Ana səhifə

Əbu Hənifəyə gore təsbihat fərz namazından sonradir,yoxsa sunnədən sonra? Təsbihatı camatla etmək olarmı?


YazdırSend to friend
Sual Detayı: 
Hənəfi məzhəbinə gorə təsbihat fərz namazından sonradı,yosa sünnədən sonra.təsbihat camaatla edilmelidi yoxsa tek?
Cavab: 

Və aleykumussalam.

İlk növbədə qeyd edək ki, namazdan sonra təsbihat və dua oxumaq fərz deyil; bunlar sünnədir. Edildiyi təqdirdə savabı və fəziləti çoxdur; edilməzsə da bir günahı yoxdur.

İstər Fərzdən sonra istərsə də sünnədən sonra olsun, hər ikisi də uyğundur. Önəmli olan namazın ardından dünyəvi bir iş etmədən təsbihat edilməsidir.

Dua və təsbehlər fərz namazından sonra edilər. Ancaq əgər fərzdən sonra sünnə varsa sünnə qılındıqdan sonra təsbihat edilər. Hənəfilər fərz namazlarından sonra təsbihat edilməsinə müxalif deyil. Fərzdən sonra sünnə qılınıb daha sonra təsbihat edilməsi ilə fərzdən sonra edilməsi arasında bir fərq yoxdur. Necə ki bu sünnələr də fərzə bağlı olan sünnələrdir.

Bu səbəblə, əgər fərz namazdan dərhal sonra sünnəni də edəcəksə, hamısı bitdikdən sonra etməsi daha uyğun olar.

Rəsulullah (sallallahu aleyhi va səlləm) sünnət namazlarını mübarək hücrəsində qılardı. Əgər biz də sünnət namazlarımızı evimizdə qılacağıqsa o zaman həm fərzdən sonra, həm də sünnətdən sonra təsbihat etmək lazımdır. Çünki Rəsulullah (sallallahu aleyhi va səlləm) hər namazdan sonra təsbih, dua edərdi. Amma bilmək lazımdır ki, sünnət namazı evdə qılacam deyə məsciddən qaçmaq, sonra da sünnət namazı qılmamaq elə bidət işləməyin özüdür. Çünki Sünnətin tərki bidətdir. Müvəffəq edən Allahdır.

Bildiyimiz qədəriylə məscidlərdə camaatla etdiyimiz müəzzinli təsbihat, Bilal Həbəşi`nin müəzzinliği içində mövcud deyildir. Onun zamanındakı təsbeh dualarını, namaz qılan şəxslər tək başına edirdilər, müəzzinli, camaatla səsli təsbihat tətbiq olunmurdu. Sonralar insanlarda laqeydlik və unutqanlıqlar başladığı görülüncə bu günki camaatla təsbihatın məscidlərdə başladıldığı aydın olmaqdadır.

Namaz təsbihatını tək başına etmək mümkün olduğu kimi, camaat halında yerinə yetirmək də mümkündür.

Camaatla qılınan namazlardan sonra bu təsbeh və duaları müəzzinin iştirakı ilə camaat da birlikdə edər ki, fəzilət və savabı baxımından daha gözəl və daha münasibdir.

Namaz tesbihatının camaat halında edilməsinin sünnədə yerinin olub olmadığına gəlincə, Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi və səlləm  toplu halda edilən zikr, dua və ibadətləri hər səfərində təşviq etmiş; səhabələrini toplu halda söhbət edən, zikr edən və ibadət edən halda görsə məmnun olmuş və onlara bəzi müjdələr vermişdir.

Hz. Muaviyenin rəvayətinə görə; bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Səhabələrdən bir qisiminin bir halqa təşkil edərək oturduqlarını gördü. Yanlarına gəldi və soruşdu:

"Nə məqsədlə bir araya gəlib burada oturdunuz?"

Onlar, "Bizə İslâm kimi bir din bəxş edən və bu yolla bizi imtahana tabe tutan Allah'ı zikr etmək və ona həmd etmək üçün oturduq." dedilər.

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm daha bir dəfə soruşub, onlardan andlı bir cavab aldıqdan sonra belə buyurdu:

"Sizi günahlandırmaq üçün and etdirdiyimi düşünməyin. Lakin bu var ki; mənə Cəbrayıl gəldi, Əziz və Cəlil olan Allah'ın mələklərinə qarşı sizinlə fəxr etdiyini xəbər verdi. " (Müslim, Zikr 40)

Görüldüyü kimi, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm, namazdan sonra olmasa da, hər hansı bir vəsiləylə bir araya gəlib zikr və Allahı təsbehlə məşğul olan möminləri belə mədh etmişdir. Hər nə qədər namaz təsbihatı Peyğəmbərimizin (s.ə.s.) zamanında camaat halında toplu olaraq edilməmiş olsa belə, daha sonrakı müctəhid imamlar zamanından etibarən hər namaz qılanın rahatlıqla edə bilməsi və zikrin savabından məhrum qalmaması üçün camaat halında edilməsinin daha faydalı olacağı əsas olaraq mənimsənmişdir.

Camaatla qılınan namazlardan sonra, camaatın olduğu yerdən ayrılaraq sünnəni və təsbehi mümkünsə fərqli yerlərdə etmələri müstəhəbdir. İbni Abidin`də keçən bir rəvayətə görə, belə etmənin sünnə olduğu da deyilər. Fərzlərdən sonra səfləri pozmaq bütün beş vaxt namazlar üçün bəhs mövzusudur. Səhər və ikindi namazı haqqında hər hansı bir ayrı-seçkilik edilməmişdir. Fərzdən sonra səfləri pozmaqa məqsəd, namaza sonradan çatanların hələ fərz qılındığını sanmamaları üçündür. Fərzdən sonra sünnənin fərqli yerdə qılınması, camaatla qılınan namazlarda da müstəhəbdir. Məhşərdə, səccadə və yerin namaz qılana şəhadət edəcəyi rəvayət edilməkdədir. Bunun üçün, nə qədər çox yerə səcdə edilərsə o qədər məkan insana hüsnü-ü şahidlik edərlər. Çünki o biri aləmdə bütün varlıqlar şüurludur və Allah'ın diləməsiylə danışarlar. Fərzdən sonra sünnəti və duanı müxtəlif yerlərdə tamamlamaq əlverişli olmadığı təqdirdə, olduğumuz yerdə tamamlamaq caiz olacağını ifadə edən görüşlər də mövcuddur.( əl-İmam Alâüddin əl-Kâsânî. Bədâiü’s-Sanâi. (Beyrut: Dârü’l-Kitâbi’l-Arabî, 1402-1982), 1:160; İbni Âbidîn, 1:356.)

Hənəfi Məzhəbində namazdan sonrakı zikr niyə sünnət qılındıqdan sonra edilir ?



23-08-2014 11:51:08