Ana səhifə

Zəkatın fərz olması üçün tələb olunan zənginlik ölçüsü necə hesablanır?


YazdırSend to friend

Maddələr halında yazaq:

1- Zəkat nisabı, 20 misqal, yəni 96 qr qızıl və ya bu dəyərdə pul, yaxud ticarət əşyasıdır. Zəkat və ya qurban nisabına malik olana varlı (zəngin) deyilir. Zəngin olma tarixinin üstündən bir il keçdikdən sonra zəkat vermək fərz olar. Dinimizə görə, ər arvadın mal varlığı ayrıdır. Hansı zəngin isə, zəkatı o verər.

2- Alacaqlar (sizə verilməli olan borclar)  nisab hesabına qatılar. Alacaqlar əldə edildikdən sonra, keçmiş illərin zəkatları da verilər. Əldə etmədən də verilə bilər. Borclar, mövcud pul və ya maldan çıxarılar. Geri qalanın zəkat verilər.

3- Ticarət üçün olmayan evlər, torpaqlar, vasitələr, qurğular əşyalar zəkat nisabına qatılmaz. Ticarət üçün alınan malların, qızıl, gümüş və hər növ pulun zəkatı verilər. Evin, avtomobilin zəkatı olmaz, ancaq avtomobil, ev və torpaq alıb-satan, yəni işi, peşəsi bu olan, bunların zəkatını verər.

4- Zəkata tabe olan malların və ya pulun, il ərzində azalıb çoxalmasına etibar edilməz. Nisaba malik olduqdan bir il sonra, əldə qalan mal, nisaba çatıbsa, qırxda biri zəkat olaraq verilər. Zəkat, qazancdan deyil, mövcud pulun və əldəki ticarət malının hamısından verilər.

5- İtmiş, oğurlanmış, saxlanılan yeri unudulmuş mal və inkar olunan alacaqlar, nisaba qatılmaz və ələ keçərlərsə, əvvəlki illərin zəkatları verilməz. Sənədli və ya iki şahidli yaxud etiraf olunan alacaqlar, iflas edəndə və kasıb da olsa nisaba qatılar. Ələ keçdikdən sonra, keçmiş illərin zəkatı da verilər.

6- Qadının qızıl və gümüşdən başqa digər zinət əşyaları zəkata tabe deyildir. Brilyant, almaz, zümrüd kimi zinət əşyalarının zəkatı verilməz. Şâfiî'də isə, qadının qızıl və gümüş də olsa, zinətlərinin zəkatı verilməz. (Hidayə)

7- Nisabın həlak olması, sıfırlanması və ya borclanıb sıfırın altına düşməsi deməkdir.

8- Zəkatını səhv hesablayıb zamanından əvvəl verib də, bir qızıl zəkat verməsi lazım olarkən iki qızıl verən, bunu anlayınca, ikinci il verəcəyi zəkatdan bu bir qızılı çıxa bilər. Əskik verən də, zamanı gəlincə tamamlayar.

9- İşçilərin alacaqları maaş və ya haqqı, əllərinə keçmədən öncə nisab hesabına qatılmaz, çünki bunlar, haqq edilmiş məvacib olsada, haqq edilən mal, ələ keçmədən öncə mülk olmaz. Maaşlardan kəsilən və hələ alınmamış olan yardım sandığı və sığorta pulları zəkat hesabına qatılmaz.

10- Qızılla gümüş, nə niyyətlə saxlanırsa saxlansın ticarət əşyasıdır. Digər pul və ticarət mallarıyla nisaba çatarsa zəkatı verilər.

11- Borclu və kasıb olana, xanımı zəkat verə bilər. Bir xanım mehr-i müəccəl olaraq ərindən alacağı qızılları zəkat nisabına qatar. Qadının qızıl və gümüşdən başqa digər zinət əşyaları zəkata tabe olan deyildir. Brilyant, almaz, zümrüd kimi zinət əşyalarının zəkatı verilməz. Şâfiî'də isə, qadının qızıl və gümüş də olsa zinətlərinin zəkatı verilməz. (Hidayə)

12- Zəkat, fərz olduqdan sonra verilər. Nisaba çatan, zəngin olduğu tarixi, qəməri aya görə bir yerə yazar. Məsələn, Rəcəbin 3-ü zəngin olmuşsa, bir il sonra Rəcəb'in 3-ü gəlincə yenə nisab qədər pulu və ticarət malı varsa, zəkatını verər. Ramazan ayını gözləməz. Günü gəlmədən zəkat verməkdə də qəbahət yoxdur, çox yaxşı olar; hətta gələcək bir neçə ilin zəkatını öncədən vermək də caizdir. Zəkatını yanlış hesablayıb, zamanından öncə verib də, bir qızıl zəkat verməsi lazım olarkən iki qızıl verən, bunu anlayınca, ikinci il verəcəyi zəkatdan bu bir qızılı çıxa bilər.

13- Səhmlərin Nama [ismə] və sahibinə [taşıyana] yazılı olanları vardır. İsimsiz, sahibinə yazılı olanların dövr qabiliyyətləri vardır. Yəni valyuta kimi əldən ələ dolaşır. İstənildiyi zaman satıla bilir. Bu sənədlər ticarət malı kimi, zəkatın hesab edildiyi tarixdəki bazar dəyəri üzərindən nisaba daxil edilər. Nama yazılı səhm alan, il sonunda, fabrikin qurğular mallarının xaricindəki pulunu zəkat nisabına daxil edər.

14- Göldə yetişdirilən balıqlar satılınca, bu pul digər zəkata tabe olan mallarla birlikdə nisaba çatarsa zəkatı verilər. Bir neçə inəyi olub çox süd satan, inəklərin zəkatını verməz, ancaq il sonunda süddən əldə etdiyi pul zəkat nisabına daxil edilər.

15- Namaz qılmayan, oruc tutmayan bir müsəlmanın da zəkat verməsi lazımdır. Borçsuz kasıba nisab miqdarı və ya daha çox zəkat vermək məkruhdur. Zəkat verərkən, zəkat demək lazım deyil. Hədiyyə deyilsə də caizdir. Zəkat, ticarəti edilən maldan və ya eyni dəyərdə qızıl olaraq verilər.



25-06-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz