Ana səhifə

Aclıq aksiyasi keçirtmək (ölüm orucu) dini cəhətdən caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Aclıq aksiyasi keçirtmək (ölüm orucu) dini cəhətdən caizdir?
Cavab: 

     Əvvəla belə bir əmələ nə üçün və nə məqsədlə təşəbbüs edildiyinə baxmaq lazımdır. Belə bir davranış bir növ boykotdur. Bir dövlətdən və ya təşkilatlarından normal yollarla haqqını ala bilməyən kəslər, ümidlərini kəsdikdə aclıq aksiyası keçirərək haqlarını tələb edirlər.

    Əvvəla, belə bir haqq axtarışının məntiqi və qanuni olmadığını bildirmək lazımdır. Əgər qanuni bir haqq tələb edilirsə, qeyri-qanuni və anormal bir yola baş vurmaq yersiz olar.

     Belə bir hərəkətin qeyri-qanuni olduğu (halal olmadığı), yəni dinimizin təsdiq etmədiyi bu şəkildə aydın olur: Ölüm orucuna başlayan və ya başqa bir təbirlə aclıq aksiyasına girən bir insan bir şey yeyib içmir. Aç və susuz qalan bir insan isə gün keçdikcə taqətdən düşüb zəifləyəcək, nəticədə ölümlə nəticələnəcəkdir. İnsanın öz-özünü ölümə məhkum etməsinin, canına qıymasının digər bir adı da "intihar" dır.

    İntihar isə İslamın qətiyyən haram saydığı bir hərəkətdir.Çünki bizi yoxdan var edən, bədən libasını geydirən, həyat kimi bir neməti bəxş edən Allah, bütün bunları biz insanlara bir əmanət olaraq lütf etmişdir. İnsan bu əmanəti qorumaqla, onu təhlükələrdən uzaq tutmaqla mükəlləfdir.

     Bu əmanəti öz əliylə təhlükəyə atan insan Allah qatında məsul vəziyyətə düşər.

"Özünüzü əllərinizlə təhlükəyə atmayın."(Bəqərə, 2/195)

     buyuran Uca Rəbbimiz; insanın həm maddi, həm də mənəvi həyatını hər cür təhlükədən qorumasını əmr edir.

    Buna görə də insanın ölməyəcək qədər bir şeylər yeyib içməsi fərzdir.Çünki bədənimiz, ancaq yeyib içməklə ayaq üstə dayana bilir, həyatını davam etdirə bilir. Bu fərzi yerinə yetirən insan böyük bir savab qazanır. Bir hədisi-şərifdə Peyğəmbərimiz (əsm),

"Şübhəsiz ki, Allah halal olan hər şeydən dolayı mükafat verir. Hətta qulun ağzına apardığı tikədə belə savab vardır. "buyurur. (Məcmaul-Ənhur, 2/524)

     Bu ayə və hədisdən bu hökm çıxır:

     "Bir kəs yeməyi və içməyi tərk etsə və bu səbəbdən də ölsə Allaha qarşı üsyan etmiş, asi olmuş olar." 

     "Yeməyə, içməyə gücü qüvvəti olduğu halda, ölənə qədər ac qalan kimsə günahkar olar." (Əl-Fətəvayi-Hindiyyə, 5/338)

     Bildiyimiz kimi dinimiz donuz əti və heyvan leşi yeməyi, içki içməyi qadağan etmişdir.Lakin insan məcburi vəziyyətdə qalar və yemək, içki kimi bir şey tapa bilməzsə, ancaq ölüm təhlükəsini sovuşduracaq qədər haram sayılan bu maddələrdən yeyib içə bilər. Belə bir vəziyyətdə qalan, yəni həyati təhlükə keçirən bir insan bu növ haram sayılan yemək və içkiləri tapar və yeməzsə yenə məsul vəziyyətə düşər. Mötəbər fiqh kitablarımızdan Əl-Fətəvayi-Hindiyyədə bu barədə belə bir fətva vardır:

"Bir kəs şiddətli aclıq halına düşər, leş kimi haram sayılan bir yemək tapar və yeməz və ya heç bir şey yeməyərək oruc tutarsa, günahkar olar." (Akə.)

     Yenə qul haqqını yeməyin haram olduğunu bilirik. Lakin aclıqdan ötəri ölüm təhlükəsinə məruz qalan bir insan, başqasının əlindəki bir yeməyi və ya içkini alıb yeyə bilər, içə bilər. Eyni mənbədə belə deyilir:

 "Bir kəs şiddətli aclıq və ya susuzluq çəkərkən, yanındakı yoldaşında bir yemək və içki olub da verməsə,onunla dalaşar, zorla alar, təhlükəni sovuşdurar." (Məcmaul-Ənhur, 2/528)

      Eyni şəkildə dilənməyi dinimiz haram qılmışdır.Lakin aclıq təhlükəsi keçirən bir insan dilənməyə taqəti olduğu halda kimsədən bir yemək istəmədən ölsə, yenə günahkar olar. Çünki öz əliylə canını təhlükəyə atmış olur.

     Məhz bu saydığımız səbəblərə görə, bir insan hər hansı bir səbəblə aclıq aksiyasına qoşulsa, ölüm orucu tutsa, həyatını təhlükəyə atmış olacağından məsuldur. Bir növ intihar sayılacağından haram olan bir hərəkəti etmiş deməkdir.

     Son illərdə ölkəmizdə də nümunəsini gördüyümüz bu hərəkət Avropadan gələn batil bir adətdən başqa bir şey deyildir.

Yazar:

Mehmet Paksu



27-08-2016 03:11:19

Düğüme özel