Ana səhifə

İSLAMIN CİHAD ANLAYIŞINA BİR AÇIQLAMA


"Kim (cihad bəhanəsiylə) bir evdə darlıq (vəçətinlik) meydana gətirər və ya bir yolu kəsər, ya da bir möminə əziyyət verərsə, onun etdiyi cihad deyildir." (Əbu Davud)

 

    Məkkə dövründə müsəlmanlar zəif və gücsüz olduqları üçün, Allah, onları müşriklərdən gələn hər cür zülmə, təzyiqə, işgəncəyə səbr göstərməklə borclu tutmuşdu. O dövrdə müşrikləri təhrik edəcək hər cür davranışdan, düşmənə qarşılıq, meydan oxumaqdan Müsəlmanlar qaçır, ibadətlərini müşriklərə göstərmədən gizli gizli yerinə yetirirdilər.

    Müşriklərin təzyiqi daha da ağırlaşıp qan tökülməsi səviyyəsinə çatanda, Allah bu təzyiqə dözə bilməyən müsəlmanlara hicrət qapısını açdı. O dövrdə ən etibarlı ölkə olan Həbəşistana, Məkkədəki təzyiqdən bezən Müsəlmanlar 2 fərqli zamanda 2 ayrı hicrət karvanı halında hicrət etdilər.

    Bu dövrdə əsl olan, müsəlmanın dinini rahatca yaşaması, zülm və təzyiqlər qarşısında özünə inamını itirmədən dik dayanması, özünü inancından məhrum edəcək bir ümidsizlik içinə düşməkdən qorunması idi.

    Mədinəyə hicrət edildikdən sonra, müsəlmanlar sayca sürətlə çoxaldılar. Gücləndilər. Mütəşəkkil oldular. Müşriklərdən gələcək hücum və təcavüzlərə qarşı çıxa biləcək bir qüvvətə çatdılar. Bunun üzərinə, Allah, Müsəlmanlara, cihad deyilən düşmən hücumlarına qarşı gəlmək, qarşılıq vermək icazəsini verdi. Bu icazə, düşmənlə döyüşə girmək demək idi. Bu icazə, İslamın yaşanmasının təbliğində və yayılmasında artıq gücün istifadə edilə biləcəyi mənasını verirdi.

   Müsəlmanlara verilən cihad icazəsi ilk əvvəllər, sırf düşmənin müsəlmanlara hücumlarını önləmək, İslam cəmiyyətinə verəcəkləri zərər və itkilərin qarşısını almaq, müsəlmanın inancını sərbəst yaşamasının önündəki hər cür maneəni aradan qaldırmaq üçün idi. Bu məqsədlə Bədir, Uhud, Xəndək döyüşlərinə girmişlər, bir çox müharibəyə çıxmışdılar.

     Müsəlmanlar daha da gücləndikcə, İslamın cihad anlayışına fəth məqsədi də əlavə edildi. Bu fəth, yalnız torpaq fəthi deyildi. Əsl olan könüllərin fəthiydi. İnsanlara İslamın ən gözəl şəkildə, təqdimatı və izah edilməsi idi. İnsanların İslam inancı ilə görüşdürülməsi cəhdi idi. İslamın təbliği önündə olan hər cür əngəlin qaldırılması, artıq cihadın əhatəsinə daxil oldu.

    Cihadın müdafiədən fəth mərhələsinə keçməsindəki bir məqsəd də, Müsəlmanların və İslam dövlətinin təhlükəsizliyinin təmin edilməsi idi.

    Fəth üçün edilən cihadlarda 2 məqsəd yanaşı götürülürdü. Birincisi, insanların İslam dinini tanımalarını təmin etmək, İslamın gözəlliklərini onlara çatdırmaq və həqiqətən yaşayaraq da göstərmək idi.

    İkincisi isə, İslamı qəbul etməyən dövlət və ölkələrə İslam dövlətinin gücünü göstərmək və onları sülhə məcbur edərək, düşmən olaraq hücum və təcavüzlərdən çəkindirmək idi. Cihadın içində döyüş, ən son alternativ idi. Düşmən İslamı qəbul etmədiyi kimi, İslam dövlətinin nüfuzuna boyun əyərək sülhə də razı olmazsa, onlara qarşı qüvvədən istifadı etmək qaçınılmaz hala gəlirdi. Bu halda döyüşün nəticəsi olaraq ələ keçirilən ölkələr, İslam torpaqlarına qatılır, döyüş əsnasında düşməndən əldə edilən əşya və mallar da qənimət sayılırdı.

    Savaş demək şiddət deməkdir.

    Müharibə demək can itkisi, ölümü deməkdir.

    Ancaq, İslamın cihad anlayışında, savaşdakı şiddətə və qəzəbə böyük məhdudiyyətlər gətirildiyi görülməkdədir. İnsan qanı axıtmağı ən minimum səviyyəyə salacaq tədbirlərə böyük yer verilmişdir.

    Bu tədbirlərin əvvəlində döyüşdə uşaqların, qadınların, yaşlıların, din adamlarının öldürülməsinin bir mənalı şəkildə  yasaqlanması gəlir.

    İslam yalnız döyüşə qatılan əsgərlərin öldürülməsinə icazə verir. Bir insanı əsir almaq mümkün olduğu halda , onun öldürülmə yolunu seçmək də doğru olmaz.

    Allah Rəsulunun, döyüşdə insan itkisini daha da azaltmaq üçün yönəldiyi taktikalardan biri də üzərinə gediləcək düşməni, döyüş hazırlığına girişmədən qafil yaxalamaq idi. Çünki düşmənin döyüşə hazırlanması, döyüşün çox qanlı keçməsi, uzun sürməsi və nəticədə bir çox insanın ölməsi demək idi.

     Allah Rəsulunun bu taktikasının nə dərəcə işə yaradığını Məkkənin fəthi kimi böyük bir döyüşün, çox az sayda insanın ölümüylə nəticələnməsində görürük.

    O halda İslamın cihad anlayışında, məqsədə ən az insan itkisi ilə çatmağın əsas götürüldüyünü ifadə etməyimiz səhv olmaz.

   Onsuz da İslamın ana hədəfi, göndəriliş məqsədi, insanları yox etmək, həyatları və ocaqları söndürmək deyildir. İslam, insanlara sonsuz bir həyatı və əbədi xoşbəxtliyi qazandırmaq üçün gəlmişdir.

    Allah Rəsulunun, "mən insanlara rəhmət üçün gəldim, əzab üçün deyil" sözündən dəbu mənanı çıxarmaq mümkündür.

    Bu gün, bəzi müsəlmanlar, çox təəssüf ki cihadı çox səhv şəkildə anlayıb tətbiq edirlər. Cihad etməyi adam kəsmək, insan doğramaq, baş kəsmək, yer üzündə canlı tək bir kafir buraxmamaq şəklində tətbiq edən, inanları canlı bombalar halına gətirən cihad anlayışları, İslama ən böyük zərəri verir.

     İnsanların İslamı tanımalarının önündəki əngəllərin qaldırılması mənasına gələn  cihad anlayışı, çox təəssüf ki, indiki zamanda insanların İslamı qəbul etmələrinin önündəki ən böyük əngəl halına gətirilmişdir.

   İslamın cihad anlayışında yanlış anlaşılan bir mövzuya daha toxunmadan keçəbilməyəcəyəm.

    Cihad, daxili, yəni bir İslam ölkəsində müsəlmanlar arasında etibarlı sayılmaz. Yəni müsəlman müsəlmana qarşı cihad edə bilməz. Daxildəki qiyamlara, insan öldürmələrə, İslam, cihad deyil, baği (qanuni dövlət başçısına qarşı çıxmaq, üsyan etmək) adını vermişdir.

   Baği, İslam mücahidi olmaz. Lə iləhə illəllah deyən bir möminin, Lə iləhə illəllah deyən bir mömini öz ağlına görə kafir sayıb öldürməyə və bu etdiyi cinayətkarlığa da cihad adını verməyə haqqı da yoxdur, həddi də deyildir.

    Cihad, İslam ölkəsi xaricindəki, Müsəlmanlar üçün təhdid meydana gətirən insanlara qarşı edilən məşru (qanuni, haram olmayan) bir mübarizədir. Məqsədi Müsəlmanın can və mal təhlükəsizliyini zəmanətə almaq, çöldən gələ biləcək hər cür təhdid edici hərəkətlərə keçmədən qarşısını almaqdır.

     ƏN BÖYÜK CİHAD, NƏFSLƏ EDİLƏN CİHADDIR

    Müsəlmanın İslamı yaşaması önündəki ən böyük maneə, çox vaxt xarici düşmən deyildir. İnsanın öz içindəki nəfsi-əmmarə dediyimiz, qeyri-məşru (qanuni olmayan, harama girən şeylər) arzu və istəkləridir. İnsan öz nəfsinə söz keçirə bilməzsə, onu tərbiyə edib İslamın əmr və yasaqlarına boyun əyəcək hala gətirə bilməzsə, onun xaricdə İslamı yaşamasına mane olan bir düşmən axtarışına ehtiyac yoxdur.

   Nəfsin özü, onun üçün ən böyük maneədir. Bu səbəblədir ki, İslamda ən böyük cihad insanın nəfsinə qarşı girişdiyi mübarizədir. Xarici düşmənlə edilən döyüş, nəfslə edilən döyüşün yanında kiçik qalır. Çünki xarici düşmənlə edilən döyüşdə, mömin öldürülsə şəhid olur. Həyatda qalsa qazi sayılır. Amma nəfsə qarşı girişilən döyüşü uduzan mömin, hər şeyini itirir. Mənəvi olaraq müflis hala gəlir.

Allah Rəsulunun, Bədir döyüşündən Mədinəyə dönərkən:

Kiçik cihadı bitirdik, indi böyük cihada dönürük, dediyi rəvayət edilir ki, burada nəzərdə tutulan kiçik cihad, Məkkəlilərlə edilən Bədir Döyüşü, böyük cihad isə nəfslə mübarizəyə girişməkdir.

    Xarici düşmənlə edilən döyüşlərdən müəyyən bir yer, müəyyən bir zaman üçün söhbət gedə bilər. Amma nəfslə edilən cihadın yeri və zamanı yoxdur. 24 saat fasiləsiz hər yerdə davam etdirilən bir mübarizədir.

   Son olaraq bunu da söyləyəbilərik: nəfslə edilən cihadı qazana bilməyən bir müsəlmanın xarici düşmənlə etdiyi cihadı qazanacağı şübhəlidir. Cəbhədə mücahid sayılmaq üçün, içdəki nəfslə müharibənin mütləq qazanılması şərtdir.

   ALLAH YOLUNDA ŞƏHİD OLMAQ



16-12-2016 06:00:45