Ana səhifə

Bal Arısının Mərifəti (məharət)


Bal arısı dayanmadan, istirahət etmədən işləyir. Gündə iyirmi min çiçəyi ziyarət edir. Ömrü ərzində 2.000.000 km-lik bir yolu qət edir və bu məşəqqətli işin nəticəsi olaraq bal kimi şirin bir qidanı bizlərə təqdim edir.

     Əgər, bu zəhərli böcək Allahın vəzifəli bir məmuru deyilsə və bal hazırlama sənətini Allah öyrətməyibsə;

     1- Kim öyrədib? Bütün insanlar toplansa, bir qramını belə hazırlaya bilməyəcəyi balı bu böcək necə hazırlayır? Yoxsa bizdən daha ağıllıdır?

     2- Arının sadəcə bal hazırlamağı da bilməsi kifayət deyildir. Çünki bu fəaliyyətdə bal tək başına düşünülməmişdir. Ona görə ki, bal insana faydalı olaraq yaradılmışdır. O halda balı hazırlayanın insandan xəbərdar olması və bədən quruluşunu bilməsi lazımdır. Halbuki arıda belə bir elm yoxdur.

     3Balı hazırlayıb insanlara yedirmək, rəhmətin, şəfqətin və rəhmi gəlməyin bir əsəridir. Halbuki arının bizə qarşı nə mərhəməti, nə də şəfqəti vardır. Buna dəlil isə, fürsət tapdıqda zəhərli iynəsi ilə bizi sancmasıdır. O halda bizə qarşı şəfqət göstərib, mərhəmət edən kimdir?

    4- Arı, çiçəklərin tozlanmasında da böyük bir vəzifəni öz boynuna götürür. Çiçək tozlarını, bir çiçəkdən başqa bir çiçəyə daşıyaraq, törəmələrini təmin edər. Bir çiçəyə qonduqda yapışqan və sıx olan tüklərinə çiçək tozları yapışır. Sonra eyni cinsin fərqli fərdinə qonaraq çiçək tozlarını ona yapışdırır. Bu vəzifənin icrasında isə qəribə bir görüntü  meydana çıxır.

    Belə ki; Bal arısı məsələn, ilk öncə bir gül çiçəyinə qonsa, o ətrafdakı gül çiçəkləri qurtarana qədər başqa bir növə qonmaz. Bunun səbəbi isə budur; əgər, fərqli çiçəklərə qonsa idi, çiçək tozları fərqli növlərə daşınacağına görə mayalanma meydana gəlməyəcəkdi və çiçəklərin nəsli tükənəcəkdi. Görəsən, bal arıları çiçəkləri necə tanıyır? Çiçəklərin nəslinin davamı üçün bu yorucu səyahəti nə üçün edir? Tozlandırma vəzifəsinə uyğun olan tükləri bədəninə kim taxdı?

     5- Bal arısının kiçik qarnında balı bişirmək və əzaları məhv etmə qabiliyyətində olan zəhərə bulaşdırmamaq kimi xariqə bir felin icraçısı Allah`dan başqa kim ola bilər?



20-11-2016 04:27:24