Ana səhifə

Əhli-Sünnə təkfirdən (küfrlə ittiham etməkdən) qaçır.


Əhli-Sünnə təkfirdən (küfrlə ittiham etməkdən) qaçır.

   İslam tarixində təkfirçi kəslər və qruplar daim olmuşdur. Bunlar insanların söz və davranışlarına baxaraq və bunların daim dindən çıxmağa ehtimallı olan tərəfini seçərək, təvili etməyi, şərhi qəbul etməyərk  "qarşı tərəfi" təkfir edirlər (dindən çıxdıqlarını, kafir olduqlarını söyləyirlər).

    Bunlardan fərqli olaraq, bir də söz və davranışı, sahibinin digər söz və davranışlarıyla bir bütün olaraq ələ alan və ən kiçik bir "dindən çıxmama ehtimalı" varsa bunu seçən insanları mümkün qədər iman dairəsi içində tutan alimlər vardır və bu ikinci mövqe "Qibləsi Kəbə olanları təkfir etmərik . " deyən Əhli-Sünnənin mövqeyidir.

    Siyasi müxaliflərin haqq və öhdəlikləri mövzusunda da doğru olan yoldan çıxmaları mümkündür.

    Hz. Əli nümunəsindən istifadə edək:

   Xəlifə Hz. Əliyə qarşı olan Xaricilər,

"Hökm yalnız Allaha məxsusdur .." (Ən'am, 6/57)

tərcüməsindəki ayəni özlərinə görə şərh edib Hz. Əlinin, Müaviyə ilə ixtilafında məsələnin həllini hakimə həvalə etməsini təkfir səbəbi saymış və ona "kafir oldun" demişdilər.

   Böyük fəqih (İslam hüquqşünası) alimi Səraxsi bu mövzunu ələ alarkən iki əhəmiyyətli qaydanın altını cızır:

    1. Hz. Əli, onların doğru olmayan təvillərinə, rəylərinə əsaslanaraq etdikləri bu ağır ittihama qarşı misliylə cavab vermədi, onları səhv da olsa bir ayənin təvilinə (şərhinə) əsaslanmaları səbəbiylə "din qardaşları" olaraq qəbul etdi, həyat və söz haqqı verdi. Bu halda Əhli-Sünnəyə görə "təvil varsa təkfir yoxdur".

    2. Səhv belə olsa Quran ayəsinin şərhinə əsaslanaraq hadisə törədən, mala və cana zərər verən asilər peşman və təslim olduğu təqdirdə etdiklərindən dolayı təzminat ödəməzlər.

     Səraxsinin ifadəsi:

     "Bu mövzuda dəlil və istinadgah Zührî'nin bu hədisidir:

    "Müsəlmanlar arasında fitnə (üsyan, qarışıqlıq, qarşıdurma) çıxdığında Hz. Peyğəmbər (sas) dövrünün möminləri (əshabı) həyatda idilər, bu hökmdə ittifaq etdilər: Quranın şərhinə əsaslanaraq axıdılan hər qan, Quranın şərhinə əsaslanan hər cinsi əlaqə, Quranın şərhinə əsaslanan hər mal itlafı (mala verilən zərər); bu şərhlər, haqlı və isabətli (haqqa daha yaxın) olan qarşı tərəfə görə xətalı da olsa cəza və təzminata tabe olmaz ... "

    "Dini fərqli şərh etmə səbəbiylə vuruşan iki Müsəlman qrupun fərqli şərhləri hüquq qarşısında bərabər rəftar görür. Bu bir qanundur."

   Bu günlərdə yenə təkfirçilər (İran, S. Ərəbistanı, DAİŞ...) hücuma qalxdılar; Quranın bir və ya bir neçə ayəsini fərqli şərh edərək fərqli nəticələr çıxaran möminləri təkfir edirlər. Bir də silaha sarılmadıqları halda rəhbərliyə və ya idarəçiyə müxalif olanları edam edirlər.

   Onlara etdiklərinin Xaricilərin yolu olduğunu, Əhli-Sünnənin belə etmədiyini xatırlatmaq istədim.



13-05-2017 12:04:50