Ana səhifə

Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı


Rəhmət ayı Ramazan

Səlman-ı Farisi radıyallahu anh nəql edir:

Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm Şaban ayının son günündə bizə oxuduğu bir xütbədə belə buyurdu:

"Ey insanlar, böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınıza gəldi."

"Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır."

"Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazları haqlı etdi."

"Bu ayda kiçik-böyük xeyir iş görən insan başqa aylarda bir fərz əda etmiş kimi savab qazanar.

"Bu ayda bir fərzi yerinə yetirmək, başqa aylarda yetmiş fərz yerinə keçər."

"Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbir və dözüm ayıdır. Səbrin qarşılığı Cənnətdir. "

"Bu ay yardımlaşmaq ayıdır, bu ay möminlərin ruzilərini artıracaq aydır."

"Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey verərsə, etdiyi bu iş günahlarının bağışlanmasına və Cəhənnəmdən azad olmasına səbəb olar.Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar. "

Əshabi-Kiramdan bəziləri, "Ya Rəsulullah, hamımız orucluya iftar edəcək bir şey tapıb verəcək vəziyyətdə deyilik" dedilər.

Bunun üzərinə Rəsulu Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm, "Allah bu savabı bir tək xurma ilə, bir içim su ilə, bir qurtum süd ilə oruclu möminə iftar etdirənə də verər" bu yurdular və xütbələrini belə davam etdilər:

"Bu ayın başı rəhmət, ortası bağışlama, sonu da Cəhənnəmdən qurtuluşdur."

"Bu ayda hər kim köləsinin (işçi və xidmətçisinin) işini yüngülləşdirsə Allah onu bağışlayar və Cəhənnəmdən uzaq tutar.

"Bunun üçün bu ayda bu söyləyəcəyim dörd xislətdən ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisindən isə heç bir vaxtda ayrı qala bilməzsiniz."

"Rəbbinizin rizasına səbəb olan xislətlərin biri, kəlimeyi-şəhadətə davam etməyiniz, digəri də Allah`dan məğfirət diləməyinizdir."

"İmtina edə bilməyəcəyiniz iki xislətdən biri Allah`dan cənnəti istəmək, digəri Cəhənnəmdən Allah`a sığınmaqdır."

"Hər kim orucluya bir qurtum su versə, Allah da ona mənim məhşərdəki hovuzumdan elə bir su içirəcəkdir ki, Cənnə'tə girənə qədər bir daha susuzluq çəkməyəcək." [ət-Tərgib və’t-Tərhib, 2:94-95]

Oruc insanı mələkləşdirir

Ubadə ibni Samit radıyallahu anh nəql edir:

Ramazan ayının başladığı bir gündə Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurdu:

"Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allah`ın rəhməti sizi əhatə edər. O ayda yer üzünə bol-bol rəhmət enər. Günahlar afv edilər, dualar qəbul olunur.

"Allah sizin yaxşılıq və ibadətdə yarışmağınıza nəzər salıb da, bununla mələklərinə qarşı öyünər.

"Elə isə qulluğunuzla özünüzü Allah`a sevdirin. Bu ayda əsl şaki (günahkar) olan, Allah`ın rəhmətindən nəsibini ala bilməyən kimsədir."[ ət-Tərgib və’t-Tərhib,2:99]

Ramazan`da bağışlanma

Əbu Hureyrə radıyallahu anh, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi ve səlləmin belə buyurduğunu rəvayət edir:

"Ramazan ayının ilk gecəsi girincə şeytanlar və cinlərin azğınları zəncirə vurularaq bağlanar. Cəhənnəmin qapıları bağlanar, heç bir qapısı açılmaz. Cənnət qapıları isə sonuna qədər açılar, heç birisi bağlı tutulmaz.

Hər Müsəlmanın qəlbində hiss etdiyi bir səs yüksələr:

Ey yaxşılıqlara istəkli olanlar, xeyirə yönəlin!

Ey pisliyə arzu edənlər, özünüzü saxlayın!

Allah'ın bu gecə Cəhənnəmdən qurtardığı xeyli kimsələr olacaq. Bu hal Ramazanın bütün gecələrində təkrarlanar." (Buxari, Savm: 5; Bəd’ü’l-Xəlq: 11; Müslim, Sıyâm: 2; Nəsâi, Sıyam: 5)

Oruc günaha əngəldir

Muaz ibni Cəbəl radıyallahu anh nəql edir:

Bir səfərdə Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi və səlləmlə bərabərdik. Yolda gedərkən, "Ya Rəsulullah, mənə elə yaxşı bir işdən xəbər verin ki, məni Cənnətə daxil etsin və Cəhənnəmdən uzaq tutsun" dedim.

Belə cavab verdi: "Sən böyük bir şey soruşdun. Lakin yenə bu dediyin şeyi Allah kimə nəsib etsə ona asan gələr.

"Allah`a ibadət edib, ona heç bir şeyi şərik qoşma, ərkan və ədəbinə tabe olaraq namazı dosdoğru qıl, zəkat ver, Ramazan orucunu tut; Beytullahı ziyarət et (həcc et). "

Bundan sonra da, "Ya Muaz, xeyr qapılarını sənə göstərimmi?" burdu.

"Bəli, ya Rəsulullah." Dedilər ki:

"Oruc bir qalxandır, pisliyə qarşı bir sipərdir.

"Su atəşi söndürdüyü kimi, sədəqə də günahları söndürər.

"Gecənin yarısında namaz qılmaq saleh qulların əlamətidir." [Tirmizî, İman: 8]

Başqa bir hədisdə də Peyğəmbərimiz sallallahu əleyhi vəsəlləm, "Oruc insanı Cəhənnəmdən qoruyan bir qalxandır. Eynilə sizi döyüşdə ölümdən qoruyan qalxan kimi "buyurmuşdur. [Nəsâi, Savm: 167]

Ramazan təmizləyicidir

Əbu Səid əl-Xudri Radiyallahu Anhın rəvayətinə görə, Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurmuşdur:

"Şübhəsiz ki, Ramazan ayı ümmətimin ayıdır. İçlərindən xəstələnənlər olar, onu ziyarət edərlər. "

"Bir Müsəlman yalan söyləmədən və qeybət etmədən oruc tutar, iftarını halal ruzi ilə edər, fərzləri qoruyub qaranlıqda işa və sübh namazına (məscidlərə) gedərsə, ilanın dərisini dəyişdirib çıxardığı kimi günahlarından qurtulub çıxar." [ət-Tərgîb və’t-Tərhîb, 2:442]

Savabı Sosuz Bir İbadət

Əbu Hüreyrə radıyallahu anhın rəvayətinə görə, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurmuşdur:

"Adəm oğlunun işləmiş olduğu hər yaxşılıq və ibadət, savab baxımından on qatından yeddi yüz qatına, Allah`ın dilədiyi ədədə qədər artar."

"Allah buyurur ki: 'Ancaq oruclu belə deyil. Çünki oruc sırf Mənim razılığım üçün tutulmuşdur, Mənə aiddir. O zövqlərini və yeməsini Mənim üçün tərk edər. "

"Oruclu üçün iki sevinc vardır: Birinci sevinci iftar vaxtındakı sevincidir. Digəri də, Rəbbinə qovuşub mükafatını aldığı zamanki sevincidir. "

"Allaha and içirəm ki, oruc tutanın ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur." [İbni Mâcə, Sıyam:1]

Misli-bənzəri Olmayan İbadət

Əbu Ümamə radıyallahu anh nəql edir:

Dedim ki: "Ya Rəsulullah, mənə xeyirli bir əməl tövsiyə edərsinizmi?"

Rəsulullah sallallahu əleyhi vəsəlləm, "Oruc tut, çünki oruca bərabər bir ibadət yoxdur" buyurdu.

Təkrar soruşdum: "Mənə gözəl bir iş etməmi tövsiyə edərsinizmi?"

"Oruc tutmağa çalış. Çünki Allah yanında onun qədər savablı bir ibadət yoxdur" buyurdu. [Nəsâi, Sıyam: 43]

Qazanclı bir ticarət

Ali ibni Əbi Talib Radiyallahu Anhın rəvayətinə görə, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurdu:

"Oruc, ürəyinin istədiyi yemək və içkilərdən kimi uzaqlaşdırarsa, Cənab-ı Haqq ona Cənnət meyvələrindən yedirər və sularından içirdəcəkdir." [Kənzü’l-Ummal, 3:329

Oruclunun Cənnət qapısı

Səhl ibni Sa`d radıyallahu anh, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət edir:

"Cənnətdə Reyyan deyilən bir qapı vardır. Qiyamət Günündə o qapıdan ancaq oruc tutmuş olanlar girər, onlarla yanaşı o qapıdan başqa heç kim girə bilməz. "

"O vaxt, 'Dünyada ikən oruc tutmuş olanlar haradadır?' deyə bir səs yüksələr. Onlar gəlir, Cənnətə o qapıdan girərlər. Orucluların ən son qalanı da girincə qapı bağlanər, artıq başqa heç kimin girməsinə icazə verilməz. O qapıdan kim Cənnətə girsə əbədi olaraq susuzluq çəkməz." [Buxari, Savm: 4, Bəd’ü’l-Xəlq: 9; Müslim, Sıyâm: 166; Tirmizî, Savm: 55]

(Bu hədisi bləkə də belə anlamaq olar. İnsanlar cənnətdə görəcəkləri mükafat bu dünyada etdikləri yaxşı əməllərin cinsindən olacaq. Yəni,  oruc tutularkən çəkilən çətinliyə cənnət rahatlığı, tərk edilən arzu və istəklərə bədəl cənnət nemətləri)

Əbu Hüreyrə radıyallahu anhın rəvayətinə görə Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurmuşdur:

"Kim ki, Allah rizası üçün (malından iki öküz, iki qoyun, iki dirhəm) cüt sədəqə versə, Cənnət qapılarından, 'Ey Allah'ın (sevimli) qulu (bura gəl)! Bu qapıda böyük xeyir və bərəkət vardır" deyə çağırılır.

"Çox namaz qılan da (Cənnətin) namaz qapısından çağırılır.

"Mücahidlər cihad qapısından çağırılır.

"Oruclular da 'Reyyan' qapısından çağırılır.

"Sədəqə sahibləri də sədəqə qapısından dəvət edilirlər."

Əbu Bəkir Radiyallahu Anh:

"Atam, anam sənə fəda olsun ya Rəsulullah! Bir mü'minin bu qapıların hamısından dəvət olunması mümkün müdür, bir adam bu qapıların hamısından dəvət olunarmı?" deyə soruşdu.

Rəsulullah sallallahu aleyhi va səlləm cavab olaraq, "Bəli, hamısından dəvət olunar. Ey Əbu Bəkir, ümid edirəm ki, sən də o bəxtiyarlardan olarsan" buyurdu. [Sahih-i Buxari Müxtəsəri Təcrîd-i Sarih Tərcüməsi, Hədis no: 895.]

Cənnətin Bəzəndiyi Ay

İbni Abbas radıyallahu anhuma, Hz. Peyğəmbər sallallahu əleyhi və səlləmdən belə eşitdiyini rəvayət edir:

Şübhəsiz ki, Cənnət, bir il boyunca Ramazan ayının girməsi üçün bəzənər.

Ramazan`ın ilk gecəsi olunca "Müşirə" deyilən bir külək, ərşin altından əsər.

Cənnət ağaclarının yarpağı və qapılarının halqaları şiddətlə yellənər və bu səbəblə şirin bir səs eşidilər ki, dinləyicilər bundan daha gözəlini heç eşitəmişdirlər.

Beləcə Cənnət huriləri meydana çıxıb Cənnətin ən yüksək yerində dayanarlar və belə səslənərlər:

"Evlənmək istəyən yoxmu?" Allah onu evləndirir.

Sonra hurilər deyərlər ki:

"Ey Cənnətin gözətçisi! Bu gecə nədir? "Keşikçi hörmətlə cavab verər:

"Bu gecə, Ramazan ayının ilk gecəsidir. Muhamməd'in sallallahu aleyhi və səlləm ümmətindən oruc tutanlar üçün Cənnətin qapıları açıldı. "

Sonra Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu ki:

Allah (Azzə və Cəllə) belə buyurur:

"Ey Rıdvan (Cənnətin gözətçisi)! Cənnətlərin qapılarını aç və ey Malik (Cəhənnəmin gözətçisi)! Cəhənnəmin qapılarını Muhamməd sallallahu aleyhi və səlləmin ümmətindən oruc tutanlara bağla!

"Ey Cəbrayıl! Yer üzünə en, şeytanların azğınlarına qandal vurub zəncirlərlə bağla, sonra onları dənizə at ki, Sevgili Həbibim Muhammədin (sallallahu aleyhi vəsəlləm) ümmətinin oruclarını zay etməsinlər. "

Rəsulullah sallallahu aleyhi va səlləm daha sonra belə buyurdu:

Allah (Azzə və Cəllə) Ramazan ayının hər gecəsində, bir münâdiyə (çağrıcıya) üç dəfə belə nida etməsini (səslənməsini) deyər:

"Bir şey istəyən yoxmu, istəyini verim.

"Heç tövbə edən yoxmu, tövbəsini qəbul edim.

"Bağışlama diləyən yoxmu, bağışlayım.

"Kim kasıba deyil, zənginə; zalıma deyil, vəfakâra borc verəcək? "

Rəsul-i Əkrəm sallallahu aleyhi va səlləm davamla belə buyurdu:

Ramazan ayının hər günündə iftar anında Allah (Azzə və Cəllə) hamısı da Cəhənnəmi haqq etmiş olan bir milyon insanı Cəhənnəmdən qurtarar. Ramazan ayının son günü olunca Allah Təala ayın başından sonuna qədər Cəhənnəmdən qurtardığı kəslərin hamısı qədər daha qurtarar.

Qədr Gecəsi olunca Allah (Azzə və Cəllə) Cəbrailə (Əleyhissalam) əmr edər. Cəbrayıl Əleyhissalam mələklərlə birlikdə yanlarında yaşıl bir sancaqla yer üzünə enərlər. Bayrağı Kəbənin üzərinə sancarlar. Bu bayrağın yüz qanadı vardır. Bunlardan ikisi bu gecənin xaricində açılmaz.

Cəbrayıl Əleyhissalam o iki qanadı bu gecə açar ki, bunlar şərqdən qərbə çatar. Cəbrayıl Əleyhissalam bu gecə mələkləri təşviq edər. Onlar da hər ayaqda dayanana, oturana, namaz qılana və zikr edənlərə salam verərlər və onlarla musafaha edərlər, salamlaşarlar. Etdikləri dualara "Amin" deyərlər.

Bu iş, dan yeri ağarana qədər davam edər. Dan yeri ağarınca Cəbrayıl Aleyhissalâm:

"Ey mələklər birliyi! Getməyə hazırlanın "deyər.

Mələklər:

"Ya Cəbrayıl, Allah Təala Muhammədin (sallallahu əleyhi vəsəlləm) ümmətindən olan möminlərin ehtiyaclarını nə etdi?" deyərlər.

Cəbrayıl Əleyhissalam belə cavab verər:

"Allah Təala, bu gecə onlara rəhmət nəzəriylə baxdı və onları afv edib bağışladı. Ancaq dörd qrup istisna olmaqla. "

Ravi deyər ki:

"Ya Rəsulullah! Onlar kimdir? " dediyimizdə, buyurdu ki:

"İçki içməyə davam edən, ana-atasına asi olan, qohumluq bağlarını qorumayan və müşahin."

"Ya Rəsulullah! 'Müşahin' nədir? "dedik:

"İnsanlar arasındakı dostluq bağlarını kəsən, fitnə və fəsad çıxardan kimsədir" buyurdu.

Bayram gecəsi olunca, bu gecəyə mükafat gecəsi adı verilər. Bayram səhəri olunca Allah (Azzə və Cəllə) mələkləri, hər məmləkətə göndərər. Yer üzünə enərlər, küçə başlarını tutub insanların və cinlərin xaricindəki bütün varlıqlara eşitdirəcək bir səslə qışqırıb:

"Ey Muhamməd ümməti! Çox ehsan edən və böyük günahlarınızı bağışlayan Rəbbinizin hüzuruna çıxın" deyərlər.

Onlar namazgâhlarına çıxınca Allah (Azzə və Cəllə) mələklərə:

"İşini yerinə yetirən işçinin mükafatı nədir?" deyə soruşar.

Mələklər:

"Ey uca Allah`ımız və Mövlamız! Onun mükafatı və haqqını tam olaraq verməyindir "deyərlər.

Bunun üzərinə Allah Təala:

"Ey mələklərim! Sizi şahid tuturam ki, Mən onlara Ramazan ayındakı oruclarının və namazlarının savabı olaraq rizamı və bağışlamamı verdim" dedi və sonra belə buyurdu:

"Ey qullarım! Məndən istəyin. İzzətim və Cəlalım haqqı üçün bu gün Məndən axirətiniz üçün yığmaq üzrə nə istəsəniz mütləq verərəm. Dünyanız üçün istədiyiniz şeydə də sizə baxaram.

"İzzetim haqqı üçün siz Mənim rizamı qazanmaq üçün çalışdığınız müddətcə, Mən də sizin günahlarınızı örtərəm.

"İzzətim və Cəlalım haqqı üçün haqq sahibləri və idarəçilər önündə sizi rüsvay etmərəm.

"Siz Məni razı etdiniz, Mən də sizdən razı olduğum halda bağışlanmış olaraq qayıdın."

Bu səbəblə mələklər sevinər və Ramazan sonunda iftar etdiklərində Allah`ın (Azzə və Cəllə) bu ümmətə verəcəyi mükafatı müjdəliyərlər. [ət-Tərgîb və’t-Tərhîb, 2:439]

Oruc bədənin zəkatıdır

Əbu Hureyrə radıyallahu anh rəvayət edir:

Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurmuşdur:

"Hər şeyin bir zəkatı vardır. Bədənin zəkatı da orucdur." [ İbni Mâcə, Sıyam: 44]

Oruc sağlamlıq sığortasıdır

Əbu Hüreyrə Radiyallâhu Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallahu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Oruc tutun, sağlam olarsınız." [ət-Tərğibi vət-Tərhib, 2:83]

* * *

Hz. Ali Radiyallâhu Anh`ın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Allah Təbârakə və Təâlâ, İsrail oğulları peyğəmbərlərindən bir peyğəmbərə belə vəhy etdi:

"Qövmünə bildir, hansı qul, bir gün oruc tutarsa, mən onun cisminə sağlamlıq və afiyət verərəm, mükafatını da böyüdərəm." [Kənzül-Ummâl, 8: 447]

Oruc nəfsi cilovlayar

Abdullah ibni Ömər Radiyallâhu Anhumə rəvayət edir:

Rəsulullah sallallahu aleyhi vəsəlləm ilə birlikdə çıxmışdıq. Biz gəncidik və evlənmə imkanımız yox idi. Rəsuli-i Əkrəm Əfəndimiz Sallallahu Aleyhi Vəsəlləm belə buyurdu:

"Ey gənclər! Evlənməyə imkanı olan evlənsin. Çünki evlənmək gözü haramdan qoruyar, iffəti mühafizə edər. Evlənməyə imkan tapa bilməyən də oruc tutsun. Çünki oruc cinsi arzuları qırar, azaldar. "[Nəsai, Sıyam: 43)

Yardımlaşma ayı Ramazan

Ənəs ibni Malik Radiyallâhu Anh rəvayət edir:

Rəsuli-i Əkrəm Əfəndimiz sallallahu aleyhi vəsəlləmə "Hansı oruc daha fəzilətlidir?" deyə soruşuldu.

Rəsulullah sallallahu əleyhi vəsəlləm, "Ramazana hörmət olaraq Şaban ayında tutulan oruc" deyə cavab verdilər. Yenə soruşuldu:

"Ən fəzilətli sədəqə nə zaman veriləndir?"

Rəsulullah sallallahu əleyhi vəsəlləm, "Ramazan ayı ərzində verilən sədəqədir" buyurdu. [Beyhaqi, 4: 305]

Raşid ibni Sa'd Radiyallâhu Anhın rəvayət etdiyi bir hədisdə Rəsul-i Əkrəm sallallahu əleyhi vəsəlləm infaq (sədəqə) edənləri belə təsvir edir:

"Ramazan ayında bol bol infaq edin. Çünki o ayda infaq etmək, Allah yolunda infaq etmək kimidir. " [Kənzül-Ummâl, 8: 464]

Qur'ân ayı Ramazan

Abdullah ibni Abbas Radıyallâhu Anhümâ rəvayət edir:

"Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm, xeyr, yaxşılıq, yardım etmə xüsusunda insanların ən cömərdiydi. Ramazan ayında də Cəbrayıl Aleyhissəlamla görüşdüyü zaman daha çox comərd davranardı.

"Cəbrayıl, hər Ramazan gecəsi Rəsulullah sallallahu aleyhi Vəsəlləmlə bir araya gələr, ta ayın sonuna qədər Rəsulullah sallallahu aleyhi vəsəlləm ona Qur'ân'ı oxuyar, dinlədərdi.

"Cəbrayılla görüşdüyü günlərdə Rəsulullah sallallahu aleyhi vəsəlləm xeyr-hasənat xüsusunda əsən küləkdən daha comərd olardı." [Beyhaqi, 4: 305]

* * *

Dua ayı Ramazan

Əbu Hüreyrə Radiyallâhu Anh, Rəsul-i Əkrəm sallallahu aleyhi Vəsəllemin belə buyurduğunu rəvayət edir:

"Hər oruc tutan qulun iftar vaxtında qəbul olunacaq bir duası vardır. Duasının qarşılığı mükafat olaraq ya dünyada verilər və ya axirətdə əbədî bir surətdə ehsan olunur. " [Kənzül-Ümmal, 3: 328]

Zikr ayı Ramazan

Hz. Ömər Radiyallâhu Anhın rəvayətinə görə Rəsul-i Əkrəm sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Ramazan günlərində zikrlə məşğul olanlar məğfirət olunur, o günlərdə Allah'dan diləkdə olanlar də əli boş dönməzlər." [Kənzül-Ummâl, 8: 464]

* * *

İbni Ömər Radıyallâhu Anhümânın rəvayət etdiyi bu hədis-i şərifdə Rəsul-i Əkrəm sallallahu əleyhi vəsəlləm zikrin növlərini ifadə edərlər:

"Kim Ramazan ayında səssizlik və sükunət içində bir gün oruc tutarsa,təkbir gətirər, kəlimə-i tövhid oxuyar, Allah'a hamd edər, halalı halal, haramı də haram bilərsə, Allah onun bütün keçmiş günahlarını bağışlayar." [Kənzül-Ummal, 8: 482]

Ayların əfəndisi Ramazan

Əbu Saîd Radiyallâhu Anh Anhın rəvayətinə görə Rəsul-i Əkrəm sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Ayların əfəndisi Ramazan ayıdır, günlərin əfəndisi də Cümə günüdür." [Kənzül-Ummâl, 8: 482]

İbadətin qapısı oruc

Damra ibni Habîb Radiyallâhu Anh Anhın rəvayətinə görə Rəsul-i Əkrəm sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Hər şeyin bir qapısı vardır. İbadətin qapısı də orucdur."[Kənzül-Ummâl, 8: 447]

Mükəmməl oruc necə olar?

Əbu Hüreyrə radıyallahu anhın rəvayət etdiyinə görə, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurmuşdur:

"Oruc tutan bir kimsə yalançılığı, yalan yerə şahidliyi və cahilcə davranışları buraxmaz da, belə günahları işləyərsə, yeyib içməsini tərk etməsinə Allah bir dəyər verməz." [İbni Mâce, Sıyam: 21]

Yəni, belə kəslər, orucdan əldə ediləcək mükəmməl nəticəyə çata bilməzlər. Ancaq belə insanların orucları yenə məqbuldur. Bu cür hədisləri oruc tutmamağa dəlil olaraq görməmək lazımdır. Mükəmməl oruca insanları təşviq edən şəklində qiymətləndirmək lazımdır.

Orucdan tam olaraq kimlər istifadə edə bilməz?

Əbu Hüreyrə radıyallahu anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurmuş tur:

"Elə oruc tutanlar vardır ki, tutduqları orucdan görəcəkləri fayda, ac və susuz qalmaqdır.

"Gecə qalxıb da elə namaz qılanlar olur ki, yuxusuz qalmaqdan başqa bir şey əldə edə bilməzlər." [İbni Mâce, Sıyam: 21]

Oruclu Necə Davranmalıdır?

Əbu Hüreyrə radıyallahu anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi va səlləm belə buyurmuş tur:

"Biriniz oruclu olduğu gün çirkin söz söyləməsin, cahilcə davranışlar etməsin. Əgər bir başqası ona sataşar və ya döyüşməyə qalxarsa, 'Mən orucluyam, mən orucluyam' deyərək ondan uzaq dursun. "[İbni Mâce, Sıyam: 21]

Ramazanda verilən beş-nemət

Cabir ibni Abdullah Radiyallâhu Anh, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi vəsəlləmin belə buyurduğunu rəvayət edir:

"Ümmətimə Ramazan ayında beş şey ehsan edildi. Bunlar daha öncəki peyğəmbərlərin ümmətinə verilməmişdi.

"Birincisi: Ramazan ayının ilk gecəsi olduqda Cənab-ı Haqq onlararəhmətiylə baxar. Allah kimə rəhmətiylə baxarsa, onu heç bir zaman əzaba düçar etməz.

"İkincisi: Oruc tutanların ağızlarının qoxusu Allah qatın da müşkqoxusundan daha xoşdur.

"Üçüncüsü: Gecə və gündüz mələklər oruc tutanların bağışlanması üçün Allah'a dua edərlər.

"Dördüncüsü: Allah o gün Cənnətinə əmr verər və belə bu yurar: "Ey Cənnət, qullarım üçün hazırlan, bəzən. Dünya çətinliklərindən qurtulub Mənim hüzuruma və ikramıma gəlib istirahət etmələri yaxınlaşdı. '

"Beşincisi: Ramazanın son gecəsi gəlincə də, Allah oruc tutan qullarının hamısını əfv edər."

"Beşincisi: Ramazanın son gecəsi gəlincə də, Allah oruc tutan qullarının hamısını əfv edər."

Səhabələrdən bir zat soruşdu: "Ya Rəsulullah, bu gecə Qədr Gecəsi midir?"

Peyğəmbər sallallahu aleyhi vəsəlləm "Xeyr," dedi, "bilməzsinizmi, işçilər gün boyu işləyib da işlərini bitirdikləri zaman haqqlarını almırlar mı?" [ət-Tərğibi vət-Tərhib, 2:92]

Orucludan hesab soruşulmaz

Əbu Məlikə Radiyallâhu Anh, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi Vesellemin belə buyurduğunu rəvayət edir:

"Bu üç adam ruzilərini halalından təmin etdikləri zaman axirətdə hesaba çəkilməz. Oruc tutan, sahura qalxan, Allah yolunda cihad edən.” [Kənzül-Ümmal, 3: 328]

Oruclunun yuxusu ibadətdir

Abdullah ibni Hars Radiyallâhu Anh Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallahu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Oruc tutan insanın yuxusu ibadətdir, susması da təsbih (zikr) sayılır. Yaxşılıq və ibadətlərinə qat qat savab verilər. Duası qəbul olunar, günahları da bağışlanılaraq silinər." [Kənzül-Ummal, 3: 327]

Ramazan'ın dəyərini bilənlər

Əbu Məs'ud əl-Ğıffari radıyallahu ənh nəql edir:

Bir gün Rəsul-i Əkrəm Əfəndimiz Sallallahu Aleyhi Vəsəlləm dən eşitdim.

Ramazan'ı təbrik etdikdən sonra buyurdular ki:

"Əgər ümmətim Ramazan ayının qiymətini, şərəfini və əhəmiyyətini haqqıyla bilmiş olsaydı, bütün bir ilin Ramazan olmasını arzu edərdi." [ət-Tərğibi vət-Tərhib, 2: 102]

Sahurun feyz və bərəkəti

Əbu Said əl-Xudri Radiyallâhu Anh Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləmbelə buyurmuşdur:

"Sahur yeməyində bərəkət vardır. Bir qurtum su belə içəcək olsanız sahura qalxmağı tərk etməyin. Çünki sahura qalxana Allah rəhmət edər, mələklər də bağışlanmaları üçün dua edərlər. "[Müsnəd, 3:44]

* * *

Ənəsin Radiyallâhu Anh rəvayətinə görə isə Rəsulullah sallallahu aleyhi vəsəlləm sahur yeməyini yeməyimizi xüsusi olaraq tövsiyə edərək belə buyurarlar:

"Sahur yeməyi yeyin, çünki sahur yeməyində bərəkət vardır." [Buxari, Savm: 20, Müslim, Sıyâm: 45; Tirmizî, Savm: 17; Nəsai, Savm: 18.)

* * *

Amr ibni Âs Radiyallâhu Anh Anhın rəvayət etdiyi bir hədisdə Rəsulullah sallallahu aleyhi vəsəlləm bu fərqi belə bildirir:

"Bizim orucumuzla Əhl-i Kitabın (yahudu, xiristian) orucunu ayıran fərq sahur yeməyidir." [Müslim, Sıyâm: 46; Əbu Dâvud, Savm: 15; Tirmizî, Savm: 17; Nəsai, Savm: 27]

Sahur nə zaman sona çatar?

Talk ibni Ali radıyallahu ənh nəql edir:

Rəsulullah Aleyhissalâtu Vəssəlâm buyurdular ki:

"Fəcr-i kâzib (yalançı fəcr) sizə əngəl olmasın, fəcr-i sadiq qarşınıza çıxancaya qədər yeyin-için." [Əbu Dâvud, Savm: 17; Tirmizî, Savm: 15]

Buxari və Müslim'in İbni Məs'ud ra rəvayətlərinə görə, Rəsulullah sallallahu əleyhi vəsəlləm, "fəcr-i sadiqi, imsak vaxtını" təsvir edərkən, "O, eninə görünən işıqlıqdır, uzununa görünən deyildir" buyurdu. [Buxari, Azan: 13, Talaq: 24, Xabəru'l-Vâhid: 1; Müslim, Sıyâm: 40]

İftar vaxtı

Hz. Ömər radıyallahu ənh nəql edir:

Rəsulullah sallallahu aleyhi vəsəlləm buyurdular ki:

"Gecə bu tərəfdən (şərqdən) gəlincə, gündüz də bu tərəfdən (qərbdən) gedincə, günəş də batanda oruclu orucunu açmışdır." [Buxari, Savm: 43; Müslim, Sıyâm: 51; Əbu Dâvud, Savm: 19; Tirmizî, Savm: 12]

İftar nə ilə açılar?

Səlman ibni Âmir Radiyallâhu Anh, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi Vəsəlləmin belə buyurduğunu rəvayət edir:

"Sizdən biriniz orucunu açacağı zaman xurma ilə açsın. Çünki xurmada bərəkət vardır. Əgər xurma tapa bilməzsə, su ilə açsın. Çünki su təmizləyicidir. "[İbni Mâcə, Siyam: 24; Əbu Dâvud, Savm: 21]

* * *

Peyğəmbərimizin şəxsən tətbiqini da fərqli bir rəvayətdə Hz. Ənəs Radiyallâhu Anh belə nəql edir:

"Rəsulullah sallallahu aleyhi vəsəlləm (axşam vaxtı girincə) axşam namazını qılmazdan əvvəl bir neçə dənə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma yoxsa quru xurma ilə açardı. Quru xurma tapa bilməsə də bir neçə qurtum su içərdi." [Əbu Dâvud, Savm: 22, (2556); Tirmizî, Savm: 10]

Hər yerdə hər zaman xurma olmaya bilər, bəlkə su da olmaya bilər. Çünki dünyanın hər tərəfində oruc tutan insanlar ola biləcəyi kimi, hər ölkənin və bölgənin də özünə görə şərtləri vardır. Bunun üçün orucu başqa bir yolla açmaq da sünnədə yer almaqdadır.

Bu mövzunu da Peyğəmbərimiz açıqlayır:

"Peyğəmbər sallallahu aleyhi vəsəlləm üç xurma ilə və ya atəş toxunmamışbir şeylə iftar etməyi sevərdi." [ət-Tərğib vət-Tərhîb 2: 142]]

İftarı tez etməli (vaxı girən kimi, gecikdirməməli)

Səhl ibni Sa'd radıyallahu ənh nəql edir:

Rəsulullah sallallahu aleyhi vəsəlləm buyurdular ki:

"İnsanlar iftarı tez etdikləri müddətcə xeyir üzrə davam edərlər." [Buxari, Savm: 45; Müslim, Sıyam: 48; Muvatta, Sıyâm: 6; Tirmizî, Savm: 13.]

Peyğəmbərimizin iftar duası

Muaz ibni Zöhrə radıyallahu ənh nəql edir:

Mənə çatdı ki, Rəsulullah sallallahu aleyhi vəsəlləm iftar etdiyi zaman bu duanı oxuyardı:

"Allahummə ləkə sumtu və alə rızqikə əftərtu."

(Ey Allah'ım, Sənin rızan üçün oruc tutdum və Sənin ruzisinlə orucumu açıram.) [Əbu Dâvud, Savm: 22)

* * *

Mərvan ibni Salim, ibni Ömər Radiyallâhu Anh Anhümadan nəql edir:

Rəsulullah sallallahu aleyhi vəsəlləm orucunu açanda belə deyərdi:

"Susuzluq getdi, damarlar islandı, inşaallah Təâlâ savab dəqiqləşdi."

Hədisin ravisi Rezin, duanın baş qisiminə "Əlhəmdülillah" sözünü əlavə etdi. [Əbu Dâvud, Savm: 22)

İftar verməyin savabı

Zeyd ibni Xalid əl-Cuhenî Radiyallâhu Anh rəvayət edir:

Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Kim bir müsəlman qardaşına iftar vaxtı yemək yedirərsə, onun savabı qədər də özünə savab yazılar. Yemek yedirdiyi kimsələrin savabından da heç bir şey əksilməz. "[Tirmizî, Savm: 82; İbni Mâcə, Siyam: 40]

* * *

Bir qardaşımızın iftar dəvətinə gedib, yeyib içdikdən sonra ona dua etmək də bir sünnədir.

Necə ki Abdullah ibni Zübeyr Radiyallâhu Anh Anhın nəql etdiyinə görə, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm, Sa'd ibn Muaz Radiyallâhu Anh Anhın evində iftar etmiş və onlara belə dua etmişdi:

"Əftəra indəkümü's-sâimûnə və əkələ taâməkümü'l-əbrâru və sallət aleykümü'l-məlâikə. (Yanınızda həmişə oruclular iftar etsin. Yeməyinizi yaxşı insanlar yesin. Mələklər də sizə dua və istiğfar etsin.) "[Müsnəd, 3: 138]

Ramazanda iftar verənə mələklərin duası

Əbus-Şeyx, İbn Hibban'ın bir rəvayətində Rəsulullah sallallahu aleyhi vəsəlləm belə buyurmuşdur:

"Ramazan ayında kim halal qazancından bir oruclunu iftar etdirərsə, Ramazanın bütün gecələrində mələklər ona dua edər və Qədr Gecəsində Cəbrayıl Əleyhissalam onunla musafaha edər (salamlaşar). Cəbrayıl Aleyhissəlâm kiminlə musafaha edərsə, onun qəlbi incələr və gözlərinin yaşı çoxalar. "

Ravi deyir ki:

"Ya Rəsulullah! Oruclunu iftar etdirəcək bir şey yoxsa nə edəcək? Mənə bildir "dediyimdə:

"Bir ovuc yemək də kifayətdir" buyurdu.

Mən, "Bir loxma çörək də tapa bilməsə?" dəyincə:

"Birazca su ilə qarışdırılmış süd ikram edər" buyurdu.

Mən, "Yanında o da yoxsa?" deyincə:

"Bir içim su" buyurdu. [ət-Tərğib vət-Tərhib, 2: 431]

* * *

Ramazan ayı girdikdə mələklərin oruc tutanlara dua etdikləri mövzusunda Hz. Ali Radiyallâhu Anh bu hədisi rəvayət edir:

Ramazan ayı girdiyində Uca Allah, Ərşin daşıyıcısı olan mələklərə bu əmri verər:

"Haydı öz təsbihlərinizi buraxın artıq, Muhamməd ümməti üçün istiğfar edin!" [Râmuzu'l-Ehadis, Hadis no: 584]

Oruc məhşərdə şəfaət edər

Abdullah ibni Ömər Radiyallâhu Anhümâdan rəvayətlə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə bu yurdu:

Oruc və Qur'ân Qiyamət Günü qulun günahlarının bağışlanması üçün ona şəfaət edəcəklər. Oruc deyəcək ki:

"Ya Rəbbi, mən onu gündüzləri yeyib içməkdən və zövqlərindən uzaqlaşdırdım. Bunun üçün onun haqqındakı şəfaətimi qəbul et. "

Qur'ân da belə deyəcək:

"Ya Rəbbi, mən onu gecələri yuxusundan saxladım. Bunun üçün onun haqqındakı şəfaətimi qəbul et. "

"Bunların hər ikisinin də şəfaəti qəbul edilər. Oruclunun günahları bağışlanar. "[ət-Tərğibi vət-Tərhib, 2:84]

Ramazan səbr ayıdır

Abdullah ibni eş-Şıhhir Radiyallâhu Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə buyurur:

"Səbir ayı olan Ramazan'ın və hər ayın üç gününün orucu qəlbdə olan bütün pislikləri təmizləyər." [Müsnəd, 5: 363]

* * *

Başqa bir hədis-i şərifdə "Oruc səbrin yarısıdır" [Kənzül-Ummâl, 8: 444] buyurulmuşdur.

Oruclu Cəhənnəmdən uzaqdır

Əbu Hüreyrə Radiyallâhu Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah o bir günün müqabilində o insanın üzünü Cəhənnəmdən yetmiş il uzaq tutar." [[52] Nəsai, Sıyam: 44]

Ramazan Cəhənnəmdən qurtuluşdur

Əbu Hüreyrə ra, Rəsulullah sallallahu aleyhi Vəsəlləmin belə buyurduğu rəvayət edilmişdir:

Ramazan ayının ilk gecəsi olduqda Allah yaratdıqlarına rəhmət nəzəriylə baxar.

Hansı qula Allah rəhmət nəzəriylə baxarsa, ona əbədi olaraq əzab etməz.

Ramazan'ın hər günündə Cəhənnəmə getməyə layiq olan bir milyon adamı Allah Cəhənnəmdən qurtarar.

Ramazan'ın iyirmi yeddinci gecəsi olunca mələklər dalğalanar və Cabbar olan Allah Təâlâ heç bir kimsənin izah edə bilməyəcəyi şəkildə nuru ilə təcəlli edər və ertəsi gün bayram edəcək olan mələklərə belə səslənər:

"Ey mələklər topluluğu! İşini tam görən işçinin haqqı nədir? "

Mələklər:

"Haqqı tam verilər" deyərlər.

Bunun üzərinə Allah Təâlâ:

"Sizi şahid tuturam ki, onların hamısını bağışladım" buyurar. [ət-Tərğib vət-Tərhib, 2: 43]

Oruclu ilə Cəhənnəm arasındakı xəndək

Əbud-Dərda Radiyallâhu Anh Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləmbelə buyurmuşdur:

"Kim Allah rizası üçün bir gün oruc tutarsa, Qiyamət Günü Cənab-ı Haqq, onunla Cəhənnəm arasında yerlə göy arası genişliyində bir xəndək yaradar." [Tirmizî, Cihad: 3; ət-Tərğibi vət-Tərhib, 2:86]

Ramazan orucu günahları təmizləyər

Əbu Said əl-Xudri Radiyallahu Anh`dan rəvayətlə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Kim Ramazan ayında oruc tutar, Allah'ın əmrlərinə tabe olubqadağalarından çəkinərək orucun haqqını verərsə, qorunması lazım olanlardan də qorunarsa öncəki günahlarından təmizlənmiş olar." [Beyhaqi, 4: 304]

Ramazan fürsətini qaçıranlar

Əbu Hüreyrə Radiyallâhu Anh rəvayət edir:

Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləmbir gün minbərə çıxmışdılar. Bir ara üç dəfə "Amin" dedilər.

Minbərdən endikdən sonra Əshab-ı Kiram soruşdu:

"O anda nə ilə məşğuldunuz, ya Rəsulullah?"

Rəsulullah sallallahu aleyhi vəsəlləm bu açıqlamanı etdi:

"O anda Cəbrayıl gəldi, belə dedi:

"'Bir qul Ramazana çatar də əfv olunmadan çıxarsa, burnu yerdə sürünsün."

"Mən də 'Amin' dedim.

"Sonra təkrar dedi ki:

"'Bir qulun yanında sənin adın söylənər də, sənə salavat gətirməzsə, burnu yerə sürünsün' dedi.

"Mən də 'Amin' dedim.

"Daha sonra da belə dedi:

"'Bir qul ana-atası və ya ikisindən biri yanında olar da, razılıqlarını qazana bilməyib Cənnətə girə bilməsə, onun da burnu yerə sürünsün' dedi.

"Mən də 'Amin' dedim. [Beyhaqi, 4: 304; ət-Tərğib vət-Tərhib, 2: 426.)

Oruc fitnəyə qarşı kəffarədir

Hüzeyfə Radiyallâhu Anh, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi Vəsəlləmin belə buyurduğunu rəvayət edir:

"İnsanı, ailəsi, malı, öz nəfsi, uşaqları və qonşusu üzündən məruz qaldığı fitnəyə qarşı, oruc, namaz, sədəqə (yaxşılığı tövsiyə edib, pisliklərdən çəkindirmək) kimi ibadətlər qoruyar, kəffarə olar." [Buxari, Savm: 3; Müslim, Fitən: 26]

Ramazan`ın Cənnət savabı

Əbu Səid əl-Xudri Radiyallâhu Anhın rəvayətinə görə Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurmuşdur:

"Ramazan`ın ilk gecəsi olunca, səmanın qapıları açılar, Ramazan`ın son gecəsi olana qədər heç bir qapısı bağlanmaz.

"Ramazan ayı içərisində bir gecədə, hər hansı bir qul namaz qılarsa, şübhəsiz ki, Allah onun hər səcdəsinə min beş yüz savab yazar və onun üçün Cənnətdə qırmızı yaqutdan bir köşk qurar. Bu köşkün altmış min qapısı vardır. Hər qapısında qırmızı yaqutla bəzənmiş qızıldan bir köşk vardır.

"Ramazanın ilk orucunu tutunca, o günə qədər olan keçmiş günahları bağışlanar və hər gün səhər namazından axşama qədər yetmiş min mələk ona istiğfar edərlər."

"Ramazan ayı içərisində gecə və ya gündüz etmiş olduğu hər səcdə üçün ona, kölgəsində atlı bir yolçunun beş yüz il gedə biləcəyi böyüklükdə bir ağac verilər." [ət-Tərgîb və’t-Tərhîb 2:429]

Ramazanda mömin-münafiq ayrılar

Əbu Hüreyrə radıyallahu anh, Rəsulullah Sallallahu Aleyhi Vəsəlləmin belə buyurduğunu rəvayət etdi:

"Bu ayınız sizi Rəsulullah sallallahu aleyhi vesəlləmin andı ilə kölgələdi. Müsəlmanlar üçün bu aydan daha xeyirli heç bir ay keçməmişdir. Münafiqlər üçün də bu aydan daha pis heç bir ay keçməmişdir.

"Şübhəsiz ki, Allah mü'mini bu aya girdirmədən öncə savabını və nafilələrini yazar, münafiqin da günahını və şəkavətini yazar. Çünki mömin, ibadəti (yaxşı əda edə bilmək üçün) bu ayda yemək hazırlayar.

"Münafiq isə bu ayda möminlərin qəflətlərini və ayıblarını araşdırar. Bu bir fürsətdir, mömin onu dəyərləndirər." [ət-Tərgîb və’t-Tərhîb 2:432]

Təravih namazı

Nadr ibni Şeyban Radiyallâhu Anhdan rəvayətlə Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Allah Azzə və Cəllə sizə Ramazanda oruc tutmağı fərz etdi, mən də təravih namazı qılmaq və Qur'an oxumaq üçün gecə oyaq qalmağınızı sünnət etdim.

"Kim inanaraq, ixlasla hərəkət edib savabını ancaq Allah`dan gözləyərək Ramazan orucunu tutar, gecəsində də oyanıq qalar, təravih namazı qılıb Qur'an oxusa anasından doğulduğu gün kimi günahlarından təmizlənmiş olar." [Nəsâi, Sıyam: 40; Müsnəd, 1:195]

"Təravih namazını imamla birlikdə sonuna qədər tamamlayan o gecəni bütünlüklə ibadətlə keçirmiş kimi savab əldə edər." [Tirmizi, İbni Mâcə, İbni Huzeymə]

Peyğəmbərimizin itikaf

Hz. Âişə radiyallahu anhə nəql edir:

"Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm Ramazanın son on günündə itikaf edərdi. Bunu vəfat edincəyə qədər beləcə davam etdirdi."[Buxari, İtikâf:1; Müslim, İtikâf: 2]

"Rəsulullah sallallahu əleyhi vəsəlləm Ramazan ayının son on günü girincə əlini ətəyini toplayar, gecəni əhya edər və ev əhlini oyandırardı." [Buxari, Qədr: 5]

"Rəsulullah sallallahu əleyhi vəsəlləm Ramazanın son on günündə vəfatına qədər itikafa girdi. Vəfatından sonra da xanımları itikafa davam etdilər. "[ Buxari, Îtikâf: 1]

İbni Macə`nin rəvayət etdiyi bir hədisə görə, İbni Ömər Radiyallâhu Anhümâ deyər ki:

"Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm itikafa girmək istədiyi zaman, yatağı və ya üzərində yatdığı somyası Məscidin içindəki Tövbə (Əbu Lübabə) sütununun önündə və ya arxasına qoyulardı." (İbni Mâce, Siyam: 61)

Ramazan gecələri necə əhya edilir?

Hz. Âişə Radiyallâhu Anhâ anamız nəql edir:

"Ramazanın son on günü girincə Rəsulullah sallallahu əleyhi vəsəlləm gecələri ibadətlə dəyərləndirirdi. Ailəsini də ibadət etmələri üçün oyandırardı. İbadət üçün digər zamanlardan daha çox səy göstərərdi. "[ Müslim, Îtikâf: 7]

Qədr Gecəsi

Əbu Hüreyrə Radiyallâhu Anh, Rəsul-i Əkrəm Əfəndimiz Sallallahu Aleyhi Vesəlləmin belə buyurduğunu nəql edir:

"Kim inanaraq və qarşılığını yalnız Allah`dan umaraq Qədr Gecəsini əhya edib ibadətlə keçirsə, keçmiş günahları bağışlanar." [Buxari, İman: 35; Tirmizî, Savm: 1]

Abdullah ibni Ömər Radiyallâhu Anhümâdan gələn bir rəvayətdə Peyğəmbərimiz sallallahu əleyhi vəsəlləm,

"Qədr Gecəsini axtarmaq istəyən iyirmi yeddinci gecədə axtarsın" [Müsnəd, 2:27] buyurmuş, beləcə iyirmi yeddinci gecəni ibadət və zikrlə oyanıq olaraq keçirməmizi tövsiyə etmişdir.

Yenə bu gecəni, Peyğəmbərimiz sallallahu əleyhi Vesellemin Hz. Âişə Radiyallâhu Anhâya öyrətdiyi bu dua ilə qeyd edərsə daha fəzilətli olar:

“Allâhümmə innəkə afüvvün, kərîmün, tühibbü’l-afvə, fa’fü annî.”

(Allah'ım, Sən çox əfv edicisən, çox səxavətli, əfv etməyi sevərsən. Məni də afv eylə.) [Tirmizî, Daəvât: 84]

 Oruclu ikən unudaraq yeyib içmək

Əbu Hüreyrə Radiyallâhu Anhın rəvayət etdiyinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləmbelə bu yurmuştur:

"Biriniz oruclu ikən unudaraq bir şey yeyib-içər, sonra da xatırlayarsa orucunu pozmayıb tamamlasın. Çünki ona Allah yedirmiş və içirmişdir. "[Darimi, Savm: 23; Müslim, Sıyam: 171]

* * *

Ümmü İshaq Radiyallâhu Anha, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi Vəsəlləmin hüzurunda idi. Peyğəmbərimiz sallallahu aleyhi Vəsəlləmə bir qabda tirit gətirdilər. Zülyedeyn Radiyallâhu Anh də oradaydı. Peyğəmbərimiz, Ümmü İshaq Radiyallâhu Anha ətli bir sümük verdi.

Zülyedeyn, "Ey Ümmü İshaq bundan yə!" dedi.

Ümmü İshaq deyir ki:

O anda oruclu olduğumu xatırladım. Sanki əlim tutuldu. Əlimi nə uzada bilirdim, nə də çəkə bilirdim. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi vəsəlləm "Nə oldu sənə?" deyə soruşdu.

"Orucluydum, unutdum" dedim.

"Orucluydum, unutdum" dedim.

Zülyedeyn, "doyduqdan sonra mı ağlına gəldi?" dedi.

Bunun üzərinə Rəsul-i Əkrəm sallallahu əleyhi vəsəlləm belə buyurdu:

"Orucunu tamamla. Bu ancaq Allah'ın sənə göndərdiyi bir ruzidir. "[Kutubu-Sittə Müxtəsəri Tərcümə və Şərhi, 9: 457]

Üzrsüz oruc yemənin günahı

Əbu Hüreyrə Radiyallâhu Anhın rəvayətinə görə Rəsul-i Əkrəm Əfəndimiz Sallallâhu Aleyhi Vəsəlləm belə buyurmuşdur:

"Heç bir bəhanəsi olmadan, bilə bilə Ramazanda bir gün oruc pozan kimsə, bir il boyu oruc tutsa belə (Ramazan Ayında tutulan orucun) yerini tuta bilməz." [İbni Mâcə, Siyam: 14]

Ramazan orucunu tutmamağın cəzası

Əbu Ümamə əl-Bahili Radiyallâhu Anh belə rəvayət etmişdir:

Rəsulullah sallallahu aleyhi Vəsəlləmin belə buyurduğunu eşitdim:

Mən yatarkən, iki adam gəlib iki qolumdan tutaraq çıxması çətin bir dağa apardılar və:

"Bura çıx" dedilər.

Mən də:

"Çıka bilmərəm" deyincə:

"Biz onu sənə asanlaşdırarıq" dedilər.

Bunun üzərinə dağa çıxmağa başladım. Ortasına gəlincə birdən qüvvətli səslər eşidildi.

Mən, "Bu səslər nədir?" deyincə:

"Cəhənnəm xalqının fəryadı" dedilər.

Təkrar getməyə başladıq. Bir də gördük ki yanaqları yarılmış, bu yarıqlardan qanlar axan, ayaqları bağlanmış bir dəstə!

Mən, "Bunlar kim?" dedim.

"Oruclarını vaxtından öncə yeyənlər (oruc tutmayanlar)" dedilər. [ət-Tərğib vət-Tərhib, 2: 453.]



29-05-2017 07:47:43