Ana səhifə

Zühd, təqva və Qurana bağlılıq anlayışını açıqlayarsınız?


YazdırSend to friend

- Zühd: Dünyaya çox rəğbət etməmək, meyl göstərməməkdir. Yoxsa tamamilə dünyanı tərk etmək demək deyil.

 

"Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir.” (Qasas, 28/77)

 

" Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. "(Əraf, 7/31)

 

 məalındakı ayələrdən, zühdün bir tarazlıq ünsürü, ifrata varmamaq faktı, dünya-axirət tarazlığını gözləmə anlayışı olduğunu anlaya bilərik.

- Təqva: Ümumiyyətlə, günahlardan/qadağalardan çəkinmə mənasında istifadə edilir. Bu anlayış, təqvanın "çəkinmə, uzaq durma, qorunma" mənasına da uyğundur. Buna görə, Allahın əmrlərini yerinə yetirmək "saleh əməl", qadağalarından çəkinmək də "təqva" olaraq qiymətləndirilir.

Bununla birlikdə, qorunma işi İslam dinində iki şəkildə olur: əmrləri yerinə yetirmək, qadağalardan çəkinmək. Bundan ötəridir ki, təqva, "Allahın əmrlərinə itaət etmək və qadağalarından çəkinmək" olaraq da təsvir edilir. Bu anlayış daha geniş əhatəlidir.

Təqvanın çox mərtəbələri vardır. Əvvəl fərzləri yerinə yetirmək, böyük günahlardan çəkinmək əsasdır. Sonra, bədən üzvlərini: gözü, qulağı, dili, əli, ayağı və s. günahlardan uzaq tutmaq, bunları gözəl şeylərlə məşğul etmək lazımdır. Bədənin maddi orqanlarını bir intizam altına aldıqdan sonra, mənəvi sahələrə yönəlmək, ruha, ağla, ürəyə, duyğulara iman şüurunu təlqin etmək, ona görə hərəkət etmək lazımdır.

Şübhəsiz, maddi-mənəvi sahəni tamamilə ayrı kateqoriyalarda mütaliə etmək mümkün deyil. Çünki, bunlar iç içədir. Sözgəlişi, gözünüzü haramdan çəkindirdiyiniz anda, ağılınız, ürəyiniz, duyğularınız da bir iman şüuru halını yaşayır deməkdir. Lakin əhəmiyyət sırasına görə baxdıqda, əvvəl zahirimizlə əlaqəli olan amalı-mükəlləfin gəlir. İç təmizliyi, işin ruhi, qəlbi ölçüsü buna bağlı olaraq inkişaf edər. Məsələn, oruc tutmayan kimsənin, orucun insan üzərindəki müsbət təsirlərindən danışması qəribə qarşılanar. Adam öldürən bir kimsənin -bir candır deyə- ov etməyə qarşı çıxması, heyvansevərlik etməsi, yadırğanılacaq. Yenə, namaz qılmayan, içki içən kimsənin ixlasdan, oğrunun insan haqlarından danışması çox gülməli çıxar.

Xülasəylə, Qurana uyğun olan təqva, Allahın -müsbət və ya mənfi- əmrlərinə tabe olmaqdan ibarətdir. Əvvəl böyük əmrləri yerinə yetirmək, böyük qadağalardan çəkinmək isə, Quranın hikmətinə ən uyğun olan yoldur.

- Qurana bağlılıq: Qurana sarsılmaz təhqiqi bir imanla bağlanmaq, Quranı həyatının tək rəhbəri olaraq qəbul etmək və ona görə yaşamaq deməkdir. Quranı oxumaq, anlamaq və tətbiq etmək, bağlılığın açıq göstəricisidir.

Heç şübhəsiz, bizim Quranı doğru anlamağımız üçün, Quran və onun təfsiri olan sünnəti ən yaxşı bilən alimlərimizin əsərlərini oxumaq lazımdır. Bunların seçimində də ən etibarlı qaynaqları üstün tutmaq çox vacibdir.



26-04-2011 12:00:00