafirinə fəqirlik və ehtiyac heç ələmli və ağır ola bilərmi? Bəlkə də fəqrü-ehtiyacı xoş bir iştaha surətini alar. İştaha kimi fəqirliyini artırmağa çalışar. Onun üçündür ki, kamil insanlar fəqirliklə fəxr etmişlər. Əsla yanlış anlama! Bu, Allaha qarşı fəqirliyini hiss edib yalvarmaq deməkdir. Yoxsa fəqirliyi xalqa göstərib dilənçilik vəziyyətini almaq demək deyil. Və o bilet, sənəd isə başda namaz olaraq, fərzlərin yerinə yetirilməsi və kəbairin tərk edilməsidir. Eləmi?

    Bəli, bütün ixtisas və müşahidə əhlinin, bütün zövq və kəşf əhlinin idül-abad yolunda qida, işıq və buraq ancaq Quranın əmirlərini yerinə yetirmək və qadağalarındən çəkinməklə əldə edilə bilər. Yoxsa fənn və fəlsəfə, sənət və hikmət o yolda beş para etməz. Onların işıqları qəbirin qapısına qədərdir.

    Bəli, ey tənbəl nəfsim!

    Beş vaxt namazı qılmaq, yeddi kəbairi tərk etmək nə qədər az, rahat və asandır. Nəticəsi, meyvəsi və faydası nə qədər çox mühüm və böyük olduğunu, ağlın varsa, anlayarsan. Sonra da günahlara və səfahətə, səni təşviq edən şeytana və o adama deyərsən: "Əgər ölümü öldürüb, zavalı və fənanı dünyadan izalə etmək, acizliyi və fəqirliyi bəşərdən qaldırıb, qəbir qapısını qapamaq çarəsi səndə varsa, söylə, dinləyək. Yoxsa sus. Böyük Kainat məscidində Quran kainatı oxuyur! Onu dinləyək. O nur ilə nurlanaq, hidayəti ilə əməl edək və Onu dilimizin əzbəri edək. Bəli, söz Odur və Ona deyərlər. Haqq olub, Haqdan gəlib Haqq deyən, həqiqəti göstərən və nurani hikməti nəşr edən Odur.


اَللّهُمَّ نَوِّرْ قُلُوبَنَا بِنُورِ اْلاِيمَانِ وَ الْقُرْآنِ اَللّهُمَّ اَغْنِنَا بِاْلاِفْتِقَارِ اِلَيْكَ وَ لاَ تَفْقُرْنَا بِاْلاِسْتِغْنَآءِ عَنْكَ تَبَرَّاْنَا اِلَيْكَ مِنْ حَوْلِنَا وَ قُوَّتِنَا وَ الْتَجَئْنَآ اِلَى حَوْلِكَ وَ قُوَّتِكَ فَاجْعَلْنَا مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ لاَتَكِلْنَآ اِلَى اَنْفُسِنَا وَاحْفَظْنَا بِحِفْظِكَ وَارْحَمْنَا وَ ارْحَمِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ وَ صَلِّ وَ سَلِّمْ عَلَى سَيِّدِنَا مُحَمّدٍ عَبْدِكَ وَ نَبِيِّكَ وَ صَفِيِّكَ وَ خَلِيلِكَ وَ جَمَالِ مُلْكِكَ وَ مَلِيكِ صُنْعِكَ وَ عَيْنِ عِنَايَتِكَ وَ شَمْسِ هِدَايَتِكَ وَ لِسَانِ حُجَّتِكَ وَ مِثَالِ رَحْمَتِكَ وَ نُورِ خَلْقِكَ وَ شَرَفِ مَوْجُودَاتِكَ وَ سِرَاجِ وَحْدَتِكَ فِى كَثْرَةِ مَخْلُوقَاتِكَ وَ كَاشِفِ طِلْسِمِ كَآئِنَاتِكَ وَ دَلاََّلِ سَلْطَنَةِ رُبُوبِيَّتِكَ وَ مُبَلِّغِ مَرْضِيَّاتِكَ وَ مُعَرِّفِ كُنُوزِ اَسْمَآئِكَ وَ مُعَلِّمِ عِبَادِكَ وَ تَرْجُمَانِ آيَاتِكَ وَمِرْآتِ جَمَالِ رُبُوبِيّتِكَ وَ مَدَارِ شُهُودِكَ وَ اِشْهَادِكَ وَ حَبِيبِكَ وَ رَسُولِكَ الَّذِى اَرْسَلْتَهُ رَحْمَةً لِلْعَالَمِينَ وَ عَلَى اَلِهِ وَ صَحْبِهِ اَجْمَعِينَ وَ عَلَى اِخْوَانِهِ مِنَ النَّبِيِّنَ وَ الْمُرْسَلِينَ وَ عَلَى مَلئِكَتِكَ الْمُقَرَّبِينَ وَ عَلَى عِبَادِكَ الصَّالِحِينَ آمِين



10-05-2014 12:00:00