Ana səhifə

Əhd edib yerinə yetirməmək günahdırmı?


YazdırSend to friend
Sual Detayı: 
essalamun aleykum ve rehmetullah,eger bir insan deseki ALLAHIM bu arzumu yerne yetir,50 ruket wukur namazi qilacam ve ya neblim nezir verecem bunu demek gunahdi werti kimi sayilir???
Cavab: 

       Və aleykumusSalam və Rahmətullah.

    Belə bir əməl etmək günah deyildir. Bəli şərt kimi sayılır və onu etməyiniz üzərinizə vacib olar.

  Həsr etdiyi əhdi unudan kimsə nə etməlidir? Adak kəsərkən, bu qədər oruc tutacağam, bu qədər namaz qılacağam, bu qədər sədəqə verəcəyəm demişdim, lakin bu an ədədləri xatırlamıram. Nə etməliyəm? ..

     Adak (əhd), Allah Təalaya ibadət məqsədilə, mükəlləf olmadığı halda mübah olan bir işi etməyi qərarlaşdırmaq, insanın elə bir əməli özünə vacib etməsi və bunu edəcəyinə dair Allah`a söz verməsidir.

    Ümumi olaraq müəyyən bir şərtə bağlanan əhdlər, göstərilən şərtin reallaşmasından əvvəl edilməzlər. Məsələn "Filan işim olarsa bu qədər oruc tutacağam." deyə əhd edilib, o işi reallaşmadan əhd etdiyi orucu tutarsa, əhd etdiyini yerinə yetirmiş olmaz. Adı keçən işi baş verdikdə yenidən o orucu tutması lazımdır.

     Eyni şəkildə bu cür bir əhd müəyyən bir zaman, yer və kəslərə yaxud müəyyən bir şəklə bağlanırsa, mütləq bu təyin olunan şəkildə edilməsi şərt deyil. Məsələn "Filan işim olarsa filan gün və ya filan ay oruc tutacağam, bu pulu filan adama verəcəyəm." yaxud, "Bu qədər namazı filan məsciddə qılacağam." desə, göstərilən işi baş verdikdə ifadə etdiyi gün və ya ayda oruc tutması şərt deyil. Zikr edilən kəsə təyin etdiyi pulu verməsi, yaxud söylədiyi məsciddə namaz qılması şərti aranmamaqdadır. Orucunu istədiyi bir zamanda tutması, sədəqəsini istədiyi kimsəyə verməsi, namazını istədiyi hər hansı bir məsciddə qılması mümkündür.

      Buna görə bu işim olarsa bu qədər oruc tutacağam, bu qədər nafilə namaz qılacağam, bu qədər sədəqə verəcəyəm deyən bir kimsənin, o işi olduqda bu əhdlərini yerinə yetirməsi vacib olar. Eyni zamanda vacib savabı da almış olar.

      Nə qədər əhd etdiyini (yəni nə qədər edəcəyinin sayını) unudan bir kimsə, üstün gələn qənaətinə, ehtimalına görə hərəkət edər (yəni ən çox hansı say yadında qalmışsa o qədər yerinə yetirər).

      Allah bizləri əhdə vəfa edən və sözünün üstündə dura bilən və qiyamət günü bu bəndəm sözünün üstündə duran qullarımdan idi onun bu əməlinə görə filan filan günahlarını bağışladım deyilə bilən qullarından etsin. Amin!!!

     "Borcum bitsə bir il oruc tutacağam" deyə əhd edən kimsə nə etməlidir? Adak (əhd) üçün oruc tutulan zamanlarda qəza oruclarına niyyət edilərsə, adak (əhd) orucuna zərər verir mi?

     Bu məsələnin fəzilət tərəfini açıqlayan hədis vardır. Yəni; bir insan hər ayın bəzi günlərində oruc tutarsa, sanki bütün il oruc tutmuş kimi olar. Əslində bu ifadə insanları oruc tutmağa təşviq edən bir irşad metodudur. Bununla bərabər, bir həqiqəti də ifadə etməkdədir. Belə ki:

    On iki ayın hər birində üç gün oruc tutan, ildə 36 gün oruc tutmuş olar. Yaxşı əməllərin minimum qarşılığı edilən işin on mislidir. Bu Qur`an ilə sabitdir. Bunun cəmi isə, (10x36 = 360) gün olur ki təxminən bir ildir. Necə ki,

    "Ramazandan sonra Şəvval ayında altı gün oruc tutan bir il tutmuş kimi olar" məalındakı hədis də sanki eynilə yuxarıdakı mövzudan bəhs edir. (30 + 6x10 = 360).

    Adak (əhd) isə, insanın niyyətinə görə formalaşan və yerinə yetirilməsi lazım olan bir ibadətdir. Verilən sözün həqiqətən yerinə gəlməsini gərəkdirir. Onun üçün, "Bir il oruc tutacağam." deyən bir kimsənin -oruç tutulması caiz olmayan günlər, qadınların xüsusi hallarda olduğu günlər və ramazan ayı istisna olmaqla (ki bunu onsuz da tutacaq) - bütün bir il boyunca oruc tutması lazımdır. Bir də bir il içərisində xəstə və ya səfərdə olduğu günlərdə tutmaya bilər. (Bax. Əl-Fiqhu'l-İslami, III / 479).

    Əgər bunu bacarmaq sizcə qeyri-mümkün kimi görünürsə, bu təqdirdə -heç olmazsa, söylədiyiniz metodu tətbiq etməniz, -gücümüzün üstündə, səhv olaraq- əhd etdiyinizi yerinə yetirmədiyinizdən ötəri da Allah`dan bağışlanma diləmək, tövbə- istiğfar etməniz yerində bir davranış olar ...

    Adak orucu tutarkən, qəza orucuna niyyət edilməz. Həm əhd həm də qəza borcu olan kimsə, ya əhd niyyətinə ya da qəza niyyətinə oruc tutmalıdır.



16-07-2015 12:22:20

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz