Ana səhifə

Əhli kitab olan bir qadınla evlənmək caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Əhli kitab olan bir qadınla evlənmək caizdir?
Cavab: 

Özünün xristian və ya yəhudi olduğunu söyləyən bir qadınla evlənmək caizdir. Nigah etibarlıdır. Ancaq şəxsiyyətində xristian yazdığı halda özü ateist olan bir qadınla evlənmək caiz deyil.

 

Müsəlman qadın və kişi, müşriklərlə evlənə bilməz. Müşrik qadın, Allaha başqa şeyləri şərik qoşan, məsələn bütə, ulduzlara, alova ya da heyvana ibadət edən qadındır.

 

Allah Təala belə buyurur: "Ey iman edənlər! Allaha şərik qoşan qadınlarla, onlar iman etmədikcə evlənməyin... (1)

Bir müsəlman kişinin Yəhudi və ya xristianlardan bir qadınla evlənməsində bir qorxu yoxdur. Bu mövzuda üləma icma etmişlər.Ayədə belə buyurulur: "...Sizdən əvvəl özlərinə kitab verilənlərdən yenə azad və iffətli qadınları, mehirlərini verib evləndirin, onlar sizə halaldır. "(2)

Əhli kitab olan bir qadınla evliliyinin mübah olmasındakı hikmət; bu qadının müsəlmanla evlənməsi səbəbi ilə Allaha, peyğəmbərlərə, axirət gününə, İman etmə ehtimalıdır.

 

Müsəlman bir qadının müsəlman olmayanla evlənməsi

Müsəlman bir qadının bir kafirlə evlənməsi icma ilə haramdır. "Müşrik kişilərlə iman etmədikcə onlarla mömin qadınları evləndirməyin. " (3)

Çünki belə bir evlilikdə, mömin qadının küfrə düşməsi qorxusu vardır. Ər, arvadını öz dininə çağıracaq. Qadınlar ümumiyyətlə kişilərinə uyğunlaşdırar və onların etdiklərindən təsirlənərlər və onları dinlərində təhrik edərlər. (4)

Bir kişinin iki bacısı ya da qadın İlə bibi və ya xalasını bir nikahda toplaması haramdır. Allahu Təala evlənilməsi haram olan qadınları açıqlayarkən: "Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.," (5)

Hədislərdə də bu mövzu genişlədilərək açıqlanmışdır: "Qadın ilə bibi və xalası bir nikah altında toplana bilməz." (6)

Bir-birinə çox yaxın olan qadınlarla eyni anda evlənmənin qadağan edilməsinin hikməti, daha çox əxlaqidir. Bu cür evliliklərdə bir-birinə yaxın qohum olanları  eyni anda evləndirmək, onlar arasında qısqanclıq və rəqabətə gətirib çıxarar. Silayi rəhmin kəsilməsinə səbəb olar. Çox dəfə bir-birləriylə razılaşa bilməz, uyğunlaşa bilməzlər. Belə bir vəziyyət haramdır.

 

(1) Bəqərə, 221

(2) Maidə, 5

(3) Bəqərə, 221

(4) Fətvayyi Hindiyyə 11/330

(5) Nisa, 23

(6) Buxarı. Nigah. 27

 

Mustafa Kasadar Sadiq Akkiraz Qadın İlmihalı S. 356-357



17-01-2010 02:31:51

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz