Ana səhifə

Sünnə namazlarının əhəmiyyəti nədir? Namazların yalnız fərzlərini qılmaq kifayət deyil?


Namazı qaçırma təhlükəsinin olduğu hallarda, fərz namazını da olsa vaxtında qılmaq lazımdır. Yalnız fərz qılındıqda namaz borcu ödənilmiş olar. Amma imkan varsa fərzlə birlikdə sünnələr də qılınmalıdır. Çünki, "Fərz namazlarından əvvəl qılınan sünnələr, şeytanın həvəsini, hilylə və vəsvəsələrini kəsir." Şeytan: "Bu adam fərz olmayan namazı belə buraxmadı; heç fərz namazı buraxarmı!" deyərək həvəsi qırılar.

rzlərdən sonra qılınan sünnələisə namazlarımızdaki əskik və qüsurları tamamlamaq üçündür. (bax. İbn Abidin, Rəddul-Muxtar, 2 / 12-13)Bu səbəblə istər fərzdən əvvəl istərsə də fərzdən sonra olan sünnə namazlarını da qılma mövzusunda çox diqqətli olmalıyıq.

Digər tərəfdən sünnəyə uymaq, kainatın yaradılışına səbəb olan Rəsuli-ƏkrəmƏfəndimizi xatirimizə gətirmək, ona olan bağlılığımızı göstərmək deməkdir. Çünki Allahın əmrlərini yerinə yetirmək bir möminə necə bir hüzur verirsə, Rəsulullaha (a.s.v) uymaq, sünnələrini yerinə yetirməyə çalışmaq da o dərəcə həyatı mənalandırır, işıqlandırır. Onsuz da Allaha olan ən gözəl itaət və sevgi, Onun Həbibinin göstərdiyi yolu təqib etməklə mümkündür. Beləcə, xüsusilə ibadətlərdə Peyğəmbərimizin göstərdiyi şəkildə hərəkət etmək, həm Allaha olan sevgi və yaxınlığımızın dərəcəsini göstərəcək, həm də ibadətlərimizin məna və feyzini artıracaqdır.

Nafiləməcburi olmadan edilən ibadət deməkdir. Fərz və ya vacib namazlar xaricində qalan və Rəsulullahın (a.s.v) qıldığına dair rəvayət olan namazlar mənasına gəlir. Bunlar da sünnə olan nafilə və məndub olan nafilələr olmaq üzrə ikiyə ayrılır. Sünnə olan nafiləAllah elçisinin etməyə davam etdiyi və ancaq nadir olaraq etmədiyi qüvvətli işlərdir. Bəzi vaxtlarda bu işləri etməməsinin səbəbi insanlara fərz olmadığını göstərməkdir. Məndub olan nafilə isə,Hz. Peyğəmbərin bəzən edib bəzən etmədiyi, qüvvətli olmayan sünnələrdir. Mənduba müstəhəb də deyilir.

Fiqh üsulunda nafilə, sünnətatavvu, müstəhəb və ihsan terminləri "məndub"la eyni mənada istifadə edilir.

Müəkkəd olan sünnələr: Beş vaxt namaza və cümə namazına bağlı olaraq qılınan namazların bir hissəsi müəkkəd sünnədir. Bir hədisdə bu xüsusiyyətdəki sünnələr belə təyin olunmuşdur:

"Hər kim bir gün və gecədə, fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah Təala ona cənnətdə bir ev tikəcəkdir. Bunlar bu namazlardır: Sübh namazından əvvəl iki rükət, günortadan  əvvəl dörd rükət, günortadan  sonra iki rükət, axşamdan sonra iki rükət və yatsıdan sonra iki rükət. "(Tirmizi; Salat, 189; Nəsai, Qiyamul-Leyl, 66; İbn Macə, İqamə, 100)

Qeyri-Müəkkəd Sünnələr: Hz. Peyğəmbərin ara verərək davam etdiyi və bəzən tərk etdiyi sünnələr olub bunlara məndub da deyilir. Bu namazlar bunlardır:

nəfilərə görəyatsı namazından əvvəl və ikindi namazından əvvəl qılınan dörd rükət namaz müəkkəd olmayan (məndub) sünnələrdəndir. Yatsı namazından əvvəl və sonra tək bir salam ilə qılınan dörd rükətlik nafilə namaz sünnəti qeyri-müəkkəddir. Yatsının son sünnəsinin iki rükət olaraq qılınması isə müəkkəd sünnədir.

1.İkindi namazından əvvəl tək salamla qılınan dörd rükət namaz. Rəsulullah (s.a.s) bu namaz haqqında belə buyurmuşdur: "İkindi namazından əvvəl dörd rükət namaz qılan kəsə Allah rəhmət etsin" (Tirmizi, Salat, 301).

2.Yatsı namazından əvvəl qılınan dörd rükət namaz. Hz. Aişədən (r.anhə) belə dediyi nəql edilmişdir:

"Hz. Peyğəmbər, Yatsıdan əvvəl dörd rükət namaz qılardı." (Zeylaî, Nasbur Rayə, II / 145 vd.əş-Şövkanî, Neylül-əvtar, III / 18).

Namaz qılan adam istərsəişadan sonra iki rükət sünnəti müəkkədəilədəkifayətlənəbilər. Bu ictihadın dayağı daha əvvəl keçən

"Hər kim gündüz və gecəon iki rükət namaz qılarsa özü üçün cənnətdəbir ev tikilər." hədisidir.

Beş vaxt namazdan əvvəl vəsonra qıldığımız sünnələr, Peyğəmbərimizdən (asv) rəvayət edilən vəonun qılmış olduğu namazlardır. Sünnənin ümumi olaraq bir dərəcəsi olduğu kimi, vaxt namazlarının sünnələrinin dəbir dərəcələnməsi vardır. Məsələn bunlardan sübh namazının sünnəti vacib dərəcəsindəbir xüsusiyyətəmalikdir.

"Sübh namazının iki rükət sünnəti dünyadan və dünyada var olan şeylərdən daha xeyirlidir." (Muslim, Misafirin, 96, 97; Tirmizi, Salat, 190)

tərcüməsindəki hədisi-şərif bu mənanı ifadə edir. Sübh namazının sünnəsindən sonra fəzilət baxımından günortanın ilk vəson sünnəsi, axşamın sünnəsi ilə yatsının son sünnəti gəlir. Bunlar müəkkəd sünnələrdir. Əsrin sünnəti ilə yatsıın ilk sünnəsi isəqeyri-müəkkəd sünnələrdir.

Bu sünnətlərin qılınmasına təşviq edən Peyğəmbər Əfəndimiz (a.s.v) bəzilərinin tərki halında da xəbərdarlıq edici mülahizələr etmişdir. Məsələn, sübh namazının sünnəti haqqında,

"Sizi atlılar qovalasa belə, yenə də sübh namazının sünnətini buraxmayın." (Əbu Davud, Tatavvu 3; Əhməd ibni Hənbəl, Müsnəd, II / 405)

tərzində xəbərdarlıq etməkdədir.

"İkindi namazının fərzindəəvvəl dörd rükət qılan kəsə Allah mərhəmət etsin."

"Kim əsr namazının fərzindəəvvəl dörd rükət qılarsa ona cəhənnəm atəşi toxunmaz."

"Allah, əsrin fərzindəəvvəl dörd rükət qılan kəsin bədənini cəhənnəməqoymaz." [bax. ət-Tərgib vət-Tərhib, (Beyrut: İhyaut-Turâsil-Ərəbi, 1388-1968), 1: 396-406] kimi müjdələr dəvardır.

Digər tərəfdən sünnələri bilərək vədavamlı olaraq tərk etməyin Peyğəmbər Əfəndimizin (s.a.s) şəfaətindən məhrum qalma kimi bir hal da sözün mövzusu ola bilər. Necə ki,-hədis qaynaqlarında tapa bilmədiyimiz ancaq fiqh kitablarında keçən- bir hədisdə belə buyurulmuşdur:

"Zöhr namazının fərzindəəvvəl dörd rükət sünnəti tərk edən kəs şəfaətimə nail olmaz." (bax. İbn Abidin, a.g.e., II / 14)

Buradakı "şəfaətdən məhrum qalma" nın mənası iki şəkildəaydın olmuşdur: Biri,Müsəlmanları sünnətləri tərk etməkdən və önəmsiz davranmaqdan çəkindirmək üçün bir xəbərdarlıqdır. Digəri isə, bu sünnələri qılanların Allah qatındakı dərəcələrinin artmasını təmin etmək mənasındadır. Yoxsa Peyğəmbər Əfəndimizin (s.a.s) böyük şəfaəti bütün ümmətinədir.

Bu hədislər göstərir ki, fərz namazlarla birlikdə sünnət namazlarının da qılınması surətiylə bütün ibadətlərin əsası və xülasəsi kimi olan namaz kimi bir qulluq vəzifəsi əda edilmiş olur.

Namazlardan əvvəl vəs onrakı bu sünnələr qılınmadığı zaman, namazın fərzliyində birəskiklik olur? Yalnız fərz qılınmaqla o vaxtın namazı qılınmış olur?

Vaxtın fərzlərini qılan kimsə, əsas etibarilə üzərindəki borcu ödəmiş, vəzifəsini yerinə yetirmiş olar. Ancaq vaxt namazlarında mövcud olan sünnələrin içlərində bəziləri vacib dərəcəsində sünnədir.

Bu və bənzər hədislərə görə, əsr və yatsı namazından əvvəl dörd rükət qılmaq məndubdur. Savabı və fəziləti yüksək bir ibadətdir. İmam Muhəmməd, əsrdən əvvəl və yatsıdan sonra qılınan sünnələrdəiki rükətlə dörd rükət arasında sərbəst qalmışdır. Yəni ikindi namazının sünnəti iki rükət olaraq da qılına bilər. Lakin Hənəfi məzhəbinin digər imamları dörd qılmağı fəzilətli görmüşlər.

"Muhît" adlı fiqh kitabında yer aldığına görə Peyğəmbər Əfəndimiz (s.a.s), əsrin sünnəti ilə yatsının ilk dörd rükət sünnəsini bəzən qılmamışdır. Bəzən dörd qılmış, bəzən iki qılmış, bəzən də tərk etmiş heç qılmamışdır. Buna görə savab xatirinə hər zaman qılmaq mümkündür.

İbadətlərin fərz və vacib olanlarına uymaq məcburiyyəti olduğuna və tərki halında bir günah meydana gəldiyinə görə uxrəvi (axirət) olaraq cəzası vardır. Sünnələrin vacib hökmündə olanları üçün dəeyni haldan söhbət gedə bilər. Digər sünnələrin yerinə yetirilməsində çox böyük savab varsa da tərki halında bir günah yoxdur. Ancaq, əskik və xətalı namazlarımızı tamamlaya bilməmək və Peyğəmbərimizin (s.a.s) şəfaətindən əldə edəcəyimiz yüksək dərəcələrdən məhrum qalmaq kimi itkilər sözün mövzusudur.

Buna görə dəvaxt uyğundursa, hər hansı bir zərurət də mövcud deyilsə namazın sünnələrini tərk etməmək lazımdır ta ki, mükəmməl bir namaz qılma səadətinə çatmış olaq.

Lakin istər vaxtın uyğun olduğu, istərsə uyğun olmadığı hallarında həm əsrin həm də yatsının ilk sünnəsini qılmamaq insana bir məsuliyyət gətirməz. Qılmayan günaha girməz, məsul da olmaz.

Bununla birlikdə dörd-beş dəqiqəlik bir zamanı da belə savablı bir sünnə üçün hər zaman ayıra bilərik, qıla bilərik.

Bu arada bu cümlələri unutmamalıyıq:

"Sünnəyə tabe olmayan tənbəllik edərsə böyük xəsarət, əhəmiyyətsiz görsə böyük cinayət, təkzibini hiss etdirən tənqid isə böyük zəlalətdir." (Bax. Nursi, Lemalar, On Birinci Lema)



23-01-2017 09:14:30