Ana səhifə

Yoxdan yaratmağı qəbul etməyənlərə necə cavab vermək lazımdır?


YazdırSend to friend

Yaratma iki şəkildə olur. Biri icad yəni vasitəsiz, birbaşa yaratma, digəri isə inşa yoluyla yəni mövcud varlıqlardan bir yenisini süzmə, səbəblər yoluyla yeni bir şey bədənə gətirmə şəklində. Bunların hər ikisinin də ən gözəli öz varlığımızda var. Ruhumuz icada, bədənimiz inşaya misal. Ruh bir başqa şey istifadə edilərək, vasitəli olaraq deyil bir-başa yaradılır. Bədən isə bu kainatdan süzülən qidaların ata və ana deyilən iki ayrı fabrikdən süzülmələriylə yaradılır. Hər ikisi də Allahın ayrı bir möcüzəsidir və ayrı adlarını elan edərlər.

 

Ətrafımızda gördüyümüz varlıqların bədənləri  həmişə inşa yoluyla yaradıldığından və biz ruhlar aləmini, mələklər aləminin görə bilmədiyimizdən, bəziləri səhv bir məntiqlə, yaratmağı yalnız inşaya inhisar etdirirlər və yoxdan yaratmağı inkar edirlər.

 

"Yox var olmaz, var olan da yox olmaz." sözü bir istiqamətiylə doğru, digər istiqamətiylə səhv. Bu sözü, maddəyə əzəliyyət istinad edərək yaradılışı inkar məqsədiylə söyləyənlərə əlbəttə qatılmaq mümkün deyil. Doğru olan tərəfi bu: Bu gün gördüyümüz heç bir varlıq, yoxluqdan meydana gəlməmişdir. Çünki, varlıq yoxluğun ziddidir. Bir şeyin öz ziddinə inqilab etməsi isə qeyri-mümkündür. Qaldı ki, "yox var olar" dediyinizdə, "yox" deyə bir şeyin varlığını qəbul etmiş olarsınız. Bu isə tərs bir şeydir. O halda həqiqəti beləcə ifadə edə bilərik: Yox deyə bir şey mövcud deyil. Görünən və görünməyən bütün aləmlər, "yoxluqdan" deyil, "yox ikən" var edilmiş, varlıq sahəsinə çıxarılmışlar.

 

O halda, "Var yox olmaz, yox var olmaz." sözünü söyləyənlər, varlığı yalnız maddə aləmi olaraq görməklə səhvə yol vermişlər, bu aləmin təməl ünsürlərinin(maddələrinin) sabit qalmasını bir ilahi nizam olaraq qiymətləndirmək yerinə, maddəyə əzəliyyət vermiş və hər şeyi maddənin etdiyini iddia etməklə həqiqətdən ayrılmış, hidayətdən uzaqlaşmışlar. Amma bu cümləni, "İlahi elmdə dəyərləri reallaşdıran  mahiyətlər (varlıqlar)  bu aləmə gəlmələri mütləq yoxluqdan deyil, bu dünyadan köçmələri də yoxluğa getmək deyil." mənasında istifadə etsəydilər, həqiqəti ifadə etmiş olardılar.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz