Ana səhifə

Əsnəmək Namazı pozurmu?


YazdırSend to friend
Sual Detayı: 
men namaz qilanda arda meni esnemek tutur caliwiram ozumu saxliyim amma bezi hallarda bu alinmir bu zaman menim namazim batildirmi?
Cavab: 

    Namazda əsnəyərkən ağızı tutmaq da ədəbdəndir. Ağızı tutmaq, dişləri dodaqları arasında sıxmaqla olar. Bu şəkildə əsnəməyi əngəlləmək mümkün deyilsə, qıyamda sağ əlin tərsini, digər rüknlərdə də sol əl ağıza tutular. Beləcə əsnəməyi gizləməyə çalışılar.Ama əsnəmək namazı pozmaz.   

 Hədîs-i şərîfdə belə buyurulmuşdur:

"Cənâb-ı Haqq asqırmağı sevər, əsnəməyi isə kərih(iyrənc) görər. Əsnəyən kimsə bacardığı qədər ona mâne olmağa çalışsın, hah hah deyə səs çıxarmasın." Digər bir rəvayətdə də: "Əlini ağızına qoysun." deyilmişdir. (bax.  Buxârî, Ədəb 125, 128, Bəd’ül-Halk 11; Müslim, Zühd 56, (2994); Əbû Dâvud, Ədəb 97, (5028); Tirmizî, Salât 273, (370), Ədəb 7, (2747, 2748).)

    Əsnəmək, yuxusuzluq, yorğunluq və ya can sıxıntısı səbəbiylə insanın qeyri irâdi bir şəkildə ağızını açaraq uzunca nəfəs alıb verməsidir. Bu hâl, bir baxıma dalğınlıq və qəflət göstəricisidir.    

   "Asqırma" isə nəfəs əzələlərinin təzyiqli hərəkətiylə insanın içərisindəki havanı bir anda ağız və burun yoluyla şiddətlicə çölə atmasıdır. Asqırmaq bədəndə meydana gələn bir məcburiyyət nəticəsində olar və bu ehtiyâcı hiss edən kimsə asqırdığı an fərahlar. Bu səbəbdən bu vəziyyət əsnəmənin əksinə bədən üçün bir gümrahlıq vəsiləsidir. Rəsulullah -sallallahu aleyhi və səlləm- de asqırmanın Allâh Təâlâ'nın xoşlandığı bir hall olduğuna, əsnəmənin isə şeytandan gəldiyinə diqqət çəkərək:

"Biriniz əsnəyəcəyi zaman gücü nisbətində onu aradan qaldırmağa çalışsın. (Ağızını açaraq hâh deməsin) . Çünki bir kimsə əsnədiyində şeytan ona gülər. " (Buxârî, Ədəb, 125) buyurmuşdur.

   Hədis-i şərifdə şeytandan gəldiyinə diqqət çəkilən əsnəmə, ümumiyyətlə çox yeyib içmək, qarını tıxa basa doldurmaq, hərəkətsizlik və yuxu hâlının önə keçməsi kimi vəziyyətlərdən qaynaqlanar. Ayrıca əsnəməyə səbəb olan vəziyyətlərdən hər biri şeytanın xoşlandığı işlərdir. Bu səbəblə əsnəmək uyğun bir davranış deyil. Mümkün dərəcədə qarşısının alınması, hər şeyə rəğmən əngəl törədilə bilmədiyi hallarda isə ağızın əl ilə bağlanılması lazımdır.    

   Qəflət səbəbiylə meydana gələn əsnəmədən xilas olmanın fərqli yolları vardır. Xüsusilə namazda əsnəməmək üçün bu xüsuslara diqqət yetirmək lazımdır:
- Tualet ədəbinə riayət etmək,

- Hər namaz üçün yeni bir dəstəmaz almaq,

- İftitah təkbiri alarkən əlinin tərsiylə masivayı(Allah'dan başqa hər şey) arxaya atdığının fərqində olmaq,

- Euzü bəsmələni şüurlu bir şəkildə söyləmək. 
     Namazda əsnəmək isə çirkin bir davranışdır. Hələ bir də əsnəyərkən qəribə səslər çıxarmaq daha da çirkindir. İnsan nə edirsə onun haqqını verməli, öz mənasına uyğun olaraq etməlidir. Xüsusilə namaz qılan bir adamın əsnəməsi və ya gərinməsi, onun namazdan bir şey anlamadığını və nə etdiyini bilmədiyini göstərməyə yetər. Belə şüursuzca qılınan bir namaz, ətrafındakıları narahat edəcəyi kimi, insanı da Qur`anda ifadə edilən, “fuhşiyat və münkərattan” da saxlamaz. Yəni insanı ,edə biləcəyi pisliklərdən və çirkinliklərdən əngəlləməz. Bu səbəblə, hədis-i şəriflərdə ifadə edildiyi kimi, vaxtı girər girməz, ərtələnib  yorğunluq və tənbəllik basmadan o vaxtın namazı qılınmalıdır. Necə ki, şeytanın insanı səs verib namazı təxirə saldırdığı xüsusunu daha əvvəl ifadə etmişdik. Belə, özünə qəflət gəlmiş və tənbəllik çökmüş olaraq namaza duran bir adamın, öncə Kimin hüzuruna çıxdığını çox yaxşı bilməsi və namazını da bir o qədər oyanıq və dinc qılması lazımdır.   

    Buna görə də, Peyğəmbərimizi (s.ə.v.), insanın belə, qafilcə namaz qılmasını xoş görmədiyi üçün fərqli şəkillərdə xəbərdarlıq etmiş və namazda əsnəmənin şeytandan olduğunu bildirmişdir. Necə ki, Əbu Hureyre (Allah ondan razı olsun)`dan rəvayət edilən bir hədis-i şərifdə, normal zamanda belə əsnəmənin şeytandan olduğunu ifadə edərək belə buyurmuşdur:

"Əsnəmək şeytandandır. Buna görə də sizdən hər hansı biriniz əsnəyəcəyi zaman gücü çatdığı qədər onu tutsun. "(1)

    Əbu Saidi'l-Xudri vasitəsilə gələn bir hədisdə isə, Rasülü Əkrəm (sallallahu aleyhi və səlləm)`in; "Biriniz namazda ikən əsnəyəcəyi zaman gücü çatdığı qədər əsnəməyi saxlasın, çünki şeytan girər. "(2) buyurduğu rəvayət edilməkdədir.     

   Hədis-i şəriflərə baxıldığı zaman, hər iki halda da insanın əsnəməyi tutması, gərək namazda gərəksə, içində olduğu cəmiyyətdə, ağızını sonuna qədər açaraq əsnəməkdən qaçınması əmr edilməkdədir. Müsəlman hər yerdə ədəbi davranış qaydalarına uyğun gələn, nəzakətli və alicənab bir insan olmaq vəziyyətindədir. Çünki insanın etdiyi yaxşı və ya pis (xüsusilə pis olan) bir davranışı, təmsil etdiyi din ilə əlaqəli olaraq qiymətləndirilməkdədir. Buna görə insanların ən nazik davranışlı olanı Sevgili Peyğəmbərimiz (Allah`ın Salamı və Salatı Onun üzərinə olsun), Müsəlman`ın davranışlarına diqqət yetirməsi, özünü daim nəzarət altında tutmasını və başqalarına diksinmə verə biləcək şəkildə ağızının içini göstərməməsi lazım olduğunu vurğulamışdır. Bunun yanında, ağızını aşırı dərəcədə açıb yayaraq əsnəyən bir insanın, o anda qismən müdafiəsiz qaldığını bildiyi üçün, içəri girə biləcək mikroblara və digər istənməyən şeylərə qarşı da bu hədis-i şərifi ilə xəbərdar etmişdir.   

(1) Müslim, Zühd, 56, (2994); Tirmizi, Salât, 273/370; A. Hənbəl, Müsned, II, 397, 517. 

(2) Müslim, Zühd, 57, (2995), 58, 59.



10-04-2014 07:09:01

Düğüme özel