Ana səhifə

Rəcəb Ayı və Rəgaib Gecəsi ilə Əlaqədar Hədis-i Şəriflər


' Allahu təâlâ, Rəcəb ayında oruc tutanları bağışlayar. [Gunye]

' Rəcəb-i şərifin bir gün əvvəlində, bir gün ortasında və bir gün də sonunda oruc tutana, Rəcəb`in hamısını tutmuş kimi savab verilər. [Miftah-ül-cənnə(cənnətin açarı)]

   ' Ramazan ayı xaricində Allah rizası üçün bir gün oruc tutan, yaxşı bir yarış atının bir əsrdə gedəcəyi məsafə qədər Cəhənnəmdən uzaqlaşar. [Əbu Yala]
    ' Bu beş gecədə edilən duâ geri çevrilməz. Rəgaib gecəsi, Şabanın 15-ci gecəsi, Cümə, Ramazan bayramı və Qurban bayramı gecəsi. [İbn-i Asâkir]
    'Rəcəb-i Şərifin birinci günündə oruc tutmaq üç illik, ikinci günü oruclu olmaq iki illik və yenə üçüncü günü oruclu olmaq bir illik kiçik günahlara kəffarə olar. Bunlardan sonra hər günü bir aylıq kiçik günahların əfv və bağışlamasına vəsilə olar.' buyururlar. (Camiu-s sağir)

 İbn-i Abbas -radiyallahu anh- Həzrətləri: 'Rəsulullah -sallallahu əleyhi və səlləm- Rəcəb ayında bəzən o qədər çox oruc tutardı ki, biz O`nu heç iftar etməyəcək zənn edərdik. Bəzən də o qədər çox iftar edərdi ki, biz O`nu heç oruc tutmayacaq zənn edərdik.' buyurmuşdur. (Müslim)

Şübhəsiz zaman, Allah`ın yaratdığı günkü şəkliylə axıb getməkdədir. İl on iki aydır. Bunlardan dördü haram aylardır. Və üçü ard arda gəlməkdədir. Zilkade, Zilhicce, Məhərrəm bir də Cəmaziyə'l-âhirlə Şaban ayları arasında gələn Mudar qəbiləsinin ayı Rəcəb ayıdır.` (Buxârî, Təfsir, Surə, 8,9)

     "Rəcəb ayı Allah`ın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır." (Aclûnî, Kəşfu'l-Hafâ, 1/423)

Yenə mübarək üç aylardan ilki olan Rəcəb ayının əhəmiyyəti və dəyəri haqqında Ənəs b. Malik (Allah ondan razı olsun)`dan belə rəvayət edilər: Rəcəb ayı girdiyində Hz. Peyğəmbər belə deyərdi: "Allahım! Rəcəb və Şaban`ı bizə mübarək et və bizi Ramazan`a çatdır." (Ahməd b. Hənbəl, Müsnəd, 1/259)
 

   Rəcəb`in ilk cümə gecəsini ihya edənə, Allah Təâlâ, qəbir əzabı etməz. Dualarını qəbul edər. Tək, 7 kimsənin duasını qəbul etməz: Faizçi, Müsəlmanları aşağı görən, ana atasına əziyyət edən, Müsəlman olan və dinin əmrlərinə uyğun gələn ərini dinləməyən qadın, çalğıçı, livata və zina edən, beş vaxt namazı qılmayan. [Bu günahlardan imtina etmədikcə, duaları qəbul olmaz.] [Səadət-i Əbədiyyə]
    Rəcəb böyük bir aydır. Allah bu ayda hasənatı qat qat edər. Rəcəb ayında bir gün oruc tutana, bir il oruc tutmuş kimi savaba qovuşar. 7 gün oruc tutana, Cəhənnəm qapıları bağlanar. 8 gün oruc tutana Cənnətin 8 qapısı açılar. On gün oruc tutana, Allah istədiyini verər. 15 gün oruc tutana, bir münadi(səslənən), 'Keçmiş günahların bağışlandı' deyər. Rəcəb ayında Allah Təâlâ Nuh əleyhissalamı gəmiyə mindirdi və o da, Rəcəb ayını oruclu keçirdi. Yanındakılara da oruc tutmalarını əmr etdi. [Taberânî]
 

Kim Rəcəb ayında, təqva üzrə bir gün oruc tutsa, oruc tutulan günlər dilə gəlib 'Ya Rəbbi onu bağışla' deyərlər. [Əbû Muhəmməd]

  Hz. Aişə (Allah ondan razı olsun) anamız, 'Rəsûlullah, bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox əhəmiyyət verərdi.' buyurur. Çünki Hədis-i Şərifdə,

'Əməllər Allah Təâlâya bazar ertəsi və cümə axşamı günləri ərz edilər. Mən də əməlimin oruclu ikən ərz edilməsini istəyirəm.' buyurardı. (Tirmizî)

Rəcəb ayında edilən dua qəbul edilir, günahlar bağışlanılar. Bu ayda günah işləyənin cəzası da qat qat olar. Hz. Hüseyn (Allah ondan razı olsun) anladar:
'Kəbəni təvaf edərkən, yanıq səslə Allah Təâlâya dua edən bir kimsənin səsini eşitdik. Atam bunu çağırmamı əmr etdi. Gözəl üzlü, təmiz bir kimsə idi. Ancaq sağ tərəfi iflic olmuş, qurumuş, hərəkətsiz idi. Ona, 'Sən kimsən, niyə belə haldasan?' dedim. O kimsə dedi ki:
'Adım Mənazil... Mən çalğı çalmaq, mahnı oxumaqla şöhrət salmış, Ərəbistanın məşhurlarından bir gəncdim. Həmişə nəfsin arzuları arxasında qaçdım. Rəcəb və Şaban aylarında belə, bu günahlara davam edərdim. Saleh atam, məni bu günahlardan qurtarmağa çalışdı. Mənə, 'Allah Təâlânın əzabı şiddətlidir, bir anda qəhr edə bilər. Pis yoldaşlardan imtina et, bu pis işləri burax! Mələklər və bu aylar səndən şikayət edirlər' dedi. Nəsihətə heç dözümüm yox idi. Atamın üzərinə gedib, döyərək susdurdum. Kədərli və qırıq ürəklə, 'Bu aylarda oruc tutub, gecələri ibadət edirəm. Beytullaha gedib şərindən qorunmaq üçün, Allah Təâlâdan kömək diləyəcəyəm' dedi. Bir həftə oruc tutub, Kəbəyə gedərək, 'Ey Rəbbim, məzlumların ahını yerdə buraxmazsan. Bu ayda, bu mübarək yerlərdə edilən duaları rədd etməzsən. Haqqımı oğulumdan al, onu iflic et!' deyə dua etdi. Hələ duası bitmədən sağ tərəfim iflic oldu. Məni görən, 'Ata qarğışına uğramış adam' deyərdi.'
Hz. Hüseyn, 'Atan bu halına nə dedi?' buyurdu. O gənc, 'Atamdan üzr istədim. Onun da atalıq şəfqəti qalib gələrək məni bağışladı. Qarğış etdiyi yerdə, bu səfər şəfa tapmam üçün xeyir-dua etmək üzrə dəvə ilə gəlirkən, dəvənin ürkməsi ilə atam düşüb öldü. İndi çarəsizim.' deyir. Hz. Ali(Allah ondan razı olsun) bu iflic gəncə dua edir, Rəcəb`də etdiyi bu dua bərəkətiylə də Haqq təâlâ ona şəfa lütf edir.

 


30-03-2017 04:22:16