Ana səhifə

İnsanların Qafil Olduğ Ay


   Üsamə b. Zeyd (r.ə) belə demişdir:

"Rəsulullah (s.a.v), Şaban ayında tutduğu orucu heç bir ayda tutmadı. Ona, "Ya Rəsulullah! Sənin, Şaban ayında tutduğun orucu başqa bir ayda tutmadığını gördüm" dedim. Belə buyurdu: "Şaban, Rəcəb ilə Ramazan arasında insanların qafil olduğu və əməllərin, aləmlərin Rəbbi olan Allah azzə və cəlləyə yüksəldiyi aydır. Mən də əməlimin (Allah Təala'ya) oruclu olduğum halda yüksəlməsini sevirəm. (ən-Nəsâî, "Sıyâm", 70.)

     Şaban ayının özəlliyi haqqındakı bu hədis, bu aya -eyniylə Əfəndimiz (s.a.v)'in etdiyi kimi- xüsusi bir əhəmiyyət verməyimiz üçün kifayətdir. Bu səbəbdən bu ayı da əhya etməyə səy göstərməli və hədisdə işarə edilən qəflətə düşməməliyik. Yaxşı bu ayı necə əhya etməliyik?

Şaban ayına məxsus ibadətlər

    Hz. Aişə (r.anha) validəmiz, -eyniylə yuxarıdakı rəvayətdə keçdiyi kimi- Hz. Peyğəmbər (s.a.v)'in, Şaban ayında tutduğu orucu Ramazan ayı istisna olmaqla başqa bir ayda tutmadığını söyləmişdir. (əl-Buxârî, "Savm", 39, 53; "Libas", 43; "Riqaq", 18; Müslim, "Müsâfirûn", 215, 220, 221; "Sıyâm", 58, 177; ət-Tirmizi, "Kuble", 13; İbn Macə, "Zühd", 28; Əhməd b. Hənbəl, "əl-Müsnəd", II, 231, 350, 496 ...)

    Bu ayın 15-ci gecəsi olan Berat gecəsi haqqında da güclü rəvayətlər var. Bunlardan birində Hz. Peyğəmbər (s.a.v)'in belə buyurduğu nəql edilmişdir:

"Şübhəsiz ki, Allah Təala Şaban ayının orta gecəsi dünya səmasına enər və Bənu Kəlb qəbiləsinin qoyunlarının tükləri ədədindən daha çox sayda insanı (n günahlarını) bağışlayar."  (ət-Tirmizi, "Savm", 38; İbn Macə, "İqamə", 191; Əhməd b. Hənbəl, "əl-Müsnəd", VI, 238.)

     İbn Macə`nin Əbu Musa əl-Əş'arî (r.ə)`dan rəvayət etdiyinə görə Hz. Peyğəmbər (s.a.v) belə buyurmuşdur:

"Şaban ayının orta gecəsi olduqda gecə namaza qalxın, o gecəningündüzündə də oruc tutun. Çünki Allah Təala o gecə günəş batınca dünya səmasına enər və ta ki günəş doğana qədər "Bağışlanma diləyən yoxmu, bağışlayım? Ruzi istəyən yoxmu, ruzi verim? (Bir dərdə) mübtəla olan yoxmu, afiyət verim? ... "  buyurur." (İbn Macə, "İqamə", 191)

(Bu rəvayətlərdə zikr edilən "Allah Təala'nın dünya səmasına enməsi" mövzusu, yuxarıdan aşağıya enmək olaraq anlaşılmamalıdır. Burada ya Allah Təala'nın, rəvayətdə keçdiyi kimi nida edən bir mələk göndərməsi məcazi olaraq bildirilməkdə və ya Allah Təalanın, rəhmət və ruzi qapılarını sonuna qədər açdığı ifadə edilməkdədir.)

    Ayrıca bu mövzuda Hz. Əbu Bəkir, Hz. Əli, İbn Ömər, Əbu Sələbə, Osman b. Əbil-As və Muaz b. Cəbəl (Allah hamısından razı olsun) kimi Səhabələrdən gələn rəvayətlər də mövcuddur. Hər nə qədər bu rəvayətlərin bəzilərinin sənədlərində bir sıra qüsurlar olsa da, hamısı bir yerdə qiymətləndirildikdə bu məcmuədən güclü dəlil hasil olur. (İbn Əbi Asim, "Kitabu`s-Sünnə", 222-4. Bu gecənin fəziləti haqqında əl-Kövsəri mərhum da "Məqalət" ində (60-4) müstəqil bir məqalə qələmə almışdır.)

     Qaldı ki, bunlar arasında sənəd etibarilə hər hansı bir qüsur daşımayanlar, yəni səhih olanlar da mövcuddur. (Bu rəvayətlərin ümumi zikri üçün baxın. əs-Səxâvî, "əl-Əcvibetu'l-Mardıyyə", I, 325 vd.)

    Bu gecənin fəziləti səbəbiylə Tabiun'dan Xalid b. Ma'dan, Mekhûl və Loğman b. Amirkimi böyük zatlar bu gecəni əhya etməyə böyük əhəmiyyət verərdilər. [29] Ancaq bu mövzuda onların davranışını təsdiqləməyib, bu gecənin ihyasının bidət olduğunu söyləyənlər də vardır. Atâ, İbn Əbi Müleykə və Hicaz alimlərinin əksəriyyətinin mövqeyi belədir. (İbn Rəcəb, a.k.ə., 152-3.)

   İbn Rəcəb belə deyir: "Bu halda möminin, bu gecə Allah Təalanı zikr etməsi, günahlarının bağışlanması, qüsurlarının örtülməsi və çətinliklərinin aradan qaldırılması üçün dua ilə məşğul olması və bunları etmədən əvvəl tövbə etməsi uyğun olar. ( İbn Rəcəb, a.k.ə., 154.)

    əl-Leknəvî də, yuxarıda işarə etdiyimiz hədislərin mötəbər-zəiflik vəziyyəti haqqında üləmanın ixtilaf etdiyini bildirdikdən sonra belə deyir: "Bu mövzuda, İbn Həcər əl-Mekkî'nin "əl-İzah vəl-Bəyân"da detallarıyla zikr etdiyi üçün əl-Beyhəqi və daha başqaları tərəfindən nəql edilmiş başqa rəvayətlər də mövcuddur. Bu hədislər Hz. Peyğəmbər (s.a.v)'in bu gecə ibadət və duanı artırdığını, qəbirləri ziyarət edərək ölülər üçün dua etdiyini göstərməkdədir. Bu mövzudakı qövlü və feili hədislərin cəmindən, bu gecə çox ibadət etməyin müstəhəb olduğu aydın olar. " (əl-Leknəvî, a.k.ə., 81.)



28-04-2017 06:51:06