Ana səhifə

Yol qəzasında bir yaxınımız öldü və yaxud yaralandı. Müalicə üçün bir xeyli xərc etmək məcburiyyətində qaldıq. Sonra məhkəmə sürücünü günahkar bilib pul cəzası verdi. Bəziləri bu pulu ala bilməzsiniz, deyirlər. Bəziləri də mərhum narahat olar deyə söyləyi


YazdırSend to friend

Yol qəzasındakı ölüm, yaxud yaralanmadan ötəri pul cəzası verilən günahkardan varislər və ya yaralanan zərər çəkmiş, pul alma haqqına sahib olarlar. Haramlıq bəhs mövzusu ola bilməz. Çünki İslam hüququnda qəsdən öldürmələrdə qisas, qəsdin xaricindəki öldürmələrdə isə ödəmə vardır. Yəni günahkar, zərər çəkmişə ödəmə olaraq pul ödəyər.

 

Ödəməni gümüşdən hesab etsələr məsələ ucuz həll olar. Qızıldan hesab etsələr cəza pulu, bir az daha yüksələr. Bu da, qarşıdakının vəziyyətinə görə hərəkət etmə imkanı vermiş olar.

 

Yol qaydalarına zidd hərəkət edərək birinin yaralanmasına səbəb olan kimsə də ödəmə tələb edən bir cinayət törətmiş olar.

 

Yol kənarındakı inşaatdan bir şeylər salan işçi, yoldan keçən birinin ölümünə səbəb olsa baxılar, inşaatda qoruyucu taxta pərdə varsa, yalnız səbəb olan işçi ödəmə ödəyər, yoxsa mal sahibi ilə müştərək olaraq ödəyərlər.

 

Qapısında it saxlayan adam, keçənlərin dişlənilib yaralanmasına səbəb olsa ödəmə növündən pul cəzası verilər.



19-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz