Ana səhifə

ƏRƏFƏ GÜNÜ İXLAS SURƏSİNİ 1000 DƏFƏ OXUMAQLA ƏLAQƏLİ RƏVAYƏT VAR?


YazdırSend to friend
Sual Detayı: 
Ərəfə günü İxlas surəsini min dəfə oxumaqla əlaqəli rəvayət var?
Cavab: 

İxlas surəsini fərqli sayda oxumağın fəzilətlərinə dair hədislər olduğu (1) kimi, 1000 dəfə oxumağın fəziləti əlaqəli rəvayətlər də vardır:

"Kim min dəfə 'Qulhuvallahu Əhəd' surəsini oxuyarsa, öz nəfsini Allahdan satın almış olar."(2)

"Kim Ərəfə günündə min dəfə 'Qulhuvallahu Əhəd' surəsini oxuyarsa, Allah Təala ona istədiyini verəcəkdir."(3)

Bu səbəblə ərəfə günü min dəfə İxlas surəsini oxumaq, sələfi-salehindən gələn bir adət olmuşdur. Bədiüzzaman Həzrətləri də

"Ərəfə günündə bəyənilən bir İslami adətə görə İxlas surəsini yüz dəfə təkrar edərək oxuyub .." (4) demək surətiylə bu ənənəyə işarə etmişdir. Bu ədədin min olduğunu da bu sözlərlə ifadə etmişdir:

"Bizim məmləkətdə qədimdə ərəfə günündə min İxlası-Şərif oxuyardıq."(5)

Rəqəm verilərək bəzi zikrlərin təkrar edilməsi barəsində bir çox hədis vardır. Məsələn;

Hz. Aişə deyir: Hz. Peyğəmbər (ə.s.v) gecə təhəccüd namazı üçün qalxarkən, əvvəl on dəfə təkbir (Allahu əkbər), on dəfə təhmid (Əlhəmdulilləh), on dəfə təsbih (Subhənallah), on dəfə təhlil (ləiləhə illəllah) və on dəfə istiğfar çəkərək başlayardı. Ardından on dəfə "Allahım! Məni bağışla, məni doğru yolda sabit et və mənə ruzi ver. "(məalındakı) duanı oxuyardı. Sonra da "Allahım! Hesab günündə çətinliyə düşməkdən Sənə sığınıram. "(məalındakı) duanı oxuyardı."(6)

"Kim mənə bir dəfə salavat gətirərsə, Allah ona on həsənə / savab verər."Digər bir rəvayətdə; Abdullah ibni Əmr ibni As demişdir ki; "Kim Allahın Rəsuluna bir dəfə salavat gətirərsə, Allah və mələkləri ona yetmiş dəfə salat edərlər (Allah rəhmət edər, mələklər də onun üçün istiğfar və dua edərlər)." (7)

Bundan başqa -şəfa üçün- Fatihə surəsinin yeddi dəfə oxunması, təsbihlərin otuz üç dəfə oxunması kimi daha bir çox səhih hədislərdə müəyyən ədədlər verilərək zikrlərin edilməsi istənmişdir.

Haşiyələr:

1) bax. Tirmizi, Fəzaiul-Quran, 11; Müsnəd, 3: 437, 5: 141; Darimi, Fəzailul-Quran, 24; Suyuti, əl-Fəthul-Kəbir, 3/227; Beyhəqi, Şuabul-İman, 2 / 506-508.

2) Suyuti, əl-Fəthul-Kəbir, 3/227; Münavi, Feyzul-Qədir, 6/203 hədis no: 8953.

3) bax. Münavi, Feyzul-Qədir, 6/203 hədisin şərhi.

4) Məktubat, İyirmi AltıncıMəktub, Dördüncü Mebhas,Doqquzuncu Məsələ.

5) Şüalar (13. Şüa-299)

6) Əbu Davud, Əhməd ibni Hənbəl və Təbəraninin rəvayət etdiyi bu hədis səhih olaraq qiymətləndirilmişdir. bax. Məcmauz-Zəvaid, 2/263.

7) Əhməd ibni Hənbəlin bu rəvayətləri səhihdir. bax. Məcmauz-Zəvaid, 10/160.



27-08-2016 04:13:12

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz