Ana səhifə

Sağlam və xoşbəxt olmaq üçün nə tövsiyə edirsiniz?


      Əsasən bunun ən qısa xülasəsi budur:

     Allah'ın Qur'anda və kainatda qoyduğu qaydalara tabe olmaqdır. Hər iki kitab da Allah`ındır. Bu iki kitaba uyanlar, həm mənəvi, həm də maddi cəhətdən rahat və xoşbəxt olarlar.

    Çünki, Qur'an ruhumuzun həyatı, kâinat isə bədənimizin həyatıdır.

    İnsan;

    - Ruh dünyasını, iman ilə hayatlandırmalı, ibadətlərlə bəsləməli, günahlardan çəkinərək qorumalıdır.

    - Bədən dünyası üçün də halal dairəyə qənaət edərək, kâinat kitabının qanunlarına tabe olmalıdır.

    Necə ki havasız, susuz və qidasız qalan bədən xarab olur, hüzur və xoşbəxtlikdən məhrum qalırsa; ibadətdən məhrum qalan ruh da onun kimi havasız, susuz və qidasız qalar.

    Bu qısa və təməl  məlumatdan sonra, həm ruh, həm də bədən mütəxəssislərinin bəzi tövsiyələrini sizinlə paylaşaq:

1. Bol su üçün.

2. Az yeyin.

3. Ağaclarda və bitkilərdə yetişən qidaları daha çox, fabriklərdə istehsal olunan qidaları daha az yeyin.

4. Heç bir şeyi içinizə atmayın.

5.İbadət və dua üçün zaman ayırın.

6. Hər gün ən az on dəqiqə səssiz olaraq oturun. Təfəkkür edin.

7. Nizamlı yatın.

8. Hər gün on-otuz dəqiqə piyada gəzin. Və gəzinti zamanı gülümsəyin.

9. Həyatınızı başqalarınkı ilə qarşılaşdırmayın. Onların səyahətinin necə olduğuna dair heç bir fikriniz yoxdur.

10. İdarə edə bilməyəcəyiniz mənfi düşüncələrə sahib olmayın. Bunun yerinə enerjinizi bu an üçün xərcləyin, nəfəs aldığınız hər anın qiymətini bilin.

11. Sadəliyin gözəlliyini kəşf edin.

12. Həyatı çox da ciddi qəbul etməyin. Fani olduğunuzu unutmayın.

13. Qiymətli enerjinizi, başqaları haqqında danışaraq boşa xərcləməyin, israf etməyin.

14. Su-i zəndən qaçının.

15. Qısqanclıq, paxıllıq zamanın boşa xərclənməsidir. Ehtiyacınız olan hər şeyə onsuz da sahibsiniz.

16. Keçmiş məsələləri unudun. İnsanların keçmiş xətalarını xatırlatmayın. Bu vəziyyət mövcud xoşbəxtliyinizi pozar.

17. Həyat, birinə kin bəsləyərək zamanı boşa xərcləmək üçün çox qısadır. Kimsədən nifrət etməyin.

18. Keçmişinizlə barışın ki, indiki zamanı pozmasın.

19. Həyatın bir məktəb olduğunu və öyrənmək üçün burada olduğumuzu unutmayın. Problemlər, cəbr dərsi kimi gəlib gedən, ancaq aldığımız dərslərin bir ömür boyu davam etdiyi təhsil proqramının bir hissəsidir.

20. Daha çox gülümsəyin və pozitiv olmağa çalışın.

21. Hər müzakirəni qazanmaq məcburiyyətində deyilsiniz. Eyni fikirdə olmasınızsa da razılaşın.

22. Ailənizi tez-tez axtarın.

23. Hər gün digərlərinə yaxşı bir şey verin. Gülümsəmək, təşəkkür, iltifat, yardım, dəstək,ümid ...

24. Hər kəsi hər şey üçün əfv edin.

25. Yetmiş yaşından böyük və altı yaşından kiçik kimsələrlə vaxt keçirin.

26. Hər gün ən az üç insana gülümsəyin və tanımadığınız birinə Salam verin.

27. Başqalarının sizin haqqınızda nə düşündüyü ilə maraqlanmayın.

28. Doğru olanı edin, səhvləriniz üçün də peşman olmayın. Nə olursa ya da olmursa, xeyrimizə olduğu üçündür! ..

29. Faydalı, gözəl və ya sevinc dolu olmayan hər şeydən uzaq durmağa çalışın.

30. ALLAH hər şeyi yaxşılaşdırır, bu an fərq etməsək də yaşadığımız hər şey yaxşılığımız üçündür.

31. Bir vəziyyət istər yaxşı və ya pis olsun, onsuzda dəyişəcək. Vəziyyəti qəbullanın.

32. Necə hiss edərsəniz hiss edin, qalxın, geyinin və ortaya çıxın. Özünüzü evə qapatmıyın.

33. Ən yaxşısına hələ sıra gəlmədi.

34. Səhər canlı olaraq oyandığınız üçün ALLAH 'a şükür edin.

35. Mənəviyyatınız daima xöşbəxtliyinizdir. Hisslərinizə önəm verin.

36. İnanın, dua edin, lazım olanı görün və qalanını ilahi axışa buraxın.



04-12-2016 09:12:00