Ana səhifə

Yuxuda və ya oyaq ikən qorxudan xilas olmaq üçün xüsusi dualar varmıdır? ..


Qorxu kimi şeylərdən qorunmaq üçün dua etmək və ayə ilə hədis kimi şeyləri yazıb daşımaq dini baxımdan caizdir. Abdullah bin Ömər Peyğəmbərdən (sav) belə rəvayət etmişdir:

"Sizdən biriniz yuxuda qorxarsa belə desin:" Allahın qəzəb və əzabından və qullarının şərindən, şeytanların vəsvəsəsindən və yanıma gəlmələrindən əskikliyi olmayan Allahın sözlərinə sığınaram. "O zaman, heç bir şey ona zərər verməz. "

"Abdullah bin Amr onları temyiz( doğru ilə yanlışı ayıra bilmək) çağına gələn uşaqlarına öyrədər, temyiz çağına gəlməyən uşaqları üçün yazıb onların boynuna asardı." (Tirmizi, Dəavat, 94)

Cinlərin insanlara "hansı şərtlərdə zərər verə biləcəyi" mövzusunda  bunlar söylənilir:

"Cinlər, əhli- i imana, daha çox cənabət (qüslsuz) və aybaşı- nifas hallarında; dəstəmazsız, namazsız həyat sürənlər də yenə bu hallarda müsəllət olub, onları fərqli şəkildə və fərqli səviyyədə başdan çıxara bilər. İşlənən hər bir günah, şeytan və xəbis cinlərə açılan bir qapı və pəncərə vəziyyətindədir. Xüsusilə həssas tiplər, xarab ruhlular, duadan və dualıların atmosferindən uzaq diqqətsiz həyat yaşayanlar, tez cinlərin təsirinə girər. Təbii ki cinlərin həyat sərhədlərini pozan və bəsmələ çəkmədən evlərini və yurdlarını işğal da cinlərdən zərər görmədə mühüm faktorlardır. "

"Əfəndimiz sallallahu aleyhi və səlləm, bizə pis yerlərə girərkən dua etməmizi öyrədir və onların olduqları mezbelelik, zibillik, hamam, otluq, ayaq yolu və hətta qəbirlərdə namaz qılmamızı qadağan edir. Bəli Əfəndimiz (sallallahu aleyhi və səlləm), ayaq yoluna girərkən " Allahümə inni əuzu bikə minəl- xubsi vəl- xəbais "deməmizi öyrədir, həyatımızın hər mərhələsində dualı olmamızı, bu qabil zərərli oxlara hədəf olmaqdan qorunmamızı təmin edəcək bir qala və qalxan sayıla biləcək təmiz mühitlərdə olmamızı, təmiz insanlarla oturub qalxmağımızı, dualarla bir atmosfer əmələ gətirməyimizi və ibadətlə qorunmamızı əmr edir."

"Elə isə, cinlərin hər cür pisliyindən əmin olmaq istəyən, hər şeydən öncə günahlardan şiddətlə qaçınaraq, onların girəcəyi dəlikləri qapamalıdır." (Şahin, İnancın Kölgəsində, s.153-154)

"De ki: Sığınıram mən insanların Rəbbinə,İnsanların hökmdarına, insanların ilahına,O hiyləgər vəsvəsəçinin şərindən.O ki, insanların sinələrinə vəsvəsələr pıçıldayar.İstər cinlərdən, gərək insanlardan. " (Nas, 114 / 1-6)

İstər görünüb bilinən, istərsə də görünüb bilinməyən gizli düşmənlərimizə qarşı oxunan və onunla Allah'a sığınılan dua məqamında olan və "Muavvizat" deyilən, Qur'an- ı Kərimin son üç surəsi, yəni "İxlas, Fələq və Nas" surələri, hər dərdə dərman xüsusiyyətindədir və (deyim yerindədirsə) bu üç surə, "Qur'an əczaxanasının aspirinləri" dir. Bu səbəblə, bunlarla Allah'a sığınmalı və gecənin qaranlığından, şeytanların, cinlərin, cadugərlərin, vəsvəsəçinin şərindən bunlarla qorunmalıdır.

Məlumdur ki, sehrin təsir etməsi, insanın yaşadığı psixoloji vəziyyətlərlə, pessimizm, vəhm,yanlış fikir və şübhələrlə də yaxından əlaqədardır. Fələq və Nas surəsində isə bu nöqtələrə işarə ilə, normal hallarda olduğu kimi, insanın başına belə bir hal gəldiyində də yenə sadəcə Allah'a sığınması istənməkdədir. Necə ki, Qur`ani-Kərimdə belə buyurulur:

"Beləcə, Biz hər peyğəmbərə insan və cin şeytanlarını düşmən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edərlər." (Ən'am, 6/112)

Tərcüməsini verdiyimiz, bu ayəyə görə; insanın hər cür təhlükəyə açıq olduğu, cinlərdən və insanlardan olan düşmənlərinin gərək həmsöhbət olduğu təmtəraqlı və sehrli sözlərlə, istərsə də kitablara tökülən və əsl niyyətlərinin nə olduğu bilinməyən fantastika dolu yazılarla rahatca aldadıla biləcəyini görməkdəyik. Bütün bunlara qarşı da, dinlədiyi kimsəni Allah adına dinləməsi və işinə O`nun adıyla, "Əuzu-Bismillah" ilə başlaması gərəkliyini, oxuduğu kitabları da haqq naminə oxuyub, həqiqətə dair mesajlar almaq şərti ilə və yenə "Əuzu-Bismillah" çəkərək oxuması lazım olduğunu anlayırıq. Çünki şeytan, Allah naminə başlanılıp bitirilən işlərdə çox rahat barmaq oynada bilməz. Cadugərlərin və insanı aldatmaq məqsədi güdən bir qisim ədəbiyyatçı və fəlsəfəçilərin pis niyyətləri də ancaq bu yolla uğursuz qalar. Yoxsa bunların bu yollarla insanları aldatması, oxucularını və ya dinləyicilərini mövzunun ritminə qapdırıb ovsunlamaları mümkündür. Onsuz da sapdırılanların çoxu da belə sapdırılmaqdadır. Məhz, buna görə, bu üç surədə, öncə İxlas Surəsi ilə "Tövhid İnancı" təlqin edilərək başlanması, Fələq və Nas Surəsi ilə də Allah'a sığınılması istənməkdədir.

Necə ki, Elamlılı Hamdi Yazır, bu surəni genişcə təfsir etmiş və bu surənin təfsirini edərkən Qurtubinin Əbu Zərdən nəql etdiyi maraqlı bir hədis- i şərifi də nəql etmişdir. Ki, bu hədisdə Hz. Peyğəmbər Aleyhissalatu Vəssalam, "Insan şeytanlarına" diqqət çəkərək; "Sən insan şeytanından Allah'a sığındın mı?" (Haqq Dini Qur'an Dili, X / 191) buyurmuşdur.

Qısacası, gündəlik həyatımızda dua və ibadətlərimizə diqqət edər, dualarla Allah'a sığınar və lazım olduğu kimi yaxın olarsaq, O`nun himayəsinə girər, cadu və cadunu tətbiq edə biləcək cadugərlərdən, xəbis ruhlardan qorunmuş olarıq.

Bu mövzu haqda çalışarkən, daha əvvəllər də maraqlandığım bir medyumla tanış oldum. Dostlarımın da təkidiylə, mənə bir baxmasını istəmişdim. Suya baxdı, cinlərindən çağırdı və onlara, məndə cadu olub olmadığını soruşdu. Sonra, bir neçə dəfə bir suya bir də mənə baxdı və "Nə ilə qorunursan?" deyə soruşdu. Mən də "Necə yəni?" deyə cavab verincə, maraqla, "Hər gün nə oxuyursan?" dedi. Bunun üzərinə, "Nə oldu ki?" dəyincə, mənə, "Sizə bir çox dəfə cadu edilmiş amma tutdur biləməmişlər. Əgər bunları xüsusi bir dua ilə qorunmayan, normal bir insana etmiş olsaydılar, indiyə çoxdan işi bitərdi!" dedi. Mən də hər gün mütləq "Qur`an-i Kərim və Cəvşən'ül- Kəbir" oxuduğumu və namazlardan sonra da sünnəyə uyğun dua və tesbihatlarımı etdiyimi söylədim.

Bu vəziyyətdə, müalicə olmaq üçün, xəbis ruhlarla əlaqə qurub yanlış işlər də etdiyini bildiyimiz cadugərlər yerinə, həkimlərə və tibbə müraciət etmək lazımdır. Dua ilə ediləcək müalicələrdə də, Rəsulullahın (Aleyhissalatu Vəssalam) tövsiyə etdiyi dualara, ayrıca, Qur'an`dan nümunələrini verdiyimiz dualara müraciət etmək lazımdır. Əfəndimizin (Aleyhissalatu Vəssalam) özünün də etdiyi, Hz. Aişə`dən (Allah ondan razı olsun)  rəvayət edilən bu tövsiyəyə tabe olmaq da ən doğru davranış olar;

"Hz. Peyğəmbər Aleyhissalatu Vəssalam, yatağına girdiyi zaman, əllərinə üfləyib Muavvizeteyn'i (Fələq və Nas surələri) və Qul hüvallahü Əhad`ı oxuyar, əllərini, üzünə və vücuduna sürtər, bunu da üç dəfə təkrar edərdi. Xəstələndiyi zaman, eyni şeyi ona etməmi əmr edərdi. " (Buxari, Fədail- ul Qur'an 14, Tibb, 39)

Hz. Peyğəmbər (Aleyhissalatu Vəssalam.), xəstələri, müalicə etmək üçün cadugərlərə göndərməmişdir. Ya tibbə həvalə edib həkimlərə göndərmiş, ya da Qur'an və sünnə əczaxanasına göndərmişdir. Beləcə ümumbəşəri şifalardan faydalanmasını istəmişdir. Həm onsuz da Uca Allah, Qur'anın möminlər üçün bir rəhmət və bir şəfa olduğunu bildirmiş (İsra, 17/82), mənəvi dərdlərimiz üçün müraciət qaynağı olaraq da Qur'anı göstərmişdir. (bax. Şibli, Cinlərin Sirri s.256-257; Arif Arslan, Din və inanclara görə Şeytan və cinlər, Nəsil Yayınları, Aprel 2002.)



28-08-2014 12:00:00