Ana səhifə

Adət (aybaşı) halındakı qadın məal oxuya bilər?


YazdırSend to friend
Sual Detayı: 
Adət (aybaşı) halındakı qadın məal oxuya bilər?
Cavab: 

Qadınların başı açıq tərcümə oxumaları caizdir. Adət halındakı qadınların oxumaları da caizdir.

 

Qüslsüz, adətli və ya lohusa olan qadın Quran ayələrindən heç birini oxuya bilməz, caiz deyil.

 

Bu barədə Rəsulullah (s.ə.v.) belə buyurur:

 

"Qüslsüz və adətli qadın Qurandan heç bir şey oxuya bilməz. "1

 

Yəni sırf Qurani Kərim oxumaq niyyətiylə bir ayədən daha az belə oxuya bilməz. Ancaq dua, Allaha sığınma, zikr və ya bir iş başlanğıcında yaxud öyrətmək məqsədiylə Qurandan bəzi ayələri oxumaq caizdir.

 

Məsələn, bir nəqliyyat vasitəsinə minərkən oxunması sünnət olan "Sübhanellezi sahhara lena həzzə vema künna lehi mukrinin (Hər cür nöqsandan münəzzəhdir o Allah ki, bunu bizim xidmətimizə verdi, yoxsa bizim buna gücümüz çatmazdı. "2

 

Eyni vasitədən enərkən də "Rabbena enzilni münzelen mübareken və endə hayrü'l-münzilin (Ey Rəbbim, məni xeyr və bərəkəti bol bir yerə endir. Qonaq saxlayanların ən xeyirlisi Sənsən). 3

 

 

Yenə bir işə başlarkən "Bismilləhir-rahmənir-rahim" demək, şükr məqsədiylə "Əlhəmdülillah" demək də bu qabildəndir.

 

Eyni şəkildə Fatihə, Ayetü'l-kürsi, Fələq, Nas və İxlas Surələrini zikr məqsədiylə, Allahı xatırlamaq düşüncəsiylə oxumaq haram deyil.

 

Maliki Məzhəbinə görə, aybaşılı və lohusa olan qadının az miqdarda Quran oxumasında bir üzr yoxdur. Bu az miqdar da yuxarıda adı çəkilən surələr miqdarıdır. Bu məsələyə dəlil olaraq; qadınların uzun müddət bu halda qalmış olduqlarından ötəri caiz görmüşlər.

 

Hənbəli və Hənəfi Məzhəbinə görə, Qurani Kərimin sözlərini hecalayaraq, hərf hərf oxumaq caizdir. Çünki belə bir oxuyuş "qiraət"ə girməməkdədir. Yenə tilavət olmadan Müqəddəs kitaba baxmağı, səsini çıxarmadan içindən oxumasını da caiz qəbul etmişlər. Çünki bu vəziyyətdə də qiraətdən (oxumaqdan) söz edilməz. 5

 

Bütün bu görüşlər müctəhid imamların müxtəlif dəlillərə dayanaraq çatdıqları ictihad fərqlilikləridir və hamısı da doğrudur.

 

Bunun yanında, Kəlmeyi-şəhadət, Tövhid, istiğfar, salavatı şərifə kimi tövhid və zikr cümlələrini bir və ya birdən çox oxumaq caizdir.

 

Xanımların bu xüsusi günlərdə Quranı Kərimin xaricində təfsir, hədis və fiqh kimi dini kitabları əllərinə almaları İmamı Azama görə caizdir. Ancaq bu kitabların içində olan ayələrə əl sürməmələri lazımdır.

 

Quran ayələrinin bu vəziyyətdə ikən yazılması məsələsində əl-Feteva'l-Hindiyye'de bu qeydləri oxuyuruq:

 

"Qüslsüz və ya aybaşılı olanların yazmaqda olduqları sətirlərin arasına Qurandan bir ayə yazmaları məkruhdur. Lakin yazdıqları bu ayələri oxumazlarsa məkruh olmaz."

 

"İmamı Məhəmməd isə, bu kəslərin Quran yazmamaları mənə görə ən sevimli davranışdır, deyərək bu barədə ehtiyatlı və diqqətli olmağı tövsiyə etməkdədir."

 

Buna görə, Bəsmələ də Qurandan bir ayə olduğundan aybaşılı ikən yazılmaması daha məqsədə uyğun olar.

 

Bu vaxt hansı məzhəbə bağlı olsa olsun, bu haldakı bir qadın Quranın bir ayəsinə belə əl sürə bilməz. Ancaq Qurana yapışıq olmayan təmiz bir bez və kağızla tuta bilər.

 

Qaynaqlar:

1. İbni Macə, Təharət: 105.

2. Zuxruf Surəsi, 13.

3. Mu'minun Surəsi, 29.

4. Bəqərə Surəsi, 256.

5. Vehbe Zuhayli, əl-Fıkhu'l-İslami və Edilletühu, İslam Fiqhi Ensiklopediyası, 1: 288-9.

6. İbni Macə, Tahare: 119.

7. Bidayetü'l-Müctehid, 1:110; əl-fıkhu'l-İslami və Edilletühu, 1: 422.

 

(Məmməd Paksu Ailəyə Xüsusi Fətvalar)



14-03-2011 08:27:22

Düğüme özel