Ana səhifə

Əgər qadın 6 gün heyz olub təmizləndiyini qismən bilsə və qüsul alıb oruc tutub namaz qılıb yatsa, lakin zöhrdən əvvəl cüzi qan ləkəsi görərsə bunun hökmü nədir? Orucu və namazı batildir?


YazdırSend to friend
Sual Detayı: 
Eger qadin 6 gun heyz olub temizlendiyini qismən bilse ve qusul alib oruc tutub namaz qilib yatsa lakin zohrden əvvəl cuzi qan lekesi görərse bunun hokmu nedir?orucu ve namazı batildir?
Cavab: 

Sələmun aleykum

Qadın normal heyz günlərini bilirsə və bu altı gündürsə növbəti gün gördüyü xəstəlik halıdır. Bu halda orucunu tutar və namazlarını qılar. Ehtiyata uyğun olaraq Ramazan ayından sonra bir gün qəza orucu tutar.

Hənəfilərə görə, heyzin ən qısa müddəti üç gün, üç gecədir. Bundan az olarsa üzr qanı sayılır. Ortalama 5 gün, ən uzun isə 10 gün, 10 gecə olanıdır. 10 gündən çox olan qanamalar üzr qanaması kimi qəbul edilir. ən qısa 3 gün və ən uzun 10 gün müddət arasında məydana gələn qanamalar isə “heyz qanı" sayılır. İstinad etdikləri dəlil bu hədisdir: "Subay və ya dul qadın üçün ən qısa aybaşı halının müddəti üç gün, ən uzun müddəti isə on gündür.” (Zeyləi, Nəsbur-Rayə, l, 191) Şafeilərə görə ən qısa müddət 1 gün, 1 gecə; ən uzun müddət 15 gün olmaqla bərabər, qadınların əksəriyyətinin aybaşı halının müddəti altı və ya yeddi gündür. Malikilər, ən az müddət üçün bir hədd qoymazkən, ən uzun müddəti, yəni aybaşı olmağa başlamış bir qadın üçün 15 gün olaraq müəyyən edirlər. (Kasani, l, 39; İbnul-Hümam, e.a.ə., l, 11; İbn Rüşd, e.a.ə., l, 48 vd.; İbn Qüdamə, Muğni, l, 308.

Qanamanın heyz halının davam etdiyi müddət ərzində fasiləsiz olaraq baş vərməsi şərt dəyildir və aramla olma ehtimalı yüksəkdir. Məsələn; heyz halı 4 gün davam etsə, sonra 2 gün kəsilib, bundan sonra yenə 2 gün davam etsə, bu 8 günün tamamı heyz halı hesab edilir.

İki aybaşı halı arasındakı təmizlik halına "tuhr" dəyilir. Bunun müddəti 15 gündən az olmaz. Ancaq bundan çox ola bilər. Bu hal aylarca, illərcə davam edə bilər. Bu şəkildə təmizlik halı uzanıb gedən qadına "mümteddut-tuhr" dəyilir.

Maliki və hənbəlilərə görə, heyz halının görüldüyü müddətdə qanın kəsildiyi günlərə "təmizlik günləri (yevmunnəka)" dəyilir. Aybaşı olan qadın bu günlərdə təmiz sayılır və digər təmiz qadınların edə biləcəyi işləri edər

Bəzi qadınların heyz günləri sayılı və müəyyəndir. Məsələn; hər ay 5 və ya 6 gün aybaşı olurlar. İlk dəfə aybaşı olan gənc bir qızda, aybaşı halının günləri bununla müəyyən olur. Məsələn; belə bir gənc qızda, ilk dəfə olaraq altı gün qan gəlsə və bundan sonra 24 gün təmiz qalsa, artıq bu şəkildə aybaşı halının günləri müəyyən olmuş olar. Bu gənc qızdan ayrıca olaraq xəstəliyi səbəbiylə üzr qanı gəlməyə başlayarsa, hər ay aybaşı halı 6 və təmizlik günləri də 24 gün olaraq hesab edilir.

Bəzi qadınlarda heyz günləri, bir ayda 5, digər ayda 6 gün olmaq üzrə aybaşı halı dəyişkən ola bilər. Bu vəziyyətdə ehtiyata görə əməl etmək lazımdır. Məsələn; belə bir qadın, altıncı gün olunca yuyunar, namazlarını qılar və ya Ramazan ayıdırsa orucunu tutar. Çünki bu altıncı gündəki qanamanın, üzr qanı olması ağla gəlir. Ancaq altıncı gün çıxmadığı müddətcə cinsi münasibət, boşanmışsa iddəti qurtarmış sayılmaz. Çünki bu altıncı gündəki qanamanın aybaşı qanı olması ehtimalı var.

Bir qadının adət etdiyi aybaşı halı müddətinin dəyişmiş sayılması üçün, ən az iki dəfə başqa bir müddət daxilində məydana gəlməsi lazımdır. Məsələn; müntəzəm olaraq hər ay 5 gün müddətində aybaşı halı olarkən, bu müddət daha sonra 6 günə çıxsa, artıq bu yəni müddətə görə hesablanır.

Aybaşı halında əvvəlcədən müəyyən olan sıranı keçən, ancaq 10 günü keçməyən qanamalar, aybaşı qanaması sayılır. Məsələn, hər ay 7 gün aybaşı qanı gələn bir qadın, daha sonra 10 gün gələrsə, aybaşı halının müddəti 10 günə çıxmış olar. Ancaq müəyyən günlər sayısınca olan bir aybaşı halından sonra, qanama müddəti 10 günü keçərsə, əvvəlcədən müəyyən olunan günlərin sayısına etibar edilir və artıq günlərdə gələn qan isə üzr qanı sayılır. Məsələn, daha əvvəl 7 gün olaraq bəlli günlər sayısınca aybaşı halı olan bir qadın, daha sonra hər ay 11 və ya 12 gün qan görərsə, bunun əvvəlcədən bəlli olan 7 günü heyz, gəri qalan 4 və ya 5 günü isə üzr qanı kimi qəbul edilir.

Əvvəlcədən müəyyən olunan bəlli günlərdən əvvəl gəlməyə başlayıb və cəmi 10 günü keçməyən qanamalar da heyz qanaması sayılır.Əgər 10 günü keçərsə əvvəlcədən bəlli olan günlər sayısınca gələn qan heyz, bu günlərdən əvvəl gələn qan isə üzr qanıdır. Məsələn, hər ayın başında 5 gün heyz olan qadın, daha sonra bu bəlli beş gündən əvvəl 2 və ya 3 gün artıq qan gəlməyə başlayarsa, bunların cəmi olan 7 və 8 gün aybaşı müddəti sayılır. əgər cəmi 10 günü keçərse, əvvəlcədən bəlli olan 7 günü heyz, artıq günlər isə üzr qanı qəbul edilir.

Aybaşı halının müddəti daxilində qanamanın kəsilməsi:

Bəzi vaxtlarda aybaşı halı davam etdiyi halda qanama kəsilir, sonra yenə gəlməyə başlayır. Belə bir halda, hənəfi və şafeilərə görə qadın, aybaşı günlərinin içində qanın gəlmədiyi günlərdə də heyzli sayılır. Məsələn; bir qadından bir gün qan gəlsə və ikinci gündə qan kəsilmiş olsa, üçüncü və ya dördüncü günləri yənidən qan gəlməyə başlayarsa, qadın bütün bu vaxt ərzində heyzli sayılır. Buna görə, iki qanama arasında məydana gələn təmizlik günləri, aybaşı halını bölən bir müddət olaraq qəbul edilməmişdir. əksinə, başdan və axırdan qanın gəlməsi şərtiylə, on günü keçməyən bu müddət içində qadın heyzli sayılır.” (İbn Rüşd, e.a.ə., l, 52; Züheyli, e.a.ə., l, 463; İbn Abidin, e.a.ə., l, 263 vd.; Bilmən, e.a.ə., 95 vd.)

Davamlı olaraq üzr qanı gələn qadının aybaşı halı müddətinin hesablanması:

İlk dəfə aybaşı halı olmağa başlayan bir gənc qızın, aybaşı halı müəyyən olunmadan qanı kəsilməyib davam edəcək olarsa, hər aydan on günü "heyz", iyirmi günü də "təmizlik"günləri sayılır. Bu təmizlik günlərində üzr sahibi olan şəxs kimi əməl edər.

Hər dəfə müəyyən günlər sayısınca aybaşı halı olan bir qadın, xəstəlik səbəbiylə davamlı olaraq qan gəlməyə başlayarsa, əvvəlcədən müəyyən olan günlər qədər heyzli, bunun xaricində təmiz sayılır. Yenə hər ay on gün heyz; 20 gün və ya 6 aydan daha az bir müddətdə təmizlik halı bəlli olan bir qadından daha sonra davamlı olaraq qan gələrsə, hər ayın 10 günü heyz, digər 20 günü və ya 6 aydan az olan müddətdə təmizlik sayılır. Ancaq təmizlik müddətini 6 ay keçərse, 6 aydan bir saat nöqsan qəbul edilir. Çünki 6 ay, hamiləlik müddətinin aşağı həddidir.

 

Bir xəstəlik və ya diqqətsizlik nəticəsində, adət günlərini unutmuş olan bir qadına "mütəxəyyirə" dəyilir. Belə bir qadında kəsilmədən qanama davam edərsə, aybaşı halının müddətini qənaətinin ağır olanına görə qəbul edər. Qənaətinin ağır gəldiyi bir tərəfi yoxdursa, ehtiyata görə hərəkət edər. Məsələn; aybaşı halı müddətinin 5 gün olduğuna qənaət gətirərsə buna tabe olar. Əgər ehtiyata görə hərəkət edəcəksə; boşanma iddətinə görə adəti 10 gün, təmizlik müddəti də 6 aydan bir saat nöqsan olaraq müəyyən edilir. Başqa bir görüşə görə isə, təmizlik müddəti 2 ay olaraq qəbul edilir.” (Bilmən, e.a.ə., 97.)

Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)




25-06-2015 10:05:09

Düğüme özel