Ana səhifə

Yuxu və İslamdakı yeri nədir? Yuxu ilə əməl edilərmi ?


YazdırSend to friend

   Amma Yuxu həqiqət aləminə açılan pəncərələrdən olmuş və ya olacaq hadisələrin eynilə və ya bir qisim simvollarla müşahidə edilməsindən ibarətdir. İnsan zehini müxtəlif təzyiq və şərtlənmələrdən uzaq qaldığı ölçüdə hər yuxu ötələrdən bir işıq bir işarə ola bilər. Bu işıq və işarə insanların önündəki qaranlıqları aydınladıb ona yol göstərici ola bilər.

Yuxu, "Allah Təâlâ'nın mələk vasitəsiylə həqiqət və ya kinayə olaraq qulun şüurunda oyandırdığı ənfusi(onaməxsus) idraklar və vicdani duyğular və ya şeytani təlqinlərdən meydana gələn qarışıq xəyallardan ibarətdir" şəklində də tərif edilmişdir.

Röya insanların qəlblərində yaradılan və oraya yerləşən şeyin xəyal etmə və düşünmə yolu ilə idrak edilməsi deməkdir.

Allah (cc), insanların Lövhi-i Mahfuzdaki vəziyyətlərinə bələdolan bir qrup mələyi röya işiylə vəzifəli etmişdir. Vəzifəli mələk Lövhi-Məhfuzdan(Mühafizə olunmuş lövhə) aldığı halları bir sıra hadisələr və şəkillər halına salaraq əlaqədar insanın yuxusunda qəlbinə yerləşdirər ki, o kimsə üçün bir müjdə və ya xəbərdarlıq ya da qınama dəyərində olsun. Beləcə hikmətli, faydalı və ya çəkindirici bir fəaliyyət göstərilmiş olar. Əlaqədar mələk bu cəhd içində ikən şeytan da insana qarşı duyduğu kin və düşmənlikdən dolayı onu oyaq ikən rahat buraxmaq istəmədiyi kimi, yuxu aləmində də rahat buraxmaq istəməz. Ona bir sıra hiylə və tələlər qurmaqdan geri dayanmaz. Şeytan insanın yuxusunu pozmaq üzrə ya onu gördüyü yuxu barəsində yanıltmaq istər və ya röyasında qafil olmasını təmin etməyə çalışar.

1- Doğru yuxu görmək yalnız möminlərə məxsus deyil. Müsəlman olmayanlar da görə bilərlər. Misir hökmdarı və zindandakı iki adamın gördüyü yuxular kimi.

2- Hər kəs eyni xüsusiyyət və xarakterli deyil. Doğru röya nadir hallarda və ruhu çox həssas kəslər tərəfindən görülür.

3- Görülən yuxuları əsas götürərək həyata nizam və intizam verməyə cəhd etmək yanlışdır. Çünki yuxuların doğruluğunu ölçmək və təsbit etmək mümkün deyil.

4- Yuxu ilə yalnız o yuxunu görən əməl edə bilər. Lakin əməl etməsi şərt deyil. Çünki yuxuda qəza keçirdiyini görən bir kimsə bir vasitəyə mindikdən sonra qəza keçirib ölmüş olsa, intihar etmiş sayılmaz.

Hz. Peyğəmbər (sav) bir hədisində də

"Yuxu görən onu heç kimə söyləmədiyi müddətcə o, bir quşun ayağına bağlıdır (zühur etməz); söyləsə zühur edər. Belə olunca röyanızı yalnız ağıllı, sizi sevən və ya sizə öyüd-nəsihət verəcək vəziyyətdə olan kəslərə söyləyin" buyurmuşdur (Tirmizi ).

İmam Malikə "Hər kəs yuxu təbir edər mi?" deyə soruşulmuş "Peyğəmbərliklə oynanılarmı mı?" demişdir. Yenə İmam Malik "Yuxunu yaxşı təbir edənlər yorumlasınlar. Əgər yaxşı görərsə söyləsin; yaxşı görməzsə yaxşı söyləsin və ya sussun "demişdir.

"Yaxşı görməsə də onu yaxşı olaraq mı təbir etsin?" sualına, "Xeyr" demiş; sonra "Röya peyğəmbərliyin bir parçasıdır. nübüvvətlə oynanmaz" deyə cavab vermişdir (Kurtubi, Təfsir, IX, 122-127; Elmalılı, Haqq Dini Qur'an Dili, IV, 2863-2869; Kuşeyri Sarih Tərcüməsi, XII, 271). 

Gözəl görən gözəl düşünər ,

Gözəl düşünən gözəl yuxular görər ,

 Gözəl yuxular görən də həyatından ləzzət alar.

İslama görə yuxu üç növdür.

1 - Saleh yuxu ,

2 - Şeytanî yuxu ,

3 - İnsanın içində yaşadığı hadisələrdən doğan yuxu.

    Saleh yuxu baş verəcək olan şeyləri baş verməmişdən əvvəl fitrî istedad ilə idrak etməkdən ibarətdir. Allah Rasulu aleyhissalâtu vəssəlâm bununla əlaqədar belə buyurar: Möminlərin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən bir hissədir.

    Şeytanî yuxu insanı qorxudub kədərdən kədərə sövq etmək üçün, yuxu halında insanın ürəyinə verdiyi vəsvəsədən ibarətdir. Allah Rəsulu aleyhissalâtu vəssəlâm  belə buyurur :

Sizdən biriniz sevdiyi bir yuxu görsə o Allahdandır. Bunun üçün Allah`a həmd edib yuxusunu söyləsin. Xoşuna gəlmədiyi bir yuxu görsə o şeytandandır. Şərindən Allah`a sığınsın və onu kimsəyə də açmasın. Yoxsa özünə zərər verəcək .

    İnsanın içində yaşadığı hadisələrdən doğan yuxu isə ,insan bir şeylə məşğul olub onunla çox maraqlandığı üçün haqqında yuxu görər. Allah Rəsulu sallallahu aleyhi və səlləm bir hədisdə belə buyurur:

Yuxu üçdür. Allah tərəfindən olub müjdə verən saleh yuxu , kədər verib şeytandan gələn yuxu və insanın öz-özünə bir şeylər söyləyib təsəvvür etməyindən meydana gələn yuxu .

    Yûsuf sûrəsində zikr edilən Hz.Yûsuf (A.S)`ın yuxusuyla əlaqədar âyə ilə yuxarıda zikr edilən hədislər bunu ifadə edirlər. Yuxuların içində haqq yuxular vardır. Ancaq hər yuxu haqqdır və hər yozma də doğrudur, deyilməz. Yuxuya görə hərəkət və yuxuya istinad etmək doğru deyil. Hətta fiqh kitabları bəyân edirlər: Şeytan hər nə qədər Peyğəmbərin surətinə girə bilməsə də Şâban`ın irmidokuzunda(29) Peyğəmbər aleyhissalâtu vəssəlâm  hər hansı bir kimsənin yuxusunda sabah Ramazanın birinci günüdür oruc tutun deyə əmr etsə də bu yuxu ilə əməl edilməz. Çünki yuxu elm olmadığı kimi zəbt da edilməz. (Halil GÜNENÇ , Günümüz Məsələlərinə Fətvalar II. 300 )

Yuxu və ilham ilə əməl etmək

    Yuxu və ilhamla əməl etməyə gəlincə;

    Yuxular və ilhamlar Rabbânî və Rahmânî ; Şeytanî və Nəfsanî  ola bilərlər. Bu səbəblə aralarını yaxşı təyin etmək lazımdır . İslam alimləri bu mövzularda bu üç şərtin yerinə yetirilməsi halında yuxularla əməl edilə biləcəyini , amma heç kimi məcbur etmənin doğru olmadığını ifadə edərlər.

1.        Görülən yuxu və ya ilham , dinimizin əmrlərindən birini qaldırıcı və ya qadağalarından birini də halal edici cinsdən , yəni dinə zidd və sünnəyə zidd olmayacaq.

2.        Yuxu və ya İlham güvənilir , hər kəsin etimad etdiyi , Əbu Hənifə, Şafi , İmamı Rəbbâni , İmamı Qəzâli kimi kəslər olmalıdır. Hər kəs o şəxsin yalan danışmayacağı və dinin əsaslarını haqqıyla bilən və yaşayan biri olduğunu qəbul etməlidir.

3.       Yuxu və İlhamla əldə edilən məlumatlar dinin bir əmri kimi qəbul edilməməli. Yalnız tövsiyə edilə bilər. Yuxular və ilhamlar bir xəbərdarlıqdır, işarədir. Bağlayıcı və məcburedici ola bilməz. Bu yuxu və İlhama tabe olanlar ayıblanılmayacağı kimi , tabe olmayanlar da ayıblanılmaz.



09-05-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz