Ana səhifə

Zəkat haqqında məlumat verərsiniz? Niyə zəkat verməmiz lazımdır? Kimlərin zəkat verməsi lazımdır? Sədəqə və zəkat eyni şeylər ola bilərmi?


YazdırSend to friend

"kât İslâmın körpüsüdür." Hədîs-i şərîf

kât Nədir?

Zəkât, lüğətdə artma,çoxalma,təmizləmə,bərəkət və mədh etmə kimi mənalara gəlir. İslâm hüquq terminalogiyasında isə, şəriətcə zəngin sayılan bir müsəlmanın, ildən ilə malının müəyyən bir miqdarını müsəlman kasıblara Allah rizası üçün temlik etməsidir. (Temlik: Verilən zəkâtı kasıbın mülkiyyətinə keçirməsi deməkdir.). Qulların qulluqdakı sədâqətlərinə dəlalət etməsi cəhətiylə, zəkâta "sədəqə" də deyilmişdir. Odur ki,sədəqə kəlməsi zəkatdan ,vâcib və nafilə qəbilindən olan bağışlamaları da əhatə edən daha geniş bir məfhumdur. Zəkât verməyə tezkiyə(təmizlənmə), zəkât verənə isə müzekki(təmizlənən) deyilər.

Allah rizası üçün seçilib verilən mala ona görə zəkat adı verilmişdir ki,geridə qalan malı təmizləyir və fəlakətlərdən mühafizə edir.Alllah-Təala belə buyurur:

(Ya Rəsulum!) Onların mallarından  sədəqə (zəkat) al.Bununla onları (günahlarından) təmizləmiş,pak etmiş (mallarına bərəkət vermiş,əməllərinin savabını artırmış) olarsan.”

Bununla yanaşı zəkat,onu verəni günahdan ,malı kirdən təmizləyər və mənəvi baxımdan onu ucaldar.

kâtın Hökmü Nədir?

Zəkât, İslâmın 5 rüknündən biridir. Namaz, oruc kimi fərz-i ayındır. Ancaq onlar kimi bədənlə deyil mal ilə edilən bir ibadətdir. Hicrətin ikinci ilində fərz edilmişdir.

Zəkât, Qur’an`-i Kərimdə 34 yerdə zikr edilmişdir. Fərz olması, 6 yerdə, namaz ilə birlikdə təkrar edilən bu ayət-i kərimə ilə sabitdir.

"Namazı qılın, zəkâtı verin..." (əl-Bəqərə, 43, 83, 110; ən-Nur, 56; Müzzəmmil, 20; ən-Nisa, 77).

Bu da İslâmın, dini öhdəçiliklər içində namazdan sonra ən böyük əhəmmiyət və qiyməti zəkâta verdiyini göstərər.

Həqiqətən də namaz, dini həyatın dirəyi, İslâmî yaşayışın təminatıdır. kât isə, sosyal həyatın istinad nöqtəsidir. Namaz qılınmayan bir cəmiyyətdə İslâmi həyat və dini yaşayış zəifləyib sönməyə üz tutacağı kimi, İslâmın zəkât əmrinin tətbiq edilmədiyi bir cəmiyyətdə də ictimai hüzur, fərdlər arasında birlik və bərabərlik, dirlik və nizamlıq təmin edilə bilməz. Kasıb və zəngin siniflər  arasında dayanışma və yardımlaşma ortadan qalxar; sevgi və hörmət duyğuları yox olar. Fərdlər bir-birlərinə düşmən hala gələr. Günümüz cəmiyyətlərinin halı buna açıq bir dəlildir.

Bu halda namaz və zəkât, cəmiyyətdə biri dini, digəri də ictimai həyatı təşkil edici ana ünsürlərdir.

kât, Kasıba Zənginin Bir Köməyidirmi?

Zəkât, zəngin müsəlmanların kasıb müsəlmanlara etdikləri bir iânə, kömək və sədəqə deyil. kât birbaşa kasıbın, zənginin malında olan bir haqqıdır. Qur'an-i Kərîm'də bu xüsus bu şəkildə ifadə edilmişdir:

"Möminlərin mallarında dilənçinin və dilənməyən kasıbın bir haqqı vardır." (əz-Zâriyât, 19).

Zəngin, kasıbın bu haqqını ödəmək məcburiyyətindədir. kâtı ödənməmiş bir mal, təmiz və halal olmaqdan çıxar; içində qəsbedilmiş, sâhibinə verilməmiş bir haqq olan qeyri qanuni bir sərvət halını alar. Nə vaxt ki malın zəkâtı ödənər, o zaman mal təmizlənmiş, qayr-ı məşrûluqdan(qeyri qanunilikdən) qurtulmuş olar. Rəsulullah Əfəndimiz aleyhissalâtu vəssəlâm  bu xüsusu "Malınızı zəkâtla təmizləyin" buyuraraq bəyan etmişlərdir...

Bu baxımdan varlının, zəkât verdiyinə görə kasıbı minnət altında tutmağa çalışması uyğun bir davranış olmadığı kimi, zəkât alan kasıbın da zənginə qarşı bir əziklik və zillət hiss etməsi,minnət yükü çəkməsi əsla müzakirə mövzusu ola bilməz. Çünki zəkât onun öz haqqıdır.

kât Verməmənin Cəzası Nədir?

Çox ağır mənəvi müeyyideler vardır. Uca Allah zəkâtını verməyənlərin qıyâmətdə çox böyük əzabla qarşılaşacağını xəbər verməkdədir:

“O kəsr ki, qızıl və gümüş yığarlar  və onu Allah yolunda xərcləməzlər, onları acı bir əzabla müjdələ!   O gün o, cəhənnəm atəşində qızdırılacaq və onunla alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq.  Bu özünüz üçün yığdığınız şeylərdir. Elə isə, yığdığınız şeylərin (əzabını) dadın! “(ət-Tövbə, 34).

Âyət-i kərîmədə adı keçən yığımlar, zəkâtı ödənilməyən pullara aiddir.

Başqa bir Âyət-i kərîmədə də belə buyurular:

"Allah’ın fəzlindən verdiklərini qullarından əsirgəyənlər üçün o malın xeyr olduğunu zənn etmə. Bəlkə o mal, onlar üçün şərdir. Qıyâmət günündə kasıblardan əsirgədikləri o mal, onların boyunlarına halqa ediləcək." (Âl-i İmrân, 180).

Bu barədə bəzi hədîs-i şərîflərdə də belə buyurular:

"Dəvə, mal və qoyun sâhibi bir müsəlman, bu malların zəkâtını ödəməzsə, qıyâmət günündə o heyvanlar dünyada olduqlarından daha kök və daha böyük halda gələcəklər və hər biri buynuzu ilə ona toslayacak, ayaqları ilə də tapdalayacaq. Sonuncusu işini bitirincə, birincisi yenidən toslamaya və tapdalamağa başlayacaq, tâ ki insanlar mühakimə edilənə qədər..."

"Cənâb-ı Haqq, kimə mal verər də zəkâtını ödəməzsə qıyâmət günündə o mal ,sâhibinə gözlərinin üzərində qapqara iki xal olan çox zəhərli və (zəhərinin təsirinden başı) keçəl bir ilan şəklində görünərək boyuna gərdanlıq(boyunbağı) ediləcək. Sonra da iki çənə sümüyünü, yəni ovurdunu iki tərəfindən tutub belə deyəcək: Mən sənin malınım, mən sənin zəkâtını verməyib anbar etdiyin sərvətinim..."

kât Necə Verilər?

İslâm qaydalarının ən böyüklərindən olan zəkâtın aşkar olaraq verilməsi üstündür. Çünki aşkar olaraq verilməsində ətrafa yaxşı nümunə olma xüsusu olduğu kimi, zəkâtı verən üçün də başqalarının sû'i zənnlərindən(pis düşünmək) qurtulmaq üstünlüyü də vardır. Həm zəkât, zəngin üçün, qəti bir borc və fərz olduğundan, ədâsına riya da girə bilməz. Halbuki nafilə sədəqələr elə deyil. Onları gizlicə verib, nümayiş və fəzilət füruşluk(satmaq) ehtimalından qaçınmaq daha fəzilətlidir.

kât Nə vaxt Ödənir?

Qüvvətli və ən səhih(doğru) olan görüşə görə, üzərinə zəkât düşən mal və pulların zəkâtı, o mal və pulun üzərindən 1 il keçdikdən sonra, tez bir zamanda, yəni, il bitər bitməz dərhal verilməsi lâzımdır. Üzrsüz olaraq təxir etmək câiz olmaz. Günahı muciptir(lazım gəlmək).

Digər bir görüşə görə isə, zəkâtın verilməsi dərhal deyil, terahi üzərinə fərzdir. Yəni il sonunda dərhal verilməsi lâzım deyil. Mükəlləf bunu həyatda olduqca dilədiyi zaman ədâ edə bilər. Ədâ etmədən ölsə, ancaq o zaman günahkar olar. Lakin bu görüş zəifdir.

kâtın Əhəmiyyəti

Zəkâtın əhəmiyyətini və fərz edilməsindəki hikmətləri iki yöndən araşdırmaq mümkündür.

1 - Fərd baxımından.

2 - Cəmiyyət baxımından.

I - Fərd Baxımından Zəkâtın Əhəmiyyəti:

Fərd baxımından zəkâtın əhəmiyyəti mövzusu da yenə iki hissəyə ayrılaraq tədqiq edilə bilər:

a. Verən baxımından zəkâtın əhəmiyyəti,

b. Alan baxımından zəkâtın əhəmiyyəti.

Verən Baxımından Zəkâtın Əhəmiyyəti Nədir?

* Zəkât fərdi, maddəpərəstlikdən qoruyar. İnsandakı ehtiras zəncirini qırar. Ürəyin qatılaşmasını və nəfsin azğınlaşmasını önləyər.

* Zəkât xalqa şəfqətin açarıdır.

* Zəkât malı əbədiləşdirər. Allah rizası yolunda ümumi mənfəətə xərclənən mal zay olmaz, əbədiləşər.

* Zəkât ruh və bədən arasında bir tarazlıq təmin edər.

* Zəkât Allah’a yüksək bir şükrün ifadəsidir. Yalnız dillə edilən şükrlə malın şükrü ədâ edilmiş olmaz. Malın şükrü yalnız zəkât və sədəqələr yoluyla yerinə yetirilər.

* Zəkât malı təmizləyər. Zəkât, fərdi xəsislikdən və əlindəki malını düşmənlik, qısqanclıq, oğurluq və zəhərli baxışlardan qoruyaraq təmizləyər. İnsana beləcə böyük bir mal və can güvənliyi təmin edər.

* Zəkât mal sâhibini malın əsarətindən qurtarar, azadlığa qovuşdurar. Hədîs-i şərîfdə:

"Qızıl ilə gümüş (pula) tapınanlarla məxmərə (lüksə) tapınanlar həlak olmuşdur" deyilməkdədir.

* Zəkât zənginin şəxsiyyətini inkişaf etdirər, onu xeyirə yönəldər. Cəmiyyətdə dəyər və etibarını artırar.

* Zəkât malı çoxaldar. Malın böyüməsinə və bərəkətlənməsinə səbəbdir. Allah’ın bu mövzuda vadi vardır.Zəkâtın verilməməsi isə, malın məhvinə və nöqsanlaşdırılmasına səbəbdir.

* Zəkât fərdi sərmayəyə təşviq edər.

* Zəkât ürəkdəki dünya sevgisinə qarşı bir dərmandır.

* Zəkât müsəlmanı mal fitnəsindən qoruyar. Âyət-i kərîmədə belə buyurulmaqdadır:

“Sizin mallarınız və övlâdlarınız fitnə və imtahandan başqa bir şey deyil. Allah qatındakı mükâfat isə, böyükdür.” (ət-Təgâbün, 15).

Hədîs-i şərîfdə isə belə buyurular:

"Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi də maldır."

* Zəkât müsəlmanı, maliyyə yönündən intizama salar.

* Zəkât fərdə maliyyə gücünün önəmini də xatırladar.

Alan Baxımından Zəkâtın Əhəmiyyəti Nədir?

* Zəkât, alıcısını zərurî ehtiyaclarının əsiri olmaqdan qurtarar. İnsanın, zərurî ehtiyaclarını təmin edə bilməməsi səbəbiylə daim başqalarının əlinə möhtac bir halda zillət və səfalət içində olması qədər aşağılatıcı bir vəziyyət yoxdur. Bu səbəblə Rəsulullah Əfəndimiz aleyhissalâtu vəssəlâm duasında: "Ey Allah’ım! Səndən təqvâ, iffət və zəngilik istəyərəm" buyurmuşdur.

* Zəkât kasıbı işə sövq edər. Hədîslərdə: "Verən əl, alan əldən üstündür", "Qüvvətli mömin, zəif mömindən xeyrlidir" buyurulmuşdur. Kasıb alan əl deyil, verən əl olmağa, zəif deyil qüvvətli olmağa çalışacaq. Ayrıca "Heç kim öz əlinin əməyindən daha xeyirli bir yemək əsla yeməmişdir" hədîsi də, yenə işləməyi təşviq etməkdədir.

* Zəkât kasıbın qısqanclıq duyğusunu korlaşdırar. Sərvət sâhiblərinə qarşı duyulacaq düşmənliyi ortadan qaldırar. Bu səbəbdən cəmiyyətdə kasıb-zəngin düşmənliyi şəklində bir ayrılıq meydana çıxmaz.

* Zəkât kasıbın cəmiyyətdəki etibarını da yüksəldər. Çünki zəkât kasıbın şəxsən haqqıdır. Zənginin bir yardımı deyil. Varlılar kasıbı tapıb zəkâtlarını vermədikcə, məsuliyyət və günahdan xilas ola bilməzlər. Madam zəngini məsuliyyətdən kasıb qurtarır, o halda cəmiyyətdə onun etibarı hər vaxt üstündür.

II - Cəmiyyət Baxımından Zəkâtın Əhəmiyyəti:

* Zəkât mülkiyyətdə qüvvət tarazlığıdır. Nə tamamilə sâhibinin mülkiyyətini aradan qaldırar, nə də tamamilə onun əlində buraxıb kasıbların da onu əldə etmələrinə mane olar. Mülkiyyəti müəyyən ölçülər içində kasıb ilə zəngin arasında bölüşdürər.

* Zəkât bir cür ictimai təhlükəsizlik və ictimai sığortadır. Ehtiyac sâhiblərinə kömək etmək; kasıb, miskin, borclu, yolda qalmış yolçu kimi zəif insanların əlindən tutmaq zəkâtın hədəfləri arasındadır. Fərdin şəxsiyyətini möhkəmləndirən, iqtisadi cəhətdən gücləndirən, maddi və mənəvi imkanlarını inkişaf etdirən hər şey cəmiyyəti də qüvvətləndirər.

* Zəkât ehtiyac sâhibi bütün siniflərə, bu siniflərin bədənî, ruhî, əxlâqî hər cür ehtiyaclarına aid olan bir sığortadır. Müasir sosial sığorta fikirinin ilk təməli 1941-ci ildə atılmışdır. İngiltərə ilə A.B.Ş nümayəndələri 1941-ci ildə Atlantik andlaşması üçün toplanmışlar, bu yığıncaqda fərdlər üçün sosial sığorta təşkilatının qurulmasına qərara vermişlər. Halbuki İslâmiyyət bunu zəkât müəssisəsi ilə 1400 il əvvəldən təyin etmişdir.

* Zəkât, cəmiyyətdə zəngin ilə kasıb arasındakı uçurumları, fərqliləşmələri ortadan qaldırar. Siniflərarası məsafəni yaxınlaşdırar və orta sinifin inkişafını təmin edər.

Cəmiyyətdə orta səviyyəli vətəndaşların artması, bazarda rahatlıq meydana gətirər. Mal yalnız bir sinifin inhisarında qalmaqdan xilas olaraq kasıbların da satın alma gücləri artar. Sırf zənginlər deyil, geniş bir xalq kütləsi də cəmiyyət içində sıxılmadan zərurî ehtiyaclarını təmin edərək yaşaya bilmə imkânına qovuşar.

Malın sadəcə zənginlər əlində dolaşan bir sərvət olması, Âyət-i kərîməylə qadağan edilmişdir (əl-Həşr, 7). Bu da zəkât yoluyla təmin edilir.

* Zəkât pulun stok (anbar) edilməsini önləyər, yatırıma (sərmayəyə) yönəldər. Çünki qazancdan(kârdan) deyil, ana puldan verildiyi üçün, işlədilmədikcə davamlı azalacaq. Sâhibi də azalmağı önləmək üçün pulu sərmayəyə yönəldər, artırma yoluna gedər.

* Zəkât sosyal tarazlığı təmin edər. Cənâb-ı Haqq qulları yaradılış baxımından olduğu kimi yaşayış və məişət baxımından da fərqli səviyyədə yaratmışdır. Kimi zəngin, kimi kasıb, kimi orta səviyyəli...

Âyət-i kərîmədə:

"Allah ruzi verməkdə bəzinizi bəzinizə üstün etdi" (ən-Nəhl, 71)

buyurulmaqdadır. Bütün insanların eyni səviyyədə gəlir sâhibi olmaları imkânsızdır. Çünki cəmiyyətdə məsuliyyət və enerji sərfi baxımından bir-birindən çox fərqli vəzifələr vardır. Bu vəzifələrin tərk edilməsindən dolayı meydana çıxacaq zərərlər, cəmiyyəti iflic edər. Bütün vəzifələrin ödənişi eyni olsa, kimsə ağır və məsuliyyətli işə talib olmaz, hamı yüngülünü seçər. Beləcə ağır və məsuliyyətli işlər tərk olunar. Demək ki gəlir və dolanışıq baxımından insanların fərqli olması böyük bir zərurətdir. Nə var ki, bu fərqliliyin böyük bir uçurum meydana gətirməməsi üçün, arada bir əlaqə və körpü lâzımdır. İşdə o körpü də zəkâtdır.

* Zəkât cəmiyyətin fərdlərini bir-birinə birləşdirər.

Zəkât sosyal bir yardımlaşma olmaq cəhətiylə fərdləri bir-birinə birləşdirər. Zəngində kasıba qarşı sevgi, şəfqət, mərhəmət duyğuları inkişaf edər. Kasıbda isə zənginə qarşı itâət, hörmət, işində titizlik hissləri inkişaf edər. Qısqanclıq, düşmənlik, həsəd duyğuları törpülənər, hətta tamamilə yox olar. Nə zəngin kasıba zülm edər və onu minnət altında buraxar; nə də kasıbda zənginə qarşı zillət və əsârət, kin və adâvet duyğuları təşəkkül edər. Hədîs-i şərîfdə: "Qəlblər, insanı yaxşılıq edəni sevməyə, pislik edəni də sevməməyə məcbur edər"

buyurulmuşdur.

* Zəkât cəmiyyətə kinlənib hınçlanıp cəmiyyət düşmənləri ilə cəmiyyət hüzurunu pozucularla əməkdaşlıq edilməsini önləyər. Əgər zənginlər kasıbların ehtiyaclarını aradan qaldırmazlarsa, şiddətli ehtiyac və dolanışıq çətinliyi, onları müsəlmanlığa düşmən kimsələrin cebhesine qatılmağa və ya oğurluq, yol kəsmə, adam öldürmə kimi pislikləri etməyə sövq edər.

* Zəkât sərmayəyə açılan bir qapı və böyük bir inkişaf həmləsidir. Zəkâtın həm sosyal, həm də iqtisadî yönləri vardır. Bu baxımdan eyni zamanda bir inkişaf həmləsidir.

* Zəngin - kasıb tezadı, cəmiyyətlər var olandan bəri açıq və ya gizli bir şəkildə hökm sürən bir sinif mübarizəsini doğurmuşdur. Tarixdəki qiyamlar və qanlı hərəkatlar, həmişə bu mübarizənin, yəni "sənin var, mənim yox" döyüşünün bir şəkildə zühurudur. İslâmiyyət bu əzəli mübarizəni yatırmaq üzrə bir tərəfdən zəkât, sədəqə və vəqf müəssisələrini qurmuş; bir tərəfdən də, fərdlərə səbir, qənaət və qədərə razılıq əxlâqı və tərbiyəsi vermişdir. Bu tərbiyə və əxlâq ilə bəzənmiş möminlər arasında, nə sərvət qüruru, nə də kasıblıq qısqanclığı görülməmişdir.

kâtın Şərtləri

Zəkât Verməklə Mükəlləf Olmanın Şərtləri Nələrdir?

Bir kimsənin zəkât verməklə mükəlləf olması üçün bəzi şərtlər vardır. O şərtlər də bunlardır:

1 - Zəkât verəcək kimsə müsəlman, âğıllı və yetkin olmalıdır. Qeyri müslimlərə, məcnunlara, yetkinliyə çatmamış uşaqlara zəkât fərz deyil.

İmamı Şafisiyə görə uşaqların və ağıl xəstələrinin malları varsa, o mala zəkât düşər. Vermə işini də vəliləri yerinə yetirərlər.

2 - Zəkât verəcək kimsə, havâyic-i asliyə deyilən rurî ehtiyaclarından və bir də -əgər varsa- borcundan başqa nisab miqdarı və ya daha çox bir mala sâhib olmalıdır. Nisab miqdarı qədər malı olmayana zəkât düşməz.

Nisab, zəkâtın fərz olması üçün şəriətin təyin etdiyi mal miqdarıdır. Bu miqdar; maldan mala dəyişər. Bunu ayrıca görəcəyik.

3 - Zəkâtın lâzım gəlməsi üçün, malın namə, yəni, böyümə və artma qabiliyyəti də olmalıdır. Qızıl və gümüş pul və zinətlər, ticarətdə istifadə edilən hər hansı bir əşya və ya heyvan zəkâta tabe olduğu kimi; nəsilini çoxaltmaq və ya südünü sağmaq üçün çöllərdə otladılan heyvanlar da zəkâta tabedir. Çünki bunlarda namə vardır.

4 - Zəkâtı veriləcək mal, sâhibinin şəxsən əlində olmalı, yəni sâhibi malına tam malik olmalıdır.

Buna görə də ərindən mehrini almamış bir qadına, o mehirden ötəri zəkât lâzım gəlməz. Girovdakı bir maldan ötəri də zəkât lâzım deyil. Çünki o mal, bir borca qarşılıqdır. Mala tam malikiyet söz mövzusu deyil. Eyni şəkildə borclu kimsə, borcuna qarşılıq olan bir malından ötəri zəkât ilə mükəlləf olmaz.

Səfərdə olan bir kimsə, malının zəkâtıyla mükəlləfdir. Çünki malı yanında deyilsə də, bir vəkil və ya naible malında tasarruf (iş görmək) edə bilər.

5 - Zəkâtı veriləcək malın üzərindən tam bir il keçmiş olmalıdır. Buna havl-i havəlan deyilir.

Çünki bu müddət içində, malın neması = artması və qiymətlənməsi ortaya çıxar. Nisab miqdarı, həm ilin başında, həm də sonunda olmalıdır. Bu miqdarın il içində müvəqqəti olaraq azalması zəkâta mane deyil.Zəkât hesabında əsas olan qəməri ildir ki, bu da 354 gündür.

kâtın Səhhət(doğruluq) Şərti Nədir?

Zəkâtın səhih ola bilməsi üçün ən başda niyyət şərtdir. Niyyətdə isə etibar, qəlbədir. Dil ilə deyilməsi lâzım deyil. Hətta bir malı kasıba zəkât niyyətiylə verərkən, dil ilə hədiyyə və ya sədəqə olaraq verdiyini söyləmək belə, o malın zəkât yerinə keçməsinə əngəl deyil. Çünki mötəbər olan qəlbdən edilən niyyətdir.

Bir mal, kasıba niyyətsiz olaraq verilmişsə, baxılar: Əgər hələ kasıbın əlində mövcud isə zəkâta niyyət edilməsi câizdir. Lakin əlindən çıxmışsa, zəkâta niyyət kifayət etməz.

Bir kimsə, əlindəki malı, zəkâta niyyət etmədən tamamilə sədəqə versə, bu malın zəkâtı üzərindən düşmüş sayılar.

Bir kimsə, zəkât lâzım olan bir malın bir miqdarını bir kasıba hədiyyə etsə, bu miqdara düşən zəkât özündən azad olar.

kâta tabe Olan Və Olmayan Mallar

Hansı Mallar Zəkâta Tâbedir?

Zəkât verilməsi gərəkli olan mallar 5 növdür.

1 - Qızıl və gümüş; nağd pul.

2 - Ticarət malları.

3 - Mədənlər və xəzinələr.

4 - Əkin və meyvələr.

5 - Dəvə, mal, qoyun, keçi...

Bu mallar, zəkâtı veriliş etibarı ilə 2 hissəyə ayrılır:

1 - Əmvâl-i zâhirə: Açıqda və ortada olan mallar.

2 - Əmvâl-i bâtına: Gizli, ortada olmayan mallar...

Qızıl, gümüş və nağd pullar ilə ticarət malları, bâtınî mallardandır. Əkin və meyvələr, mədənlər və heyvanlar isə, zâhirî mallardan sayılmaqdadır.

Bâtınî malların zəkâtını vermək sâhiblərinin dindarlığına və vicdanına həvalə edilmişdir. Bunlar, bu malların zəkâtını, istədikləri kasıb və möhtaca birbaşa verə bilərlər.

Zâhirî malların zəkâtlarını isə, İslâm tarixi boyunca âşir və ya amil deyilən xüsusi məmurları vasitəsiylə dövlət yığmış və toplanan bu pulu, Qur’an`da göstərilən yerlərə xərcləmişdir.

Hansı Mallar Zəkâta tabe Deyil?

1 - Bir insanın gərək öz şəxsinin və gərəksə nəfəqəsini təmin ilə mükəlləf olduğu ailə üzvlərinin rurî ehtiyaclarını qarşılayan və şəriət dilində havâyic-i asliyyə (təməl ehtiyaclar) təbir edilən mallardan zəkât lâzım gəlməz.

Havâyic-i asliyyə içinə bu mallar daxildir:

* İqamətgahlar, evin içindəki əşyalar, paltarlar, silahlar, minik heyvanları və ya taksi kimi minik vasitələri, şəhərdə evin bir aylıq nəfəqəsi (aylıq maaş) kənddə isə 1 illik nəfəqəsi, elm sâhiblərinin kitabları, sənət mütəxəssisinin alət və dəzgahları hamısı təməl ehtiyaclardan sayılar.

* Ticarət üçün olmayan ehtiyacdan çox ev əşyasından, paltarlardan, yemək və içməli maddələrdən ötəri də zəkât lâzım gəlməz. Təməl ehtiyacdan sayılmayan kitab və sənət alətləri də zəkât şümulüne girməz. Qızıl və gümüşün xaricindəki platin, v. s. kimi zinət dəstələrindən; yaqut, zümrüd, inci, almaz kimi ləl-cəvahiratdan ötəri də zəkât lâzım deyil.

Bu qədər var ki bu kimi mallar təməl ehtiyaclardan xaric olub qiymətləri də nisab  miqdarına çatınca, sâhibi zəngin olmuş olar. Hər nə qədər ona, bu mallardan zəkât vermək lâzım olmazsa da, fitrə vermək və qurban kəsmək vâcib hala gələr. Ayrıca özləri üçün, zəkât və sədəqə almaları də artıq câiz olmaz.

2 - Təməl ehtiyaclar kimi, borc qarşılığı olan pul və mallara da zəkât düşmür. Borclu bir kimsə, borcunu ödədikdən sonra, artıq qalan malı nisab miqdarına çatmırsa, onun üzərindən də zəkât azad olar.

Borclar üç cürdür:

1 - Sırf qullara məxsus borclar.

2 - Allah’a aid olub içində qulların da haqqı olan borclar (Zəkât borcu kimi).

3 - Allah üçün edilən əhd, kəffarə və fitrə borcu...

İlk iki borc, zəkâtın fərz olmasına mane olar. Belə ki:

Bir insan, nisaba malik ikən, üzərindən bir il keçdiyi halda malının zəkâtını verməzsə, onun zəkâtı zimmətində(öhdəsində) borc olaraq qalar. Üzərindən ikinci bir il keçsə, əvvəlcə birinci ilin zəkât borcu ödənilməlidir. Bu borc, malın nisabını aşağı salacaq miqdarda isə, ikinci il üçün zəkât fərz olmaz. Birinci ilin zəkât borcu, malın nisabını zəkâtdan azad edəcək qədər salmırsa, o təqdirdə, borc xaricində qalan mala zəkât düşər.

Başqa bir kimsəyə borclu olmaq da eynidir. Əgər borc ödəndiyində malın qiyməti nisabdan aşağı düşmürsə, zəkât verilməlidir.

Üçüncü qisim borclar, zəkâtın fərz olmasını əngəlləməzlər.

Borcun, zəkâtı fərziyəttən salması üçün, borclu kimsənin zimmetine, zəkâtın vâcib olmasından əvvəl keçmiş olması şərtdir. Yoxsa bir malın zəkâtı vâcib hala gəldikdən sonra, zəkâtı verəcək kimsənin borclanması, zəkâtı məsuluyyətindən,öhdəsindən salmaz.

3 - Yalnız kirayə pulunu almaq üzrə əldə tutulan ev, dükanlardan və bunlar kimi gəlir gətirən alət və nəql vasitələrindən zəkât lâzım gəlməz. Ancaq bunların gətirdikləri gəlirlər, təməl ehtiyaclara xərcləndikdən sonra yerdə qalanı nisab miqdarını əmələ gətirirsə, o miqdardan zəkât verilər.

4 - Haram mal üçün zəkât verilməz. Belə haram bir mal, sâhibli bir mal isə, sâhibinə qaytarılar. Deyilsə, kasıblara tasadduk(sədəqə verilməsi) edilməsi lâzım gəlir.

Ancaq haram mal, halal mala qarışmış olub, hansının haram, hansının halal olduğunu ayırdetmek mümkün olmaz hala gəlmiş isə, bütün maldan zəkât verilməlidir.

* Zəkât borcu olan kimsə, bu borcu ölərkən vəsiyyət etməmiş isə, mirasından alınıb ödənməz. Artıq mal vârislərə intiqal etmiş olar. Varislər istəyərlərsə, bunu öz hissələrindən vergi yolu ilə verərlər.

* Zəkât zimmətə deyil, malın birbaşa özünə taalluk(bağlı olma,münasibət) edər. Buna görə bir mal ,zəkâtı vâcib hala gəldikdən sonra özlüyündən itsə, zəkâtı, sâhibi üzərindən düşər. Lakin sâhibi tərəfindən bilərək xərclənib istehlak edilsə (məsələn başqasına bağışlamaq və ya onunla məskən almaq kimi...) zəkâtı sâkıt(düşmək) olmaz,yəni malın zəkatı verilməlidir

kâta tabe Malların Cinsləri

Qızıl və Gümüşün Zəkâtı:

Gümüşdə nisab 200 dirhəm, altında isə 20 miskaldir.

Borcundan və təməl ehtiyaclarından çox olaraq bu miqdar qızıl və gümüşü olan kimsə, zəkât verər. 200 dirhəm gümüş, 595 qrama; 20 miskal qızıl da, 85 qrama uyğun gəlməkdədir.

Qızıl və gümüşdə zəkât nisbəti 40`da 1`dir(1/40=0.25). Buna görə 595 qr. gümüşü olan kimsə, 14.875 qram; 85 qram qızılı olan isə 2.125 qram zəkât verər.

Qızıl və gümüşün nisablarında onlardan zəkât verilməsi lâzım olub olmadığını təyin üçün, bazardakı qiymətlərinə deyil, ağırlıqlarına baxılar. Bunda ittifaq vardır. Üzərindəki işçilik və sənət səbəbiylə bazar qiyməti etibarilə nisab miqdarını keçsə belə ağırlığı nisab miqdarı qədər deyilsə o qızıl və gümüşə zəkât düşməz.

Xanımların Qızıl və Gümüşdən Düzəldilmiş Zinət Əşyalarına da Zəkât Lâzım Gəlirmi?

Bəli, bu zinətlər 85 qram qızıl və ya 595 qram gümüş miqdarını tutursa zəkât verilməlidir.

Zînətlərin Zəkâtını Kim Ödəyəcək?

Zinət əşyaları qadınların öz mallarıdır. Kişilər o zinətlər üzərində bir haqq və idarə sâhibi deyildirlər. Ancaq xanımın icazəsi olsa o müstəsna.

Bu səbəblə kişilər, xanımların öz malı sayılan zinətlərinin zəkâtını vermək mükəlləfiyyətində deyildirlər. Zinətlərin zəkâtını, o zinətin sâhibi olan qadınlar ödəmək məcburiyyətindədirlər. Bu barədə ərlərini ödəməyə məcbur edə bilməyəcəkləri kimi, ərləri ödəmədiyi üçün məsuliyyətdən də xilas ola bilməzlər. Bu halda zinət sâhibi qadınlar zəkâtlarını ərləri vermədiyi təqdirdə özləri vermək məcburiyyətindədirlər. İstər zinətlərindən bir qisimini pula çevirib bu mükəlləfiyyətlərini yerinə yetirərlər, istərsə də zinətlərindən zəkâta müqabil gələn qisimini vermək surətiylə zəkât borclarını ödəməyə çalışarlar.

Zinətlərin Zəkâtı Necə Verilir?

Qızıl və gümüşdən düzəldilmiş zinət əşyalarının zəkâtı öz cinslərindən olmayan bir şey ilə ödənəcəyi təqdirdə ağırlıqları deyil, bazar dəyərləri əsas alınar(məsələn:100 qram qızılın 1/40-i 2.5 qrama bərabərdir.2.5 qram qızılın bazar qiyməti təyin olunur və onun dəyərində başqa cins maldan(pul) verilə bilər). Bunda ittifaq vardır. Lakin öz cinsiylə ödənəcəyi təqdirdə, İmam-ı A'zam Əbu Hənifə ilə Əbû Yûsuf'a görə ağırlıqları, İmam-ı Züfər'ə görə isə qiymətləri, İmam-ı Muhamməd'ə  görə də bunlardan hansı kasıbın xeyrinə isə, yəni, hansının zəkâtı daha çox tutursa ona etibar olunar.

Saf olmayıb qarışıq olan qızıl və gümüşdə hansı maddə çox isə ona etibar edilər. Qızıl çox isə o maddə qızıl qəbul edilir. Mis çox isə mis, gümüş çox isə gümüş qəbul edilir.

Alınacakların (borc verənlərin geri alacaqları pulların)kâtı:

Başqalarına borc olaraq verilən və nisab miqdarlarına çatan pullar, zəkâta tabe olub olmamaq baxımından 3 hissəyə ayrılır:

1 - Qüvvətli alınacaq,

2 - Orta dərəcədə alınacaq,

3 - Zəif alınacaq.

1 - Qüvvətli alınacaq borclar: Borca verilmiş olan pullar,nisyə satılmış olan ticarət mallarının əvəzi olan alınacaqlar, borclu borcunu etiraf edir, inkar etmirsə qüvvətli alınacaqlardır. Bunlar geri alındığı zaman keçmiş illərə aid zəkâtları verilər.

2 - Orta dərəcədə alınacaq borclar: Ticarət üçün olmayan malın əvəzi, satdığı öz paltarının, ev əşyasının əvəzi, kirayədən alınacaqlar (pullar) orta alınacaqlardır. Bunlar da geri alındığı zaman keçmiş illərə aid zəkâtları verilir.

3 - Zəif dərəcədə alınacaq borclar: Bir şeyin qarşılığı olmadan bir kimsənin üstündə qalan alınacaqlar. Varisin əlində olan vəsiyyət pulu və ya qadının əri üzərində qalan mehri, zəif alınacaqlardandır. Bu cür alınacaqlar ələ keçdiyi zaman keçmiş illərin zəkâtı verilməyəcəyi kimi, üzərindən bir il keçmədən bunlara zəkât da düşməz.

Ticarət Mallarının Zəkâtı:

Bütün ticarət mallarına zəkât düşür. Ticarət malları parça, paltar, və s. kimi hər növ əşyadan ola biləcəyi kimi, buğda, arpa, düyü kimi dənli bitkilərdən; dəmir, mis, qalay kimi mədənlərdən, qoyun, dəvə, keçi kimi heyvanlardan; ev, dükan kimi akardan da ola bilər.

Ticarət mallarında zəkâta əsas olan malın öz deyil, dəyəridir. Dəyərin 40`da biri=2,5%, zəkât olaraq verilər.

Ticarət malına zəkât düşməsi üçün, bəzi şərtlər axtarılar. Belə ki:

1 - Ticarət malının dəyəri qızıl və gümüş nisabına çatmalıdır. Malın dəyəri, olduğu(yerləşdiyi) şəhərə görə müəyyən edilər.

2 - Ticarət malının üzərindən 1 il keçməlidir.

3 - Mal satın alınarkən ticarət məqsədiylə alınmalı və bu niyyət satarkən də davam etdirilməlidir.

Məsələn: Xidmətində istifadə etmək niyyətiylə heyvan alıb sonra onunla ticarət etmək düşünülsə, bu düşüncəylə o heyvan ticarət malı olmaz. Ancaq sırf satmağa və ya kirayəyə verməyə cəhd edilsə o zaman ticarət malı hökmünü alar.

Kâğız Pulların, Təhvil və Bonların, Səhmlərin Zəkâtı:

Qızıl və gümüşə çevrilməsi mümkün olan kağız və mədən pulların zəkâtı fərzdir. Bu pullar ticarətdə istifadə edilməyib kassada saxlansalar belə, zəkâtlarını vermək lâzımdır. Çünki belə pullar, təməldən alış-veriş və ticarət üçün tədâvülə buraxılmışdır. Hökmən ticarət malı cinsindən sayılarlar.

Şirkətlər tərəfindən buraxılan təhvillər, səhmlər şirkətə olan ortaqlıq miqdarını göstərən dəyərlərdir. Eynilə ticarət malı kimi hər il zəkâtlarını vermək lâzımdır. Ayrıca əldə edilən karların(qazancların) da zəkâtı ayrı olaraq verilər.

Bonolar, edilən alış-veriş nəticəsində müştəridən borc qarşılığı alınan sənədlərdir. Bunlar alınacaqlar qisiminə daxildirlər və qüvvətli dərəcədə alınacaqlar sayılırlar.

Torpaq və Dairə Zəkâtı:

Torpaqlar iki məqsədlə alınar:

Ya üzərində ev və ya akar gətirən bir bina tikmək üçün,

Ya da torpağı torpaq olaraq alıb qazanc əldə etmək üçün...

Birinci niyyətlə alınan torpaqlarda ticarət niyyəti olmayıb mülk əldə etmək məqsədi olduğundan, qiymətləri etibarilə zəkâta daxil olmazlar. Gətirdikləri kirayə əvəzindən (pulundan) zəkâtları verilər

Ticarət məqsədi ilə satın alınan torpaqlar hissələrə ayırılaraq və ya bütün olaraq satışa buraxıldıqlarından ticarət əşyası qisiminə girərlər. Bunların qiymətləri üzərindən zəkâtları verilər.

Tikilərək kirayəyə verilən və ya oturulan binaların qiyməti üzərindən zəkât yoxdur, gətirdikləri kirayə puluna zəkât düşər.

Satış üçün tikilən bina və mənzil dairələri, ticarət malı qisiminə girdiklərindən, bunların da qiymətləri üzərindən zəkâtları verilər.

Mədən və Xəzinələrin Zəkâtı:

* Mədənlər üç hissəyə ayrılır:

1 - Atəşdə əriyən mədənlər: Qızıl, gümüş, mis və dəmir kimi.

2 - Maye mədənlər: Neft, zift, su kimi.

3 - Atəşdə əriməyən və maye də olmayan mədənlər: Əhəng, kömür, gips, yâqut, almaz kimi.

Atəşdə əriyən mədənlərdə zəkât nisbəti 5`də birdir=0.2 . 5`də dördü=0.8 isə mədəni tapıb işlədənə aiddir.

Maye halda olan mədənlərdən zəkât alınmaz. Ancaq bunların özlərinə zəkât lâzım gəlməsə də, ticarî məqsəd ilə işlədildiyində kar(qazanc) gəlirlərinə 40`da bir=2.5% üzərindən zəkât lâzım gəlir.

Atəşdə əriməyən və maye də olmayan mədənlərdən zəkât hissəsi alınmaz. Civə bundan müstəsnadır. Civədən 5`də bir nisbətində zəkât alınar. Ticarət üçün çıxarılan kömürün də zəkâtını 40`da bir nisbətində vermək lâzımdır.

Dənizdən çıxarılan inci, anbər, mərcan, balıq kimi şeylərə zəkât düşməz. Ancaq Əbû Yûsuf'a görə bunlardan da 5`də bir nisbətində zəkât alınar.

İmam-ı Şafiî'yə görə qızıl və gümüşdən başqa olan mədənlərin heç birindən zəkât alınmaz. Qızıl və gümüşdən də 40`da bir nisbətində zəkât alınar.

* Xəzinələr də 3`ə ayrılar:

1 - Üzərində İslâmî əlâmət olan xəzinələr. Yəni müsəlmanlar tərəfindən basdırılmış xəzinələr. Bunları tapanlar kasıbdılarsa, özlərinə; deyildirlərsə dövlətə verərlər və ya kasıb xalqa paylanılar.

2 - Kafirlərə aid olduğu anlaşılan xəzinələr. Bunların 5`də biri dövlətə verilər, geri qalanı ərazi sâhibinə, sâhibi yoxsa tapana aid olar.

3 - Kafirlərəmi, müsəlmanlaramı aid olduğu bilinməyən xəzinələr. Bunlar bir görüşə görə İslâmî xəzinələr, digər bir görüşə görə də kafirlərə aid xəzinələr muamelesine tabe tutular.

Əkin və Meyvələrin Zəkâtı:

Əkin və meyvə kimi ərazi mahsûllârından hökumət tərəfindən alınacaq zəkât, ərazinin növünə görə dəyişər.

Bu gün müsəlmanların əllərində olan ərazilər başlıca 4 növə ayrılar:

1 - Ərâzi-i Öşriyə: Bu, fəth edilib öz razılıqları ilə müsəlman olan yerlərin əhalisinə və ya güclə fəth edilib İslâm mücahidlərinə mülk olaraq verilən torpaqlardır. Ərəb yarımadası torpaqları bu sinifə daxildir. Bu torpaqların mahsulatından 10`da bir nisbətində və öşür adıyla zəkât alındığı üçün, bu torpaqlara ərâzi-i öşriyyə deyilmişdir.

2 - Ərâzi-i Haraciyyə: Bu, sülh və ya güc ilə fəth edilib əvvəlki qeyri müslim əhalinin əlində qalmış və ya başqa qeyri müslimlərə verilmiş torpaqlardır. İraq kəndləri və ətrafı əvvəllər bu qabildən idilər.

Bu növü ərazidən ya mahsûlâta görə, və ya münasib görüləcək müəyyən bir miqdarda xərc adı altında, bir vergi alınar. Bu zəkâtdan sayılmaz.

3 - Ərâzi-i Məmlûkə: Bu məmləkət ərazisindən olub dövlətə aid ikən bilahare bir əvəz qarşılığı bəzi kimsələrə satılmış torpaqlardır. Bunların mahsulatı da, sâhibi müsəlman olsa ərâzi-i öşriyye kimidir.

4 - Arâzi-i Məmləkət: Bu, vaxtilə müsəlmanlar tərəfindən fəth edilib bir kimsəyə mülk olaraq verilmədən ümumi müsəlmanlar üçün ibka edilmiş, dövlət əlində tutulmuş torpaqlardır. Bu torpaqların sadəcə idarə edilməsi, əkilib biçilməsi şəxslərə verilmişdir. Torpağın mülkiyyəti dövlətə aiddir. Bunlar hökumətə müəyyən bir vergi və işlətmə ücrəti(icarə əvəzi) ödəyərlər. Buna görə də bu növü ərazinin mahsulatından öşür adıyla zəkât lâzım gəlməz. Yalnız hökumətin təyin edəcəyi vergini ödəyərlər.

Ərâzi-i öşriyyədə yetişən əkin və meyvələrin zəkâtı, öşür, yəni 10`da bir`dir. Ancaq bu, əkin və meyvələr çay və yağış suyu ilə sulanırsa belədir. Dolaplar(quyudan su çıxarmaq üçün alət)və heyvanlar ilə sulanırsa 20`də bir nisbətində zəkât alınar.

Mahsullar üzərindən 1 il keçməsinə ehtiyac yoxdur. Bir ildə bir neçə dəfə əmələ gələn mahsulların hamısından eyni nisbətdə zəkât alınar.

Ərazi mahsullarında, imam-ı A'zam'a görə nisab câri(axan,hərəkət edən) deyil. Az da olsa, çox da olsa 10`da bir nisbətində zəkâtı alınar.

Öşürde etibar əraziyədir. Mal sâhibinə deyil. Buna görə də uşaqlara və dəlilərə aid ərazilərdən öşür alınar.

Türkiyə Ərazilərinə Öşür Düşərmi?

Diyanət İşləri Başçısı Din İşləri Yüksek Kurulunun bu mövzu ilə əlaqədâr 18.12.1981 tarixli açıxlaması belədir:

"İslâm Hüququna görə, müsəlman bir ölkənin sərhədləri içində olan əkilib biçilən torpaqlar:

a. Məmləkət ərazisi (arazi-i əmîriyyə),

b. Mülk ərazi (Öşür və xərac əraziləri),

c. Vəqf ərazi (ərazi-i məvkûfə) kimi qisimlərə ayrılar.

Bunlardan məmləkət ərazisinin mülkiyyəti dövlətə aid olub idarəsi (əkilib biçilməsi); illik müəyyən bir ücrət(ödəniş) və ya əldə edilən məhsulun səkkizdə bir, onda bir... kimi bir qisimi qarşılığında talib olan(istəyən) və dövlət tərəfindən uyğun hesab edilən fərdlərə verilmişdir. Əkib biçmək üzrə özlərinə bu ərazilərin verildiyi kimsələr bu torpaqlarda kirayəçi; ödədikləri vergi və hissələr də kirayə əvəzi sayılmışdır. Hənəfî məzhəbinə görə, bir ərazidə kirayə ilə öşür birləşə bilməyəcəyindən bu vəziyyətdəki ərazilərin məhsullarından ayrıca öşür lâzım olmayacağı bəyan edilmişdir.

Osmanlı İmperatorluğu zamanında İnparatorluk sərhədləri içində qalan ərazi, ümumiyyətlə məmləkət ərazisi (ərazi-i əmîriyyə) qəbul edildiyindən əldə edilən məhsuldan dövlətə verilən onda bir, səkkizdə bir... kimi hissələr, bu torpaqların kirayə əvəzi sayılmışdır.

Lakin dövlət tərəfindən, daha sonra xüsusi qanunla bu ərazilər əkib biçənlərə mülk olaraq verildiyindən, hələ də bu torpaqlar mülk ərazi hökmündə qalmaqdadır. Beləliklə əldə edilən məhsulun zəkâtının verilməsi lâzımdır. Torpaq məhsullarının zəkâtına, bilindiyi üzrə "öşür" deyilməkdədir."

Əhli Heyvanların Zəkâtı:

Əhli heyvanlar: Qoyun, keçi, mal, at və dəvə olmaq üzrə 5 cinsdir.

Bunlardan südləri alınmaq və ya  çoxaldılmaq niyyəti ilə bəslənən və ilin yarısından çoxunu otlaqlarda və çöllərdə otlamaq surətiylə keçirən heyvanlara saimə deyilir.

Saime heyvanlar aşağıda göstəriləcəyi şəkildə zəkâta tabedirlər:

Dəvələrdə Zəkât:

Dəvələrdə zəkât nisabı 5`də 1`dir.

5 dənədən az olan dəvələrdə zəkât yoxdur.

5 ədəd saime dəvənin zəkâtı, üzərindən bir il keçincə, 9 dənə dəvəyə qədər, orta səviyyəli bir qoyundur.

10 dəvədə iki qoyun zəkât verilər. Bu miqdar 14 dəvəyə qədər etibarlıdır.

15`dən 19 dəvəyə qədər 3 qoyun,

20`dən 24`ə qədər 4 qoyun,

25`dən 35 dəvəyə qədər iki yaşına çatan bir dəvə.

36`dan 45`ə qədər 3 yaşına çatan bir dəvə,

46`dan 60 dəvəyə qədər 4 yaşına çatan bir dəvə,

61`dən 75 dəvəyə qədər 5 yaşına çatan bir dəvə,

76`dan 90`a qədər üç yaşına çatan 2 dəvə,

91`dən 120 dəvəyə qədər 4 yaşına çatan iki dəvə verilər.

Bundan sonra 120 dəvə üzərinə hər 5 ədəd əlavə olduqca, 4 yaşına çatan iki dəvəyə bir qoyun əlavə edilər. 145 dəvəyə qədər bu belə davam edər (144 dənədə 4 yaşına çatan iki dəvə ilə 4 dənə də qoyun zəkât olaraq verilər).

145`dən 150`ə qədər 4 yaşına çatmış iki dəvə ilə, iki yaşına çatmış bir dəvə verilər.

Tam 150 dəvə olunca, 4 yaşına çatmış üç dəvə verilər.

Bundan sonra hər 5 ədəd üçün bir qoyun, 4 yaşına çatmış üç dəvəyə əlavə edilərək verilər. 175 dəvəyə qədər bu üsul tətbiq edilər.

175`dən 186`a qədər 4 yaşına çatmış 3 dəvə ilə iki yaşına çatmış 1 dəvə verilər.

186`dan 196 dəvəyə qədər 4 yaşına çatmış 3 dəvə ilə, 3 yaşına çatmış bir dəvə verilər.

196`dan 200`ə qədər 4 yaşına çatmış 4 dəvə verilər.

Beləcə 150`dən sonrakı 50 ədəd edilən əməliyyat, 200`dən sonra gələn hər əlli dəvədə tətbiq edilər.

Tək hörgüçlü dəvə ilə cüt hörgüçlü dəvə arasında zəkât baxımından fərq yoxdur.

Mallarda Zəkât:

Mal deyilincə mandalar da nəzərdə tutular. Bunların erkək və dişi olmalarında fərq yoxdur. İnək və öküzlər də mallara daxildir.

Saimə olan 30 maldan daha aşağısına zəkât yoxdur. Ancaq tam 30 ədəd olunca və üzərlərindən də 1 il keçincə zəkât olaraq iki yaşına çatan erkək və ya dişi bir dana verilər.

40 dənə malda 3 yaşına çatan erkək və ya dişi bir dana verilər.

40`dan sonra 60`a qədərki əlavəyə ayrıca bir şey verilməz.

60 dənədə 2 yaşına çatmış iki dana verilər.

70 dənədə 3 yaşına çatmış bir dana ilə iki yaşına çatmış 1 dana verilər.

80 dənədə 3 yaşına çatmış iki dana,

90 dənədə iki yaşına çatmış 3 dana,

100 dənədə iki yaşına çatmış iki dana ilə 3 yaşına çatmış bir dana verilər.

Qoyun və Keçilərdə Zəkât:

40 qoyundan azına zəkât yoxdur. Saimə 40 qoyun üzərindən 1 il keçincə bir qoyun zəkât verilər. 120 dənəyə qədər həmişə tək qoyun verilər.

121`dən 201`ə qədər iki qoyun,

201`dən 400`ə qədər üç qoyun,

400`də 4 qoyun zəkât verilər. Sonra hər 100 ədəd üçün, bir dənə qoyun artırılar.

Keçinin zəkâtı da qoyun kimidir. Erkək və dişisi zəkâtda ayırdedilmez.

Bir yaşını tamamlayan qoyun və keçilərdən zəkât vermək lâzım olduğu kimi, veriləcək qoyun və keçinin də, ən az bir yaşını tamamlamış olması şərtdir.

Bir yaşına hələ çatmamış qoyun və keçilərdə, dəvə balasında,buzovlarda zəkât yoxdur. Yalnız bu balalarla birlikdə böyük heyvanlar da olsa o təqdirdə onlara bağlı olaraq zəkâta girərlər.

Atların Zəkâtı:

Erkək və dişi qarışıq olmaq şərti ilə saimə olan atların zəkâtı vardır. Bu şəkildəki atlara sâhib olan kimsə, diləsə hər ata qarşılıq bir dinar qızıl zəkât verər. Diləsə bu heyvanları qiymətini təyin edərək 40`da birini verər.

Tək erkək olan və ya tək dişi olan atlarda zəkât yoxdur.

Ticarət üçün olmadıqca qatır və eşşəklərin də zəkâtı yoxdur.

Ticarət üçün alınıb satılan it, quş və bənzəri heyvanlar da, ticarət əşyası kimi, qiymətləri üzərindən zəkâta tabedirlər. Qiymətlərinin 40`da biri zəkât olaraq verilər.

Sədəqə Nədir?

Allah rizası üçün kasıblara verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər hansı bir şeyə sədəqə deyilir. Sədəqə fərz, nafilə bütün yardımlara şamil olduğu üçün, zəkâta da sədəqə deyilməkdədir. Lakin sədəqə dəyincə, ilk ağla gələn nafilə sədəqələrdir.

Sədəqə verməkdə, dünyəvi və ührəvi bir çox faydalar vardır. Bu faydaları bu şəkildə sıralaya bilərik:

1 - Sədəqələr günahlara kəffârə(bağışlanma əvəzi), Cəhənnəm atəşinə qarşı sipərdir.

Peyğəmbər Əfəndimiz (Allah`ın Salamı və Salatı onun üzərinə olsun), bu barədə belə buyurmuşdur:

"Bir xurma ilə də olsa sədəqə verin. Çünki o bir xurma, aclığı aradan qaldırar. Su atəşi söndürdüyü kimi xətaları söndürər, yox edər."

"Bir xurmanın yarısı ilə belə olsa Cəhənnəm atəşindən qorunun. Onu da tapa bilməzsəniz, şirin və gözəl söz söyləyin. (Bu da sədəqə yerini tutar)."

2 - Sədəqələr qıyâmətdə, sâhibini məhşər gününün dəhşətindən qoruyar. Allah Rəsulu aleyhissalâtu vesselâm bu xüsusu bu şəkildə ifadə etmişlər:

"Qıyâmət günü hesab görülənə qədər, hər kəs sədəqəsinin kölgəsində olacaq."

3 - Sədəqələr Cənâb-ı Haqq`ın qəzəbini də söndürər. Hədîsdə: "Gizli sədəqə, aziz və cəlil olan Allah Təâlâ'nın qəzəbini təskin edər" buyurulmuşdur.

4 - Sədəqələr bəla və müsibətləri də dəff edərlər. Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm : "Sədəqə, bəlaları dəff edər" buyurmuşdur.

İnsan, özündən bir şeylər istəyən kimsəni boş çevirməməli, əlindən gəldiyincə ona bir şeylər verməyə çalışmalıdır. Rəsulullah Əfəndimizin bu xəbərdarlığını heç bir zaman unutmamalıdır:

"Sâil (dilənçi) sâdiq olub, ciddi olaraq möhtac halda isə, onu qovan fəlâh tapmaz."

Hz. İsâ (Ə.S.): "İstəyən kimsəni əli boş çevirən evə, bir həftə mələklər uğramaz" buyurmuşdur.

Peyğəmbər Əfəndimiz, bir möhtaca verəcəyi sədəqəni şəxsən öz əliylə verər, araya başqa birini vasitə etməzdi...

Sədəqənin gizli verilməsi üstündür. Necə ki Peyğəmbərimiz:

"Üç şey yaxşılıq xəzinələrindəndir. Biri də verdiyi sədəqəni gizləməkdir" buyurmuşdur.

Qur’an`da da sədəqələr gizli verilməyə təşviq edilmişdir:

"Əgər sədəqələri gizləyər və gizlicə kasıblara verərsəniz; işdə bu sizin üçün daha xeyirlidir." (əl-Bəqərə, 271).

Sədəqəni gizli vermənin ən mühüm faydası, sədəqəni verənin riyadan xilas olmasıdır.

Ayrıca, sədəqə alanın də şərəf və ləyaqəti rəncidə olmaqdan qorunmuş olacaq.

Sədəqənin Şərtləri:

Sədəqənin məqbûl və lâyiq olduğu yeri tapması üçün bir neçə şərt vardır. O şərtlər də bunlardır:

1 - Sədəqəni verməkdə israf olmaması.

2 - Başqasından alıb başqasına vermək surətiylə, xalqın malından olmayıb, öz malından olmalı.

3 - Minnətlə in'amın(yaxşılıq,ehsan) pozulmaması.

4 - Kasıb olmaq qorxusuyla sədəqənin tərk edilməməsi.

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah mərhəməti ilə genişdir. Allah hər şeyi biləndir”. (Əl-Bəqərə surəsi /268).

5 - Sədəqənin tək mala və pula aid olmadığının bilinməsiylə elm, fikir, qüvvət kimi şeylərdən də sədəqənin verilməsi.

6 - Sədəqəni alan adam, o sədəqəni səfahəttə deyil, zaruri ehtiyaclarına sərf etməsi lâzımdır.

* Sədəqəni, bilmədən layiq olmayan birinə vermək, sədəqənin savabını azaltmaz. Çünki mühüm olan verənin yaxşı niyyəti, ixlas və səmimiyyətidir. Bu mövzuda bu rəvayət mânidardır:

İsrâiloğullarından bir şəxs, "Bu gecə Allahü Təâlâ'nın razılığı üçün mütləq sədəqə verəcəyəm" deyərək evindən çıxdı və sədəqəni bilməyərək bir oğruya verdi.

Səhər camaat "Bu gecə oğruya sədəqə verildi" dedilər. Bunun üzərinə sədəqə verən adam; "Allah’ım! Oğruya sədəqə verdiyim üçün sənə həmd edərəm. Mütləq məqbûl bir sədəqə verəcəyəm" deyib təkrar evindən çıxdı və bu dəfə sədəqəni əxlaqsız bir qadına verdi. Səhər xalq; "Bu gecə də zina edən qadına sədəqə verildi" dedilər. Sədəqəni verən o şəxs, "Ey Allah’ım! Bu əxlaqsıza sədəqə verdiyim üçün sənə həmd edərəm. Mütləq məqbul bir sədəqə verəcəyəm" dedi. Yenə sədəqə vermək üzrə evindən çıxdı. Bu səfər də zəngin birinə verdi. Səhər xalq; "Heyrət! Bu gecə də zəngin birinə sədəqə verildi, olarmı belə şey?" deyə dedi-qodu etdilər. Sədəqə verən şəxs: "Ey Allah’ım! Oğruya, əxlaqsıza və zənginə sədəqə verdiyim üçün sənə həmd edərəm" dedi. Bu şəxsə yuxusunda belə müjdə verildi: "Sənin o verdiyin sədəqələr var ya, bəlkə də oğrunu oğurluğundan, əxlaqsız qadını da zinâdan imtina etdirər, yaxşı və namuslu bir insan olmalarına vəsilə olar. Ümid edilər ki, zəngin də səndən ibrət götürər, (malını) Allah rizası üçün xərcləyər." pis düşünməklə nə qədər səhv etdiklərini anlamışlar idi.

Hz. Osman(Allah ondan razı olsun), bundan sonra 100 dəvə yükü buğdasının hamısını da Mədinə xalqına sədəqə olaraq payladı. Kasıb və yoxsulların yüzünü güldürdü. Şəhərdəki qıtlıq da beləcə böyük ölçüdə aradan qaldırılmış oldu.

 

Şüurlu bir Müsəlman, işlədiyi bütün işlərdə Allah rizâsını ön plânda tutar, xalqın köməyinə qaçmağı, kasıbların dərdlərinə dərman olmağı, insanlara faydalı olmağı ən böyük fəzilət bilər...



28-04-2014 12:00:00

Düğüme özel