Ana səhifə

ZÜ'L-CƏLALİ VƏL-İKRAM


YazdırSend to friend

"Cəlal və ikram sahibi."

 

"Cəlal və camal sifətlərinin sahibi."

 

"Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır! "(Rahman surəsi, 78)

 

Cənabı Haqqın adları bir təsnifə görə, camalı və cəlalı olmaq üzrə ikiyə ayrılar. Kahhar, Cəbbar, Qədr, Müqtədir, Əziz kimi adlar cəlalı adlardır; Kərim, Rəhm, Afüvv, Ğaffar, Rəzzaq kimi adlar da camalı adlar.

 

Nur Külliyyatında, "Camalına məhəbbət etmək, cəlalından qorxmaq" şəklində keçər.

 

İnsan, Allahın camalı adlarını düşündüyü zaman ürəyi şükr, məhəbbət, ümid, fərah kimi hisslərlə dolar. Cəlalı adlar isə ruhda qorxu doğurar.

 

Kərim, camalı bir addır. Zü'l-Cəlali vəl-İkram adında cəlal və camal bərabərcə zikr edilməklə, insan ürəyinin tərəqqisinə vəsilə olan qorxu və ümid, təqva və əməli saleh birlikdə nəzərə verilmiş; cəlal ilə Cəhənnəm xatırladılarkən, ikram sifətinin zikriylə də Cənnət nemətlərinə diqqət çəkilmişdir.

 

Bu adı xatırlayan bir qul, ömürünü qorxu və ümid içərisində keçirər.

 

Allahın rəhmətindən ümid kəsməməklə birlikdə, əzabından da əmin olmaz. Bu isə istiqamətin çox əhəmiyyətli bir şöbəsidir.



03-12-2009 12:00:00