Ana səhifə

Əsgərlikdə Namazlarımı necə qılım?


YazdırSend to friend
Sual Detayı: 
Salam aleykum. Mən İnşAllah az müddətə əsgər gedəcəm. Əsgəri bitirmiş insanlardan orda Namaz qıla bilmək barədə kimdən soruşdumsa mümkün olmadığını dedilər. Əfəndimizin (s.a.s) dediyi söz("Parça parça kəsilsəndə,oddan yansanda fərz olan Namazı bilərək tərk etmə.") xatırıma gəlir, narahatlıq keçirirəm.Mənim necə rahatlıqla qıla biləcəyim haqda sizdən yardım istəyirəm. Allah sizdən əbədən razı olsun..
Cavab: 

    Və aleykum Salam və rahmətullahi və bərakətuhu.

   Cənab-ı Haqq sizləri maddi və mənəvi bütün təhlükələrdən qorusun. Əsgərlikdə namaz qılmaq mümkündür. Kimlərinsə sözünə qulaq asıb ümüdsüzlüyə düşməyin.Əsla və əsla Ümidsizliyə düşməyin. Ümidsizlik şeytandandır.

    Edəcəyiniz ilk iş Dua`dır. Çünki belə anlar, sıxıntılar duaların vaxtıdı.Hər şeyi Hər Şeyin Sahibindən istəyin.Siz Onun əmrinə tabe olub Ona ibadət etmək istəyirsinizsə,Cənab-ı Haqq sizi heç darda qoyarmı,namazı qıla bilmək üçün hər yeri sizə namazgah, hər kəsi sizə xidmətkar və dost etməzmi.Ama bu dünya bir imtahan və unutmayaq ki, müəllim şagirdlərinin inkişafı üçün çoxlu tapşırıqlar verər,onları boş və sərbəs buraxmaz,axtarıb öyrənsinlər deyə şagirdlərinə daha çətin suallar verər və ən çətin sualı da ən savadlı şagirdinə verər.

    İkinci olaraq gedəcəyiniz yerin və ordan aparıla biləcəyiniz yerin namaz vaxtlarını dəqiqliklə (bu dəqiqlik sizə lazım olacaq) öyrənin. 

    İlk olaraq gedəcəyiniz yer və düşəcəyiniz mühit haqda ən incə məlumatları araşdırıb, müşahidə edib və soruşub öyrənin. Bundan sonra bu şərtlər daxilində namazlarınızı necə qıla biləcəyiniz haqda planlar qurun.Namaz qıla biləcəyiniz ən uyğun yeri və zamanı müəyyənləşdirin.Bir neçə plan qursanız daha yaxşı olar. Çox təəssüf ki, əgər evlərimizdə işlərimiz namazlarımıza görə müəyyən edilirdisə, əsgərlikdə namazlarımızın yerini və vaxtını əsgərliyin qayda-qanunlarına görə təyin edəcəyik. Həmçinin əsgərlikdəki dövlət qanunlarını öyrənin, vəzifələrinizi bilin, başqalarının əlavə olaraq sizə yüklədiyi vəzifələrdən xəbərdar olun və vəzifələrinizə mütləq şəkildə riayət edin ki, bir bəhanələri olmasın.

    Olduğunuz yerdə mütləq namaz qılan digər qardaşların olub-olmadığını öyrənin. Çünki ikiniz birlikdə bu işin öhdəsindən asanlıqla gələ bilərsiniz.

    Əgər namaz qılmağa qoymasalar, siz geri çəkilməyin. Bir müddət namazlarınıza davam edin. Çünki bəzən onlar da səni sınaya, imtahan edə bilər.Əgər sən ilk qadağadan geri çəkilsən, onda digər vaxtlarda da qılmağa qoymayacaqlar.Deyəcəklər ki, “əgər bu bir dəfə qılmadısa deməli qılmaya bilər...” Amma qadağalara, danlamalara baxmayaraq yenə də Allah`ın əmrinə davam etdiyinizi görsələr iki üç dəfədən sonra  artıq heç nə deməyəcəklər.Yəni sən öz davranışınla, tavrınla onlara göstərməlisən ki, “mən bu namazı qılacam..” və onlar bunu başa düşəndən sonra geri çəkiləcəklər. Zəyif, qorxaq, ümüdsüz olmayın. Bizim Rəbbimiz var və hər şey onun istədiyi kimi olar. Ama O səni imtahana çəkəcək  fərqli insanlarla, şəraitlə.

    Ən son məqamda qılmağa heç bir şəkildə icazı verməsələr icazə verməyənlərlə danışmalı, onlara Allah`ın Əmrlərinin önəmini bildirməli, Rəbbimizin bizlərə olan nemətləri qarşılığında Ona ibadət etməyin nə qədər gərəkli olduğunu, ibadət etməyənlərin böyük bir ədəbsizlik etdiklərini deməli. Necəki bu əsgərliyin qayd-qanunu var, hər kəs qoyulan əmrlərə tabe olmalı, tabe olmayanlar da cəzalandırılır. Onun kimi də bu Dünyamızın da bir qayda-qanunu var, hər kəs ona tabe olmalıdır, olmayanlar cəzalandırılacaq. Neəc ola bilər ki, adi bir əsgərliyin ciddi qanunları olsun da, bu əsgərliyin də içində yerləşdiyi Dünyanın qanunları olmasın ? Əsgərlik Dünyanın içində yerləşdiyinə görə, deməli dünyanın qanunları əsgərliyin qanunlarından əvvəl mövcud olmuş və ondan daha önəmli və vacibdir.Bu şəkildə bir şeylər danışın. Bir də görərsiz onlar da namaza başladılar.

    Tanıdığım qardaşalar var ki, əsgərlikdə təravih namazı qılıblar,hələ komandir əvlərinə iftara da aparıb və qardaşlar da var ki,əsgərlikdə ayaq yolunda güzul alıb. 

Əsgərlikdə Necə Namaz Qılım?

   Əsgərlik, özünə xas qaydaları və şərtləri olan əhəmiyyətli bir vəzifədir. Sıravi həyatında beş vaxt namazını tərk etməyən nə qədər insan, əsgərlik müddətində namazını saxlayar.

   Əsgərlikdəykən, sıravi həyatında namaz qıldığını öyrəndiyim bir yoldaşıma, "Nə üçün qılmırsan?" deyə soruşmuşdum. "Buranın mühiti və şərtləri çox fərqlidi. İnşeAllah tərxis sənədin alan kimi qılacam." demişdi. Tərxisi alana qədər yaşayacağımıza kimin zəmanəti var? Yaşasaq belə keçmişimizdən sorğulanmayacaqmıyız? Əsgərlikdə qılmadığımız namazlar soruşulmayacaqmı? 

   Əsgərlikdə ikən namaz qılmaq qadağan deyil şübhəsiz. Amma bəzi vəzifəli kəslərin fərqli həssaslıqları ola bilir. Bir də fərqli bir mühitə düşən gənclərdə, "Görəsən nə deyərlər, necə qarşılayarlar?" kimi bir narahatçılıqları var. Ciddi bir əsası olmayan bu narahatlıq, namaz qılmağa qarşı istəksizlik meydana gətirir. Halbuki eynilə məktəb və iş saatlarında etməmiz lazım olan bir tənzimləməni əsgərlikdəykən də etmək mümkündür.

    Bir çox əsgərlik yerlərində məscid var. Biz əsgərlikdəykən komandirlərimiz də bu məscidə gəlirdi və birlikdə namaz qılardıq. Ancaq hər şeyin istismarı və ya laqeydliyi mümkün. Namaz qılan bəzi yoldaşlar çox yavaş hərəkət edərlər, təhsilə və düzülüşə gecikərlər, nəticədə namaza və namaz qılana qarşı bir antipatiya və reaksiya meydana gəlirdi. Halbuki, belə zamanlarda çox sürətli hərəkət etmək, lazım olsa fərzlərlə kifayətlənmək şərtdir. Xüsusilə yaz mövsümündə namaz vaxtlarının arası uzun olduğu üçün ciddi bir çətinlik yoxdur. Amma qışda ikindi və axşam namazında çətinlik ola bilər. Yaxşı bir tənzimləməylə, verilən istirahət saatlarında namazları qılmaq mümkündür. Buranın şərtləri çox fərqlidir. Bəzən təhsil yerində, dağda, palçıqda, qarda namaz qılmanız gərəkə bilər. Bəzi ehtimal olunan çətinliklərin tədbirini əvvəlcədən almalısınız.

    Mən əsgərliyə getməzdən əvvəl oradakı şərtləri və ibâdət edə bilmə imkanını çox yaxşı araşdırdım. Onsuz da yalnız əsgərlik üçün deyil, səfərə çıxacaq olsam, fərqli bir şəhərə gedəcəyəmsə, xəstəxana, yığıncaq, qonaqlıq kimi özünə məxsus şərtləri olan yerlərdə olacağamsa, ilk etdiyim iş, "namazı necə qılacağam" mövzusunda araşdırma etməkdir. Bunun üçün namaz vaxtlarının və qiblənin təyin olunması, dəstəmaz alma və namaz qılma yeri mövzusunda əvvəlcədən araşdırmalar edərəm. Çünki namaz, bizim hər şeyimiz. Namaz, yaradılış qayəmiz, varlıq səbəbimiz, Əbədi Sevgiliylə görüşməanımız, Onunla görüş vaxtımız. "Hər yerdə, hər vaxt bizimlə birlikdə olan"la görüşə bilmək üçün ən incə detalları düşünmək məcburiyyətindəyik. Buna görə əsgərə getməzdən əvvəl namazla əlaqədar hazırlıq etdim. Cibimdə asanca daşımaq və səccadə olaraq istifadə etmək üçün böyük plastik zibil torbası aldım. Onun sayəsində uyğun olan hər yerdə namaz qıla bilirdim. Hərçənd namaz qıldığınız yer təmizsə, mütləq bir səccadə istifadə etməniz lazım deyil. Torpaq, çəmən, beton, taxta kimi səthlərdə rahatlıqla namaz qıla bilərsiniz. Amma yağış və ya qar yağdığında üzərinizin palçıq olmaması üçün plastik paket işə yaramaqdadır. Hər yerdə hər vaxt namaz üçün istəkli olun.

    Qərargaha girdiyim ilk gün idi. Yeməkxanada qeydiyyatlarımız olurdu. Bir neçə saat keçmişdi və ikindi namazını qılmalı idim. Başımızdakı çavuşdan tualetə getmək üçün icazə istədim. Ehtiyacımı ortadan qaldırdım və dəstəmaz aldım. Sonra mənə yol göstərən usta əsgərə, namaz qıla biləcəyəm bir yer olub olmadığını soruşdum və mənə göstərdiyi yerdə namazımı qıldım. Axşam azanı oxunduğunda, əsgər paltarlarımızı və botlarımızı geymişdik. Başımızdakı komandirdən icazə istədim. "Səccadən varmı?" deyə soruşdu. "Var" dedim. Dərhal orada, beton zəminə plastik səccadəmi sərərək namazımı qıldım. Həm də botlarımı çıxarmadan. Çünki, yeni geymişdim və tərtəmiz idi.

    Bu vəsiləylə bir mövzunu xatırladım: Çox çətin zamanlarda namaz qılmaq lazım olduğundan botunuzu bir məst kimi qəbul edib, onun üzərinə məsh edə bilərsiniz. Bunun üçün botunuzu dəstəmazlı geyməniz və yaxşı bağlamanız lazımdır. Botun bağlarını açmaq, ayaqlarınızı yumaq və təkrar bağlamaq çox zamanınızı alacağı üçün məsh etmək sizə böyük bir zaman qazandıracaq. Ancaq namaz qılarkən çıxartmayacağınız üçün botunuzun təmiz olması lazımdır. Bunu təmin etmək üçün də məsh etdikdən sonra botunuzun altını və ətrafını yusanız yaxşı olar. Daha sonrakı toz torpaq namazınıza mane olmaz. Çünki, namaza mane olan pisliklər qan, sidik, nəcis, şərab, irin kimi ağır necislerdir. Bunların detalını elmihal kitablarından oxuyaraq öyrənməlisiniz.

    Təəssüf ki, dini mövzularda kafi məlumatın olmaması, insanların fərziyyə, təxmin və zənnlərlə hərəkət etmələrinə səbəb olur. Sözgəlişi, kimiləri bota məsh ediləcəyini, torpaq zəmin üzərində namaz qılına biləcəyini, paltara bulaşan toz torpağın namaza mane olmadığını bilmir. Nəticədə, səhv məlumatına görə hərəkət edərək namazını  qılmır.

     Əsgərlikdə bir başqa problem səhər namazlarına qalxmaq məsələsidir. Əgər kameradakı qalxış saatınız, günəşin doğuşundan sonra isə, daha erkən qalxmanız lazımdır. Bunun üçün də, kamera növbətçisinə not buraxmanız kifayətdir. Amma bəzən növbətçinin unutması və ya laqeydliyi mümkündür. Buna qarşı da tədbir görməlisiniz. Mən həm növbətçiyə qeyd buraxar, həm də saatımı səhər namazı üçün qurardım. Saat kiçik və sadə idi. Amma keçici düyməsini basaraq susdurduqdan beş dəqiqə sonra təkrar çalmağa başlar, 45 dəqiqə susmazdı. Beləcə hər gün müntəzəm qalxa bilirdim. "Əsgər yoldaşım" olan saatı hələ istifadə edirəm. Səfərdə, qonaqlıqda, tətildə yanımdan ayırmıram. Unutmayın: Yaxşı bir saat sizə saysız səhər namazı qazandıra bilər. Ödədiyiniz bədəl az, amma qazancınız çox dəyərlidir!

    Səhər namazıyla əlaqədar problemlərdən biri, qüsl ehtiyacıdır. Bu problem xüsusilə əsgərlikdə daha da ağırlaşmaqdadır. Bunu həll etmək üçün də tədbirlər almalısınız. Qərərgahda bir böyük hamam, ayrıca müxtəlif yerlərdə duşlar vardır. Hamam hər gün saat 05 də qüsl ehtiyacı olanlar üçün açılar(inşeAllah bizdə də olar). Hamamın nizamlı açıldığı günlərdə bir problem yoxdur. Amma, vəzifəli əsgər laqeyd yanaşmışsa ya gedib xəbərdar etmək ya da başqa bir həll tapmaq lazımdır. Bəzi yoldaşlar qışda belə soyuq suyla duş qəbul edərdilər. Kimisinin bədəni buna dözər, kimisi isə günlərlə xəstə olardı. Təbii hər kəs soyuq suya dözə bilməz. Onsuz da sağlamlığımızı qorumaqla vəzifəliyik. Bu vəziyyətlərdə hamamla vəzifəli əsgərlə tanış olmaq, onunla yaxşı dostluq qurmaq və açılmadığı zaman onu xəbərdar etmək əhəmiyyətlidir. Bir dəfə ehtiyac olduğu üçün vəzifəli əsgəri, kamerasına gedərək xəbərdar etdim və problemi həll etdim. Əgər əvvəldən tanış olmamış olsam, başından edə bilərdi. Amma, bəlkə lazım olar deyə əvvəldən tanış olmuş, bölüğünü və kamerasını öyrənmişdim.

     Başınızda namaz qılma dərdi varsa, hər vəziyyətə qarşı hazırlıqlı olar, bir həll taparsınız. Amma bunu dərd etməsəniz, saya-hesaba gəlməyən namazı qəzaya buraxar, bundan vicdan əzabı belə duymazsınız. Məhşərdəki hesab günündə oyanarsınız, amma çox gec olar. Bəzən bütün qərərgahın istifadə etdiyi böyük hamam, təmir və ya baxım səbəbiylə bağlanılar. Həll olaraq səhra hamamı qurular. Amma, müvəqqəti həll olduğu üçün bəzən açılması axsaya bilər. Bu vəziyyətlərdə fərqli yollar çıxarmalısınız. Bunun üçün camaşırxana və kiçik diametrdəki duşlardan faydalanmanız mümkün. Mən bu cür bir ehtiyac üçün çıxış yolu  ola biləcək bütün alternativlərin əlaqədarlarıyla tanış oldum, ehtiyac olduğunda faydalana biləcəyimə dair söz aldım. Bəzisinə ehtiyacım oldu, bəzisinə olmadı.

    Əsla "Bir neçə namaz qəzaya qalsa nə olar? Hələ ehtiyac olmadığı haldaehtimal olunan  bir problem üçün tədbir görülər mi?" deməyin. Bir vaxt namaz, dünyaya dəyər! Namaz üçün müxtəlif həll və düsturlar düşündüyünüz hər anınız ibâdətdir.

    Həmçinin burdana da bəzi faydalı məlumatlar öyrənə bilərsiniz.

Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan etməm üçün nələr tövsiyə edərsiniz?




06-06-2014 02:06:52

Düğüme özel