Ana səhifə

“Hicri Yeni il” Nədir?


YazdırSend to friend
Sual Detayı: 
“Hicri Yeni il” Nədir?
Cavab: 

 

Hicri təqvim Hz. Muhəmmədin (s.a.s) Məkkədən Mədinəyə hicrət etməsi ilə başlamışdır. Bu tarix, miladi 16 iyul 622-ci ildir. Ayın orbiti üzərində dönüşünə əsaslanaraq tərtib edildiyi üçün buna "Hicri Qəməri" və ya "Qəməri İl" kimi adlar verilmişdir. Hicri təqvim Peyğəmbərimizin (sas) vəfatından sonra, günlərin hesablanmasında ortaya çıxan bəzi qarışıqlıqlar üzərinə təşkil edildi.

Hicri təqvim ayın aypara şəklində göründüyü ilk gecəni ayın əvvəli olaraq qəbul edir. Ayın təkrar görünüşünə qədər keçən müddəti bir ay, on iki ay da bir il sayılır. Bu təqvimə görə ayın dünya ətrafındakı dönüşü iyirmi doqquz yarım gün olaraq qəbul edilir. Bu səbəblə bir ay 29, bir ay da 30 gün olaraq qəbul edilir. Beləcə miladi təqvimdə bir il 365 gün, Qəməridə də 354 gün olaraq hesablanır. Buna görə hicri aylar miladi aylardan hər il on bir gün əvvəl gəlir. Bu hal hicri ayların mövsümlərə rast gəlməsinə səbəb olur. Bu səbəbdəndir ki, hicri təqvimin bir ayı olan Ramazan bəzən qış, bəzən də yaz mövsümlərinə və ya digər mövsümlərə rast gələrək  ilin bütün mövsümlərini, həftələrini, aylarını və günlərini dolaşır. Otuz altı il oruc tutan biri də ilin hər ay və günlərində oruc tutmuş olar.

Hicri təqvimdə yeni il Muhərrəm ayının 1-ci günüdür.Muhərrəm ayını, Səfər, Rəbiuləvvəl, Rəbiulaxır, Cəmaziyələvvəl, Cəmaziyəlaxır, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zilqədə və Zilhiccə ayları təqib edir.

Hamımız müsəlmanıq Əlhəmdulilləh. Amma hamımız Müsəlmançılığımızın gərəkdirdiyi şeyləri təssüf ki, yaşamırıq ... Biz Müslümançılığın gərəkdirdiyi yaşama tərzinə "dindarlıq" deyirik. Kim inandığı kimi yaşayırsa ona dindar insan sifətini taxır, dindar adam deyə yad edirik. Bu sifət onsuz da onun haqqıdır.

Siz dindarlığı, zamanın pislik və fitnəsinə qarşı geyilən qoruyucu bir zireh olaraq da qəbul edə bilərsiniz. Əslində dindarlıq, sahibini yalnız axirətdə Cənnətə qoyan bir yaşama tərzi olmaqla qalmayıb, dünyada da hüzura, səadətə sövq edən bir yaşama tərzidir.

Necə ki, İsa Peyğəmbərin doğumu ilə Həzrəti Muhəmmədin (sas) hicrətinə başlanğıc təşkil edən ilin əvvəllərində, dindar olanla olmayanın yaşayışını ibrətlə seyr edirsiniz. Dindar olanlar yeni il gecələrində düşünərkən, şüur ​​altında belə olsa deyirlər ki:

- Yeni il gecəsinin mənası, saylı ömür illərindən birinin daha bitməsi, ölüm deyilən qəti aqibətə bir az da yaxınlaşılması, gənclik günlərinin tükənib, ixtiyarlıq çağlarıdır gəlməsi deməkdir. Necə ki, hər yeni ildə qara saçlara biraz da ağlar düşür, ağların sayı isə biraz da çoxalır.

Elə isə, belə gecələrdə daha çox səfalətə, daha çox səfahətə düşmək yerinə daha çox axirətə, daha çox əbədi aləmə meyili olmaq lazımdır. Çünki bu sürətli gediş, -istər iqrar (təsdiq) et, istər inkâr- qəbirə, o biri dünyaya doğrudur.

Məhz dindarlıq belə düşündürüb, belə tədbirli hərəkət etdirdiyi üçündür ki, dindar insanın keçən illərindən peşmanlığı azdır. Amma özünü dini ölçülərlə əlaqəli görməyən dinin ipini buraxmış insanlarda isə, hər yeni ildə belə bir mühakimə və düşüncədən əsər yoxdur. Tam bir şüur ​​və idrak məhrumiyyəti içindədirlər .. Ölümə bir il də yaxınlaşmanın dəlilini təşkil edən gecədə, həm əxlaqından, həm mənəviyyatından, həm də pulundan zərərlər görür, peşman olacağı hərəkətləri edərək çoxaldır. Bir neçə saatlıq bu əyləncə və səfahətin arxasından ömür boyu kədər və peşmançılıqlar gəlir ...

Onu ömürboyu belə peşmançılıqlara sövq edən şey, İslamın gərəkdirdiyi şeyləri yaşamaması, yəni dindar ola bilməməsidir. Əgər dinin əmrlərinə sadiq qalacaq bir iman qüvvəti, dindarlıq əlaməti qazana bilsə, hər yeni il tam əksini düşünməsinə, özünə səliqə-sahman verib iman və əxlaq baxımından yüksəlməsinə səbəb olacaq, keçmişindən peşmanlıq duyan bir səfahət və səfalətə düşməyəcəkdir ...

Demək ki, yeni il gecələrində bəzilərini o hala salıb, bəzilərini də bu hala salan şey dindar olub olmamaqdan başqa bir şey deyildir.

Görünən odur ki, şəxsi düşündürüb məsud və bəxtiyar edən şeyin dindarlıq olduğu qətidir. Fərdi mühakiməsizləşdirib səfalətə sürükləyən şey də dininə qarşı etmiş olduğu sayğısızlıqdır.

Demək imtahan dünyasıdır bu. Hər ikisinə də yol açıqdır. İstəyən oraya, istəyən də buraya yönəlir. Kimi yeni ildə şüurunu ləğv edir, kimi də əhya ...

Biz dindarlığımıza görə şükür edir , bizi belə düşündürüb, əməl etdirən Rəbbimizə həmd edirik.



03-10-2016 12:24:11