Ana səhifə

Qədr Gecəsi


 

   Ən nurlu və bərəkətli gecəni Qədr Gecəsində idrak edərik. Quranda adı çəkilən tək ay Ramazan ayıdır; tək gecə də Qədr Gecəsidir. Bu bərəkətli saatların şərəf vəqiymətini Kainatın Rəbbi Sevimli Həbibinə xəbər vermişdir. Bu gecənin fəzilətinə o qədər dəyər verilir ki, o vaxtlarda təcəlli edəcək rəhmətin və ruhani hadisələrin izah edilməsi üçün müstəqil bir surə enmişdir. Bu surə Qədr Surəsidir.

Yenə Cənabı-Haqq bu gecənin müqəddəsliyini bildirmək üçün beş ayəli bir surədə üç dəfə "Leylətul-Qadr" ifadəsini açıq zikr etməkdədir:

" Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində Nazil etdik!  Sən hardan biləsən ki, Qədr gecəsi nədir?"

Ülvi hadisələr də surənin sonunda belə ifadə edilir :

"O gecədə mələklər və Cəbrayıl Rəblərinin icazəsiylə hər iş üçün arxa arxaya enər. O gecə, dan yerinin işıqlanmasına qədər bir salamatlıqdır."

    Qədr Gecəsinin ən əhəmiyyətli xüsusiyyəti, cin və insanlara iki dünya səadəti bəxş edən, kainat kitabının əzəli bir tərcüməsi olan uca kitabımız Qurani Kərimin bu gecədə ilk olaraq dünya səmasına endirilməsidir. Daha sonra isə ehtiyaca görə ayə-ayə və ya surələr halında vəhyin məzhəri Rəsulu Əkrəm (s.ə.s) Cəbrayıl (ə) vasitəsi ilə təqdim edilmiş olmasıdır.

    Yenə bu mübarək gecədə insanlığın əbədi xoşbəxtliyinə səbəb olacaq, ona bərəkətli bir ömürü qazandıracaq bir fürsət verilir. Bu gecəni dua, zikr və ibadətlə keçirən adam, ancaq səksən il kimi uzun bir ömürdə qazana biləcəyi əcr və savabı bir gecədə əldə etmiş olur.

    Bu gecədəki İlahi ziyafətə və Qurani süfrəyə başda Quran Mübini Rəsulullaha (s.ə.s) vəhy yoluyla gətirən Cəbrayıl olmaq üzrə mələklər də enərək şənləndirərlər. Ürək və bəsirəti açıq olan möminlərə uxrəvi aləmdən mənzərələr sərgilənər. Mələklərin enməsiylə yer üzü mənəvi bir təzyiqə düşər. Dünya sanki onlara dar gəlməyə başlayar. Möminlərin ətrafını əhatə edərək onlara Rəblərinin hədiyyə və rəhmətini müjdələrlər. Dan yeri ağarana qədər davam edən bu ülvi təcəlli, ümməti Məhəmmədin könüllərinə böyük bir dinclik və səadət dalğası əsdirər.

    Qədr Gecəsində belə nurlu hadisələri idrak edərik. Onun qədrini bilməklə də feyz və bərəkətindən, dünyanı əhatə edən nurani havasından istifadə etmiş olarıq.

Min aydan xeyirlidir deyilməsinin hikməti nədir?

    "Min ay" səksən üçil dörd aylıq bir müddətə bərabərdir. Keçmişdəki saleh kəslərin bir ömür boyu qazandıqları mənəvi mərtəbəni bir gecə içində əldə etmə fürsətidir. Rəsulullah (s.ə.s) səhabələrə İsrailoğullarından bir kimsənin Allah yolunda min ay boyunca silahlı olaraq cihad etdiyini izah etmişdi. Səhabələr bunu eşidincə çaşdılar və öz əməllərini az, gördülər. Bunun üzərinə Qədr Surəsi endirildi.

    Başqa bir rəvayətdə Peyğəmbərimiz Səhabələrə İsrailoğullarından dörd adamın səksən il boyunca heç günah işləmədən ibadət etdiklərini izah etdi. Səhabələr bunu heyrətlə qarşıladı. Cəbrayıl Əleyhissalam gəldi, "Ya Məhəmməd, ümmətin o bir neçə adamın səksən il ibadətində heyrətə düşdülər. Allah sənə ondan daha xeyirlisini endirmişdir" deyərək Qədr Surəsini oxudu və, " Məhz          bu sənin və ümmətinin heyran qalmasından daha xeyirlidir" buyurdu. (Haqq Dini Quran Dili. 6:4592)

   Digər bir rəvayətdə Rəsulullaha bütün ümmətlərin ömürləri göstərilmişdi. Öz ümmətinin ömürünüqısa görüncə, ömürüuzun olan ümmətlərin əməllərini düşündü. Öz ümmətinin bu qısa ömürlərində etdikləri əməllərlə onlara çata bilməyəcəkləri narahatlığı içində kədərləndi. Uca Allah da Həbibinə, bu kədərinə müqabil Qədr Gecəsini verərək digər ümmətlərin min ilindən daha xeyirli etdi. (Muvatta. Etikaf:6)

   Qədr Surəsi bu hadisələr üzərinə nazil olmuşdur. Bu surə, Səhabələrin kədərini yüngülləşdirən bir surədir.

Qədr Gecəsinin Bu Qədər Faydalı Olmasını Necə Açıqlaya Bilərsiniz?

   Bəli bir tək Ramazan, səksən il bir ömür savabı qazandıra bilər. Leyləyi Qədr isə, Quranın bildirməsiylə min aydan daha xeyirli olduğu bu sirrə bir dəlildir. Elədə: Əzəl və Əbəd Sultanıolan on səkkiz min aləmin Padşahı-Zülcəlalı; o on səkkiz min aləmə baxan, təvəccöh edən fərmanı alişanı olan Quranı-Hakimi Ramazanı-Şərifdə endirmişdir. Əlbəttə o Ramazan, məxsus bir ilahi bayram və bir məşhəri-Rəbbani və bir məclisi-ruhani hökmünə keçmək, Cənabı-Haqqın hikmətinin gərəyidir. Madam Ramazan o bayramdır; əlbəttə bir dərəcə, adi və heyvani məşğuliyyətdən insanları çəkmək üçün oruca əmr ediləcək.

Niyə "Qədr" Gecəsi?

  Qədr Gecəsi hökm gecəsi deməkdir. Duxan Surəsində açıqlandığı kimi İlahi təqdir tərəfindən ifadə edilən hökmlər Qədr Gecəsində ayırd edilər. Bu mənada Qədr Gecəsinə təqdir gecəsi deyənlər dəvardır. Əslində əşyanın, işlərin və hökmlərin miqdar və zamanları əzəldə təqdir edildiyi üçün burada söz mövzusu olan təqdir, əvvəldən təsbit edilən qədər proqramının yerinə yetirilməsiylə əlaqədar planların hazırlanmasıdır. ( Duxan Surəsi, 3.)

   "Qədr" sözündə "təzyiq" mənasıda vardır. Buna görə o gecəyer üzünə o qədər çox mələk enər ki, dünya onlara dar gəlir.

   Bir hədisdə, "O gecə yer üzünə enən məklərin sayı çay daşlarının sayından dahaçoxdur" buyurularaq buna işarə edilir. (Haqq Dini Quran Dili, 9:5970.)

   Qədr Gecəsinin Ramazanın hansı gecəsinə rast gəldiyi barəsində xeyli çox rəvayət olmaqla birlikdə, Ramazanın son on günündə axtarılması tövsiyə edilmişdir. Bəzi hədisi Şəriflərdən də 27-ci gecəsinə düşdüyü bildirilir. " Onu iyirmi yeddinci gecədə axtarın" tərcüməsindəki hədis bu xüsusa işarə etməkdədir. (Musnəd, 2:27.)

   Bu rəvayətlərin işığında, İslam alimləri Qədr Gecəsinin Ramazanın iyirmi yeddinci gecəsi olaraq qəbul etmiş və beləcə Müsəlmanlar o gecəni Qədr Gecəsi niyyətiylə canlandırmışlar.

   Bunun üçün möminlər mümkün mərtəbə, vaxt və imkanları ölçüsündə Qədr Gecəsini qiymətləndirməyə çalışarlar. Yuxu və istirahətlə keçirməməyə cəhd göstərərlər. Çünki bu gecədə hər bir Quran hərfinə otuz min savab verilməkdədir. Digər ibadətlərin savabı da o nisbətdə artmaqdadır.

    Qədr Gecəsini qiymətləndirmək və o vaxtın feyiz vəbərəkətindən istifadəni artırmaq üçün namaz qılınar, Quran oxunar, Quran təfsirləri mütaliə edilər. Zikr edilər, salavatı-şərif gətirilər, dualar edilər, kasıb və kimsəsizlər doyurular, bol-bol sədəqə verilər, hər vəsiləylə vaxt nurlandırılar. Qədr Gecəsinin gətirəcəyi böyük qazanc haqqında rəvayət edilən hədislər ən gözəl təşviq mahiyyətini daşımaqdadır.

"Kim inanaraq, savabını ancaq Allahdan gözləyərək Qədr Gecəsində qiyam üzrə olsa (oyanıq olsa) keçmiş günahları bağışlanılar." (Musnəd, 2:27.)

Bu gecədə necə dua edək?

Bunu da Həzrəti Aişə (r.ə.) vasitəsiylə yenə Peyğəmbərimizdən, öyrənək:

"Dedim ki, 'Ya Rəsulullah, Qədr Gecəsinərast gəlsəm necə dua edim?

Rəsulullah (s.ə.v.)"Allahummə innəkə afuvvun kərimun tuhibbul-afvə fa'fu anni (Allahım, Sən bağışlayıcısan, bağışlamağı sevərsən, məni də bağışla) deyərsən' buyurdu"

Qədr gecəsində necə ibadət edilməlidir?



21-06-2017 09:35:27