Ana səhifə

Dəstək olun


Saytımız, istifadəçilərdən heç bir maddi və mənəvi ödəniş gözləmədən xidmətini 6 ildir heç axsatmadan davam etdirmişdir. Bundan sonra da məqsədimiz eyni istiqamətlə xidmətimizə maddi və mənəvi heç bir mənfəəti məqsəd əldə etmədən yolumuza yalnız Allah rizası üçün davam etməkdir.Bununla birlikdə sizlərdən davamlı olaraq gələn saytınız üçün nə edə bilərəm? necə dəstək ola bilərəm? mesajlarınızı göz önünə alaraq sizlərin necə kömək edə biləcəyinizi maddələr halında bura yazmağa qərar verdik.

1. Təqdimatına dəstək olmaq

Saytımızı hər vəsilə ilə tanıdaraq insanların suallarına cavab tapmalarına köməkçi ola bilərsiniz.

Məsələn saytımızda bəyəndiyiniz bir sual-cavab və ya məqaləni yoldaşlarınızla paylaşaraq qaynağın Suallarla İslam olduğunu ifadə edərək onlarında bu qaynağa çatmasına vəsilə ola bilərsiniz.

Xeyli çox fikir platformasında (forum saytları, wikipedia kimi məlumat qaynaqları, xəbər qrupları və s...) saytımızdan insanların istifadə edə biləcəkləri yazıları nəşr edərək qaynağın Suallarla İslam olduğunu söyləyə bilərsiniz.

Saytımızın bannerləri öz saytınız və ya tanışınız saytlarda istifadə olunmasını təmin edərək insanların bu qaynağa çatmalarına vəsilə ola bilərsiniz.

2. Saytımızın məzmununun inkişafına iştirak etmək

Siz bir yazıçı, araşdırmaçı və ya alim ola bilərsiniz. Dini mövzularda öz işləriniz ola bilər. Bu işlərin saytımızda nəşr olunması üçün bizlərə göndərərək sizin adınıza hər gün minlərə çatdıraraq qiymətləndirməmizə köməkçi ola bilərsiniz.

3. Redaktor olaraq sual cavablandırmaq

İslam sahəsində məlumat təcrübəsinə sahib biri isəniz saytımıza gələn sualları cavablandırmamızda bizə köməkçi ola bilərsiniz. Yazılı qaynaqlarımızın (kitab, tezis, məqalə) məzmunlarının təşkil edilib saytımıza uyğun hala gətirilməsi işində köməkçi ola bilərsiniz.

4. Xarici dil bilirsinizsə

Xarici dil bilirsinizsə saytımızın fərqli dillərə tərcümə edilməsində köməkçi ola bilərsiniz. Hal-hazırda saytımızın İngiliscəsi və Ruscası nəşrdədir. Bunlarla birlikdə Almanca, Flemenkçe və Bolqarca saytlarımızın tərcümə işləri də başlamış olub hələ tərcümələr davam etməkdədir. Sizlərdə bildiyiniz xarici dildə insanlara İslamı izah etmək, cavabını tapa bilmədikləri sualları cavablandırmaq üçün bizə tərcümə edərək dəstək ola bilərsiniz.

5. Maddi dəstək olmaq istəyirsinizsə

Saytımızın fərqli dillərə edilən tərcümələrində, tərcümə xərclərini qarşılayaraq, Türkiyədə və Almaniyada saxladığımız serverlərimizin aylıq xərclərinə dəstək olaraq, kompüter və ətraf təchizatlarının texniki xərclərinə kömək ola bilərsiniz.

Dəstəklərinizi bizə çatdırmaq üçün əlaqə bölməsindən istifadə etmənizi xahiş edirik.



26-11-2015 05:37:46