Ana səhifə

Yıxılan bir məscidin yeri məsciddən başqa bir məqsəd üçün istifadə edilə bilər?


YazdırSend to friend

 

Yıxılan bir məscidin olduğu torpaq, bəzi alimlərə görə başqasına satıla bilməz. Orada yenidən məscid inşa etmək və ya torpağı elə boş buraxmaq lazımdır. Yaxud da varsa məscidi tikdirənə və ya varislərinə verilər.

Digər bir qisim alimlərə görə isə, oranı məscidə bağışlayan və ya məscidi bina edən kimsənin məqsədinə uyğun olaraq daha faydalı bir şəklə çevrilə bilər; məsələn torpağı satılıb puluyla başqa bir yerdə məscid və ya Quran kursu inşa edilə bilər. Əhəmiyyətli olan vəqfiyənin mənəvi axarını təmin edən və davam etdirən bir şəklin olmasıdır.

Əgər məscidin yenidən tələbata cavab verəcək bir şəkildə inşa edilməyə uyğun bir torpağı yoxdursa, bu torpağı (məscidin şərəfini zədələməyən) bir şəkildə istifadə etmək və ya bu şəkildə istifadə edən bir kimsəyə satmaqda bir zərər yoxdur. Yəni, satıla bilər, ev və ya iş yeri kimi istifadə edilə bilər. Yetər ki bu yeni strukturlarda İslam dininə zidd bir fəaliyyət olmasın və satılan torpağın pulu məqsədi xaricində istifadə edilməsin. (bk. V. Zuhayli, əl-Fıkhu'l-İslami, 8/219-221).

Buna görə, bir kənd və ya məhəllədə yeni bir məscid inşa edilmiş olması səbəbiylə, köhnə məscidin ibadət məhəlli olaraq istifadə edilməsinə ehtiyac qalmamışsa və irəlidə də heç bir şəkildə bu məqsədlə istifadə edilmə ehtimalı yoxdursa, tərk edilmiş haldakı yerin yol olaraq və ya məscid faydasına başqa məqsəd üçün istifadə edilməsində dini bir zərər yoxdur. Buradan əldə ediləcək gəlirin xeyir xidmətlərində istifadə edilməsi şərtiylə sözü gedən məscid torpağına ictimai və ya ticari təsislər tikməkdə də bir zərər yoxdur.



04-05-2011 12:00:00

Düğüme özel