Ana səhifə

Zəkatın Tərifi və Hikmətləri.


YazdırSend to friend

   A · ZƏKATIN TƏRİFİ

   Zəkat lüğətdə artma, çoxalma, təmizləmə, bərəkət və mədh etmə kimi mənalara gəlir. Islam hüquq terminalogiyasında zəkat təyin olunan mal növlərindən müəyyən qismini Allah-Təalanın bildirdiyi müsəlmanlara, onların mülkiyyətinə keçirməklə verməkdir.

   Zəkata həmçinin möminlərin Allahın əmrlərinə tabe olma baxımından göstərdikləri sədaqətə görə “sədəqə” də deyilmişdir. Odur ki, sədəqə kəlməsi zəkatdan vacib və nafilə qəbilindən olan bağışlamaları da əhatə edən daha geniş bir məfhumdur.

    Allah rizası üçün seçilib verilən mala ona görə zəkat adı verilmişdir ki, arxada qalan malı təmizləyir və fəlakətlərdən mühafizə edir. Allah-Təala belə buyurur:

(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan.” (Tövbə, 9/103)

   Bununla yanaşı zəkat, onu verəni günahdan, malı kirdən təmizləyər və mənəvi baxımdan onu ucaldar.

B · ZƏKATIN HİKMƏTLƏRİ

    Zəkatın vacib olmasının hər bir şəxs tərəfindən anlaşılan bir sıra hikmətləri vardır. Haqq-Təala insanlara müxtəlif qabiliyyətlər bəxş etmiş və bunun nəticəsində də sərvət yönündən fərqliliklər yaranmışdır.

   Qurani-Kərimdə belə buyurulur:

“Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir.” (Nəhl. 16/71.)

   Maddi üstünlüyə malik olan var–dövlət sahiblərinin mal-dövlətlərinin bir qismini kasıblara vermələri vacibdir. Çünki bu kimi məcburiyyət olmazsa varlı təbəqədən kasıb təbəqəyə bu maddi axını təmin etmək qeyri-mümkündür. Allah–Təala belə buyurur:

“O kəslər ki, onların mallannda müəyyən bir haqq (pay) vardır. Dilənən (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün” (Məaric, 70/24-25)

    İslamın gətirdiyi zəkat anlayışı məhz varlı təbəqə ilə yoxsul təbəqə arasındakı müvazinəti təmin edən mühüm tədbirdir. Zəkat İslamdakı sosial yardımlaşmanın reallaşmasını təmin etmiş, sərvətlərin sadəcə zənginlərin arasında dövr edən bir güc olmasına əngəl olmuşdur. Odur ki, İslamın ilkin dövrlərində Misir, Suriya və İraq torpaqları uğrundakı müharibə iştirakçılarına (qazilər) paylaşdırılmayıb köhnə sahiblərinə cizyə və xərac vergisi almaq şərti ilə verilərək insanların hər cür ehtiyacları üçün sərf olunması və sərvətin sırf varlılar arasında dövr etməsinə mane olma məqsədini güdmüşdür. 

   Allah–Təala belə buyurur.

Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum–əqrabaya, yetimlərə, yoxsullara(pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.“ (Əl-Həşr. 59/7.)

   Məhz bu səbəblə İslam sərvətlərin sadəcə müəyyən təbəqə əlində cəmləşib geniş xalq kütlələrinin yoxsulluq içində yaşamasına göz yummamışdır. Vərəsəlik payları, zəkat və digər iqtisadi işləri tənzimləyərkən daima bu prinsipi əsas almışdır.

       Zəkatın hikmətlərini aşağıda bir neçə maddədə sadalamaq mümkündür

     1. Zəkat varlı ilə kasıbı bir–birinə yaxınlaşdırır, varlı kömək etdiyi üçün sevinərkən, kasıb da ona qarşı sevgi və hörmət bəsləyər. Beləliklə də həsəd ortadan qalxar. Hz. Peyğəmbər belə buyurmuşdur,

“Mallannızı zəkat vermək surəti ilə qoruyun, xəstəliklərinizi sədəqə verərək müalicə edin, düçar alacağınız müsibətlərə qarşı dua ilə hazır olun.(Bu hədisi Tebərani və Əbu Nüeym. Hilyədə. İbn Məsuddan; Əbu Davud isə mürsəl olaraq Həsəndən rəvayət etmişdir. Hədis zəifdir)

“Müsibəti ancaq dua geri qaytara: ömrü də ancaq yaxşılıq uzadar." (Tirmizi. Qədər. 6; İbn Macə. Müqəddimə. 10; Ə. Ibn Hənbəl. ll, 316. V. 277. 280)

    2. Zəkat əmək qabiliyyəti olmayanlara normal həyat yaşama imkanını təmin edir. Cəmiyyəti yoxsulluqdan, dövləti zəiflikdən mühafızə edir. 

    Allahın Rəsulu belə buyurmuşdur:

“Qiyamət günü yoxsullar səbəbi ilə vay zənginləıin halına! Yoxsullar deyərlər: Rəbbimiz! Sənin bizə ayırdığın haqları verməyərək zənginlər bizə haqsızlıq etdilər. Allah- Təala belə buyuıacaq: İzzət və Cəlalıma and olsun ki, sizi özümə yaxınlaşdıracaq onları isə uzaqlaşdıracağam. " Bundan sonra Hz. Peyğəmbər: “O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır.Di lənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün” ayəsini oxudu." (Heysəmi, Məcməuz–Zəvaıd. III, 62; Məaric, 7ol24, 25)

    3. Zəkat insanı xəsislikdən mühafızə edir, comərd, əliaçıq etməklə digər insanlara qarşı məsuliyyət hisslərini qüvətləndirir. Sərvətinin bir qismini sırf Allah rizası üçün yoxsul dindaşlanna verən və müqabilində onlardan heç bir şey gözləməyən hər kəs mütəmadi olaraq cəmiyyət mənafeyini öz mənafeyindən üstün tutma xarakterinə sahib olur.

     4. Zəkat mal–dövlətin qarşılığında Uca Allaha şükürdür və onun qəzəbini söndürür. Malı əsla azaltmaz, əksinə bərəkətləndirər və artırar. Qurani–Kərimdə, “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam.(Ibrahim.14/7.) buyurulur. 

    Malın zəkatını vermək, baharda üzüm bağlarından artıq olan budaqları budamağa bənzəyir. Bunlar təmizlənmədikdə bütün çubuqlarda böyüyən üzüm salxımlarını kökü bəsləyə bilməz, salxımlar zəif və səmərəsiz olar. Məhz zəkatı verilməyən sərvət də bunun kimidir.

     5. İnsan sosial bir varlıqdır. Cəmiyyətdən təcrid olmuş bir halda təkbaşına həyatı yaşama insanın yaradılışına ziddir. Digər tərəfdən cəmiyyət parçalanmaz və vahiddir. Odur ki, hər kəs gəlir və qazanc əldəetmə mövzusunda bir–birindən faydalanır. Məhz buna görə də əmələ gələn sərvətlərdə başqalarının da haqqı vardır. Varlının sərvət sahibi olmasında yaşadığı cəmiyyətin də bir payı olmadığını kim inkar edə bilər? Belə bir mühitdən uzaqda, dağın başında təkbaşına yaşasaydı bu imkanlar olardımı? Belə olan halda bütün bu nemətləri verən Allaha şükür və yaşadığı cəmiyyətə minnətdarlıq borcunu zəkat əmrinə tabe olmaqla yerinə yetirmiş olur.

      6. İnsanın mayası torpaq olduğundan, torpağın suyu özünə çəkib tutması kimi insana da mal-dövləti özündə tutma xarakteri hakimdir. Torpağın aldığı rütubətlə bitki əmələ gətirməsi kimi, insanın başqalarına vermək surəti ilə xəsislik hissləri azalır. Odur ki, zəkat, ən azı alan qədər verən üçün də faydalıdır.

Müəllif: 


25-06-2017 09:29:20

Düğüme özel