Ana səhifə

BUGÜNKÜ DÖRD QAN QRUPU NECƏ ORTAYA ÇIXDI?


     Bu sualı ortaya atan, Hz. Adəm ilə Hz. Həvvada eyni qan qrupu olduğunu haradan bilir? Onların qanını tədqiq edib?

     Hər insanda hər bir xarakter bir gen cütü, yəni iki gen tərəfindən idarə edilir. Bu genlərdən biri anadan, digəri atadan gəlmişdir.

    Qan qrupunu təyin edən genlər; A, B və 0 genləridir. Hər bir fərddə bu genlər bu şəkillərdən biri halında ola bilər: AA, A0, BB, B0, AB və 00.  0 geni, A və B genlərinə görə çəkingən (resessiv) bir quruluşa malikdir. Bu səbəbdən AA genləri A qan qrupunu verdiyi kimi, A0 genləri də A qan qrupunu verəcəkdir. Eyni şəkildə BB və B0 genləri, B, BB genləri AB və 00 genləri də 0 qan qrupunu hasil edəcəkdir. Bir başqa ifadə ilədesəkA qan qrupunda olan bir kəsdə bu qan qrupunu təyin edən genlər ya AA və ya A0 şəklindədirlər. Hz. Adəmin A0 və Hz. HəvvadaB0 genləri olması halında aşağıdakı hal ortaya çıxır:

    Sxemdən göründüyü kimi, Hz. AdəmdəA, Hz. Həvvada da B qan qrupunun heterozigot genetik quruluşda olması halında, günümüzdəki dörd qan qrupu da meydana çıxacaqdır.

    Burada açıqlanması lazım olan xüsus, Hz. Adəmə aid A0 genetik quruluşdakı qan qrupunun, Hz. Həvvaya B0 olaraq necə keçmiş olduğudur. Diqqət yetirilsə, istər Hz. Adəm və istərsə də Hz. Həvvanın yaradılışı, normal ana və atalı artma qanununa uymur.

    Bu yaradılışda bildiyimiz mənada ana və atanın olmaması, buradaMendel qanunlarının tətbiqini qeyri-mümkün edir. Bu səbəbdən Hz. Adəmdəki A qan qrupunun Hz. Həvvaya B qan qrupu olaraq keçməsinin Mendel qanununa uymamasını normal qəbul etmək lazımdır. Çünki burada ilk yaradılış sözün mövzusudur.

     Kainatda cərəyan edən hadisələri təsadüf və təbiətin etdiyi vəhm edildiyi müddətcə, bu tip sualların ardı arxası kəsilməyəcəkdir. Halbuki hadisələrin meydana gəlməsi və ya gəlməməsinə Cənabı-Haqqın sonsuz qüdrət və nəhayətsiz elmi nöqtəsindən baxmaq gərəkdir. O vaxt qan qruplarının və ya bütün insanlığın ortaya çıxarılmasının bir insan və ya qan qrupunun yaradılması qədər asan olduğu görüləcəkdir.

Adem Tatlı (Prof.Dr.)

 

Hz .Adəm və qan qrupları.

    Adətən, təkamülçü ateistlər sual verirlər ki, əgər insanlar Hz. Adəm və Hz. Həvvadan yaradıldısa, bəs indi niyə dörd qan qrupu var?

    Əvvəla onu deyək ki, əslinə qalsa ateistlərin inandığı təkamül nəzəriyyəsi baxımından da ilk əvvəllər dörd qan qrupunun eyni anda var olması mümkün deyil. Çünki dörd qan qrupunun eyni anda mövcud olması fərqli qan qruplarına malik insanların qəfildən peyda olması kimi bir şeydir. Bu da təkamül nəzəriyyəsinə kökündən ziddir. Çünki təkamül nəzəriyyəsinə görə canlılarda gedən inkişaf və dəyişiklik birdən-birə yox, uzun illər ərzində tədricən baş verib. Təkamülə görə bu gün var olan dörd qan qrupu birdən-birə meydana çıxmayıb, tədricən ilkin qan qrupundan formalaşıb. Analoji yolla düşünsək, Hz.Adəm və Hz. Həvva ilk qan qruplarının daşıyıcıları olduqları üçün onların nəslindən yeni qan qruplarının formalaşması (ateistlərin diliylə desək “qan qruplarının təkamülü”) əlbəttə mümkündür. Əslində məsələnin bu cür izahı ateistlərin iddiasını susdurmaq üçün bəs edir. Lakin biz daha ətraflı cavab verməyə çalışaq.

    Hz Adəmlə bağlı sualın cavabını anlamaq üçün əvvəlcə qan qruplarını müəyyən edən genetik faktorlar haqqında bir az məlumat sahibi olmamız lazımdır. Qan qrupları sistemlər şəklində incələnməkdədir. Məsələn, AB0 və Rh kimi bir çox başqa qan qrupu sistemləri də bilinməkdədir. Hər qan qrupu sistemi digər sistemlərdən müstəqil olaraq fəaliyyət göstərir. Tibb sahəsində, yəni xəstəlik və müalicə ilə əlaqəli qan qrupu uyğunsuzluqlarında hər kəsə məlum olan AB0 və Rh sistemləri çox vacibdir.

    Tibbdə ən çox tətbiq edilən AB0 sistemində qan qruplarını müəyyən edən iki çeşid antigen vardır: A və B antigeni. Qırmızı qan hüceyrəsində (eritrosit) bu antigenlərdən heç biri olmadıqda isə 0 (sıfr) qan qrupu adlanır.

 

 

     Hər insan bu antigenlərdən birini anasından, digərini isə atasından alır və iki antigenə sahib olur. Hər bir fərddə bu antigenlər aşağıdakı şəkillərdən biri halında mövcud ola bilər: 

– homoziqot (saf) qan qrupları: AA, BB, 00

– heteroziqot (mələz) qan qrupları: A0, B0, AB

    Ümumiyyətlə, uşağın qan qrupu ana-atasına bənzəməyə də bilər. Uşağın qan qrupu ata yaxud anasına bənzər. Bəzən hər ikisinə bənzər və ya hər ikisinə bənzəməz. Əgər uşağın qan qrupu ana-atasının qan qrupundan fərqlənməsəydi, onda yer üzündə yalnız iki növ qan qrupu mövcud olardı. Çünki bütün insanlar bir kişi və bir qadından törəyiblər.

    Qeyd edək ki, insanlarda qan qrupunu təyin edən A və B antigenləri dominant (üstün) xarakterlidir, yəni bu antigenlər hər zaman aktivdirlər. Digər tərəfdən isə 0 antigeni resessiv (qeyri-dominant) xassəlidir, başqa sözlə, dominant antigenlə birləşdikdə öz təsirini itirir. Bunu bir neçə sadə misalla izah edək. Deyək ki, bir uşaq anasından A antigenini, atasından 0 antigenini almış olsun, bu halda uşağın qan qrupu A olacaq, 0 antigeninin qan qrupuna təsiri olmayacaq. Digər tərəfdən bu uşaq həm ana, həm də atasından 0 antigenini alırsa, onun qan qrupu 0 olacaq. Son olaraq əgər uşaq anasından A, atasından B antigeni alırsa, bu zaman hər iki antigen dominant xassəli olduğundan uşağın qan qrupu AB olacaq. Ana və ata öz uşaqlarına sahib olduqları iki antigendən sadəcə birini keçirirlər. 

     İndi isə yuxarıda öyrəndiyimiz bu bilgilər işığında iki nəfərdən 4 qan qrupunun çıxıb çıxamayacağı mövzusunu nəzərdən keçirək. Fərz edək ki, Hz. Adəmin qan qrupu A və iki antigeni “A və 0” olsun. Hz. Həvvanın antigenləri “B və 0” olsun, dolayısı ilə bu halda Hz. Həvvanın qan qrupu B olacaq. İndi Hz. Həvva və Hz. Adəmin dörd uşağı olduğunu düşünək. 

    – Birinci uşaq həm atadan, həm də anadan 0 antigenini almış olsun, deməli bu uşağın qan qrupu 0 olacaq. 

    – İkinci uşaq atadan A, anadan 0 antigenini almış olsun, onun qan qrupu A olacaq. 

   – Üçüncü uşaq atadan 0, anadan B antigenini almış olsun, onun qan qrupu B olacaq. 

    – Nəhayət, dördüncü uşaq atadan A, anadan B antigenini almış olsun, onun qan qrupu isə AB olacaq. 

    Rezus faktor (Rh) yer kürəsi insanlarının 85%-nin qırmızı qan hüceyrələrinin (eritrosit) səthində olan spesifik qan zülalıdır. İnsanların 15 faizində isə mənfi rezusdur, yəni eritrositin səthində zülal yoxdur. Rezus faktor ana rəhmində inkişafın 7-8 həftəsində formalaşır. Sizdə bu aşkar olunarsa, onda qanınızı rezus müsbət (Rh+), aşkar olunmasa rezus mənfi (Rh-) adlandıracaqlar. 

    Rh faktoruna görə isə (Rh+) və (Rh-) olmaq üzrə iki tip qan qrupu mövcuddur. (Rh+) özü də saf (RhRh) və ya mələz (Rhrh) şəklindədir. (Rh-) isə daima saf (rhrh) halda olur. 
    Mələz (Rh+) ana-atanın övladlarının qan qrupu həm (Rh+), həm də (Rh-) şəklində ola bilər. O halda mələz (Rh+), mələz (A) və mələz (B) qan qruplu ana-atadan (Rh+), (Rh-), (A), (B), (AB), (0) qan qruplu uşaqlar doğula bilər. Başqa sözlə, Həzrəti Adəm və Həzrəti Həvvanın qan qrupları (Rh+), mələz (A) və mələz (B) olduğu təqdirdə indiki kimi müxtəlif qan çeşidləri ortaya çıxa bilər. Yəni birinin (Rh+), digərinin (Rh-) olmasına lüzum yoxdur.

     Göründüyü kimi nəticə etibarilə iki nəfərdən dörd fərqli qan qrupunun çıxması elmi cəhətdən mümkündür. Hətta dörd qan qrupu uşaqlarda ortaya çıxmayıb, nəvələrdə belə ortaya çıxa bilər. Bütün insanların iki nəfərdən gəlmiş olduğu düşüncəsi dörd qan qrupu olması ilə elmi baxımdan heç bir ziddiyyət təşkil etmir.

 

 

dinisuallar.wordpress.com/category/ad%C9%99m-peyg%C9%99mb%C9%99r-haqqinda-iddialara-cavab/



06-12-2016 05:42:13