Ana səhifə

Haqqımızda


Məqsədimiz

Məqsədimiz, İslam ilə əlaqədar suallara cavab vermək və insanları maarifləndirməkdir. İslam ilə əlaqədar bir çox mövzunun, danışılıb yazıldığı indiki vaxtda, insanları doğru məlumatlandırmaq müsəlmanların ən vacib vəzifəsi olmuşdur. Bu məqsədlə, biz də etibarlı İslami qaynaqlardan və mütəxəssis araşdırmacılardan diqqətlə faydalanmaq surəti ilə sualı olan şəxslərə kömək etməyə çalışırıq. Saytımızın hədəfi və məqsədi, yalnız Allah rizası və insanların suallarına əldən gəldiyi qədər cavab verə bilməkdir.

Hədəfimiz

Dünya səviyyəsində İslam ilə əlaqədar hər mövzuda etibarlı qaynağa müraciət edə bilmək və bütün dünya dillərində xidmət verə bilmək saytımızın ən əsas hədəfləri arasındadır.

Tariximiz

İnternetin dünya səviyyəsində çox böyük kütlələrə çatan ünsiyyət vasitəsi olmağa başladığı bir zamanda bir qrup alimin internetdəki İslam əleyhdarı fikirlərin önünü almaq, insanlara doğru İslamı və İslamiyyətə yaraşar doğruluğu razı salıcı metodlarla izah edə bilmək məqsədi ilə 2002-ci ildə Suallarla İslamın təməlləri atıldı. 2003-cü ilin ortalarına qədər sınaq mərhələsi ilə həyatına davam edən Suallarla İslam eyni ilin İyul ayından etibarən professional infrastruktur, sahəsində mütəxəssis elmi heyət, redaktor və texniki heyəti ilə veb həyatına başladı.

2006-cı ilə qədər gündəlik yüzlərlə problemin cavablandırıldığı bir araşdırma mərkəzi halını alan Suallarla İslam, bu müddət ərzində milyonlarla insanla virtual mühitdə tanındıqdan sonra 2006-cı ilin yanvar ayından etibarən də ingilis dilində yayımlanmağa başladı.

 

 

Ləqəb

Məsul şəxs

Dr. Əhmed Çolak

Redaktorlar

Dos. Dr. Niyazi Beki
Mustafa Dəmirbaş
Həsən Fidan

Kodlaşdırma / Dizayn

Əhməd Səttar, Əhməd Said Kardeşler

 

 

Təşəkkür

Saytımızın maddi kömək edən Türkiyə İstanbul Suffa Fondu və Feyyaz Dərnəyinin qiymətli qurucu və üzvlərinə...

Saytımızın meydana gəlməsindən bu günə qədər bizə maddi və mənəvi dəstəklərini əsirgəməyən, həmişə yanımızda olub, saytımızın bu günlərə çatmasında addım-addım qiymətli fikirləri ilə bizi işıqlandıran texniki məsləhətləşmə heyətimizin qiymətli üzvlərinə...

və bizləri tək buraxmayan, e-məktublara və saytımıza yazdıqları qiymətli şərhləri ilə dəstəkçimiz olan bütün istifadəçilərimizə... təşəkkürü borc bilirik. 'Bir işə səbəb olan, o işi etmiş kimidir'hədisinin də bildirdiyi kimi heç bir maddi məqsəd güdmədən bu günlərə gələn bu xidmətimizdən hasil olan savablardan hissə olmalarını Allahdan xahiş edirik.



26-11-2015 05:31:33