Ana səhifə

Yoxdan yaratmağı qəbul etməyənlərə necə cavab verməliyik?


YazdırSend to friend

Yaratmaq iki şəkildə olur. Biri icad yəni vasitəsiz, birbaşa yaratma, digəri isə inşa yoluyla yəni mövcud varlıqlardan bir yenisini süzmə, səbəblər yoluyla yeni bir şey bədənə gətirmə şəklində. Bunların hər ikisi də öz varlığımızda var. Ruhumuz icada, bədənimiz inşaya misal. Ruh bir başqa şey istifadə edilərək, vasitəli olaraq deyil birbaşa yaradılır. Bədən isə bu kainatdan süzülən qidaların ata və ana deyilən iki ayrı fabrikdən süzülmələriylə yaradılır. Hər ikisi də Allahın ayrı bir möcüzəsidir və ayrı adlarını elan edərlər.

 

Ətrafımızda gördüyümüz varlıqların bədənləri həmişə inşa yoluyla yaradıldığından və biz ruhlar aləmini, mələklər aləmini görə bilmədiyimizdən, bəziləri səhv bir məntiqlə, yaratmağı yalnız inşaya verərlər və yoxdan yaratmağı inkar edirlər.

 

"Yox var olmaz, var olan da yox olmaz." sözü bir istiqamətiylə doğru, digər istiqamətiylə səhv. Bu sözü, maddəyə əzəliyyət isnad edərək yaradılışı inkar məqsədiylə söyləyənlərə əlbəttə qatılmaq mümkün deyil. Doğru olan tərəfi bu: Bu gün gördüyümüz heç bir varlıq, yoxluqdan meydana gəlməmişdir. Çünki, varlıq yoxluğun ziddidir. Bir şeyin öz ziddinə inqilab etməsi isə qeyri-mümkün. Qaldı ki, "yox var olar" dediyinizdə, "yox" deyə bir şeyin varlığını qəbul etmiş olarsınız. Bu isə bir təzaddır. O halda həqiqəti beləcə ifadə edə bilərik: Yox deyə bir şey mövcud deyil. Görünən və görünməyən bütün aləmlər, "yoxluqdan" deyil, "yox ikən" var edilmiş, varlıq sahəsinə çıxarılmışlar.

 

 Yoxluq heç bir varlığın tarlası deyil, dəzgahı deyil, yaxud xammalı deyil. Gördüyümüz bütün bu varlıq aləmi də, yox ikən yaradılmışdır, amma yoxluqdan yaradılmamışdır. Hər varlığın bu möcüzə nizamı, intizamı, hikməti, faydası onun mükəmməl bir plandan, yəni qədərdən gəldiyini açıqca dərs verdiyinə görə, ilahi elmdə təqdir edilən bir varlıq mütləq yoxluqda deyil. Amma biz o varlığı ancaq yaradıldığı zaman görə bilir və ona ancaq o zaman "var" deyə bilirik. Bu varlıq, dünya səhifəsindən silindiyi zaman da bizim üçün yox olur, amma yoxluğa getmir.

 

O halda, "Var yox olmaz, yox var olmaz." sözünü söyləyənlər, varlığı yalnız maddə aləmi olaraq görməklə səhvə yol tutmuşlar, bu aləmin təməl ünsürlərinin sabit qalmasını bir ilahi nizam olaraq qiymətləndirmək yerinə, maddəyə əzəliyyət vermiş və hər şeyi maddənin etdiyini iddia etməklə həqiqətdən azmış, hidayətdən uzaqlaşmışlar.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz