Ana səhifə

Əlfaz-ı küfr söyləyən şəxs kafir olarmı? Bir kimsənin bəzi sözlərindən dolayı ona kafir demək, təkfir etmək doğrudurmu? ..


YazdırSend to friend
Sual Detayı: 
Təkfir etmə və elfazı küfr, bir kimsənin bəzi sözlərindən ötəri ona kafir demək doğrudur?
Cavab: 

   Gözümüzün qarşısından heç ayrılmayan günümüz fitnəsi, bəzi müsəlmanları çalışmağa sövq etdiyi halda, bəzilərini də ümidsizliyə salır. Bunlar, içlərindəki fışqırmaya istiqamət verə bilmədiklərindən, təsəllini, günahkarlara söymədə, üsyankarlara çatmada, onları kafirliklə ittiham etmədə tapırlar. Şeytan, bu kimi müsəlmanları böyük bir təhlükənin, dəhşətli bir uçurumun kənarına itələyir.

    Peyğəmbər əfəndimizi (s.ə.s.) dinləyək: "kim qardaşına kafir desə, ikisindən biri mütləq kafir olmuşdur. Əgər ittiham edilən kafir deyilsə, küfr ittiham edənə dönər. (Buxârî, Ədəb, 73; Müslim, Îmân, 26)

   Bəli bu yağışdan qaçarkən doluya tutulmağın ən acınacaqlı görüntüsüdür... Nəfs dayanmadan məcbur edir, şeytan fasiləsiz təşviq edir: buna söy! Bunu döy! Buna kafir, buna münafiq de!. Bu, böyük bir yaramazlıqdır. 

    Qarşımızda günah işləyən, tanımadığımız biri. İç aləmimizdə bir mübarizə: pisə yozmaqla (suyi zənn), yaxşıya yozmaq (hüsnü zənn) arasında qalırıq. Nəfs deyir ki, bu adam kafir olmasa bu böyük günahı işləməz... Ürək və vicdan isə, "böyük günah işləmək adamı kafir etməz, bəlkə bu günahı küfründən deyil də nəfsinə hakim ola bilmədiyindən, yaxud cəhalətindən işləməkdədir; günahkardır, fasiqdir, amma kafir olduğunu dərhal iddia etməməliyik" deyərək tədbir yolunu tuturlar.

    "Günah-ı kəbâir (böyük günahlar) işləyən kafirdirmi?" mübahisəsi Əhli sünnə alimləri ilə xaricilər və mutəzilə arasında əsrlərcə davam etdi. Xaricilər böyük olsun kiçik olsun hər günah işləyənin kafir olub əbədi olaraq cəhənnəmdə qalacağını iddia etdiyi halda, mutəzilə böyük günah işləyənin nə kafir nə də mömin olmayıb, imanla küfr arasında qalacağını müdafiə etdi. Beləcə hər iki qrup da həqiqətdən uzaqlaşaraq "dəlalətə" düşdülər.

    Bu mübarizənin sonunda qalibiyyət Əhl-i sünnənin oldu. Bu qalibiyyət bayraqları saymaqla bitməz. Biz yalnız ikisini nəql etməklə kifayətlənəcəyik:

     Yəhya bin Muaz buyurur:

    "Bir anlıq iman, yetmiş illik küfrü məhv edər, yox edər. Necə olur ki yetmiş illik iman, bir anlıq günahla yox olur."

 "Kim Allahın endirdiyi ilə hökm etməzsə, məhz onlar kafirdirlər" (Maidə, 44)

   ayəsini səhv təfsir edərək, "Allaha üsyan edən, günah işləyən hər kəs kafirdir" deyən xaricilərə qarşı, əhli sünnə alimlərinin fikirlərini bir kimyagər kimi təhlil edən Fəxrəddin Razi həzrətləri bu barədə ən məqsədəuyğun görüşün Hz. İkrimiyə (r.ə.) aid olduğunu ifadə buyurar.

    İkrimə həzrətlərinin zəfər bayrağımız olan bu ifadələrini birlikdə oxuyaq:

"Haqq təalanın ‘kim Allahın endirdiyiylə hökm etməzsə...' ifadəsi, həm qəlbi, həm də diliylə inkar edənləri əhatə edir. Qəlbi ilə onun Allahın hökmü olduğunu bilib sonra da diliylə onun Allahın hökmü olduğunu təsdiq edib, buna zidd olan şeyləri edən kimsəyə gəlincə, o da Allahın endirdiyi ilə hökm etmiş, amma onu əməli olaraq yerinə yetirməmiş olar. Buna görə də, belə bir kimsənin bu ayənin hökmünə daxil olması gərəkməz..." (Təfsir-i kəbir-9/86)

    Yaxın tariximizdə bir fətrət dövrü yaşadıq. Xurafatlar çıxdı; sapıq fikirlər yenidən canlandı... Yenə təkfir moda düşdü. Amma bu dəfə xaricilər tərəfindən deyil. İşin qəribə tərəfi bu işi edənlər Xaricilik nədir, Mötəzilə nədir, hətta əlfaz-ı küfr nədir elə də bilmirdilər. Əzbərlədikləri bəzi şüarları soyuq damğa etmiş, önlərinə gələnin alınına basırdılar. Bunlar Rəsulullah Əfəndimizin (s.ə.s.) təkfirlə əlaqədar xəbərdarlıq hədisindən də qafil idilər...

    Təkfir məsələsinə küfrün tərifindən başlayaq. Küfr nədir?.. Lüğət mənasıyla küfr, nemətə qarşı nankorluq etmək, neməti gizləmək, küfran etmək mənasını verir. Şər`i termində isə, küfr, "heç bir məcburiyyət olmadan öz iradə və istəyi ilə iman həqiqətlərini inkar və təkzib etmək, yaxud təsdiq etməmək, iman edilməsi lazım olan müqəddəsatı təhqir etmək, onlara lağ etmək, haramı halal, halalı haram qəbul etmək" mənasındadır.

     İman, necə ki qəlbin təsdiqi və dilin iqrarıyla sabit olursa, küfr də eyni yolla sabit olar. Bu nöqtədə qarşımıza "əlfaz-ı küfr" bəhsi çıxır, yəni küfr olan sözlər.

   Bu sözləri söylədiyini eşitdiyimiz bir kimsəyə dərhal kafir deyə bilərikmi? Burada alimlərimiz bizə bu sualı yönəldirlər: onun qəlbi haqqında məlumatın varmı? O sözü cahilliyindənmi söyləyir, yoxsa müqəddəsata düşmənlik adına yaxud onunla lağ etmək niyyətiyləmi? Bu nöqtə çox mühümdür. Və bu incəlik, hərəkətlər üçün əməllər üçün də keçərlidir...

    Mərhum Əlmalılı Həmdi Yazar, "təkzib-i feil  ilə adəm-i feil arasında böyük fərq vardır" deyərək bu nöqtəyə diqqətimizi çəkir. Təkzib-i feil, bir işin, bir hərəkətin, bir vəzifənin inkar edilməsi, "elə bir şey yoxdur" deyilməsi. Adəm-i feilisə, o işin, o hərəkətin, varlığı qəbul edilməklə birlikdə, edilməməsi, yerinə yetirilməməsi. Namazı inkar etmək başqa, namaz qılmamaq isə başqadır. Birincisi təkzib-i feil, ikincisi isə adəm-i feildir.

    Buna görə, bir insan Qur`an-i Kərimin namaz əmrini inkar edərsə küfrə girər; amma, bu əmri qəbul etdiyi halda namaz qılmazsa qətiyyən kafir olmaz. Haramları işləmək də belədir. Faiz alıb verməyi Qur`anın qadağan etdiyini, bunun ilahi bir qadağan olduğunu qəbul edən bir insanın nəfsinə məğlub olaraq bu haramı işləməsi halında kafir olmayacağı bəllidir.

    Bir də Əhməd Ziyaəddin Gümüşhanəvi Həzrətlərini dinləyək:

     "Bir kimsənin sərf etdiyi bir söz, bir çox cəhətləri ilə küfr sayıla da, bir cəhətdən küfrdən qurtarırsa, müftinin onu seçməsi lazımdır. Çünki müsəlmanlar haqqında hüsn-ü zənn  əsasdır. Həmçinin, bu adamın niyyəti küfr deyilsə Müsəlmandır, lakin niyyəti küfr isə müftinin fətvası onu qurtara bilməz." (Əhli-Sünnə Etiqadı, s.68)

       Bu elm və irfan saçan ifadələrdə iki yaramızı birdən seyr edirik. Birisi, "sui-zənn", yəni pisə yozmaq, mənfi qiymətləndirmək, nəticə çıxarmaq. Digəri də, müftinin vəzifəsini hər kəsin yüklənməsi. Fətvanın cahillər əlinə düşməsi ...

      Təkfir mövzusunda Risale-i Nur Külliyyatından "Sünuhat" adlı əsərdə yer alan bu öz, doyurucu və gözəl ifadələri, bu əsrin insanı kəlmə kəlmə əzbərləməli, hərf-hərf yaşamalı. Yoxsa həm özü böyük günaha girər, həm də bilməyərək qarşısındakını Islâm'dan uzaqlaşdırar:

"Məsələn: demiş bu şey küfrdür. Yəni, o sifət imandan nəşət etməmiş (meydana gəlməmiş), o sifət kâfirədir. O heysiyyət ilə o şəxs küfr etdi, deyilər. Lakin mevsufu isə məsumə və imandan nəşət etdikləri kimi, imanın tərəşşuhatına (sızıntılarına) da sahib olan başqa vəsflərə malik olduğundan, o şəxs kafirdir deyilməz. İllâ ki, o sifətin küfrdən nəşət etdiyi yəqinən bilinə ... Çünki başqa səbəbdən də nəşət edə bilər. Sifətin dəlalətinə şək var. İmanın varlığında da yəqin var. Şək isə yəqinin hökmünü aradan qaldırmaz. Təkfirə tez cürət edənlər düşünsünlər! ... "(Sünuhat, s.20)

     Demək ki, bir mömində, imandan qaynaqlanmayan bəlkə cəhalətdən, səfahatdən yaxud digər başqa bir mənbədən qidalanan sifətlər ola bilər. Bu sifətlərə "kafirə" təbir edilir.

    Yenə o möminin, imanından qaynaqlanan bir çox da məsum sifəti var. Bax bu sifətlər, o şəxsə kafir deməmizə əngəldir. Onun dilindən küfrü zərurət edən bir söz çıxmışsa, yaxud o mömin, imandan qaynaqlanmayan və ancaq kafirlərə yaraşacaq hərəkətlər işləmişsə yuxarıda verilən ölçüyə görə, bunların küfrdən doğduğunu, yəni o adamın küfr niyyətiylə, İslam`ı inkar qəsdiylə bunları etdiyini mütləq bilmədikcə onu təkfir edə bilmərik ; özünə kafir deyə bilmərik.  "Sifətin dəlalətində şək var." cümləsi qəti hökm verməyimizi əngəlləyir. Yəni o etdiyi işin, söylədiyi sözün, daşıdığı sifətin, onun kafir olduğuna dəlil olması şübhəlidir. Bunları küfr qəsdiylə etdiyini qəti olaraq bilmirik. Amma onun mömin olduğunu bilirik. Özündən soruşsaq, "mən möminəm, Müsəlmanam" deyəcəkdir. Buna görə imanın dəlalətində yəqin var, dəqiqliyə var, qətiyyət var. Amma küfrün varlığında şəkk, yəni şübhə var, zənn var, təxmin var. Biz yəqini, şək ilə ləğv edə bilmərik və o adama kafir deyə bilmərik.

Əl-Əzhərî'nin "Qur'an'a məxluq deyən kimsəyə kafir deyilə bilərmi?" Sualına verdiyi bu cavab çox gözəldir:

- Söylədiyi şey küfrdür! ..

Sual özünə üç dəfə təkrar edilir. Daim eyni cavabı verir və sonunda belə buyurur:

- Bəzən Müsəlmanın ağzından küfr çıxa bilər.

     Yenə Nur Külliyyatından "Münazarat" ın diaqnoz və müalicə etdiyi bir yaramıza da bu vəsiləylə barmaq basalım.

    Xarici siyasət mövzusunda Müsəlmanlar arasında fikir ayrılığı ola bilir. Bu çox normaldır. Fikir azadlığı içərisində anlayışla qarşılanmalıdır. Amma bəzən, bu tip müzakirələrdə ölçü qaçır. Adam, fikrən məğlub düşdüyünü hiss edər etməz, həmsöhbətini dərhal təkfirə yönəlir. "Sən bu fikrinlə xristianları dəstəkləmiş oldun və küfrə girdin." deyə bilir. Bu yanlışını düzəltməyə qalxdığınızda səsinin tonunu əməlli başlı yüksəldir və arxayın bir əda ilə Qur'an-ı Kərimdə, "Yəhudiləri və Nasranîləri dost tutmayın." buyurulmurmu? deyə sizə qarşı çıxır. Bu böyük yanlışın, bu dəhşətli xəstəliyin və məsuliyyəti çox böyük ittihamın resepti bu bir neçə cümlədə mövcud:

"Bu nəhy (qadağa), Yəhudi və Nasara ilə, Yahudiyət və Nasraniyət olan ayinləri hesabıyladır. Həm də bir adam, zatı üçün sevilməz. Bəlkə məhəbbət sifət (xasiyyət) və sənəti üçündür. "

   Demək ki, ayət-i kərimə Yəhudiliyə və Xristianlığa məhəbbət etməyi qadağan edir. Məsələn, Xristian bir dövləti xristianlığı səbəbiylə sevmək, bu ayənin qadağasına girir. O dövlətin sənətini, texnologiyasını bəyənmək, təqdir etmək bu qadağanın xaricində.

     Yuxarıda nəql etdiyimiz ifadələr belə sonlanır: "Kitab əhlindən bir hərəmin olsa əlbəttə sevəcəksən." Yəni, bir müsəlmanın Kitab əhlindən, məsələn Xristian bir xanımı olsa, onu xanımı olduğu üçün sevəcək, amma onun Xristiyanlığına məhəbbət etməyəcəkdir. Bax bu incə ölçüdən məhrumiyyət bizə çox baha başa gəlir ...

     Yeri gəlmişkən yanlış dəyərləndirilən bir hədis-i şərifdən də söz etmək istəyirəm. Rəsulullah Əfəndimizin (s.ə.s..) Bir hədis-i şərifində münafiqin əlamətlərini belə sıralar:

"Danışanda yalan söyləyər, Söz verəndə sözünü tutmaz. Özünə etimad edilincə xəyanət edər. "

   Bu hədis-i şərifdə böyük bir tərbiyə metodu mövcuddur. Bu hədisi yanlış qiymətləndirənlər də daxil olmaq üzrə, hər müsəlman çox yaxşı bilir ki, "yalan danışmaq", "sözündə durmamaq", "əmanətə xəyanət etmək" insanı kafir etməz. Yenə hamımız bilirik ki, münafiq kafirdən daha alçaqdır. Çünki, münafiq gerçəkdə kafir olduğu halda, küfrünü gizləyən, müsəlman görünən kimsədir. Bu adam İslâm'ın gizli düşmənidir və açıq düşməndən daha təhlükəlidir. Sizi nə zaman və necə vuracağı naməlum.

    İndi, yalan söyləyən bir müsəlmanın belə xain bir kafirdən daha aşağı olduğunu söyləmək mümkündürmü? Əlbəttə ki, yox! O halda hədis-i şərifdəki incəliyi belə anlayacağıq. Rəsulullah Əfəndimiz (s.ə.s.) bu sözü ilə möminlərə xəbərdarlıq edir: "Əsla bu günahlara yaxınlaşmayın! Çünki onlar kafirdən daha alçaq olan münafiqin sifətləridir." Bu fövqəladə təsirli bir xəbərdarlıq, bir çəkindirmə metodudur. Bu incəliyi sezməyərək, yuxarıdakı günahları işləyən bir mömini nifaqa girməklə ittiham etmək, təkfir kimi böyük bir cinayət, böyük bir günah, böyük bir cəhalət və dəhşətli bir suizəndir ...

    Uşaqlığımızda çox dinlədiyimiz bir lətifə var. Möminləri təkfir etməyə can atanların psixologiyasını çox gözəl ifadə edir:

    "Bir adama ləqəb qoymuşlar "ördək "deyə. Adını verməz, onu beləcə çağırırlarmış. Bir gün biri, söhbət əsnasında "Bugün hava buludlu." demiş. Adam "Sən mənə nə üçün ördək dedin, bunu necə edərsən." deyə başlamış təhqirlər yağdırmağa. Bəriki nəyə uğradığını bilməmiş və nəzakətli soruşmuş, "Qardaşım mən sənə nə zaman 'ördək' dedim?" Aldığı cavab bu olmuş: "Hava buludlu oldu mu yağış yağar; yağış yağdı mı su göllenir; göldə də ördəklər üzür."

    Təəssüf ki, bu gün, günahkar möminlərin hər sözünü və hər hərəkətini min bir bəhanə ilə küfrə yozan insanlara çox rast gəlirik. Alimlərimiz, âriflərimiz, öndərlərimiz beləmi edirdilər!? .. Bax sizə kəlmələri belə bir-birinə çox bənzəyən iki ifadə; bəlli ki eyni bulaqdan içmiş, eyni tərbiyədən keçmişlər:

"Səidi bilənlər bilirlər ki, mümkün olduğu qədər təkfirdən çəkinir. Hətta sarih (aşkar) küfrü bir adamdan görsə də, yenə tə'vilə çalışar. Onu təkfir etməz. "(Bədiüzzaman)

"Bir Müsəlmanın sözünü, zəif bir rəvayət də olsa mümkün olduğu qədər yaxşıya yozmaq lazımdır." (Gümüşhanevi)

      Bu gün top yekun İslam aləmi, elmli, fəzilətli, təvazökar, hər kəsin dərdinə dərman olmağa qaçan, günahkarlara bir şəfqətli ata kimi kədərlənən çalışqan Müsəlman tipinə son dərəcə möhtac ...

    Cahil, fitnəçi, islah nədir bilməyən, xəstəyə söyməyi müalicə zənn edən, xoşagəlməz, araşdırmadan, şəfqətsiz, xırçın və əlinə fürsət keçsə guya haqq naminə necə zülmlər işləməyə hazır, şüar maşını, anarxist tiplər İslâm'ı təmsil edə bilməzlər ...

    Bizim vəzifəmiz, əvvəla nəfsimizi birinci qrupa salmağa çalışmaq, başqalarının da belə olmalarına səy göstərmək; digər qrupa bilməyərək düşən qardaşlarımızın də qurtuluşlarına dua etməkdir. Bu nöqtədə bu hədis-i şərif bütün möminlər üçün nə böyük bir irşaddır! ..

Əbu Hureyrə (r.a.) nəql edir. Rəsulullaha (a.s.m.),

- Ey Allah'ın Rəsulu! Müşriklərə bəddua et, onları lə'nətlə, deyilmişdi. Bu cavabı verdi:

- Mən rəhmət olaraq göndərildim, lənətləyici olaraq deyil! ..

Prof. Dr. Alaaddin Başar

 



11-01-2010 08:59:03

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz