Ana səhifə

ZƏKAT VERMƏYƏNİN CƏZASI


YazdırSend to friend

    Zəkat verməyənin iki cəhətdən cəzası vardır. Dünyada cəza, axirətdə isə əzab. Allah–Təala axirətdəki əzabı bizə belə bildirir.

“Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallannı haqsızlıqla yeyir (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl–gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal–dövlətin (əzabını,acısını) dadınl” - (deyiləcəkdir!)”  (Tövbə. 9/34-35)

“Vay müşriklərin halına! O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!” (Füssilət, 41/6. 7)

    Axirət günündə cənnət əhli, günahkarlardan soruşar. “Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik.(Müddəssir. 74/42-44)

    Hz. Peyğəmbər də (s.ə.s) belə buyurmuşdur:

    “Allah-Təala bir kəsə mal verir, о da bunun zəkatını verməzsə, zəkatını vermədiyi bu mal qiyamət günü gözləri üzərində iki qara nöqtə olan dazbaş ilan surətinə girib o şəxsin boynuna sarılacaq və iki çənəsindən tutub deyecek: "Mən senin malınam, mən sənin yığdığınam.

    Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm daha sonra bu ayəni oxudu:

“Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!” (Ayət üçün bax. Ali–Imran, 3/180.)

(Büxari, Zəkat, 3. Təfsiu Surə. Bil 4; İbn Macə, Zəkat. 2; Malik, Müvəttə. Zəkat, 22; Ə- b- Hənbəl. II, 255 )

     Zəkat ibadətini yerinə yetirməyənlərin dünyaya aid cəzası, zəkatın İslam dövləti tərəfındən zorla alınması və sözü gedən şəxslərə dövlətin qərara alacağı cəzanın (təzir) tətbiq olunmasıdır. Bəhz İbn Hakimin (r.a) atası vasitəsi ilə babasından rəvayət etdiyi bir hədisdə belə buyurulur:

  “Qarşılığını Uca Allahdan gözləyərək malının zəkatını verənə əcri verilir. Zəkatı verməyənin zəkatını və dəvəsinin yarısını, Rəbbimizə aid olan bir borc kimi götürərik. Zəkatdan heç bir şey Muhammədin ailə fərdlərinə halal deyildir." (Əbu Davud. Zəkat, 5; Nəsai. Zəkat, 4. 7; Darimi. Zəkat. 36; Ə. b. Hənbəl. V. 2, 4.)

    Bu hədisin başqa bir rəvayətində “cəza olaraq malın yarısı alınır" ifadəsi var.” (Şövkani, Neylül–Övtar. lV, 121, 132 vd.)

    Əbu Hənifə, İmam Şafeii və İmam Malikə görə həmin vəziyyətdə İslam dövləti sadəcə verilməyən zəkatı alar, əgər ehtiyac duyarsa təzir cəzası tətbiq edər. Maddi cəza verməz. Çünki Hz. Peyğəmbər dönəmində maddi cəza tətbiq edilməmişdir. Hz. Əbu Bəkr dövründə zəkat verməyənlərə qarşı müharibənin elan olunması müvafiq görülmüş, fəqət əmlakları müsadirə edilməmişdir.

    Şirazi (v. 476/1083) kimi bəzi alimlər isə maddi cəzanın əvvəllər mövcud olduğunu, daha sonra nəsx edildiyi fikrini irəli sürmüşdür. (Kardavi, Fıkhuz- Zekat. Тərc İbrahim Sarmış, İstanbul 1984. I, 86, 87: Y. Vehbi Yavuz, Islamda Zəkat Müessesesi,İstanbul, 1977, s. 85)

     Hənəfilərdən sadəcə İmam Züfər əmlakın yarısına qədər müsadirə oluna biləcəyi fikrini mənimsəmişdir.

     İnkar səbəbi ilə zəkatı veməyən qruplara qarşı müharibə elan edilir. Belə ki, ilk xəlifə hz Əbu Bəkrin (r.a) zəkat vermək istəməyənlərə qarşı mövqeyi bu şəkildə olmuşdur. Bu mövzuda ilk əvvəl tərəddüd edən Hz. Ömər xəlifə Hz. Əbu Bəkrə belə demişdir:

      Rəsulullah (s.ə.s): “Allahdan başqa ilah yoxdur, deyənə qədər insanlarla vuruşmaqla əmr olundum. Bunu dediklərində canlarını və mallarını məndən qoruyarlar. Hesabatları da Allaha aiddir"- dediyi halda bunlarla necə savaşa bilərsən ?" (Bax. Müslim. İman, 32-36; Buxari, İman. 17. 28, Səlat. 28. Zəkat. 1. Etisam. 2. 38; Əbu Davud,Cihad, 95; Tırmizi, Təlsiru ·surə, 88; Nəsai. Zəkat. 3; Ibn Macə, Fitən. 1-3)

     Hz. Əbu Bəkr bu cavabı verdi: “Allaha and olsun ki, namaz ilə zəkatı bir–birindən ayıranlarla əlbəttə mübarizə aparacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki, Hz. Peyğəmbərə ödədikləri dişi bir keçi balasını mənə verməsələr bundan ötrü onlarla vuruşaram.” (Buxari, Zəkat, 1, Mürtəddin. 3, Etisam, 2; Müslim, İman, 32; Əbu Davud. Zəkat, 1; Tırmizi, Iman. 1; Nəsai, Zəkat, 3)

    Bu hədis başqa bir rəvayətdə: “Rəsulullaha (s.ə.s) verdikləri dəvənin bağını verməsələr...” ifadəsi keçir. Bunun üzərinə Hz. Ömər belə demişdir:

    “And olsun ki, Uca Allah savaşmaq üçün Əbu Bəkrin qəlbinə rahatlıq vermişdir. Bu mövzuda onun haqlı olduğunu anladım." (Şövkani, e.a.ә.. IV, 119; Kardavi, e.a.ə, I, 90)

     Məhz İslam alimləri bu dəlillərə əsaslanaraq demişlər: Hər kəs və ya qrup (təşkilat) zəkatı verməz və ya bu mövzuda Islam dövlətinə qarşı çıxarsa onlarla savaşılar. Ancaq xəsislik və ya hökmü bilməmə səbəbi iləödəməzsə dindən çıxmaz, fəqət günahkar olar.  (32. Züheyli. e.a.ə.. II. 735.)

Müəllif: 


25-06-2017 01:50:39

Düğüme özel