Ana səhifə

İslam Elmihalı


YazdırSend to friend

Dəlilləriylə İslam Elmihalı

     Elm və hal kəlmələrindən ibarət olan elmihal kəlməsinin leksik mənası davranış bilgisidir. Fiqh, yəni İslam hüququ teminologiyasında isə “etiqad, ibadət, müamilələr və əxlaqi mövzular, Qurani-Kərimdə adları qeyd edilən peyğəmbərlərin və Hz. Məhəmməd Peyğəmbərin həyatına dair müxtəsər məlumatları ehtiva edən kitab” olaraq tərif etmək mümkündür. Hər kəsin bilməli olduğu, dinin əmrlərinə uyğun yaşamaq istəyən insanların düzgün istiqamətləndirilməsi üçün elmihal kitabı hər bir müsəlmanın gündəlik həyatında mühüm əhəmiyyət kəsb edir.

İpəkyolu Nəşriyyatı



25-06-2017 08:53:41