Ana səhifə

Mirac Kandili


Feyz və bərəkətin coşduğu mübarək gecələrimizdən biri də Mirac Gecəsidir. Mirac bir yüksəlişdir, bütün süfli duyğulardan, bəşəri hisslərdən tər-təmiz bir qulluğa, ən uca mərtəbəyə tərəqqi etməkdir. Rəsulullahın (s.ə.s.) timsalında insanlığın önünə açılmış sərhədsiz bir tərəqqi üfüqüdür. Bu ülvi səyahət, möcüzələrin ən böyüyüdür. Mirac möcüzəsi Qur’ân-ı Kərim`də Âyələrlə izah edilmiş və varlığı inkar edilə bilməyəcək bir şəkildə ortaya qoyulmuşdur. Bu Îlâhî səfərin ilk mərhələsi olan Məscid-i Aksâya qədərki mərhələ Qur’ân`da belə izah edilir:

"Özünə ayələrimizdən bir qisimini göstərək deyə, qulunu (Muhammədi)bir gecə Məscidi-Haramdan, ətrafını mübarək etdiyimiz Məscidi-Əqsaya (İsra -Gecə yürüyüşü- ilə) aparan (Allah, hər cür nöqsanlıqdan) münəzzəhdir.  Şübhəsiz kiSəmi(hər şeyi eşidən)Basîr (haqqıyla görən), ancaq O'dur.  " (İsra Surəsi,1)

Miracın ikinci mərhələsi də Məscidi-i Aksâdan başlayaraq səmanın bütün təbəqələrindən keçib ta Îlâhî hüzura çatmasıdır. Bu mərhələ da Nəcm Surəsində belə izah edilər:

"O üfüqün ən yuxarısında idi.

Sonra endi və yaxınlaşdı.

Nəhayət ona iki yay qədər, hətta ondan da yaxın oldu.

Sonra da vəhy olunacaq şeyi Allah quluna vəhy etdi.

Onun gördüyünü qəlbi yalan saymadı.

İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?

And olsun ki, onu bir kərə daha həqiqi surətində gördü. Sidrə-i Müntəhâda gördü. Ki, onun yanında Mə’vâ cənnəti vardır.  O zaman Sidr ağacını Allah`ın nuru bürümüşdü.

Gözü nə çaşdı, nə də başqa bir şeyə baxdı.

And olsun ki, Rəbbinin Âyələrindən ən böyüklərini gördü. "(Nəcm Surəsi, 7-18.)

Mirac necə oldu?

Mirac, Rəcəb ayının 27-ci Gecəsi Cənab-ı Haqqın dəvəti üzərinə Cəbrayıl Aleyhissəlâmın rəhbərliyində Peyğəmbər Əfəndimiz Aleyhissalâtü Vəssəlamın Məscid-i Haramdan Məscid-i Aksâ'ya, oradan səmaya, uca aləmlərə, Îlâhî hüzura yüksəlməsidir.

Peyğəmbər Aleyhissalâtü Vəssəlam Məscidi-i Haramdan (Məkkə`dən), Məscid-i Əqsâ’ya (Qüds`ə) ata bənzər ağ bir Cənnət miniyi olan Burak ilə gəldi. Qüdsə gəlmədən yol üzərində Hz. Musa`nın məqamına uğradı, orada iki rükət namaz qıldı, daha sonra Məscid-i Əqsâ’ya gəldi. Orada bütün peyğəmbərlər onu qarşıladı. Miracını təbrik etdilər. Peyğəmbər Aleyhissalâtü Vəssəlam burada peyğəmbərlərə iki rükət namaz qıldırdı, bir xütbə oxudu.

Bir rəvayətdə Hz. İsa`nın doğulduğu yer olan Betlaham`a uğradı, orada da iki rükət namaz qıldı. Və bu gün Qubbətü's-Səhra'nın olduğu yerdən Muallak Daşının üzərindən Miraca yüksəldi.

Səmanın bütün təbəqələrinə uğradı. Sırasıyla yeddi səma təbəqələrində olan Hz. Adəm, Hz. Yəhya və Hz. İsa, Hz. Yusuf, Hz. İdris, Hz. Harun, Hz. Musa və Hz. İbrahim kimi peyğəmbərlərlə (Allah`ın Salamı onlara olsun) görüşdü, Onlar Ona "Xoş gəldin" dedilər, təbrik etdilər.

Bundan Sonra Hz. Cəbrayıl ilə birlikdə imkân ilə vücub ortası (kâinatın bitdiyi yer)Sidrətü’l-müntəhâ’ya gəldilər. Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam orada ikisi gizli, ikisi aşkar axan (Nil, Firat) dörd çay gördü. Sonra hər gün yetmiş mələyin ziyarət etdiyi Beytü`l-Ma'mur'u ziyarət etdi.

Hz. Cəbrayıl`ın buradan irəli getməsi mümkün deyildi. Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam bundan sonra Refref adında bir vasitə ilə zaman və məkandan münəzzəh (uzaq) olan Cənab-ı Haqq`ın camalıyla müşərrəf oldu.

Süleyman Çələbi`nin dediyi kimi

" Aşikârə gördü Rabbü'l-izzəti

Âxirətdə elə görər ümməti " İnşaallah ...

Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam Rəbbinin hüzurundan döndükdən sonra Hz. Musa ilə qarşılaşdı., "Allah ümmətinə nəyi fərz etdi?" deyə soruşduqda, Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam "50 vaxt namaz" buyurdu.

Hz. Musa`nın, "Rəbbinə dön, azaltması üçün Rəbbinə niyaz et, ümmətin buna güc çatdıra bilməz" deməsi üzərinə, Peyğəmbərimiz Əleyhissalatu Vəssalam, beş dəfə Cənab-ı Haqq`a niyaz etdi, hər səfərində 10 vaxt endi, sonunda beş vaxtda qərar etdi.

Daha sonra Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam Hz. Cəbrayıl`ın rəhbərliyində Cənnəti, Cəhənnəmi, âxirət mənzillərini və bütün aləmləri gəzdi, gördü, Məkkə`yə döndü.

Səhər olunca Kəbənin yanında Məkkəlilərə Miracı anlatdı. Onlar Peyğəmbərimizdən dəlil istədilər. Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam da onlara yolda gördüyü karvanlarından xəbər verdi. Qureyşlilər dərhal karvanları qarşılamaq üçün Məkkə kənarına çıxdılar. Gələnləri eynilə Peyğəmbərimizin Aleyhissalâtü Vəssəlam xəbər verdiyi kimi gördülər, amma iman nəsib olmadı.

Amma yenə də Peyğəmbərimizdən üst üstə Miraca çıxdığına dair dəlil istədilər. Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam Qüdsə, Məscid-i Aksâ’ya uğradığını izah edincə Qureyşlilər, "Bir ayda gedilə bilən Bir yerə Muhamməd necə bir gecədə gedib gələbilər?" deyə etiraz etdilər, ardından da Məscid-i Əqsâ’nı görmüş olanlar, "Məscid-i Əqsâ’nı bizə izah edərsənmi? "deyə Peyğəmbərimizə sual yönəltdilər.

Peyğəmbərimiz Aləyhissalatu Vəssalam belə izah etdi:

"Onların yalanlamalarından və suallarından çox sıxıldım. Hətta o ana qədər elə bir sıxıntı heç çəkməmişdim. Bu əsnada Cənab-ı Haqq birdən Beytü`l-Makdis'i mənə göstərdi. Mən də ona baxaraq hər şeyi bir-bir təsvir etdim. Hətta mənə, 'Beytü'l-Makdis'in neçə qapısı var?' deyə soruşdular. Halbuki mən onun qapılarını saymamışdım. Beytü`l-Makdis qarşımda görününcə ona baxmağa və qapılarını tək-tək saymağa və izah etməyə başladım. "

Bunun üzərinə müşriklər:

"Vallah düppədüz təsvir etdin" dedilər, amma yenə də iman etmədilər.

O əsnada Hz. Əbu Bəkir (Allah ondan razı olsun) çıxıb gəldi, müşriklər vəziyyəti ona xəbər verdilər. Hz. Əbu Bəkir, "Əgər bu sözləri ondan eşitmişsinizsə şəksiz şübhəsiz doğrudur" deyərək dərhal təsdiq etdi və bundan sonra Hz. Əbu Bəkir "Sıddîq= tərəddüdsüz inanan" ünvanını aldı.

Peyğəmbərimiz nə üçün miraca çıxdı?

        Bir padşahın iki cür danışması vardır. Biri, bir vətəndaşla zəng edərək kiçik bir məsələni görüşməsi. Digəri də dövlət başçısı, xəlifəlik yönü və millətin idarəçisi olaraq, əmrlərini hər tərəfə eşitdirmək üçün xüsusi bir elçisi ilə danışması, söhbət etməsi, onun vasitəçiliyi ilə fərman nəşr etməsi.

Bu nümunədə olduğu kimi Cənab-ı Haqq`ın da qulları ilə iki tərzdə həmsöhbət olması vardır. Biri, xüsusi və cüz`i, digəri də geniş və ümumi mahiyyətdə bir danışması. Cənab-ı Haqq`ın bəzi vəlilərə xüsusi və cüz`i mənada ilham etməsi birinciyə örnəkdir.

Amma Peyğəmbərimiz Aləyhissalatu Vəssəlam bütün vəlayət mərtəbələrinin üstündə bir böyüklük və ucalıqda, kâinatın Rəbbi, bütün varlıqların Yaradıcısı olaraq Cənab-ı Haqqın söhbətinə müşərrəf olması isə ikinci və mükəmməl olanına misaldır.

Peyğəmbər Aleyhissalâtü Vəssəlamın elçiliyi iki yönlüdür. Biri xalqdan Haqq`a, digəri də Haqq`dan xalqa. Biri miracın batini tərəfi olan vəlayət yönüdür, digəri də zahiri tərəfi olan risalət yönüdür.

Yəni Peyğəmbər Aleyhissalâtü Vəssəlam bizi təmsilən Cənab-ı Haqqın hüzuruna çıxdı, başda insanlar olmaqla, bütün varlıqların ibadət, qulluq, təsbeh və zikrlərini toplu olaraq(əsgərin komandirə təkmil verməsi kimi) təqdim etdi. Bu yönüylə Mirac xalqdan, insanlardan, varlıqlardan Haqqa bir gedişdir. Digəri də Cənab-ı Haqqın biz qullarından istədiklərini,əmr və qadağanlarını Rəsul olaraq gətirmişdir. İbadətlərin özü və əsası olan beş vaxt namazı Mirac hədiyyəsi olaraq gətirməsi kimi ...

Peyğəmbərimiz, Allah ilə necə görüşə bilər?

Sual: "Bizə hər şeydən daha yaxın olan Cənab-ı Haqqa minlərlə illik məsafəni aşaraq yetmiş min pərdəni keçdikdən sonra Rəbbiylə görüşməsi nə deməkdir?"

Cənab-ı Haqq hər şeyə hər şeydən daha yaxındır, lakin hər şey O'na sonsuz şəkildə uzaqdır.

Məsələn, günəşin insan kimi ağılı olsa və bizimlə danışmaq istəsə, əlimizdəki ayna vasitəsilə bizimlə danışa bilər.

Digər tərəfdən biz bir növ ayna olan gözümüzlə günəşə yaxınlaşa bilirik. Halbuki günəş bizə 150 ​​milyon km. uzaqlıqda yerləşir, heç bir şəkildə ona yanaşa bilmərik. Günəşə bir dərəcə yaxınlaşmaq üçün ancaq Ay qədər böyümək lazımdır. Bu da mümkün deyil.

Bu misalda olduğu kimi, gerçək mənada Cənab-ı Haqq hər şeyə yaxındır, amma hər şey ona sonsuz dərəcə uzaqdır. Ancaq Peyğəmbər Əleyhissalatu Vəssalam, Cənab-ı Haqqın lütfüylə bir anda minlərlə pərdəni keçərək Miraca yüksəlmiş; bütün mənəvi mərtəbələri aşaraq hüzura çatmışdır.

Bir insan necə göylərə çıxa bilər?

Sual: "Bunun bir nümunəsi vardırmı? Bir təyyarə ancaq 10-15 min metr yuxarı çıxa bilir, bir kosmos gəmisi ancaq Aya və Veneraya çata bilir. Bir insan bir neçə dəqiqə kimi qısa bir müddətdə milyonlarla metr uzaqlara necə gedib gələ bilər? "

Yer kürəmiz, yəni Dünya bir ildə təxminən 188 saatlıq bir məsafəni bir dəqiqədə dönər,iyirmi beş min illik məsafəni bir ildə qət edər. Bu böyük hərəkəti ona etdirən və bir sapan daşı kimi çevirən bir Qüdrət, bir insanı Ərşi Alaya gətirə bilməzmi?Günəşin ətrafında o ağır cisim olan dünyanı gəzdirən bir hikmət ə əsasən bir insan bədənini şimşək kimi Rəhmanın Arşına çıxara bilməzmi?

Peyğəmbərimiz Sadəcə ruhuyla getsə olmazdımı?

Sual: "Elə isə niyə Miraca çıxdı? Nə lüzumu var? Övliya kimi ruhu və qəlbi ilə getsə çatmaz idimi?"

Cənab-ı Haqq görünən və görünməyən aləmlərdəki gözəllikləri göstərmək üçün, kâinat fabrikini və mərkəzini gəzdirmək, insanlığın əməl və ibadətlərinin âxirətdəki nəticəsini göstərmək üçün Əfəndimiz Aleyhissalâtü Vəssəlamı oralara dəvət etməsi çox məqbuldur. Yalnız ruhu və qəlbi ilə deyil, bu səyahətə bədəninin də iştirak etməsi lazımdır.

Görünən aləmin açarı olan gözünü, eşidilən aləmin açarı olan qulağını Ərşə qədər bir yerdə aparması lazım olduğu kimi, ruhunun sonsuz vəzifələrini üzərinə götürən alət və maşını hökmündə olan mübarək bədənini Ərşə qədər çıxarması ağıl və hikmət gərəyidir.

Onsuz da Cənab-ı Haqq Cənnətdə bədəni ruha yoldaş edir. Çünki bir çox qulluq vəzifəsinə və hədsiz ləzzətlərə və kədərlərə bədən ev sahibliyi etmiş.

Elə isə bu mübarək bədən ruha yoldaşlıq edəcək. Cənnətdə ruh bədənlə birlikdə olacaqsa Cənnətü'l-Mə'va'nın gövdəsi olan Sidrətü'l Müntəha`ya Əfəndimiz Aleyhissalâtü Vəssəlamın bir başa vücudunun yoldaşlıq etməsi hikmətin tâ özüdür.

Peyğəmbərimiz Miraca yalnız ruhən çıxmış olsaydı, onsuz da möcüzə olmazdı. Çünki hər vəli ruhən və qəlbən o aləmlərə çıxa bilir.

Peyğəmbərimiz çox qısa zamanda necə gedib gəldi?

Sual: "Bir neçə dəqiqədə minlərlə illik məsafəyə gedib gəlmək ağla görə mümkünmüdür?"

Cənab-ı Haqqın sənətində hərəkət və sürətin dərəcəsi fərqli fərqlidir. Səsin sürəti ilə işığın sürəti, elektrikin sürəti, hətta ruhun və xəyalin sürəti bir-birindən tamamilə fərqlidir. Planetlərin sürətləri da bir-birindən fərqlidir. Məsələn işığın sürəti 300.000 km/san olduğu halda səsin sürəti 360 km/san 'dir.

Görəsən Peyğəmbərimizin lətif bədəninin uca ruhuna tabe olması, ruh sürətində hərəkəti necə ağla tərs gələ bilər ki?

Yenə bir insan on dəqiqə yatsa bəzən olar ki, bir illik iş görə bilər. Hətta bir dəqiqədə insanın gördüyü yuxunu, yuxuda eşitdiyi sözləri, danışdığı sözləri toplansa oyanıqkən bir gün, bəlkə daha çox bir zaman lazımdır.

Demək ki bir zaman dilimi iki adama görə dəyişə bilir, birinə bir gün, digərinə də bir il hökmünə keçə bilər.

Məhz Peyğəmbər Əfəndimiz Aleyhissalatu Vəssalam, Burak`a minərək şimşək kimi bütün kâinatı gəzib Îlâhî hüzura çıxıb Rəbbiylə söhbət şərəfinə ərmiş, Onun camalını görmüş, əmrlərini alıb dönüb gəlmişdir.

Miracın bənzəri olan bir hadisə vardırmı?

Sual: "Peyğəmbərimizin Miraca çıxması mümkündür. Lakin hər mümkün reallaşmır. Bunun bir bənzəri varmı ki qəbul edək?"

Miracın çox nümunələri vardır:

Bir insan, gözüylə bir saniyədə Neptun planetinə çıxa bilər.

Bir elm adamı, astronomiya qanunlarına minərək tâ ulduzların arxasına bir dəqiqədə gedə bilər.

İman sahibi hər insan, namazın hərəkətlərinə düşüncəsini mindirərək bir növ Miracla kâinatı arxasına alaraq Îlâhî hüzura girə bilər.

Qəlb gözü açıq bir vəli, Îlâhî sirlərə qırx gündə çata bilər. Hətta Abdülqadir Qeylani və İmam-ı Rabbani kimi bəzi övliyanın bir dəqiqədə Ərş-i alaya qədər ruhən çıxdıqları bildirilir.

Yenə nurlu bir cisimə sahib olan mələklər bir anda yerdən Ərşə, Ərşdən yer üzünə gedib gəlirlər.

Cənnətdə, Cənnət əhli möminlər, Cənnət bağçalarına qısa bir zamanda çıxa bilirlər.

Bu qədər nümunələr göstərir ki, bütün övliyanın sultanı, bütün möminlərin imamı, bütün Cənnət əhlinin rəisi və bütün mələklərin məqbulu olan Rəsul-i Əkrəm Əfəndimizin bir anda Miraca çıxması, dönməsi, bütün uca aləmləri gəzib görməsi çox məqbuldur və şübhəsizdir.

Miracla gələn hədiyyələr

Birincisi: Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam bütün iman həqiqətlərini gözləriylə gördü. Mələkləri, Cənnəti, âxirəti, hətta Cənab-ı Haqqın camalını gözləriylə müşahidə etdi. Sözlərində və vədində ən kiçik bir xilafı, əks bəyanı olmayan o uca insan mömin ruhlara mənən belə deyirdi: "Sizin inandığınız, mələkləri, âxirəti, Rəbbinizin Nur camalını şəxsən gördüm; bu iman əsasları vardır, mövcuddur; tərəddüd və şübhə etməyin. " Beləcə möminlər sonsuz bir imana ərmənin səadətinə qovuşdular.

İkincisi: İnsan hər şeylə maraqlanır. Ayda həyat var mı, yox mu deyə araşdırır. Halbuki Ay O Əzəli Sultanın məmləkətində ancaq bir ağcaqanad qədər yer tutur.

Möminlər maraqlanırlar. "Rəbbimiz bizdən nə istəyir? Görəsən nə etsək Rəbbimiz bizdən razı olar? Bir yolunu tapsaq da birbaşa Rəbbimizlə həmsöhbət olsaq, bizdən nə istəyir, anlasaydıq " deyərkən, İki Cahan Sərvəri yetmiş min pərdə arxasından əzəl və əbəd Sultanının razı olacağı əməlləri Mirac meyvəsi olaraq gətirdi bəşərə hədiyyə etdi. Bu hədiyyə başda namaz olmaqla İslamın digər əsasları və ibadətləridir.

Üçüncüsü: Peyğəmbərimiz Aleyhissalâtü Vəssəlam əbədi səadət xəzinəsinin açarını götürüb gətirmiş, cinlərə və insanlara hədiyyə etmişdir. Peyğəmbər Əfəndimiz öz gözüylə Cənnəti görmüş, sonsuz səadətin varlığını müşahidə etmiş və bu böyük müjdəni xəbər vermişdir. Belə ki, bir adama edam ediləcəyi anda bağışlanılaraq padşahın yaxınında bir saray verilsə nə qədər sevinər.

Elə də bütün cinlər və insanlar sayı qədər toplu bir müjdə olan bu sevinc nə qədər önəmli və dəyərlidir.

Dördüncüsü: Peyğəmbər Əfəndimiz Miracda Cənab-ı Haqqın camalını görmə nemətini daddı. Bu mənəvi nemətin Cənnətdə möminlərə də nəsib olacağı müjdəsini verdi. "Ayın on dördünü necə açıqca gözünüzlə görürsünüzsə, Rəbbinizi də elə Cənnətdə açıq-aşkar görəcəksiniz" buyuraraq bu əzəli müjdəni bizlərə hədiyyə olaraq gətirdi.

Beşincisi: İnsan kâinatın ən qiymətli bir meyvəsi və Kâinat Sahibinin ən nazlı bir sevgilisi olduğu Miracla aydın oldu. Kâinata nisbətlə kiçik bir varlıq, zəif bir canlı olan insan bu meyvə ilə elə bir dərəcəyə çıxdı ki, bütün varlıqlar üzərində bir məqam və mövqe qazandı. Çünki rütbəsiz bir əsgərə, "Sən paşa oldun" deyilsə nə qədər sevinər.

Elə də aciz, fani, davamlı ayrılıq və zaval yumruğunu yeyən biçarə insana birdən,"Sonsuz və baqi bir Cənnətdə Rahman və Rahim olan Allah`ın rəhmətinə girəcəksən" deyildiyində o insan nə qədər böyük bir mövqe və məqama çıxar. Cənnətdə xəyal sürətində, ruh genişliyində, ağıl axıcılığında, ürəyin bütün arzularında Cənab-ı Haqqın əbədi mülkündə seyr və səyahətə çatacaq. Cənab-ı Haqqın nur camalını seyr etmə nemətini dadacaq. Belə bir insanın qəlb və ruhu nə qədər böyük bir sevincə qovuşar deyilmi? Miracın bu meyvəsi insanın ən böyük arzu və hədəfidir.

Bədiüzzaman Səid Nursi, Sözlər, 31. Söz əsərindən faydalanılaraq hazırlanmışdır.

Mənbə: Mübarək Gün və Gecələr, Nəsil Yayınları

 


22-04-2017 09:06:39