Ana səhifə

ACI ÇƏKƏRƏK ÖLƏN HEYVANI YEMƏK ŞƏFQƏTƏ VƏ İNSANLIĞA ZİDD DEYİL?


YazdırSend to friend
Sual Detayı: 
ACI ÇƏKƏRƏK ÖLƏN HEYVANI YEMƏK ŞƏFQƏTƏ VƏ İNSANLIĞA ZİDD DEYİL?
Cavab: 

Peyğəmbər Əfəndimiz (s.ə.s)  belə buyurmuşdur:

"Heyvan kəsdiyiniz zaman kəsimi yaxşı edin (acı çəkdirməyin). Və sizdən biri bıçağını kəskin etsin (itiləsin) və kəsdiyi heyvanı rahatlatsın. "(Muslim, Zəbaih: 57; Əbu Davud, Ədahi 11-12)

Bu səbəblə heyvanların iti bir alətlə və üsuluna uyğun olaraq kəsilməsinə diqqət etmək sünnədir. (bax. Zuheylî, əl-Fiqhul-İslami, 3/262) Bu ifadəyə görə hər hansı bir heyvan üsuluna uyğun kəsilmədiyi zaman ona əziyyət edildiyi və acı çəkdiyi aydın olur.

Ancaq üsuluna uyğun olaraq kəsilən heyvanların ağrını hiss etmədiyi deyilə bilər. Allahın lütf və kərəmiylə hiss etmə duyğularının azaldılması və acı hissindən xilas olmalarından söhbət gedə bilər. Bu hal Allahın mərhəmətinin bir göstəricisidir.

Bu səbəblə kəsilmək üçün yatırılan bir heyvan bir şey hiss etməz. Yalnız bıçaq kəsdiyi vaxt hiss etmək istər; fəqət o his belə gedər, o ələmdən də qurtular, İnşəAllah. (bax. Nursi, Şüalar, On Birinci Şüa)

"Madam edən bilir eləcə də bilən danışır." qaydasına görə bütün heyvanları yaradan və onları insanların xidmətinə təqdim edən Rəbbimiz istifadə etdiyimiz heyvanları nemət olaraq təyin etmişdir. Əti yeyilən heyvanlar insanlara ruzi olaraq yaradılmışlar. İnsan bu heyvanları kəsdikdə onların ruhları cənnətə gedir. Bədənləri isə insan bədənində vəzifə yerinə yetirməyə davam edəcəkdir. Onların yaradıcısı olan Allah, əlbəttəki, onlara ən gözəl vəzifələr və ən gözəl bir gələcək hazırlamışdır.



07-09-2016 05:15:28

Düğüme özel