Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) doğum gününü / Mövlud Qəndilini qeyd etmək bidətdir?


Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) doğum gününü / Mövlud qəndilini qeyd etmək bidətdir?

    İmam Suyuti, mövzuyla əlaqədar olaraq xülasəylə bunları söyləmişdir:

"İnsanların Mövlud-u Nəbəvi üçün toplanıb Quran oxumaları, Hz. Peyğəmbərin (s.ə.s.) vəladətiylə əlaqədar xəbərləri / mənqibələri səsləndirmələri, bu münasibətlə yemək tərtibləmələri bidə-yi Həsənə / gözəl bir bidətdir. Çünki, bu yığıncaqlarda Hz. Muhammədə (s.ə.s.) qarşı böyük bir təzim, bir sayğı, onun dünyaya təşrifindən dolayı böyük bir sevinc mövcuddur. Bu isə, sahibinə böyük bir savab qazandırar. "(Bax. Suyuti, əl-Havi lil-fətavî, 1/272-şamilə).

    "Mövlud" kəliməsində "doğum" mənası vardır. "Qəndil" kəliməsində də "müəyyən günlərdə yandırılan aydınlıq" mənası mövcuddur. İkisini bir araya gətirib də "Mövlud Qəndili" dediyimizdə, "Rəsulullah`ın doğum gecəsində minarələrdə yandırılan qəndillər" xatirə gəlməkdədir. Müsəlmanlar, hər il Rəbiü`l-əvvəl ayının on ikinci gecəsini dini mərasimlərlə əhya edir, fərqli bir hüzur və sevinclə təbrik etmə həssaslığı göstərirlər. Qəndillərlə bəzədilən camilər bu niyyətlə dolar, daşar ...

   Müsəlmanlar bu gecəni, həm öz tərəflərindən həm də uşaqlarının tərəfindən düşünürlər. Öz tərəflərindən düşünərkən ibadətləri, ətrafdakı qonum-qonşuya yardımları, müxtəlif xeyir əməlləri xatırlayar, fərqli bir yardım anlayışında olarlar.Uşaqları yönündən isə, çox diqqətli olarlar. Məsum zehinlərdə gecənin gözəl bir xatirə olaraq qalmasını təmin edəcək çarələrə baş vururlar. Necə ki o gündə uşaqların sevinəcəyi şeylər alırlar, xoşlarına gedəcək söhbətlər tərtib edərlər, gecənin, zehinlərində şirin bir xatirə olaraq qalmasını təmin edərlər.

    İslam dünyasında mövlud mərasimi ilk dəfə, Misirdə hökm sürən Fatimilər (910-1171) tərəfindən tərtiblənmişdir. Bu mərasimlər saraya aid olub, yalnız dövlət ərkanı arasında cərəyan etməkdə idi. Fatimilər, Hz. Əli (ra) və Fatimənin (r.anh.) Doğum günlərində də mövlud mərasimləri tərtib edərdilər.

   Sünni müsəlmanlarda ilk mövlud mərasimi, Hicri 604-cü ildə, Səlahəddin Əyyubinin qayını və Ərbil Atabəyi Məlik Muzəffəruddun Gökbörü tərəfindən tertiblənmişdir.Uzun hazırlıqlarla təşkil edilən mərasimlər, bütün xalqı əhatə edən bir şəkildə təşkil edilərdi. Muzəffəruddin, ətraf bölgələrdən fəqih, sufi, vaiz və digər alimləri Ərbilə çağırar və tədbirlər çox dəbdəbəli bir şəkildə cərəyan edərdi.

    Daha sonra, dəyişikliyə uğrayaraq, Məkkədə də mövlud mərasimləri tertib olunmağa başlanmışdır. Məkkə və Mədinədən sonra mövlud mərasimləri, İslam coğrafiyasının hər tərəfində bir-birindən fərqli şəkillərdə tərtib olunmağa başlanmış və bu, bu günə qədər davamlılığını qorumuşdur.

     Osmanlılar tərəfindən mövlud, ilk dəfə III. Murad zamanında, 1588-ci ildə rəsmi hala gətirildi. Mərasimlər, müəyyən olunmuş təşrifat qaydalarına uyğun olaraq sarayda tərtiblənir, bundan başqa, əvvəllər Ayasofya Camisində, sonralar isə Sultan Əhməd Camisində edilən mərasimlərə, dövlət ərkanıyla birlikdə xalq da qatılardı.

    Bu mərasimlərdə, əvvəl müəzzin tərəfindən Quran-ı Kərim oxumaq, bunun arxasından də vəzlər (xütbə) verilirdi. Daha sonra mövludxân (mövlud oxuyan) kürsüyə çıxır və bir bölüm oxuduqdan sonra enər hədiyyəsini alır və ikinci mövludxan kürsüyə çıxaraq, oxumağa davam edər və müəyyən qaydalar çərçivəsində mövlud təbrikləri sona çatırdı. (Asim Köksal, İslam tarixi)

     - Mövludun dinimizdəki yeri nədir?

    Mövlud Peyğəmbərimizdən (s.ə.s.) üç dörd əsr sonra icad edilən İslami bir adət olmaqla yanaşı, bidətin həsənə (gözəl) qisiminə aiddir. Böyük hədis və fiqh alimi olan İbni Həcər, mövlud mərasiminin qanuniliyi haqqında bu hədisi zikr edir:

    İbni Abbasın rəvayətinə görə, Rəsulu-i Əkrəm Əfəndimiz (s.ə.s.) Mədinəyə hicrət etdiklərində Aşura günündə yəhudilərin oruc tutduqlarını öyrənir. Oruc tutmalarının səbəbini soruşduqda Yəhudilərdən bu cavabı alır:

"Bu çox böyük bir gündür. Bu gündə Allah, Musa ilə qövmünü qurtardı. Firon ilə qövmünü suda boğdu. Musa da buna şükür üçün oruc tutdu. Məhz biz də bu günün orucunu tuturuq. "

"Bunun üzərinə Peyğəmbərimiz, 'Elə isə biz Musaya sizdən daha yaxın və üstünük.' Buyurdu. O gündən sonra həm özü oruc tutdu, həm də tutulması üçün tövsiyə etdi. "(Müslim, Sıyam 127)

İbni Həcər bu nəqldən sonra belə deyir:

"Bundan aydın olur ki, belə bir gündə, mövlud gecəsində Allaha şükr etmək tam yerindədir. Lakin mövlud mərasiminin Peyğəmbərimizin doğum günündə keçirilməsinə diqqət etmək lazımdır. "(Əl-havi fil-Fətəva, 1/190)

    Bugünkü İslam ölkələrində Peyğəmbərimizin doğumunu yad etmək, ona salat-salam gətirmək məqsədilə müxtəlif dillərdə oxunan mövlud vardır. Ərəbcə "Bâned Suad, Bürdə və Həmziyyə" qəsidələri bir mövluddur. Türkcədə isə iyirmidən çox mövlud mənzuməsi var. Lakin bunların içində ən çox tutulan və oxunanı Süleyman Çələbi mərhumun 1409-ci ildə yazdığı "Vəsilətun-Nəcât" adlı mövlud kitabıdır. Bəzi İslam alimləri mövludu bidət sayaraq qarşı çıxsalar da yuxarıda da ifadə etdiyimiz kimi, Bədiüzzaman, zamanımızda bu məsələni belə təshih etmişdir:

"Mövlud-u Nəbəvi ilə Miraciyənin oxunması çox nâfi (faydalı) və gözəl adətdir və müstəhsən (yaxşı, xoş) bir adət-i İslâmiyyədir. Bəlkə İslâmın icimayi həyatının çox lətif və parlaq və şirin bir mədar-ı söhbətidir (söhbət səbəbidir). Bəlkə iman həqiqətlərinin ixtar (xatırladılması) üçün, ən xoş və şirin bir dərsdir. Bəlkə imanın ənvarını və muhabbətullah və Nəbəvi eşqi göstərməyə və təhrikə ən mühəyyic (həyəcan oyandıran) və müəssir (təsirli) bir vasitədir. "(Nursi, Məktubat, s. 281-285)

- Qəndillər necə keçirilməlidir?

     Bütün qəndil gecələrində edilə biləcək və edilməsi lazım olan əhəmiyyətli bir sıra əfvi məğfirətə nail olma, əcr-i savab qazanma, mənəvi tərəqqi əldə etmə, bəla və müsibətlərdən xilas olma və Allahın rizasına qovuşma vəsilələri vardır ki, bunlardan bəzilərini maddələr halında qısaca və toplu olaraq yenidən xatırlamaqda fayda var:

1. Qurani- Kərim oxunmalı; oxuyanlar dinlənilməli; uyğun məkanlarda Quran ziyafətləri verilməli; Kəlamullaha olan sevgi, hörmət və bağlılıq duyğuları yenilənməli, qüvvətləndirilməli.

2. Peyğəmbər Əfəndimizə (s.ə.s.) salatu salamlar gətirilməli; Onun şəfaətini ümid edib, ümmətindən olma şüuru təzələnməli.

3. Qəza, nafilə namazlar qılınmalı; varsa o gecəyə aid nəql edilən namazlar, onlar da ayrıca qılına bilər; qəndil gecəsi, özü etibarilə ibadət və ibadətdə ehsan şüuru ilə əhya edilməli.

4. Təfəkkürdə olmalı; "Mən kiməm, haradan gəldim, hara gedirəm, Allahın məndən istəkləri nələrdir?" Kimi mövzular başda olmaq üzrə, həyati məsələlərdə dərin düşüncələrə girməli.

5. Keçmişin mühasibat və təftiş edilməli və günün və gələcəyin plan və proqramı cızılmalı.

6. Günahlara səmimi olaraq tövbə və istiğfar edilməli; idrak edilən gecəni son fürsət bilərək peşmançılıq və günahları tərk ilə Allaha yönəlməli.

7. Bol bol zikr, əvradu əzkar (zikr, virdlər) etməli.

8. Möminlərlə halallaşılmalı; onlarla əlaqələrimiz cəhətindən rızaları alınmalı.

9. Küs və incik olanlar barışdırılmalı; könüllər alınmalı; kədərli üzlər güldürülməli.

10. İnsan özünə və digər mömin qardaşlarına hətta ad zikr edərək dualar etməli.

11. Üzərimizdə haqqları olanlar axtarılıb soruşulmalı; vəfa və qədirşünaslıq əxlaqı yerinə yetirilməli.

12. Yoxsul, kimsəsiz, yetim, xəstə, şikəst, yaşlı olanlar ziyarət edilib, sevgi, şəfqət, hörmət, hədiyyə və sədəqələrlə sevindirilməli.

13. O gecə ilə əlaqəli ayələr, hədislər və bunların şərhləri əlaqədar kitablardan fərdi və ya camaat şəklində oxunmalı.

14. Dini yığıncaqlar, söhbətlər təşkil edilməli; vazu (xütbə) nəsihət dinlənilməli; şeirlər oxunmalı; ilahi və tərənnümlə könüllərdə ayrı bir dalğalanma meydana gətirməli.

15. Qəndil gecəsinin axşam, yatsı və səhər namazları camaatla və məscidlərdə qılınmalı.

16. Səhabə, uləma (alimlər) və övliya türbələri ziyarət edilməli; razılıqları alınmalı; və mənəvi iqlimlərimdə vəsiləlikləriylə haqqa niyaz etməli (dua etməli).

17. Vəfat etmiş yaxınlarımızın, dostlarımızın və böyüklərimizin qəbirləri ziyarət edilməli; iman qardaşlığına aid sədaqəti yerinə yetirilməli.

18. Həyatdakı mənəvi böyüklərimizin, ustadlarımızın, ana və atamızın, dostlarımızın və digər yaxınlarımızın şəxsən gedərək və ya telefon, yaxud e-mail göndərərək qəndilləri təbrik edilməli; duaları istənməli.

19. Bu qəndil gecələrinin gündüzlərində mümkün olduğu qədər oruc tutulmalı.

   Mübarək gecələrin əhyası ilə əlaqədar xüsusi bir ibadət mövcud deyildir.Namaz, Quran tilavət, dua kimi bütün ibadət növləri ilə gecə əhya edilə bilər ... Mübarək gecələrdə qılınan bəzi xüsusi namazlar sünnədə mövcud deyil; mötəbər bir rəvayətə də istinad etməzlər. Bu, "O gecələrdə namaz qılmaq məkruhdur." mənasına gəlməz. Təhəccüd və nafilə namazları təşviq edən rəvayətlər çoxdur. Bunların mübarək gecələrdə edilməsi əlbəttə daha fəzilətlidir. "(Canan, Kutubi-Sittə, III / 289).

 

MÜBARƏK DOĞUM VƏ MÖVLUD QƏNDİLİ



11-12-2016 05:46:31