Ana səhifə

Ələq surəsi ilk enən surə ola bilərmi? İlk ayəsinin təfsirini verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Alak suresin 1aye tefsiri be bu aye ilk nazil olan ayedirmi? Resuli Ekreme peygemberlik vehyi ozamanmi held I?
Cavab: 

Fərqli görüşlər olsa da, çoxu təfsirçiyə görə Ələq surəsinin ilk 5 ayəsni ilk vəhy olan ayələrdir. 

Ələq Surəsi 1. Ayəsinin Təfsiri:

"Nüzulu" hissəsində açıqlandığı üzrə bu ayələr Hz. Peyğəmbərə enən ilk vəhy olub ona və onun şəxsində bütün müsəlmanlara oxumağı əmr etmiş, onları qələmlə yazmağa və elmdə inkişaf edib yetkinləşməyə təşviq etmişdir. İlk vəhyin "oxu" əmriylə başlaması və bu əmrin iki dəfə təkrar edilməsi, oxumanın və bilmənin dində və insan həyatında nə qədər əhəmiyyətli olduğunu göstərməkdədir. Quranın, canlılar arasında insanın fərqli və üstün yerini onun öyrənmə xüsusiyyəti ilə təyin etməsi son dərəcə mənalıdır (ayrıca bk. Bəqərə 2/31). Ayədə Hz. Peyğəmbərə əmr edilən oxumanın mövzusu ifadə edilməmişdir; çünki başda özünə endirilən vəhy və kosmik kainatdakı ayələr olmaq üzrə, oxunması yəni üzərində araşdırma edib zehin yoraraq haqqında məlumat əldə edilməsi, dərs və ibrət götürülməsi lazım olan hər şeyi tanıması, həqiqətini anlayıb qavraması istənməkdədir. Şübhə yox ki yaradanı tanımaq, dinin də elmin də təməl məqsədidir. Bu səbəblə "Yaradan rəbbinin adıyla oxu!" buyurularaq Hz. Peyğəmbərin oxuma fəaliyyətinə və ya hər hansı bir işə, başqa varlıqların adıyla deyil, yaradan rəbbinin adıyla başlaması və ONdan kömək istəməsi əmr edilmişdir. Ayəyə "Yaradan rəbbinin adıyla oxu!" şəklində də məna verilə bilər. Nəticədə oxumanın (və ya hər hansı bir fəaliyyətin) Allahın adıyla, Allah üçün və Allah adına edilməsi əmr edilmişdir. Ayədə "Yaradan rəbbinin adıyla oxu!" buyurularaq xüsusilə yaratma sifətinə vurğu edilmişdir. Çünki həm insandakı oxuma qabiliyyəti və imkanını həm də onun oxuduğu, araşdırdığı, anlamağa və qavramağa çalışdığı objeleri, obyektləri yaradan Allahdır. İnsan, məlumat əldə etmə müddətində Allahın verdiyi imkan və qabiliyyətləri istifadə etməkdə, onun yaratdığı şərtlərdə və onun yaratdığı varlıqlar üzərində araşdırma və araşdırmalar etməkdədir. Vəziyyət belə ikən, yəni onun yaratdığı qabiliyyətlərlə onun yaratdığı varlıq aləmini araşdırarkən, bütün bu lütfləri görməzlikdən gələrək Allaha şükr etməmək, ONU tanımamaq, üstəlik bunu elm adına etmək böyük bir nankorluqdur.

Qaynaq: Diyanət İşləri Başqanlığı, Quran Yolu Təfsiri



09-04-2014 08:06:30

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz