Ana səhifə

Yaradılış Qayəmiz


"İnsan nə üçün yaradılıb?"  sualıyla tez tez qarşılaşırıq. Belə bir sualı özümüzə yaxud bir başqasına verməyimiz, bizim üçün böyük bir İlahi ehsandır. Belə ki:

     Bu sualı günəş özündən soruşa bilmədiyi kimi, bir başqa ulduz da günəşdən soruşa bilmiş deyil. Yenə bu sualı bir arı bir başqa arıya, yaxud bir qoyun başqasından soruşmaqdan acizdir. Demək olar ki, bu sualın cavabını axtaran insan, öz varlığını istədiyi sahədə istifadə etmə mövzusunda sərbəst buraxılmış,bir axtarış içində və bu mövzuda bir imtahana tabe tutulmuşdur.

     Bu imtahanı qazanmağın tək yolu, sualın cavabını bizi yaradandan öyrənməyimizdir. Bu nöqtəyə çatan insanlar həqiqətin qapısını döymüş olarlar. Və özlərinə Quran diliylə, Peyğəmbər diliylə cavabları verilir.

"Mən cinləri və insanları, ancaq mənəibadət -qulluq- etsinlər deyə yaratdım."(Zariyat, 51/56)

    Nur Külliyyatında ibadətə "mərifət (tanımaq-bilmək)" mənası verilir. Bu məna üzərində çoxu təfsir alimlərimiz ittifaq etmişlər. Namaz, oruc kimi ibadətlər isə bu mərifətin nəticəsidir. Yəni, insan nemətin şükrü gərəkdirdiyini (istədiyini) idrak edəcək ki, sonra bu şükür və həmd vəzifəsini yerinə yetirsin.

    İnsan, bu kainatı dolduran İlahi möcüzələrin təfəkkür və heyrəti gərəkdirdiklərini biləcəkdir ki, təsbeh və təkbir vəzifəsini ifa etsin.

    İnsan, başqa insanlara mərhəmət etməsi lazım olduğunun şüuruna varacaqdır ki, zəkat və sədəqə vermək yolunu tutsun.

    Bütün bunlar imanın və mərifətin, yəni Allaha inanmanın və onu tanımanın meyvələridir.

Nur Külliyat'ından bir marifət dərsi:

"Bu kainatdan məqsədi-ala (ali məqsəd), təzahür-ü Rübubiyyətə qarşı, ubudiyyət-i küllîyə-yi insaniyyədir (insan ümumi ibadətidir)." (Sözlər, s.264)

   Rübubiyyəttərbiyə edicilik mənasına gəlir.Bütün aləmlərin hər birində bu hərəkət bir başqa şəkildə, bir başqa gözəllikdə, bir başqa mükəmməllikdə özünü göstərir. Və biz hər namazda Fatihə surəsini oxuyarkən, aləmlərin Rəbbinə həmd etməklə bu fərqli tərbiyənin şüurunda olduğumuzu elan etmiş oluruq.

İşıqlar aləmini də Allah tərbiyə edir, gözlər aləmini də. Vəbiz, günəşin işıq verəcək şəkildə, gözümüzün də ondan faydalanacaq şəkildə tərbiyə edildiklərini düşünərək Rəbbimizə şükr etməklə "təzahür-ü Rübubiyyətə qarşı, ubudiyyət (ibadət)" vəzifəmizi yerinə yetirərik.

Qida maddələrinin yeyiləcək şəkildə, ağzımızın, dilimizin, mədəmizin də onlardan faydalanacaq tərzdə tərbiyə edildiklərini nəzərə alaraq Rəbbimizin bu sonsuz ehsanını heyrət və təşəkkürlə qarşıladığımızda, yenə o rübubiyyətə qarşı ubudiyyətlə qarşılıq vermiş olarıq.

Kainatın yaradılması insan üçün, insanın yaradılması isə ubudiyyət üçündür.    Burada diqqətimizi iki kəlimə çəkir; âla (ali) və küllîyyə (külli) sözləri. Bu iki kəlimə bizə bu vəzifəni edən daha başqa varlıqlar da olduğunu xəbər verirlər. Burası da var ki, insan ubudiyyət vəzifəsini onlardan daha üstün və daha külli bir dərəcədə edə biləcək bir istedada sahibdir. Sözünü etmək istədiyimiz bu varlıqlar, mələklərlə cinlərdir.

   Bir mələk, bir meyvəni təfəkkür edərkən, dünənin şəkilsiz, rəngsiz elementlərinin bu gün gözəl bir varlıq halına gəlmələrini, sərt ağacdan bu yumşaq meyvələrin çıxmasını heyrətlə seyr edər. Amma o meyvənin dadını, vitaminini, kalorisini düşünə bilməz, təfəkkür edə bilməz. Çünki, istedadı buna uyğun deyildir.

    İnsana bu nöqtədə bambaşqa bir qabiliyyət verilmişdir. O, ağlıyla, xəyalıyla yalnız hazır əşyanı deyil, o anda görmədiyi nə qədər şeyləri hətta keçmişi və gələcəyi düşünəbilər. Beləcə fikri, düşüncəsi, anlayışı və feyzi küllîləşir. Əlinə aldığı bir meyvəni yeyərkən, o anda bir milyonu ötən canlı növünün sonsuz deyiləcək qədər çox fərdlərinin ruziləndiklərini, özünün də bu İlahi süfrədən faydalanan bir fərd olduğunu düşünə bilər və beləcə Allahın Rəzzaq adını külli mənada təfəkkür etmə imkanına qovuşar.

    İstəsə, düşüncəsini keçmiş və gələcək zamanlara da götürür. Bütün zamanlarda və məkanlardakı hər cür neməti və onlardan istifadə edənləri, xəyalının köməyi ilə birlikdə düşünür və təfəkkürü daha da küllîləşir.

   Bütün İlahi isimlərin təcəlliləri üçün bənzər şeylər deyilə bilər.

   Nur Külliyyatında, "İyyəkə nəbudu""Biz ancaq sənə ibadət edirik." ayəsinin şərhi edilərkən, ayəti kərimədə nə üçün "mən"  deyil də"biz" deyildiyinə diqqət çəkilir və belə deyilməklə üç ayrı camaatın qəsd edildiyi dərs verilir. Bunlardan biri bütün möminlər, digəri bədənimizdə vəzifə görən və hər biri özünə məxsus bir ibadətlə məşğul olan bütün orqanlar, hüceyrələr, duyğular, .., üçüncüsü isə bütün bir varlıq aləmidir.

   Demək ki, insan bütün varlıq aləmi adına "İyyəkə nəbudu" deyə biləcək bir qabiliyyətdədir. Məhz tək başına da namaz qılsa, fərdiyyətdən qurtulub bu üç camaatın ibadətlərini Rəbbinə təqdim edən insan külli bir ibadət etmiş deməkdir.

    İnsanın bu kainata meyvə olması da belə bir nəticəni doğurmaqdadır. Bir ağacın bütün hissələrini şüurlu fərz etsəniz, ən külli təfəkkürü meyvə edəcək. Çünki meyvənin içindəki nüvə bütün ağacdan süzüldüyü üçün o meyvədə ağacın bütününün ibadətlərini təmsil etmə, təfəkkür etmə qabiliyyəti olacaq.

   Bu külli ubudiyyəti (ibadəti) ən irəli dərəcədə edənlər, kainat ağacının ən mükəmməl meyvələri olan peyğəmbərlər və xüsusilə Peyğəmbər Əfəndimiz Hz. Muhəmməddir (s.ə.s.) .

   "Məqsədi-ala (ali məqsəd) və ubudiyyət-i küllîyə (külli ibadət)" mənaları bu qüdsi hədis arasında yaxın bir əlaqəvardır: "Sən olmasaydın mən fələkləri yaratmazdım."

***

   Nur Küllîyat'ında insanın vəzifəsiylə əlaqədar bir çox bəhs mövcuddur. Bunların bir xülasəsi olaraq bir neçə maddəni təqdim etmək istəyirəm:

   - Ruhuna bir İlahi ikram olaraq taxılan, elm, iradə, görmə, eşitmə kimi sifətlərini Allahın sifətlərini bilməyə bir vasitə olaraq istifadə etmək. Öz ruhundan İlahi sifətləri bilmək üçün açılan bu marifət (bacarıq, ustalıq, hünər) pəncərələrini yaxşı qiymətləndirmək.

- Ağıl qüvvətini hikmət dairəsində, şəhvət qüvvətini iffət dairəsində, qəzəb qüvvətini şücaət dairəsində istifadə etmək.

- Məhəbbətini ancaq Allaha vermək və məxluqatı da yenəOnun adına, Onun isimlərinə ayna olmaları, kamalına işarə etmələri, camalından xəbər vermələri cəhətiylə sevmək.

  - "İbadətlərin bütün növlərinə uyğun bir fitrətdən" yaradıldığının şüurunda olub, bütün ibadət çeşidlərinin ayrı-ayrı feyizlərindəəzəmətli ölçüdə nəsiblənməyə çalışmaq.

    - Özünə verilən "qəlb, sirr, ruh, ağıl hətta xəyal və sair qüvvələrin əbədi həyata üzlərini çevirmək." Beləcə bunların hər birini özünəməxsus ibadətiylə məşğul etmək.

   - Duyğularının hər biriylə Allahın rəhmət xəzinələrindən birini açmaq, ondan gözəl faydalanmaq və külli şükr etmək.

  - Acizliyini ölçü götürərək Allahın qüdrətini, fəqirliyinə baxaraq Onun rəhmətini, nöqsanlıqlarını düşünərək Onun kamalını,mükəmməlliyini təfəkkür etmək. Rəbbini sonsuz kamal, rəhmət və qüdrət sahibi, öz nəfsini isə yenə sonsuz aciz, fəqir və nöqsan bilmək.

  - Ruhunu günahlardan, bədənini də hər cür kirlərdən, pisliklərdən uzaq tutaraq İlahi hüzura çıxmaq.

   - Özünü Allahın ən mükəmməəsəri olma cəhətiylə mələklərin, ruhanilərin seyrinə, tamaşasına gözəlcə təqdim etmək.

     Məhz insan bu kimi ülvi məqsədlər üçün yaradılmışdır.Amma çox təəssüf ki, bir çox insan, özünü unutmuş və bu qayələrdən qafil olaraq yalnız dünya həyatını rahat bir şəkildə keçirmək üçün çapalayır. Bütün kainatın ibadətlərini təmsil etmə qabiliyyətinə sahib olduğu halda, yalnız ətrafındakı bir qrup insanın təvəccöhünü qazanmağı və özünü onlara bəyəndirməyi həyatına qayə edir.

   Bir müddət sonra özü də, o insanlar da dünyadan köçüb gedir və bütün bu qayələr də onun bədəniylə birlikdə sanki torpağa basdırılıb qeyb olur.



08-05-2017 06:35:32