Ana səhifə

Yemlərinə, mikroblardan təmizlənilmiş toyuq gübrəsi qatılaraq bəslənən ev heyvanlarının ətindən və südündən istifadə edilə bilər?


YazdırSend to friend

Fiqh kitablarımızda belə bir qeydə yer verilər:

 

"Təmiz olmayan şeyləri yemiş olan toyuq, qoyun, mal, dəvə kimi heyvanların ətləri, bir müddət tutulub dərhal kəsildikləri təqdirdə məkruhdur. Ləğv olunma  müddəti toyuq üçün üç, qoyun üçün dörd, malla dəvə üçün də on gündür. Bu heyvanlar təmiz olmayan şeylərdən ətləri iy verməyəcək miqdarda yemiş olduqları təqdirdə ləğv olunmaları lazım deyil. Ətləri məğlub yeyilə bilər."

 

Bu ifadələrdən bu aydın olmaqdadır: Əti yeyilən heyvanlar təmiz olmayan şeyləri yemiş olsalar da onların ətlərini yemək haram deyil, yalnız məkruhdur. Məkruhluğunun səbəbi də ətdə meydana gələn pis qoxudur.

 

Toyuq gübrəsi mikrobdan təmizlənildikdən sonra verilməkdə, bu səbəbdən heyvanın ətində meydana gələ biləcək pis qoxunun qabağına keçilmiş olmaqdadır. Onsuz da yuxarıdakı məsələdə keçdiyi kimi bu heyvanlar təmiz olmayan bu maddələrdən ətləri iy verməyəcək miqdarda yemiş olsalar, ətləri iyrənmədən yeyilər.

 

Qaynaq: Məmməd Paksu Çağın Gətirdiyi Suallar



19-11-2009 12:00:00