Ana səhifə

Üç Aylar Sonrası və Şəvval Orucu


   Üç aylar mənəvi ticarət baxımından çox bərəkətli, qazanclı və savablı bir mövsümdür. Bu mövsümdə edəcəyimiz mənəvi işlər, iç aləmimizdə tam fərqli üfüqlər açar. Ancaq, bu aylarda qazanılan ruh intizamını daha sonra da davam etdirmək lazımdır. Çünki bir sonrakı üç aylara çata biləcəyimiz barəsində əlimizdə bir sənəd yoxdur.

   Hər il baş çəkib mənəvi həyatımızı nurlarla işıqlandıran üç ayları gerilərdə buraxarkən, Onun bizlərə yaşatdığı sonsuz həzzləri heç bir zaman unutmarıq. Qədr Gecəsində işıl işıl yanan küçələrdə axan nur selini necə xatirlərimizdən çıxara bilərik?

   İftar süfrələrinin feyzinin il boyunca həsrətin kəçib darıxmazmıyıq? Sahurların bərəkətini unuda bilərikmi? O qüdsi xatirələri əlbəttə unutmarıq. Darıxar, axtarar və gözləyərik.

   Amma təbii ki quru gözləyiş və özləyişlə kifayətlənmərik.. Üç aylarda və xüsusilə Ramazanda qazandığımız mənəvi intizamı il boyunca da davam etdirməyə çalışarıq.

   Yenə namaz qılarıq, zaman zaman oruc tutarıq, başqalarına kömək edərik. Malımızla, canımızla və dilimizlə Allah yolunda cihada qaçarıq. Nəfsani hiss və arzularımıza qulaq asmarıq. Hüzur verici xatirələrini içimizdə yaşatdığımız mübarək üç aylarda qazandığımız mənəvi havanı davam etdirməyə çalışarıq.

    Həyat sərmayəsinin dayanmadan əldən çıxdığını unutmayıb bir daha gələcək nur və hüzur mövsümünə çatıb çata bilməyəcəyimiz ümid və narahatlığını hər vaxt canlı tutaraq axirət hazırlığına eyni şəkildə davam edərik.

    Beləcə, gələcək ilin o mübarək mövsümlərinə yenə eyni ruhla və təmiz vicdanla çatmağı ümid edərik. Bu ruh içində həyatımız davamlı bir inkişafa və irəliləməyə səhnə olar.

Şəvval Orucu

    Ramazan-ı Şərif`dən sonrakı Şəvval ayında oruc tutmaq həmişə sevimli bir adət olaraq gəlmişdir.

    Bir ay boyunca oruca alışmış olan insanlar, şəvval ayında da altı gün oruc tutmağa böyük bir maraq göstərmişlər, hətta təravih kimi isti bir maraqla şəvval ayı orucunu davam etdirmişlər. Əlbəttə bu isti əlaqə səbəbsiz deyil. Necə ki Əfəndimiz (s.ə.v.) Həzrətləri, şəvval ayı orucunun bir il oruc tutmuş kimi savaba vəsilə olacağını bildirmiş, buna görə də bir ay Ramazan orucu tutanlar, şəvvalda altı gün oruc tutmaqla bütün ili oruclu keçirmiş olma savabını qaçırmaq istəməmişlər. Bu mövzudakı hədisi və şərhini belə ifadə edə bilərik:

"Kim orucla keçirdiyi Ramazan ayından sonrakı Şəvval ayında altı gün oruc tutsa, bütün ili orucla keçirmiş kimi olar!."(Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Səvm, 52)

    Demək ki, bir aylıq Ramazan orucundan sonra Şəvvalda da altı gün oruc tutaraq orucunu otuz altıya çıxaran kimsə, bütün ili oruclu keçirmiş kimi savab qazanmaqdadır.

   Alimlərimiz, bütün ili orucla keçirmiş kimi savab qazanmanın izahını belə bildirmişlər:

    Ramazan boyunca oruc tutan insan hər orucuna on savab qazanmışsa yekunu üç yüz edər. Şəvval ayında tutduğu altı orucuna da altmış savab qazanınca, edər üç yüz altmış. Yəni bir il.. Bu səbəbdən hədisin işarə etdiyi sirrə nail olar. Bütün ili orucla keçirmiş kimi mənəvi qazanc əldə edə bilər.

    Əslində bu kimi mənəvi mövzularda əsas olan, o işi ixlasla etmək, böyük bir könül arzusu ilə talib olmaq mühümdür. Bəzən elə oruclar olar ki, tutanın könülündə bəslədiyi dərin və saf ixlas üzündən 360 gün deyil, bəlkə 360 illik nafilə oruc savabını ala bilər.. İxlas ilə kim nə istəsə Rəbbimiz onu verə bilər. Bu bir niyyət və şərh məsələsidir.

    Eynilə yolun kənarına uzaqlardan bir daşı yumrulayaraq güc bəla gətirib yerləşdirən adamla, bu daşı oradan eyni çətinliklə uzaqlaşdıran bir başqa adamın niyyəti və şərhi kimi.

Biri düşünmüş ki:

   - Bu çölün ortasında yaşlı bir adam yolda gedərkən miniyinə minmək istəsə, üzərinə çıxıb heyvana minə biləcəyi yüksək bir yer yoxdur. Elə isə bu daşı yumrulayıb yolun kənarına gətirim, yolda getməkdə olan yaşlı və uşaqlar heyvanlarına minmək istədiklərində daşın üstünə çıxıb miniklərinin üzərinə asanca atlasınlar, savabı da mənə olsun. Adamın bu xalis niyyətinə baxan Rəbbimiz ondan razı olmuş, istədiyi savabı lütfkarlıq etmişdir.

    Belə gözəl niyyətlə gətirilən daşı oradan hirs ilə yumrulayıb uzaqlaşdıran adam isə belə düşünmüşdür:

    - Bu daşı bura gətirən kimsə nə qədər də səhv bir iş etmiş. Heç düşünməmiş ki, gözləri görməyənlər, qaranlıqda fərq edə bilməyənlər daşa ilişib yerə düşərlər. Bu daşı buradan uzaqlaşdırım da kimsə ilişib yerə düşməsin, savabı da mənə olsun.

    Bu adam da daşı buradan uzaqlaşdırdığından ötəri Allah rizasını qazanmış, ümid etdiyi savaba nail olmuşdur. Hər ikisində də niyyət xalis, şərh məqbuldur...

    Biz də saf bir niyyətlə altı gün orucumuzu tutsaq, bəlkə Rəbbimiz bu niyyətimizə, bu bağlılığımıza bütün ili oruclu keçirmiş kimi savablar verə bilər, səhvlərimizi bağışlaya bilər.. Rəbbimizin hüdudsuz rəhmətinə kimsə sərhəd çəkə bilməz. Kimsə öz xəsisliyini Ona da şamil edə bilməz.

    Bu orucun arxa arxaya olması şərt deyil. Şəvval ayı içində olması kifayətdir.

    Bir də Ramazan içində tutula bilməyən oruclar varsa, əvvəl o borc olanı tutmaq da məqbul və qanuni olar. Bir an əvvəl borcdan xilas olmağı düşünmək əlbəttə çox yerindədir. Ancaq borcu sonra da tuta bilərəm deyə də düşünə bilər.. Bu bir seçim məsələsidir. Hər ikisi də caizdir.

    Bir başqa xüsus da, Şəvval ayında iki bayram arası nigah edilməz iddiası vardır ki, artıq bu batil iddia təsirini itirməkdədir. Çünki Aişə anamızın nigahı Şəvvalda olmuş, yəni iki bayram arasında edilmiş, nə uğursuzluq, nə də bir başqa dini qadağan söz mövzusu olmuşdur. Bu səhv şərh şuradan da bəslənmiş ola bilər. Əgər bayram cümə gününə rast gəlsə, bayram namazı ilə cümə namazı arası iki bayram namazı arasıdır.

    Bir Mənqibə

    Süfyanı Sevri nəql edir:

- Mən Məkkə-i Mükərrəmə`də üç il oturdum. Məkkəlilərdən bir kimsə hər gün Harəm-i şərifə gəlir, təvaf edər, namaz qılar və sonra mənə salam verib gedərdilər. Mən bu kimsə ilə tanış oldum. Bir gün o kimsə məni yanına çağırdı. Mənə dedi ki:

-Mən öldüyüm vaxtda öz əlinlə məni yu, namazımı qıl və dəfn eylə. O gecə məni tərk etməyib qəbrimdə gecələ. Mükireyn sualı anında mənə Tövhidi təlqin et!, dedi.

    Mən də o kimsənin istədiklərini etməyi qəbul etdim. Mənə əmr etdiyinin eynini etdim: Qəbirində gecələdim. O gecə yuxu ilə oyanıqlıq arasında ikən :

-Ya Süfyan! Məni qorumağa və sənin təlqininə ehtiyac qalmadı, deyə bir səs eşitdim.

    O zaman:

-Nə səbəblə bu lütfə çatdın, deyə soruşdum

    Mənə cavab olaraq:

- Ramazanı şərifin orucunu tutub şəvvaldan altı gün daha əlavə etməm səbəbiylə, dedi.

    O zaman mən oyandım. Yanımda kimsəni görə bilmədim. Dəsdamaz aldım, namaz qıldım, yatdım; beləcə üç dəfə gördüm. Bildim ki bu Rahmanîdir; şeytandan deyil. O zaman da qəbrin yanından ayrıldım və "Ya Rəbbi! Məni Ramazanın orucuna və şəvvaldan altı gün orucuna müvəffəq et" deyə dua etdim. Allahu Təala məni də müvəffəq etdi.



10-07-2017 09:14:15