Ana səhifə

İblisin Allah'dan aldığı rəhmət nədir?


   Hz. Muhamməd'in aləmlərə rəhmət olaraq göndərilməsi barəsində fərqli fikirlər mövcuddur. Ancaq ən məşhur görüşə görə, ayədə keçən "aləmlər" dən məqsəd, mömin və kafir olan bütün insanlardır.

    Möminlər, onun göstərdiyi yolda getmək surətiylə, həm dünya həm axirət həyatında əldə etdikləri xoşbəxt və mübarək bir həyat ilə rəhmətə nail olmuşlar. Bu ümmətin kafirləri də bu dünyada inkârçılıqla həlak olan keçmiş ümmətlər kimi həlak olmamaqla onun rəhmət yönündən istifadə etmişlər və etməkdədirlər. (bax. Təbəri, Razi, Qurtubi, Ənbiya 21/107. Ayənin təfsiri)

    - Hz. Peyğəmbər də müxtəlif hədislərində, kafirlər üçün də rəhmət olaraq göndərildiyini bəyan etmişdir. (bax. Suyuti, əd-Durru`l-Mənsur, əlaqədar ayənin təfsiri)

     Hətta insanlar, ondan bəzi kafirlərin əleyhinə bəddua etməsini istədiyi zaman, "Mən lənətçi olaraq deyil, rəhmət olaraq göndərildim" deyərək istəklərini rədd etmişdir. (bax. Suyuti, a.k.ə)

   Bu şərhlərdə ümumiyyətlə təkcə insanlar nəzərə alınmaqla yanaşı, imtahana tabe tutulan cinlərin mömin və kafirləri də buna daxildir. (bax. Əl-Bikai, əlaqədar yer).

   - Digər bir şərhə görə, Hz. Muhamməd bütün insanlara və cinlərə rəhmət olaraq göndərilmişdir. Çünki Ortaya qoyduğu İslam dini, hər kəsi hidayətə dəvət edir. Həm dünya, həm axirət səadətini təmin edən prinsiplər gətirir. Ancaq, kafirlər bu rəhməti, bu neməti qəbul etmədikləri üçün özlərini ondan məhrum edirlər. (bax. əl-Məraği, əlaqədar yer)

    - Bu açıqlamalardan aydın olur ki, İblis bu rəhmətin içində yoxdur.

    Onsuz da Qur'an'da müxtəlif ayələrdə şeytan üçün "rəcim = rəhmətdən qovulmuş" ifadəsinin istifadə edilməsi bunun dəlilidir.

   Əgər bu ümumi rəhmətdən dünyada İblisə bir pay axtarılacaqsa, onun da qiyamətə qədər həyatda qalması, nəslinin də tamamən həlak edilməməsi kimi xüsuslar bu rəhmət cəhətinə bir nümunə ola bilər.

   - Burada "möminlərin başına gələn müsibətlər və çətinliklərin rəhmət cəhətiylə necə uzlaşa bilər?" şəklində bir sual ağla gələ bilər. Bunun cavabını əhlindən alacağıq:

    "Əgər deyilsə: Mübarək İslamiyyət və nuranî Əsr-i Səadətin başına gələn o dəhşətli qanlı fitnənin hikməti və rəhmət cəhəti nədir? Çünki onlar, izdiraba layiq deyildilər?

Cavab:

   Necə ki, baharda dəhşətli yağışlı bir fırtına, bitkilərin hər növünü, toxumların, ağacların istedadlarını təhrik edər, inkişaf etdirər; hər biri özünə məxsus çiçək açar; fitri (təbii) bir vəzifə başına keçər.

   Elə də: Səhabə və Tabiunun başına gələn fitnə də, çəyirdəklər hökmündəki müxtəlif ayrı-ayrı istedadları təhrik edib qamçıladı (hərəkətə gətirdi,oyatdı); "İslamiyyət təhlükədədir, yanğın var!" deyə hər tayfanı qorxutdu, İslamiyyətin mühafizəsinə yönəltdi. Hər biri, öz istedadına görə İslam cəmiyyətinin kəsrətli və müxtəlif vəzifələrindən bir vəzifəni çiyninə aldı, tam bir ciddiyyətlə çalışdı.

Bir qisimi hədislərin mühafizəsinə,

bir qisimi şəriətin mühafizəsinə,

bir qismi iman həqiqətlərinin mühafizəsinə,

bir qisimi Quran'ın mühafizəsinə çalışdı və beləcə ..

   Hər bir tayfa (topluluq) bir xidmətə girdi. İslamiyyətlə bağlı vəzifələrdə qızğın bir surətdə çalışdılar. Müxtəlif rənglərdə çox çiçəklər açıldı. Çox geniş olan İslamiyyət aləminin dörd bir tərəfində, o fırtına ilə toxumlar atıldı; yarı yeri gülistana çevirdi.

    Fəqət təəssüflər olsun ki o güllər və gülüstan içində bidət əhli olan firqələrin tikanları da çıxdı.

    Sanki Allahın Qüdrət əli, cəlal ilə o əsri silkələdi, şiddətlə təhrik edib çevirdi, himmət sahiblərini cəhdə,əzmə gətirib elektrikləndirdi. O hərəkətdən gələn bir mərkəzdənqaçma qüvvəsilə ilə bir çox münəvvər Müctəhidləri və nuranî mühəddisləri, qüdsi hafizləri, asfiyaları, aktabları aləm-i İslâmın dörd bir tərəfinə uçurdu, hicrət etdirdi. Şərqdən qərbə qədər əhli-i İslâmı həyəcana gətirib, Quran'ın xəzinələrindən istifadə üçün gözlərini açdırdı. "(Məktubat, 100 - 101)

 



27-12-2016 02:18:49