Ana səhifə

BİZİM SAVAŞIMIZ NECƏ OLMALIDIR?


"Sizə nə oldu da Allah yolunda və: "Rəbbimiz, bizi xalqı zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir sahib göndər, bizə qatından bir yardımçı göndər! " deyən çarəsiz kişilər, qadınlar və uşaqlar uğrunda savaşmırsınız? / İman edənlər Allah yolunda, inanmayanlar isə batil (tağut) uğrunda vuruşurlar. Elə isə şeytanın dostlarına qarşı savaşın. Şübhəsiz ki, şeytanın planı (hiyləsi) daim zəifdir. "(Nisa, 4 / 75-76)

    Savaşla əlaqədar ayələrə baxdıqda İslâm'ın, ancaq zülmü, dinə görə təzyiqi və haqsız təcavüzü aradan qaldırmaq üçün buna icazə verdiyi görülməkdədir.

   Allah Təâlâ'nın heç bir şeyə ehtiyacı olmadığından, O'nun rizası üçün savaşmaq,qullarının xeyri, din və vicdan azadlığının təmin edilməsi üçün savaşmaqdır.

   Allah'a və haqq dinə inanmayanların da bir tanrıları, baş əydikləri, itaət etdikləri -maddî, mənəvî- öndərləri olacaqdır. Bu rəhbərlər Qur'an'a görə tağutlardır, şeytanlardır.

   Bunlara tabe olanların savaş məqsədləri isə hüquq və ədalətin gerçəkləşməsi deyil,eqolarının rahatlamasıdır, zülm, təzyiq və istismardır.

    Bunların tarix boyunca etdiyi müharibələrə baxdıqda, bu ilâhî təsbitin dəhşət verən nümunələrini xeyli görmək mümkündür.

   İnsanın yaradılış məqsədi Allah'a qulluq və itaətdir. Qulluq və itaət bölünməz bir bütündür.

   İnsan dini-dünya, zâhir-bâtin, ferdî- ictimai, siyasi, hüquqi ... həyatını -bölünməz tək bütün hâlında- Allah'a qulluq şüuru içində, O'nun iradə və rizasını nəzərə alaraq yaşamadıqca qulluq vəzifəsini yerinə gətirə bilməz, şirkdən xilas ola bilməz və əhli -i tövhid ola bilməz.

   Qaraudy'nin dediyi kimi "Peyğəmbərlərin, gerçək və tək Allah'a qul olmağa, Allah'dan başqa güclərə (tağutlara) tapınmağı tərk etməyə israrla dəvətlərinin səbəbini anlaya bilmək üçün buna diqqət etmək lazımdır: Pisliklərin əsl qaynağı, ya birbaşa, yaxud da dolayı olaraq bir qisim insanların digərlərinə tanrı olmalarıdır. "

   "Tarixi araşdırdığımız zaman; insanların tanrısız olmadıqlarını, ya gerçək tanrıya tapındıqlarını yaxud da özlərini tanrı yerinə qoyan şəxslərə, zümrələrə, siniflərə, partiyalara itaət etdiklərini görəcəksiniz ... "

   "İnsanların sosial tarazlığı gerşəkləşdirə bilmələri üçün insandan üstün bir gücə və dünya həyatının həzlərindən daha böyük və uca bir mükafata iman etmələrişərtdir. İnsanlar ilâhî hakimiyyəti tanımayıb və axirət günü hesabından xəbərsiz olsalar, öz nəfslərinin sərhədinə məhbus olaraq yaşayarlar. Allah yerinə insanı qoyan, insan yerinə də özünü qoyacaqdır; çünki başqa bir insanın ondan fərqli tərəfi yoxdur (o da insandır). "

   "Dünya həyatı və həzzlərindən başqa bir gözləntisi və hesabı olmayan insanların hədəfi nə olursa olsun dünyadan ən böyük payı özü üçün qoparmaq olacaqdır; bunun da qaçınılmaz nəticəsi eqoizm, maddi Praqmatizm (faydaçılıq), imkan tapanın altda qalanı əzməsi və istismar etməsidir. "

  Kadusiyyə Hərbinin əvvəllərində, İslam tərəfindən Rib'iyy b. Amir`in Farslıların komandiri Rüstəmin, "Bura nə üçün gəldiniz?" Sualına qarşı, verdiyi bu cavab ümumbəşəri məqsədin bəliğ bir ifadəsidir:

   "Bizi Allah göndərdi, göndərdi ki; dilədiyi İNSANLARI, qullara qul olmaqdan Allah'a qul olmağa, daralmış dünyadan geniş bir dünyaya, (cızığından  sapdırılmış) dinlərin zülmündən İslâm'ın ədalətinə çıxaraq. Bizi, dininə dəvət edək deyə xalqına Allah göndərdi. "

   İslam fəthinin məqsədi din azadlığını təmin, haqq dini təbliğ və ədaləti təsis etməkdir.

   Dində məcburiyyət yoxdur və Allah zalımları sevməz.



27-03-2017 08:15:50