Ana səhifə

Əraf suresi ,26-cı ayənin təfsiri? Geyim və Təqva Libası.


YazdırSend to friend
Sual Detayı: 
Salam Akteykum Ve Rehmetullahi ve Bereketu...Eraf suresin 26 ayede Cenabi Haqq Buyuru:"Ey adem ogullari Allah size ovret yerlerinizi ortmek ucun bir geyim ve birde berbezekli libas nazil etdi.Lakin teqva libasi bunlardan daha ustundu.Indi bu ayede Allah (e.c) bir geyim ve birde berbezekli libas deyerken neler nezerde tutulur ve tebiki birde teqva libasida hemcinin?
Cavab: 

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu

    "Ey Adəm oğulları, sizə ayıb yerlərinizi örtəcək və bəzək olacaq libas endirdik; lakin təqva libası hamısından xeyirlidir. Bu, Allah`ın ayələrindəndir ki, bəlkə, onlar nəsihətə qulaq asarlar." (Ə'raf, 6/26)

      Öncəki âyələrdə Hz. Âdəm haqqında qısa lakin son dərəcə ibrətli məlumatlar verildikdən sonra burada da "Âdem'in övladlarına  yəni ümumiyyətlə insanlığa xitab edilərək, Allah`ın yaratdığı nemətlərin ən önəmlilərindən olmaq üzrə, bütün tarix boyunca və bütün insanlar tərəfindən həm bədənin qorunması, həm əxlaqın qorunma­sı, həm də bir zinət və prestij vasitəsi olaraq istifadə edilən libasın əhəmiyyətinə diqqət çə­kilmişdir. Burada, belə önəmli olan bu nemətin sahibinə təşəkkür edilməsi gərəkdiyinə bir işarət vardır. Çünki geyinmə və örtünmə yalnız insana xas bir dav­ranış və insan olmanın bir əlamətidir; mədəniyyətin də ən qədim təzahürlərindəndir. Bu səbəblə Qur`an`da "Biz libas endirdik"; "Dəmiri endirdik" (Hadîd 57/25); "Allah heyvanlardan sizə səkkiz cüt endirdi" (Zumər 39/6) kimi ifadələrdəki "endir­mə" (inzal) kəliməsi, ifadə edilən nemətlərin bir ilâhî lütf olduğuna, insanların bu nemətlərin dəyərini və istifadə etmə zərurətini fitrî olaraq qavradığına işarət edər. Âyədə paltarın və örtünmənin əhəmiyyətinə diqqət çəkilməklə, dolaylı olaraq Kəbən`i çılpaq vəziyyətdə təvaf edən müşriklər də tənqid olunmuşdur.

      Lüğətdə "quş tükü" mənasını verən âyə mətnindəki rîş kəliməsi, burada mə­cazi olaraq "zinət libası" mənasında işlədilmişdir.      

Âyədə üç müxtəlif libasdan söz edilmişdir: 
 

1. Yalnız örtünmə ehtiyacını qarşı­layacak olan adi və sadə libas. 

2. Örtünmədən əlavə zinət məqsədi də daşı­yan keyfiyyətli, təmiz və düzdün libas. 

3. "Təqva libası". 
   

     Burada, sırf örtünmə məqsədli libasdan əlavə zinət məqsədi və dəyəri daşıyan paltarın da Allah`ın lütfü və neməti olaraq anılması, dağınıq pal -paltarı zöhd və təqva gərəyi sayan anlayı­şın isabətsizliyinin dəlilidir. 

      Təqva paltarı təfsirlərdə "bədəni qoruyan paltar; zireh, dəbilqə və s. döyüş geyimləri, məcazi olaraq sâleh əməl; iffət; yaxşı xasiyyət; tövhid" kimi müxtəlif şəkillərdə açıqlanmışdır. (Razi Mefatih, əlaqədar ayənin təfsiri)

      Âyədə təqvanın "həya" ilə əlaqəsinə işarə edilməkdə; ayrıca dolaylı bir üslubla təqva, günah duyğularını örtüb bağlayan, cilovlayan və beləcə günah işləməyi önləyən bir qoruyucu, ruhu bəzəyən bir ərdəm şəklində təqdim edilməkdədir. Yəni paltar bədəni bağladığı, qorudu­ğu və bəzədiyi kimi təqva da həm ruhumuzun pis duyğularını örtər, həm də ruhu­muzu bəzəyər. Belə olunca təqva sahibi adamın kobud, sərt, haqsız, üsyankâr, şəh­vət düşkünü, ac gözlü, ədəbsiz, həyasız ... olması düşünülə bilməz. (Diyanət Təfsiri Qur`an Yolu, Heyət, əlaqədar ayə)

      Övrət yerlərini örtdüyü üçün maddî libas əhəmiyyətlidir, amma daha əhəmiyyətlisi, insanın mənəvi, içindəki iman libasının, yəni həya, utanma və iffət duyğularının müştərəkən(birlikdə) meydana gətirdikləri təqva paltarıdır.

      Uca Allah, təqva dediyi çəkinmə duyğusu ilə iffətin doğuşdan gələn psixoloji xüsusiyyətlər olduğunu, ancaq ilâhî tərbiyə ilə bunların tərbiyə oluna biləcəyini, canlandırıla biləcəyini və inkişaf etdirilə biləcəyini bu ayədə ələ almaqdadır. Beləcə duyğu tərbiyəsi ilə insanın bir təqva libası olduğunu və onun dəyə­rinin xarici geyimdən daha çox olduğunu açıqlayaraq, duyğu aləminin önə gəlməsini təmin etmək istəmişdir.

      Uca Allah həm maddî həm də təqva libasının öz âyələrindən ol­duğunu bildirməkdədir. Bunları açıqlamasının təməl səbəbi, insanı düşünməyə sövq etmek və öyüd almasını təmin etməkdir. Hz. Âdəm (as) ilə yoldaşının başından keçənlərin izah edilməsinin səbəblərindən biri də həya duyğusu, geyim və tak­va libaslarının öyrədilmək istənilməsidir.

      Görüldüyü kimi bu ayədə də insanlara bir mesaj verilmək istənilmiş, təqva libasının əhəmiyyəti vurğulanmış və öz azad iradələri ilə düşünüb öz yollarını cızmaları isdənilmişdir.



01-05-2014 12:11:02

Düğüme özel