Ana səhifə

ZİNA


YazdırSend to friend

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapıl- maz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!» («Ali İmran» surəsi, 102.)

«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir!» («ən-Nisa» surəsi, 1.)

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allah`a və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar».(«əl-Əhzab» surəsi, 70-71.)

Əziz oxucular, dində vacib olan bəzi məsələləri sizə xatırlatmaq, özünün də xəbəri olmadan yavaş-yavaş şeytanın dalınca addım-addım gedən soydaşlarımızı gözləyən təhlükələrdən hamınızı xəbərdar etmək məqsədi ilə bu risaləni yazmaq qərarına gəldik. Bu dəfəki mövzumuz indiki dövrümüzdə əvvəlki vaxtlara nisbətən daha da aktuallaşan, tarixdə sayı bizə məlum olmayan qədər cəmiyyətləri daxildən sarsıdıb məhv edən bir məsələ barədə olacaq. Sizə olan bu dəfəki müraciətimizlə millətimiz, dövlətimiz, cəmiyyətimiz ən nəhayət və ən əsası müsəlman ümməti- miz üçün ən dəhşətli silahlardan da qorxulu olan əxlaqsızlıqdan və zinakarlıqdan söhbət açacaq, bu əməlin törədə biləcəyi fəsadlar haqqında sizi bir daha məlumatlandıra- cağıq. Həmişə olduğu kimi bu dəfə də toxunduğumuz problemin meydana gəlmə səbəblərini ortaya qoyacaq və onun aradan qaldırılması yollarını sizlərə çatdıracağıq. Bu risalədə də məsələlərə subyektiv deyil, yalnız Qur`an ayələri və Peyğəmbərimizdən r bizə gəlib çatan dəlillərlə cavab veriləcəkdir. Hesab edirik ki, bu risalədə yazılanla- rın bizim şəxsi fikrimiz deyil, hamımızı Yaradanın əmr və tövsiyələri olduğunu nəzərə alıb onları qulaq ardına vurmayacaq, hamılıqla birlikdə belə pis əməllərlə mübarizə aparmağa qalxacağıq; yalnız bir məqsədlə - Uca Allahın razılığını qazanmaq naminə. Bəli, yalnız Allahın razılığını qazanmaq. Və yalnız bunu yaşadığı həyatın mənası hesab edən bizlər işimizə yenə də köməyi Ondan diləməklə başlayırıq.

Zinakarlıq

«Zinaya yaxınlaşmayın. Həqiqətən, bu, iyrənc bir əməl və murdar bir yoldur!». («əl-İsra»,32.)

Həmd Allaha olsun! Həqiqətən də O hər şeyi biləndir. Zina nəinki ona qurşanmış tərəflərin, həmçinin bütün cəmiyyətin son nəticədə alçalması, cılızlaşması və məhv olması həddinə gətirən murdar bir əməl olduğunu bizdən də yaxşı bilən Uca Allah bizi ondan bu ayə vasitəsi ilə çəkindirmişdir. Əgər Allah bizə bu əməlin murdar olduğunu deyirsə, deməli bu əməli edən və ya ona şərait yaradan kəslər günahkardırlar. Lakin biz sonrakı qeydlərimizdə bu ifadəni, onu törədən şəxsin əməli olaraq sadəcə zinakar adlandıracağıq. Hesab edirəm ki, bu əməli törədənləri belə adlandırmaqla heç kəs bizdən inciməyəcək. Çünki, heyva- nın belə normal qəbul etmədiyi bu murdarçılığı insanın anlaması müşkül deyildir. Amr əl-Audi rəvayət etmişdir:

«Mən hələ cahiliyyə dövründə iki meymunun zina etdiyini, sonra isə digər meymunların onları əhatəyə alıb ölənə qədər daş-qalaq etdiklərinin gördüm». (əl-Buxari, 3636.)

Bu fakt qaldırılan məsələnin hətta meymunlar tərəfindən qəbul edilməməsinə dəlalət edir. Zinakarlığın təhlükəsini və çirkinliyini başa düşən Yusif peyğəmbər (A.S) də ondan çəkinmiş və zindana düşməyi zina etməkdən üstün tutmuşdur. Onunla zina etməyəcəyi təqdirdə Yusifi (AS) zindana atdıracağını bildirən qadına Yusif aleyhissəlam belə cavab vermişdir:

 «Yusuf dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram"». (Yusuf, 33) 

Zina etməyin nə cür çirkin bir iş olduğunu Peyğəmbərimizdən (s.a.s) bizə gəlib çatan bir hədisdən də görmək olar.

«Qureyşli bir gənc Peyğəmbərin (s.a.s) yanına gəlib dedi:

«Ey Allahın elçisi, izn ver zina edim». Səhabələr ona yaxınlaşıb, sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər (s.a.s) dedi: «Yaxın gəl!» O yaxına gəldikdə Peyğəmbər (s.a.s) dedi:

- Öz anana rəva bilirsən?

- Allah`a and olsun ki, yox. Allah məni sənə fəda etsin!

- Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər.

Bunu öz qızına istəyərsən?

- Allah`a and olsun ki, yox. Ey Allahın elçisi Allah məni

sənə fəda etsin!

- Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu

öz bacın üçün istəyərsən?

- Allah`a and olsun ki, yox. Ey Allah`ın elçisi Allah məni

sənə fəda etsin!

- Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər.

Bunu öz bibin üçün istəyərsən?

- Allah`a and olsun ki, yox. Ey Allah`ın elçisi Allah məni

sənə fəda etsin!

- Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər.

Bunu öz xalan üçün istəyərsən?

- Allah`a and olsun ki, yox. Ey Allah`ın elçisi Allah məni

sənə fəda etsin!

- Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər.

Peyğəmbər (s.a.s) əlini onun çiyninə qoyub dedi: «Allah`ım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»

Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədi».(Əhməd «Musnəd» 5/256; «Məcməuz-Zəvaid» 1/129; Silisilə, 370.)   

Diqqət edin, bu hədisdə düşünən insanlar üçün

kifayət qədər ibrətlər vardır. Hər şeydən öncə sevimli Peyğəmbərimizin (s.a.v) başa salma üslubu, hikməti və mövzu h aqqında açıq danışması diqqəti cəlb edir. Bu an o əsəbiləşmir və çox mülayimdir. Onun izahına gəlincə isə Rasulullah aleyhissalâtu vəsselâm zina etmək istəyən insana hər şeydən öncə öz yaxınlarını gözünün qabağına gətirməsini deməklə onları törətmək istədikləri əməllərdən çəkindirir.

Yaxşı bir halda ki, insan özü də anlayır ki, bu əmələ Uca Allah və Onun Rəsulu (s.a.s) icazə verməmişdir, bəs onda onu bu işə cəkən nədir? Nə üçün insan halal olan ilə qane olmayıb, haram işlərə də baş vurur? İstərdik ki, bu suala bir qədər ətraflı cavab verək.

Zina etmək hər şeydən öncə insan nəfsinin bir tələbatıdır. Yəni, insandakı nəfs onu şeytanın diktəsi ilə halal olanla (həyat yoldaşı) qane kifayətlənməyib, zinaya sövq edir. Bu zaman şeytan həmin insanın dinsizliyi və ya dini elminin zəifliyindən, tüğyan etdiyi cəmiyyətin və oradakı insanların azğınlığından da istifadə edir. Yəni şeytan insanı yoldan çıxartmaq üçün öz dostlarından lazımınca yararlanır. Zina üçün kifayət qədər zəmin olduğunu görən və nəfsinin qulu olan insan ondan yayına bilmir. Deməli, zinaya səbəb insandakı nəfs və bunun üçün yaradılan şəraitdir. Bunların hər ikisi isə, yəni nəfsin xarablığı və zina mühitinin insanlar tərəfindən formalaşdırılması inamsızlıq və ya Allah qorxusunun lazımınca olmamasından irəli gəlir. Məsələn, ailədə dünyaya gələn uşaq sözsüz ki, daim qayğı ilə əhatə olunur. Bu zaman valideynlə övlad arasında olan ünsiyyətdə ona Allah qorxusu, Yaradana sevgi, Onun əmrlərinə itaət uşağın səviyyəsinə uyğun çatdırılması əvəzinə yeni nəslin davamçısına üç-beş günlük olan dünyanın sevgisi, əylənmək,rəqs etmək, qız uşaqlarına isə böyüklərin geydikləri abırsız geyimlərin kiçik variantı geyindirilir və s. buna bənzər hallar müşahidə olunur. Ən dəhşətlisi isə bu işlər o qədər sevinərək, şadlanaraq həyata keçirilir ki, sanki gələcəkdə böyüyəcək uşağı bu qeyd edilənlər xoşbəxt edəcəkdir. Əgər belə valideynlər axirət həyatına inansaydılar, orada himayəsində olanlara görə sorğu-suala çəkiləcəklərinə şübhə etməsəydilər, sözsüz ki, onlar doğulan körpələrinə Allah`ı razı salan əməlləri təlqin edərdilər. Peyğəmbər (s.a.s) demişdir:

«Hamınız himayəçisiniz və hamınız himayəniz altında olanlara görə məsuliyyət

daşıyırsınız!» (Muslim, 4701.)

Bunu möminlərin sevimlisi Əli ibn Əbu Talib (radıyallahu anh) də təsdiqləmiş və Uca Allahın:

«Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» («ət-Təhrim», 6.)

ayəsinin təfsirində belə söyləmişdir: «Özünüzü və ailənizi yaxşı işlər görməyə təhrik edin və onları tərbiyələndirin». («əd-Durrul-Mənsur», 6/244.) .Gəlin görək biz bu cür mənalı kəlamlardan nə cür dərs alır, onlara nə cür əməl edirik. Bir çoxları özləri ilə bərabər uşaqlarını da ucuz və səviyyəsiz teleserial seyrçilərinə çevirir, bəziləri də o qədər "qabaqgörən" olur ki, övladlarını səhərdən axşamadək dərs oxumaq, gələcək üçün gözəl mütəxəssis olmaq kimi ümdə vəzifənin dalınca düşməsi əvəzinə gözəllik müsabiqələri və başqa bu kimi dinimizə və əxlaqımıza zidd sahələrin mütəxəssisinə çevrilmələrinə rəvac

verirlər. Yaxşı, deyək ki, indiki cavanlar qeyrət və namus, baş ucalığı üstündə hətta qan tökməkdən belə çəkinməyən dədə-babalarımızın dövrünü görməyiblər. Bəs sən necə,sənə deyirəm, ey özünü ağsaqqal, dünya görmüş sayan soydaşım, bəs sən necə, sən ki, o dövrü görmüsən. Məgər sən bilməyirsən ki, qızın, xanımın, dünya qədər malı olsa belə əgər qayğısında durduğu ailəsi olmazsa, o qadın özünü heç vaxt xoşbəxt saymayacaqdır. Sən bunu bilməyirsən məgər? Məgər sən bilməyirsən ki, bu gün qadın müğənni, şou biznes (əslində şər biznes) nümayəndələri arasında barmaqla sayıla biləcək qədər ailəli qadın vardır. Onların böyük əksəriyyətinin həyat fəaliyyəti isə bütün xalqın gözü qabağındadır. Sən bunumu arzulayırsan öz körpə qız balana? Bu gün belə müsabiqələri hazırlayan müəlliflərin vay halına! Yəni siz düşünürsünüz ki, bu millətin istedadlı həkimdən, müəllimdən, mühəndisdən, memardan, ziyalıdan çox müğənniyəmi ehtiyacı var? Əgər elədirsə onda nə üçün xəstələndiyiniz zaman xarici dövlətlərə, əcnəbi həkimlərə üz tutursunuz? Elə isə nə üçün hər hansısa bir mürəkkəb şəhərsalma işləri üçün kənardan mütəxəssis gətirirsiniz? Son anda taleləri onu-bunu əyləndirməklə keçəcək qızların müsabiqələrini keçirmək əvəzinə pullarınızı təhsilin adı çəkilən sahələrinə yönəltsəniz pis olarmı? Onsuz da sizə zövqlərini korlayıb bayağılaşdırdığınız insanlar tamaşa etməkdədir. Buna dostumun mənə danışdığı bir misalı çəkmək istərdim.

O deyir ki, bir gün mən televiziya kanallarında faydalı, məlumatlı bir veriliş axtarırdım ki, birdən ölkədə tanınmış bir neçə ziyalının, ölkədə öz bayağılığı ilə seçilən bir verilişə dəvət olunduğunu görüb təəccübləndim. Çünki bildiyimə görə bu verilişə ziyalılar deyil şou adamları dəvət olunurlar. Ziyalıların iştirakı fonunda söhbətin nədən gedəcəyi məni çox maraqlandırdığı üçün bir anlıq kanalı dəyişməmək qərarına gəldim. Verilişdə bu an hadisələrin cərəyan etdiyi zala Azərbaycan bayrağı gətirilir və bütün zala sual olunur ki, bu bayrağın üzərindəki rənglərin mənasını bilən cavab versin. İnanın ki, verilişə dəvət olunan həmin ziyalıları heyrət boğdu. Buna səbəb o idi ki, bu qədər gəncin içərisindən belə bir sadə suala cavab verən tapılmamışdır. Bu nə deməkdir? Cavab: bu, həmin verilişin kimlər tərəfindən seyr edildiyini və onların səviyyələrinin aşıq-aydın nümayişi idi. İnanıram ki, həmin verilişə çağırılan ziyalılar da ora gəldiklərinə görə peşman idilər. Bəli, budur ifrat dərəcədə əyləncəyə aludə olmağın sonluğu. Belə gənclərə müstəqil Azərbaycanımızın ehtiyacı varmı? Öz dövlətinin bayrağının üzərindəki atributlardan xəbərsiz gənclər digərlərinə Azərbaycanı necə tanıtdıracaq?

Qayıdıram fikrimin əvvəlinə ki, belə veriliş və müsabiqələr, gənclərin həddən artıq əyləncəyə cəlb olunması bizə yaxşı heç nə vəd etmir. Bu gün bu cılız və bayağı təsirlər cəmiyyət üçün gözəl mütəxəssis əvəzinə şou əqidəli, tele- serial təsirli insanlar formalaşdırır. İndi isə diqqətinizə insanların ən xeyirlisi olan Peyğəmbərimizin (s.a.s) qadın əxlaqı, kişi qeyrəti barəsində dediyi gözəl kəlamları çatdırıram. Peyğəmbər (s.a.s) demişdir:

«Ən yaxşı qadın o qadındır ki, əri ona nəzər saldıqda sevinsin, buyurduqda itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə, habelə onun malını lazımsız yerə sərf etməklə ona asi olmasın!» («Silsilətul-Əhadisis-Səhihə», 1838.)

«Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ərinə gözəl tərzdə təsəlli verən, Allah`dan orxan qadındır. Onların ən yaramazı isə əxlaqsız geyinən və xülyalara dalandır!» («Silsilətul-Əhadisis-Səhihə», 1849.)

«Sizi yollarda oturmaqdan çəkindirirəm». Səhabələr dedilər: «Ey Allahın elçisi, bizim başqa duracaq yerimiz yoxdur. Biz orada oturub sadəcə söhbət edirik». Peyğəmbər (s.a.s) dedi: «Madam ki, sizlər üçün oralarda oturmaq zəruridir, onda yolun haqqını ödəyin». Səhabələr dedilər:«Ey Allahın elçisi yolun haqqı nədir?» O dedi: «Gözləri aşağı dikmək (naməhrəmə baxmamaq), əziyyət verməmək, salamı almaq, yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək». (əl-Buxari, 5/2300.)

«Allah Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə yeddi sinif insanı Öz kölgəsi altında kölgələndirəcəkdir:

Ədalətli rəhbər,

Rəbbinə ibadət etməklə böyüyən cavan,

qəlbi məscidlərə bağlı olan kişi,

Allah xatiri- nə bir-birini sevən, buna görə birləşən və ayrılan iki kişi,

gözəl və zadəgan qadın tərəfindən (zinaya) cəlb edildikdə,«mən Allah`dan qorxuram!» deyən kişi,

sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və

xəlvətdə Allah`ı yad edib göz yaşı axıdan kişi». (əl-Buxari, 1357; Muslim, 1031.)

Əziz oxucu, bax bizə belə əqidəli qızlar və oğlanlar gərəkdir. Bu gün bütün cəmiyyətin hər addımda zinaya dəvət olunması çox təhlükəlidir. Axı əxlaqsızlığın tüğyan etdiyi cəmiyyətdə kimə qız verib, kimdən qız almaq olar? Bu gün zinakarlıq o qədər yayılmışdır ki, hətta bəziləri öz qonşusuna belə etibar etmirlər. Halbuki, dədə-babalarımız qonşunu özünə dəstək hesab etmiş və onu ailə üzvlərindən ayırmamışlar. Qonşunu xəyanəti barəsində Peyğəmbər (s.a.s) belə buyurub:   

«Vallahi iman gətirmiş olmaz! Vallahi iman gətirmiş olmaz! Vallahi iman gətirmiş olmaz!» Ondan:

«Kim, ya Rasulullah?"- deyə soruşdular. O dedi:

 «O kimsə ki, qonşusu onun şərindən (dili və əməli ilə ona əziyyət verməyəcəyindən) əmin deyil». (əl-Buxari, 6016.)

«Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə daxil olmaz».   (Muslim, 1/68.)

«Zina barəsində nə deyə bilərsiniz?» Səhabələr dedilər: «Haramdır! Bunu Allah və Onun elçisi haram etmişdir və o, Qiyamət gününə qədər haramdır!» Peyğəmbər (s.a.s) dedi: «Kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun qadını ilə zina etməsindən daha yüngüldür. Bəs oğurluq barəsində nə deyə bilərsiniz?» Səhabələr dedilər: «Haramdır! Bunu Allah və Onun elçisi haram etmişdir və o, Qiyamət gününə qədər haramdır!» O dedi: «Kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür». (Əhməd «Musnəd», 6/8.)

Bəzi cavanlarımız isə iqtisadi çətinliyi əsas gətirərək evlənmir və tələbatlarını zina etməklə ödəyirlər. Belə gənclər dini cəhətdən məlumatsız olduqları üçün çox insanların həyatını pis istiqamətə yönəldirlər. Belələrinə Peyğəmbər (s.a.s) belə tövsiyə edərdi:

 «Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü çatırsa, evlənsin! Həqiqətən də o, gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə e dir. Kimin gücü çatmırsa, qoy oruc tutsun. Doğrudan da, o, ehtirası söndürür!» (əl-Buxari, 4778; Muslim, 1400.)

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (aleyhissalâtu vəsselâm) soruşdum:

- Allah yanında günahların ən böyüyü hansıdır?

- Səni yaradan Allah`a şərik qoşasan!

- Sonra hansı?

- Övladını sənin yeməyinə şərik olacaq deyə onu öldürəsən.

- Daha hansı?

- Qonşunun qadını ilə zina edəsən! (əl-Buxari, 4761.)

 

 

«Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha boyun əyən kişilər və boyun əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır». («əl-Əhzab», 35.)

 

Doğrudan da zinaya qurşanmış insanlar bütün cəmiyyət üçün təhlükə törədirlər. Onların əməlləri ucbatından minlərlə ailələr dağılır, uşaqlar atasız, anasız qalır, körpələr evləri günahsız uşaqlarla dolur. Amma əməl sözsüz ki, cavabsız qalmır.

«Bir gənc Peyğəmbərin (s.a.s) yanına gəlib oturdu və dedi: «Ey Allahın elçisi, hansı mömin fəzilətli sayılır?» O dedi: «Əxlaqı gözəl olan». Gənc yenə soruşdu: «Bəs hansı mömin daha düşüncəli sayılır?» O dedi: «(Əcəli gəlməzdən öncə) ölümü daha çox xatırlayan və buna yaxşı hazırlıq görən. Məhz onlar daha düşüncəlidirlər». Sonra gənc susdu. Peyğəmbər (s.a.s) ona tərəf çevrilib dedi: «Ey mühacirlər tayfası! Beş şey vardır ki, onunla imtahan oluna bilərsiniz. Bunların sizin başınıza gəlməsindən Allah`a sığınıram. O camaat ki, zinakarlıq onlar arasında açıq-aşkar yayılacaq, onlara taun və ata-babalarının başına gəlməyən xəstəliklər üz verəcək....» (İbn Macə 4019; əl-Hakim, 4/583.)

Bəli, çıxış yolu yenə dindədir. Yalnız İslâm dini zinaya aparan yolları açıq-aşkar insanlara çatdıraraq ondan necə çəkinməyi öyrədir. Lakin təəssüf ki, bu gün bir çoxları bilərəkdən zinaya yol açır. Məsələn zinaya aparan ən geniş yayılmış əməl qadının açıq-saçıq geyinməsidir. Və ən təəssüf ediləsi hal da budur ki, gəncləri açıq-saçıq geyinməyə daha çox onların valideynləri sövq etməkdədir. Bu gün gənclərimizdən daha çox məhz yaşlılar ipə sapa yatmırlar. Allah`ın qadına hicab geyməsi əmrini onlar: «deyəcəklər ki, filankəsin qızı molla olub», «bircə mollamız əskikdir», «camaat nə deyər», «sən özünə iş tapa bilməyəcəksən», «indi biz hansı dövrdə yaşayırıq», «qəlbin təmiz və düz olsun», «bizim nəsildə başını bağlayan olmayıb» kimi ifadələrlə qarşılayaraq hicab geymək istəyən bacılarımıza, qızlarımıza mane olur, dava-dalaş salırlar. Belə valideynlərin vay halına! Qulağını aç eşit! Hicab Allah`ın əmridir, bəs siz kimsiniz? Vay sizin halınıza! Qoy Uca Allah hicab geyindiyi üçün min əzaba və iztiraba dözən acılarımızı bu dünyada da, Axirətdə də sevindirsin!Allah onlardan razı olsun! Allah onlara səbir versin! Qoy Uca Allah hicaba görə bacılarımızın göz yaşlarını axıdan insanlara hidayət, inadkarlara isə layiqli cəza versin! Bir daha Uca Allah`ın hicab barəsində əmrini ciddi, fərz olmayan bir əməl olduğunu iddia edən kor, kar və qəlbi bağlı insanlara həmin ayələri xatırlatmaqla yuxarıdakı fikirlərimizi təsdiq etmək istərdik. Bu barədə Uca Allah belə buyurur:

«Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşablarını öz üstlərinə örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçü1n daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir». («əl-Əhzab», 59.)

Yaxşı əgər siz iddia etdiyiniz kimi qadınlara hicab geyinmək vacib deyilsə, onda bu ayəni nə cür başa düşək? Başqa bir ayəyə də nəzər yetirək:

«Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını bir-birinə vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». («ən-Nur», 30-31.)

Məgər bu ayədə Allah`ın qadına kimlərin yanında başı açıq gəzə bilməsinə icazə verməsi onların başqalarının yanında əksinə örtülü gəzmələrinə əmr deyilmi? Necə yəni «bizim nəsildə başı bağlı qız olmayıb». Ən azından bir nəsil öncəki nəslinə bax, əgər tanıyırsansa. Bax, örpəksiz bir qadın belə tapmazsan. Uca Allah Qur`an-i Kərimdə yaşlı şəhvəti sönmüş qadınlara qolları və topuqları açıq gəzməyə icazə versə də, yenə ayənin sonunda bağlı gəzməyi daha üstün tutur. Uca Allah qoca qadınların belə örtünməsini açıq gəzməkdən üstün tutursa, bəs cavan qadına münasibət necə olmalıdır. Bu barədə Uca Allah belə buyurur:

«Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir». («ən-Nur», 60.)

Rəbbimiz yaratdığı insanın nə cür özünü aparmasını və aparacağını çox gözəl bildiyindən qabaqcadan müəyyən qadağalar qoymuşdur. Yəni bunu anlamaq belə çətindir? Ola bilsin ki, sən Allahın bu və ya digər qadağasının hikmətini anlamayasan. Lakin bu halda əgər Allah`a inanan insansansa, təslim ol. Arxayın ol ki, heç nə itirməyəcək, əksinə çox şey qazanacaqsan. Amma təəssüf ki, bu gün hər şeyin əksinə olduğunu görürük. Xüsusi məclislər təşkil edilir, Allah`ın əmrləri dövrə, zamana, daha nə bilim məkan miqyasına yerləşdirilir, içərilərindən "ağıllılar" da tapılır ki, hər ayəni öz ağlı ilə təfsir edir və son nəticədə də həmişə eyni qərara gəlinir; «inam qəlbində olsun», «ürəyin Allah`la düz olsun». Bu savadsız və məntiqsiz münasibəti misal olaraq Respublikanın konstitusiyasına və cinayət məcəlləsinə şamil etsən təxminən belə olacaq:

 «əşi, konstitusiyanı qəlbimdə qəbul edirəm kifayətdir,əməl etməsəm də olar» və ya «oğurluğun cinayət olduğuna qəlbimdə inanıram kifayətdir, oğurluq etsəm də problem yoxdur». Məgər belə münasibət qəbul olunurmu? Və ya hər hansısa bir kişi həyat yoldaşına «səni qəlbimdə sevirəm də, bunu həyat fəaliyyətimlə sübut etməyə ehtiyac varmı?»

deyərsə o xanımın münasibəti necə olar? Yəni bunları anlamaq belə çətindir? Bu gün bir çox yaşlı insanlar yaxşı xatırlayır ki, əgər təxminən on il bundan öncə hər hansısa bir qızı hansısa yad bir oğlanla görərdilərsə, o qıza heç kəs elçi göndərməzdi ki, bəs bu rüsvayçılıqdır. Və ya əli başqa bir oğlanın əlinə dəyən qızla evlənmək ömrü boyu başı aşağı olmaq sayılırdı. Yaxşı bəs indi nə dəyişib ki, hələ orta məktəbi bitirməyən, universitet auditoriyasından çıxmayan qızlarımızı televiziyada müsabiqələrə çıxardaraq ona-buna öpdürürsünüz. Sözün bu yerində son bir iki ildə meydana gələn növbəti əxlaqsızlıq insanların gözündə adiləşdirilməyə başlanılıb. Bu da sanki ürək dostu, sirdaşı kimi hansısa bir kişinin oğlu hansısa bir kişinin qızını minlərlə insanın gözü qarşısında qucaqlayıb öpür, ona nə isə arzulayır. Yaxşı bu əxlaqsızlığa pul, mənsəb xatirinə göz yuman kişi elə həmən bu qızın sabahkı gələcəyini düşünürmü? Bu nə adətdir? İndi təxminən bir on ildən sonra da kimə desən ki, bəs bu ayıbdır, oğlanla qız salamlaşmaq məqsədi ilə öpüşməz, heç şübhəsiz ki, indi yayılan bir cavabla üzləşəcəyik: «sən bunu haradan çıxartdın, biz dədə-babadan belə görmüşük». Çünki indi təxminən bir on il bundan öncə olmayan ədəbsiz əməl barəsində söyləyəndə bəzi "inkişaf etmiş" insanlar da eyni ilə bu cavabı verir. Baxın, beləcə ən böyük günahlardan biri hamımızın gözü qarşısında adiləşdirilir. Allah`ı qəzəbləndirib, insanları razı salanın vay halına! İndi baxın görün kişi qadın münasibətlərində gözlənməli olan ən kiçik xırdalığa belə Allah`ın və Onun Peyğəmbərinin münasibəti necədir:

«Həqiqətən, möminlər nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslər ki, boşboğazlıqdan üz çevirərlər, o kəslər ki, zəkat verirlər, o kəslər ki, öz cinsiyyət üzvlərini qoruyurlar, ancaq zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə qınanmazlar. Odu1r ki, bundan artığına can atanlar həddi aşanlardır». («əl-Mu'minun», 1-7.)

«Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!» («əl-Furqan», 68-70.)

«Göylərdə və yerdə nə varsa, Allah`ındır. Bu, Allah`ın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə Cənnətlə mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər...» («ən-Nəcm»,31-32.)

«...Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qa- dınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın...» («ən-Nisa», 34.)

«Qadınlara diqqət yetirin! Axı qadın qabırğadan yaradılmışdır. Qabırğadakı ən çox əyrilik onun yuxarı nahiyəsindədir. Onu düzəltmək istəsən, sındıracaqsan, düzəltməsən, əyilməkdə davam edəcək. Elə isə qadınlara diqqət yetirin!» (Muslim, 5633.)

«Kişi başqa bir kişinin ayıb yerlərinə baxmamalı, qadın da başqa qadının ayıb yerlərinə baxmamalıdır. Kişi kişi ilə, qadın da qadınla bir yorğan altında olmamalıdır».( Muslim, 338.)

Cərir ibn Abdullah (radıyallahu anh) deyir ki, mən Peyğəmbərdən(sallallahu aleyhi və səlləm) gözlənilmədən [naməhrəm] görmək barədə soruşdum. O mənə baxmamağı əmr etdi. (Muslim, 2159,)

Bəhz ibn Həkimin babası (radıyallahu anh) rəvayət edir ki, Mən Peyğəmbərə (s.a.s) dedim:

- Ey Allah`ın elçisi! Biz ayıb yerlərimizi kimlərdən gizlətməliyik?

- Sən onu həyat yoldaşın və sahib olduğun cariyə istisna olmaqla hamıdan gizlətməlisən.

- İki kişi bir yerdə olsa necə?

- Çalış ki, ayıb yerlərini görməsinlər.

- Bəs xəlvətdə olsa necə?

- Allah`dan utanmaq daha vacibdir! («Səhih ət-Tirmizi», 2222.)

 

 

«Allah Adəm oğlu üzərinə zinadan nəsibini yazmışdır. O, heç şübhəsiz buna yetişəcəkdir. Gözün zinası (naməhrəm qadına şəhvətlə) baxmaq, dilin zinası (halal olmayan sözlərlə zövq alaraq) danışmaqdır. Nəfs də arzu edir və istəyir (bu da nəfsin zinasıdır). Cinsiyyət üzvü isə bütün bunları ya təsdiqləyir, yaxud da təkzib edir.(əl-Buxari, 5/2304; Muslim, 4/2046.)

 

«Kim dodaqlarının arasındakını (dilini) və cinsiyyət üzvünü qorusa Cənnətə daxil olar». (Əhməd «Musnəd», 4/398; «Məcməuz-Zəvaid», 1/298.)

«Qiyamət günü Allah üç sinif insanla danışmayacaq və onları təmizə çıxarmayacaq, - Əbu Muaviyə deyir ki, onlara baxmayacaq və onlar üçün əzab vardır- zinakar qoca, yalan danışan rəhbər və təkəbbürlü kasıb». (Muslim, 1/27.)

«Üç sinif insanlar vardır ki, [himayəçiləri] onlara görə sorğu-sual olunmayacaqlar; camaatdan ayrılıb rəhbərə asi olaraq ölən kimsə, ağasından qaçmış kölə yaxud kəniz, ərinin gözündən yayınan kimi açıq-saçıq geyinib əxlaqsızlıq edən qadın!» («Səhihul-Ədəbil-Mufrad», 458.)

Peyğəmbər (s.a.s) Səudə bint Zəm'aya demişdir: «Allah sizə ehtiyacınız olduğu zaman evdən bayıra çıxmağa izn verib». (Muslim, 5633.)

Yaxşı indi bu ayə və hədislərə nə deyirsiniz? Nə deyirsinizsə deyin, amma bir şey gün kimi aydındır ki, siz bu ayələrə iman gətirib əməl etməyincə Allah sizdən razı qalmayacaq və belə haram yollarla, insanları zinakarlığa dəvət etməklə qazandığınız pullar gec-tez burnunuzdan gələcəkdir! Biz heç kəsə bəd dua etmək istəməzdik və bu heç düzgün də olmazdı. Çünki bizim hamımız soydaşıq və müsəlmanıq. Biz çox istərdik ki, siz bu əməllərinizlə, düşmənlərimizin dəyirmanına su tökməklə bu milləti əylənə-əylənə, mahnı oxuya-oxuya, oynaya-oynaya, soyuna-soyuna zəiflədib son nəticədə bu xalqın kişilərinin gözündə qeyrət və namus hissini heçə endirməyəsiniz. Siz bu əməllərinizlə haram olan şeyləri o qədər adiləşdirirsiniz ki, sanki belə də olmalıdır. Sanki kiminsə qızı hansısa bir məhsulu reklam etmək üçün mütləq reklam roliklərində soyunmalı, sonra şəhvət yaradan hərəkət və səslərlə həmin məhsuldan dadmalı və yekun olaraq bu təəssürat "cənnət həzzi" adı altında insanlara çatdırılmalıdır. Cənnətin həqiqətən çox gözəl olması hamıya Qur`an ayələrindən aydındır və biz oranı qazanmaq üçün gecə-gündüz çalışırıq və çalışmalıyıq da. Lakin Allah`ın vəd etdiyi Cənnət belə pozğun səhnələrin qəhrəmanlarına etdikləri əməllərinə görə haram edilmişdir. Əgər onlar tövbə edib əməllərini islah etməsələr, Cəhənnəm əhlindən olacaqlar. Bu barədə Uca Allah belə buyurur:

 «Kim Allaha və Onun Elçisinə asi olaraq Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır». («ən-Nisa», 14)

Baxın və unutmayın! Məgər siz bu iyrənc əməllərinizlə Allah və Onun Rəsulunamı itaət edirsiniz? Allah bizə hər şeyi əmanət olaraq vermişdir və verilən bütün bu nemətlər b arəsində soruşulacağıq. Yəni, siz ey valideynlər, Allah`ın sizə bəxş etdiyi övladlar barəsində soruşulacaqsınız. Əxlaqsızlıq edən hər kəs etdiyi əməllər barəsində soruşulacaqdır. Onların yaramaz işləri birbaşa bizim vətənimizə və vətəndaşlığımıza qarşı yönəlmişdir. Bu gün etdikləri əməllərlə əxlaqsızlığı o qədər adiləşdirib yayıblar ki, bir çoxları artıq ailələrində baş verən qeyri əxlaqi halları bir norma hesab etməyə başlayıb. Məgər ailəsini qeyrətini çəkməyən kişi vətəninin qeyrətini çəkərmi? Bu vətən, bu vətənin itirilmiş torpaqları barəsində sorumlusunuz. Bir düşmənlərinizə baxın. Onlar bizdən iddia etdikləri torpaqlarla yanaşı əlavə ərazilər də zəbt ediblər ki, bunu da dünya ictimaiyyətinə təhlükəsizlik buferi kimi çatdırır və dünya ictimaiyyəti buna göz yumur. Və bu hərbi cəhətdən çox məharətli bir taktikadır. Yaxşı bu cür çətin işləri kimlərlə edəcəyik? Bu gün ailəsinin qeyrətini belə çəkməyənlərləmi? Və ya əylənməkdən az qala qadınlardan seçilməyən oğlancığazlarlamı? Bu gün heç kəsə şübhə deyil ki, ölkə ərazisində kifayət qədər seksual azlıqlar yaşamaqda və yayılmaqdadır. Məgər onların mövcudluğu bizim xeyrimizədirmi? Onlar bizim üçün torpaqmı azad edəcəklər? Sözsüz ki, xeyr. Bəs elə isə nə üçün ulduz hərbiçi, ulduz idmançı, ulduz atıcı, ulduz əlbəyaxa döyüşçülərin deyil, "ulduz" müğənnilərin sayını artırırsınız? Axı kütləvi informasiya vasitələri əqidə, ideya, amal, zövq formalaşdırma vasitələri də sayılır. Unutmayın ki, siz nə göstərirsinizsə, insanlar da onlardan təsirlənirlər. Elə isə gəlin fəaliyyətimizi qəhrəmanlarımızın fəaliyyətini artırmağa yönəldək. Seksual azlıqların əməllərinə gəlincə, bu da dinimizə görə şiddətli əzab gözləyir. Bu barədə ayə və hədisləri diqqətinizə çatdırmaq istərdik:

«Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə de- mişdi: "Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız". Onun qövmünün cavabı: "Onları yurdu- nuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır" - deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu». («əl-Ə'raf», 80-84.)

«Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Lut qövmünə məxsus kəndlər də günah işlətmişdilər. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı». («əl-Haqqə», 9-10)

«Lut tayfası da elçiləri yalançı saydı. O zaman ki qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar olunası bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlə- rin Rəbbinə aiddir. Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız". Onlar dedilər: "Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!" O dedi: "Mən sizin əməlinizə nifrət edənlərdənəm. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!" Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar arasındakı yaşlı qadından başqa. Sonra da o birilərini yerli-dibli yox etdik. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir». («əş-Şuəra», 160-175.)

«Ümmətim üçün ən çox qorxduğum (yaramaz iş) Lut qövmünün əməlidir». (ət-Tirmizi, 1457;)

«Allahdan qeyrisi üçün qurban kəsənə Allah lənət etmişdir. Yer üzündəki sərhədləri pozana Allah lənət etmişdir. Kor adama düzgün istiqamət göstərməyənə Allah lənət etmişdir. Valideynini (yaxud valideynlərini) söyənə Allah lənət etmişdir. Başqasına zorla sahib çıxana Allah lənət etmişdir. Lut qövmünün (yaramaz) işləri ilə məşğul olana Allah lənət etmişdir. Lut qövmünün (yaramaz) işləri ilə məşğul olana Allah lənət etmişdir. Lut qövmünün (yaramaz) işləri ilə məşğul olana Allah lənət etmişdir!» («Müsnəd», 1/309;)

Allah Qur`anda onların fasiq (əl-Ənbiya, 74),həddi aşan (əl-Ə'raf),fitnə-fəsad törədən(əl-Ənkəbut,30), zalım (əl-Ənkəbut,31). tayfa olduğunu bildirir.

 Hesab edirik ki, bu dəlillər sizə kifayət edər ki, belə əməllərinizin haram olmasına inanasınız. Odur ki, gəlin belə iyrənc əməlləri cəmiyyət üçün adiləşdirməyək. Çünki insanlar həmişə nədənsə, çəkindikdə, utandıqda, həya etdikdə cəmiyyətdə əxlaq baxımından bir təmizlik, sabitlik yaranır. Əgər insan kiməsə görə hansısa bir əməldən çəkinirsə, utanıb həya edirsə bəs onların çəkindikləri insanların öz əqidələri dəyişsə nələrin baş verdiyini təsəvvürünüzə gətirirsinizmi? Elə bu səbəbdən də biz hamımız Allahın ipindən möhkəm yapışmalı və nümunə olaraq yalnız Peyğəmbərimizin (s.a.s) əxlaq və davranışından ibrət almalıyıq. Amma təəssüf ki, heç də hamı Allah üçün yaşamır ki, Onun da qarşısında həya etsin.

Əgər insanlara Allah qorxusu çatdırılarsa (bu da Qur`anın və Peyğəmbərimizin (s.a.s) tələblərindəndir) O hər zaman var və bizə nəzarət etdiyi üçün insan daim nəzarət olunduğunu bilər və günahlardan çəkinər. Böyük Allaha həmd olsun!

Əlavə olaraq onu deməyi özümüzə borc bilirik ki, əgər kimsə bu gün əxlaqsızlıqla məşğul olursa və ya insanları buna sövq edirsə qoy səhvini anlayıb tövbə etsin. Axı Allah Bağışlayandır. Bir alimin söylədiyi kimi "ibrət naqis başlanğıcda deyil, kamil sonluqdadır" söyləməklə ümidlərinizi Rəbbinizdən qırmamağı da sizə tövsiyə edirik.

Beləliklə, əxlaqsızlıq və onun tərkib hissəsi olan zinakarlığa aparan yollar, zinanın fəsadları və ondan xilas olma yollarını aşağıdakı dəlillərlə ümumiləşdirmək istərdim.

 

 

Zinaya aparan yollar

 

- Naməhrəmə baxmaq.

Peyğəmbər (s.a.s) demişdir: «(Təsadüfü) bir nəzərdən artıq nəzər salma. Çünki birincisi sənindir, ikincisi isə sənə aid deyil». Əhməd, 1/159.

- Naməhrəmlə əl ilə görüşmək. Aişə (r.a) demişdir:

 «Allaha and olsun ki, Peyğəmbərin (s.a.v) əli (naməhrəm) qadın əlinə toxunmamışdır». .(Buxari, 2/967.)

  Peyğəmbər (s.a.s) demişdir:«Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir». (ət-Təbarani 20/212, «Səhihul-Cami», 4921.)

- Naməhrəmlə xəlvətə çəkilmək. Peyğəmbər (s.a.s) demişdir:«Xəlvətə çəkilmiş elə bir kişi ilə qadın yoxdur ki,şeytan orada üçüncü olmasın».(32.Əhməd, 1/26.)

- Naməhrəm qadının səsindən həzz almaq. Uca Allah buyurur:

«Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın». («əl-Əhzab»)

Peyğəmbər (s.a.s) demişdir: «Ümmətimdən elə bir tayfa olacaq ki, zinanı, ipəyi, sərxoşedicini (şərab və s.) və musiqini halal hesab edəcəklər». (əl-Buxari, 5268.)

- Kişilərlə qadınların bir məclisdə olması. Peyğəmbər (s.a.s) demişdir:

«(Naməhrəm) qadınlar olan yerə daxil olmaqdan həzər edin!» Ənsardan olan bir kişi dedi: «Bəs qohum necə?» Peyğəmbər (s.a.s) dedi: «Elə bəla da qohumdadır».( əl-Buxari, 4934; Muslim, 2172.)

- Yad bir yerə iznsiz daxil olmaq. Peyğəmbər (s.a.s) demişdir:

 «(Gözlənilmədən naməhrəmi) görməmək üçün izin istəmək vacib buyurulmuşdur».(əl-Buxari, 5580; Muslim, 2156.)

 «(Yad bir yerə daxil olmaq istədikdə) üç dəfə izin istəmək lazımdır. Sənə izin verilsə, (gir) əks halda isə qayıt». (Muslim, 2153.)

- Qadının açıq-saçıq geyinməsi. Peyğəmbər (s.a.s) demişdir:

 «Mənim vəfatımdan sonra kişilərə ən çox zərər gətirə biləcək (fitnə) qadınların fitnəsidir».(əl-Buxari, 4808; Muslim, 2470.)

- Özbaşınalıq edib evdən çıxmaq.

«Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin...». («əl-Əhzab», 33.)

- Ətirlənib kişilər arasına çıxmaq. Peyğəmbər (s.a.s) demişdir:

«Hansı qadın ki, ətirləndikdən sonra onun ətrini duysunlar deyə camaat arasına çıxar, zina etmiş sayılar». (Əhməd 1/412, «Səhihul-Cami», 4126.)

«Hansı qadın ki, ətirləndikdən sonra onun ətrini duysunlar deyə məscidə gedərsə, cənabət halında olduğu kimi qüsl etməyincə namazı qəbul olunmaz». (Əhməd 2/444, «Səhihul-Cami», 2703.)

- Təkbaşına səfərə çıxmaq. Peyğəmbər (s.a.s) demişdir:

«Qadın səfərə yalnız məhrəmlə çıxa bilər». əl-Buxari, 1763; Muslim, 1341.

- Uşaqların tərbiyəsi ilə məşğul olmamaq, onların əxlaqsız uşaqlarla təmasda olmasına biganə yanaşmaq.

- Əxlaqsız şəkillərin yayılması.

- Əxlaqsız teleseriallara və başqa bu kimi pozğun verilişlərə baxmaq.

- Əxlaqsızlığa yol açan və zinanı təbliğ edən bayramlar.

 

 

Zinanın fəsadları

 

Namusu ləkələyir.

Zinakar, insanlar arasında gözü kölgəli (rüsvay) olur.

Zina qəlbi qaraldır və onu sıxıntıya salır.

Ailədə fəsad törədir, ərlə arvad arasında olan münasibətləri korlayır.

Uşaqların tərbiyəsinə pis təsir edir.

Əsil-nəcabətin bilinməməsi və soy kökünün itib batmasına səbəb olur.

Bəzən zinakarlar qeyrətin qurbanına çevrilirlər.

Əksər hallarda dünyaya gələn uşağın atasının kim olduğu bilinmir.

Zinakarların əksəriyyəti narahatlıq hissi ilə yaşayır, yaxınlarının onların bu çirkin əməllərindən xəbər tutacağından qorxurlar.

Zinanın yayılması cəmiyyətin xarab olmasına gətirib çıxardır.

AİDS və s. kimi təhlükəli yoluxucu xəstəliklərin yaranmasına və onların yayılmasına səbəb olur.

Zinanın çoxalması Qiyamətin yaxınlaşmasıdır.

Zina malın israf olmasına səbəb olur.

Bir nəfərin zina etməsi onun bütün xalqının adına xələl gətirir.

Zina edən şəxs tez-tez yalan danışmaq məcburiyyətində olur.

 

 

Zinadan xilas olmağın yolları

 

- Namaz qılmaq;

«Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir». («əl-Ənkəbut», 45.)

- Oruc tutmaq; Əvvəldə qeyd olunan hədisə bax:

«...Doğrudan da, o, ehtirası söndürür!»

- Zinadan qorunmaq üçün yalnız Allah`a sığınmaq;

- Bu murdar əmələ gətirib çıxara bilən hər bir səbəbdən qaçmaq;

- Sözdə və əməldə ixlaslı olmaq. Axı Allah Yusifi u məhz ixlaslı olduğuna görə zinadan qorumuşdur. (Yusif surəsinin 22-ci ayəsindən 34-cü ayəsinə qədər oxu!)

Çoxlu zikr etmək; Peyğəmbər (s.a.s) demişdir:

«Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz!»

- Zinakarların başına gələnlər barədə düşünmək;

- Ölümü xatırlamaq;

- Yaxşı adamlarla dostluq etmək; Peyğəmbər (s.a.s) demişdir:

«Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən».(«Səhihul Buxari», 2101.)

- Aşağıdakı ayələri xatırlamaq;

 

«Məgər o bilmir ki, Allah görür?» («əl-Ələq»,14.)

 «O, gözlərin xain baxışını və kökslərin gizlətdiyini bilir».(«Ğafir», 19.)

«Allah buyurdu: "Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!» .(«Taha», 46.)

«Elə isə oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət günü əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, sizin nə etdiklərinizi görür».(«Fussilət», 40.)

«Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?»(«əl-Mu'minun», 115.)

«Allaha qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. («əl-Bəqərə», 281.)

«O gün insan deyəcəkdir: "Hara qaçaq?"» («əl-Qiyamə», 10.)

«O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz».(«əl-Fəcr», 25.)

- Kim dörd şeydən, - (xain) baxışlardan, (pis) fikirlərdən, (boş) söhbətlərdən, (harama aparan) addımlardan, - özünü qorusa, dinini qorumuş olar.

"Baxmaq insanın başına bəlalar gətirən bütün işlərin başlanğıcıdır. Çünki baxmaq xatırlamağa gətirib çıxarır, xatırlamaq fikirləşməyə vadar edir, fikirləşmək şəhvəti oyadır, şəhvət istək əmələ gətirir, sonra isə bu, artıq qəti qərara çevrilir və əlbət ki, zina baş verir..."  Yaxşı-yaxşı fikirləşin! Məgər vaxtını səmərəli keçirən adamla veyl-veyl gəzib ömrünü başa çatdıran eyni ola bilərmi. Yaxşı deyiblər ki, "Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcək..." «əğ-Dau vəd-Dəvau», 232-250.

Son olaraq hamımız üçün Uca Allahdan bağışlanma diləyir və bizi düz yoldan azdırmamağı arzulayırıq. Qoy Uca Allah Öz ayələrindən irəli gələn həyat tərzini bizim qəlblərimizə və beyinlərimizə hakim etsin.



09-05-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz