Ana səhifə

İnsan nə üçün yaradılmışdır? Gayəsi və hədəfi nə olmalıdır?


"İnsan nə üçün yaradılmış?" sualına tez-tez şahid oluruq. Belə bir sualı özümüzə yaxud bir başqasına soruşmamız, bizim üçün böyük bir İlahi lütfdür. Belə ki: Bu sualı günəş özündən soruşa bilmədiyi kimi, bir başqa ulduz da günəşdən soruşa bilmiş dir. Yenə bu sualı bir arı bir başqa arıya, yaxud bir qoyun başqasınan soruşmaqdan acizdir. Demək ki, bu sualın cavabını axtaran insanoğlu, öz varlığını istədiyi sahədə istifadə etmə mövzusunda sərbəst buraxılmış; bir axtarış içində və bu mövzuda bir imtahana tabe tutulmuşdur.

     Bu imtahanı qazanmanın tək yolu, sualın cavabını bizi yaradandan öyrənməmizdir. Bu nöqtəyə çatan insanlar həqiqətin qapısını döymüş olarlar. Və onlara Qur`an diliylə, Peyğəmbər diliylə cavabları verilər.

"Mən cinləri və insanları, ancaq mənə ibadət -qulluq- etsinlər deyə yaratdım." (Zariyat Surəsi, 56)

         Nur Külliyyatında ibadətə “mərifət” (tanıyıb-bilmək) mənası verilir. Bu məna üzərində çoxu təfsir alimlərimiz ittifaq etmişlər. Namaz, oruc kimi ibadətlər isə bu mərifətin nəticəsidir. Yəni, insan nemətin şükr gərəkdirdiyini idrak edəcək ki, sonra bu şükr və həmd vəzifəsini yerinə yetirsin.

        İnsan, bu kâinatı dolduran İlahi möcüzələrin təfəkkür və heyrəti gərəkdirdiklərini biləcək ki, təsbeh və təkbir vəzifəsini ifa etsin.

        İnsan, başqa insanlara mərhəmət etməsi lazım olduğunun şüuruna varacaq ki zəkat və sədəqə vermə yolunu tutsun.

       Bütün bunlar imanın və mərifətin, yəni Allah`a inanmanın və onu tanımanın meyvələridir.

        Nur Külliyyatından bir mərifət dərsi:

 "Bu kainatdan məqsəd-i âlâ (ali məqsəd), təzahür-ü Rübubiyyətə qarşıübudiyyət-i küllîyyə-i insaniyyədir." (Sözlər, 264.)

      Rububiyyət, tərbiyə edicilik mənasına gəlir. Bütün aləmlərin hər birində bu fel bir başqa şəkildə, bir başqa gözəllikdə, bir başqa mükəmməllikdə özünü göstərir. Və biz hər namazda Fatihə Surəsini oxuyarkən aləmlərin Rəbbinə həmd etməklə bu fərqli tərbiyənin şüurunda olduğumuzu elan etmiş oluruq.

     İşıqlar aləmini də Allah tərbiyə edir, gözlər aləmini də. Və biz, günəşin işıq verəcək şəkildə, gözümüzün də ondan faydalanacaq şəkildə tərbiyə edildiklərini düşünərək Rəbbimizə şükür etməklə  "təzahür-ü Rübubiyyətə qarşı, übudiyyət" vəzifəmizi yerinə yetiririk.

      Qida maddələrinin yeyilə biləcək şəkildə, ağızımızın, dilimizin, mədəmizin də onlardan faydalanacaq tərzdə tərbiyə edildiklərini nəzərə alaraq Rəbbimizin bu sonsuz ehsanlarını heyrət və təşəkkürlə qarşıladığımızda, yenə o rübubiyyət qarşı übudiyyətlə qarşılıq vermiş oluruq.

Kâinatın yaradılması insan üçün, insanın yaradılması isə übudiyyət üçündür. Burada diqqətimizi iki söz çəkir; âlâ və külliyə(bütün) kəlmələri. Bu iki söz bizə bu vəzifəni yerinə yetirən başqa varlıqların da olduğunu xəbər verir. Bu var ki, insan übudiyyət vəzifəni onlardan daha üstün və daha küllü bir dərəcədə edə biləcək bir istedada sahib. Sözünü etmək istədiyimiz bu varlıqlar, mələklərlə cinlərdir.

Bir mələk, bir meyvəni təfəkkür edərkən, dünənin şəkilsiz, rəngsiz elementlərinin bu gün gözəl bir varlıq halına gəlmələrini, sərt ağacdan bu yumşaq meyvələrin çıxmasını heyrətlə seyr edər. Amma o meyvənin dadını, vitaminini, kalorisini düşünə bilməz, təfəkkür edə bilməz. Çünki, istedadı buna uyğun deyil.

İnsana bu nöqtədə tam fərqli bir qabiliyyət verilmişdir. O, ağlıyla, xəyaliylə yalnız hazır əşyanı deyil, o anda görmədiyi nə qədər şeyləri hətta keçmişi və gələcəyi düşünə bilər. Beləcə fikri, düşüncəsi, anlayışı və feyzi genişləyər. Əlinə aldığı bir meyvəni yeyərkən, o anda bir milyonu aşan canlı növünün sonsuz deyiləcək qədər çox fərdlərinin ruziləndiklərini, özünün də bu İlahi süfrədən faydalanan bir fərd olduğunu düşünə bilər və beləcə Allah`ın Rəzzaq adını küllî (ümumi) mənada təfəkkür etmə imkanına qovuşar.

İstəsə, düşüncəsini keçmiş və gələcək zamanlara da aparar. Bütün zamanlarda və məkanlardakı hər cür neməti və onlardan istifadə edənləri, xəyalının köməyi ilə, birlikdə düşünər və təfəkkürü daha da genişləyər.

Bütün İlahi isimlərin təcəlliləri (təzahürləri) üçün bənzər şeylər söylənilə bilər.

Nur Külliyyatında, "İyyəkə nə'budu" "Biz ancaq sənə ibadət edərik." ayəsinin şərhi edilərkən, ayət-i kərimədə nə üçün mən deyil də biz deyildiyinə diqqət çəkilir və belə deyilməklə üç ayrı camaatın nəzərdə tutulduğu dərs verilir. Bunlardan biri bütün mü`minlər, digəri vücudumuzda vəzifə görən və hər biri özünə məxsus bir ibadətlə məşğul olan bütün orqanlar, hüceyrələr, duyğular, .., üçüncüsü isə bütün bir varlıq aləmi.

Demək ki, insan, bütün varlıq aləmi adına "İyyəke nə'budü" deyə biləcək bir qabiliyyətdədir. Məhz tək başına da namaz qılsa, fərdiyyətdən qurtulub bu üç camaatın ibadətlərini Rəbbinə təqdim edən insan, küllü bir ibadət etmiş deməkdir.

İnsanın bu kainata meyvə olması da belə bir nəticəni doğurmaqdadır. Bir ağacın bütün hissələrini şüurlu fərz versəniz, ən küllü təfəkkürü meyvə edəcək. Çünki meyvənin içindəki çəyirdək bütün ağacdan süzüldüyü üçün, o meyvədə ağacın bütününün ibadətlərini təmsil etmə, təfəkkür etmə qabiliyyəti olacaq.

Bu küllü ubudiyyəti ən irəli dərəcədə görənlər kainat ağacının ən mükəmməl meyvələri olan peyğəmbərlər və xüsusilə Peyğəmbər Əfəndimiz Hz. Muhamməd`dir (sallallahu aleyhi və səlləm).

"Məqsəd-i âlâ və übudiyyət-i külliyyə" mənalarıyla bu qudsi hədis arasında yaxın bir əlaqə vardır: "Sən olmasaydın, mən fələkləri yaratmazdım."

*** Nur Külliyyatında insanın vəzifəsiylə əlaqədar bir çox bəhs mövcud. Bunların bir xülasəsi olaraq bir neçə maddəni təqdim etmək istərdim:

1) Ruhuna bir İlahi ikram olaraq taxılan, elm, iradə, görmə, eşitmə kimi sifətlərini Allah`ın sifətlərini bilməyə bir vasitə olaraq istifadə etmək. Öz ruhundan İlahi sifətləri bilmək üçün açılan bu mərifət pəncərələrini yaxşı dəyərləndirmək.

2) Ağıl qüvvətini hikmət dairəsində, şəhvət qüvvətini iffət dairəsində, qəzəb qüvvətini şücaət dairəsində istifadə etmək.

3)  Məhəbbətinə ancaq Allah'a vermək və məxluqatı da yenə Onun naminə, Onun isimlərinə ayna olmaları, kamalına işarə etmələri, camalından xəbər vermələri cəhətiylə sevmək.

4) "İbadatın bütün növlərinə müstaid bir fitrətdə" yaradıldığının şüurunda olub bütün ibadət növlərinin ayrı-ayrı feyizlərindən maksimum dərəcədə nəsiblənməyə çalışmaq.

5) Özünə verilən "qəlb, sirr, ruh, ağıl hətta xəyal və sair qüvvələrin əbədi həyata üzlərini çevirmək." Beləcə bunların hər birini özünə məxsus ibadətiylə məşğul etmək.

6) Duyğularının hər biriylə Allah`ın rəhmət xəzinələrindən birini açmaq, ondan gözəlcə faydalanmaq və küllü şükr etmək.

7)  Acizliyini ölçü alaraq Allah`ın qüdrətini, fəqirliyini baxaraq Onun rəhmətini, nöqsanlıqlarını düşünərək Onun kamalını təfəkkür etmək. Rəbbini sonsuz kamal, rəhmət və qüdrət sahibi, öz nəfsini isə yenə sonsuz aciz, fəqir və nöqsan bilmək.

8) Ruhunu günahlardan, bədənini də hər cür kirlərdən, pisliklərdən uzaq tutaraq İlahi hüzura çıxmaq.

9)  Özünü Allah`ın ən mükəmməl əsəri olma cəhətiylə mələklərin, ruhanilərin seyrinə, temaşasına gözəlcə təqdim etmək.

Məhz insan bu kimi ülvi məqsədlər üçün yaradılmışdır. Amma çox təəssüf ki, bir çox insan, özünü unutmuş və bu məqsədə qafil olaraq yalnız dünya həyatını rahat bir şəkildə keçirmək üçün çabalayır. Bütün kainatın ibadətlərini təmsil etmə qabiliyyətinə sahib olduğu halda, yalnız ətrafındakı bir qrup insanın təvəccöhlərini (təriflərini) qazanmağı və özünü onlara bəyəndirməyi həyatına qayə edir.

Bir müddət sonra özü də, o insanlar da dünyadan köçüb getməkdə və bütün bu gayələr də onun bədəniylə birlikdə sanki torpağa basdırılıb yox olmaqdalar.

Alaaddin Başar (Prof.Dr.)

    Ətrafımıza baxdığımızda hər varlığın müəyyən bir məqsədə istiqamətli yaradıldığını görürük. Bütün varlıqların insan oxu ətrafında mərkəzləşdiyi bir sistemdə görəsən insan nə üçün yaradılmışdır?

   İbadətə ehtiyacı olan bizik!



22-11-2016 11:37:21